Vəhdət həftəsi
Vəhdət həftəsi (ərəbcə: أسبوع الوحدة الإسلامية) İslam Peyğəmbərinin (s) mövludu ilə bağlı sünni və şiə rəvayətlərinə görə qeyd olunan fərqli tarixlərin arasındakı fasiləyə deyilir. Sünni rəvayətlərinə görə Həzrət Məhəmmədin (s) mövludu rəbiül-əvvəl ayının 12-sidir. Həmçinin şiə rəvayətlərinə əsasən o Həzrətin mövludu rəbiül-əvvəl ayının 17-sidir. Vəhdət həftəsi 1981-ci ildə Ayətullah Müntəzirinin təklifi və İmam Xomeyninin (r.ə) təyid etməsi ilə bu adla tanındı.
Beynəlxalq İslam birliyi konfransı hər il İslam məzhəblərini bir-birinə yaxınlaşdıran dünya assambleyası tərəfindən İranda vəhdət həftəsi çərçivəsində keçirilir.
İslam məzhəblərinin yaxınlaşması və birliyinin tarixi
İslam məzhəblərinin yaxınlaşmasının mənası "qəti prinsiplər və islami ortaq cəhətlər əsasında İslam məzhəblərinin ardıcıllarının bir-birini tanımaq məqsədi ilə... yaxınlaşması"dır.[1] Bu fikir uzun illər şiə və sünni müsəlman alimlərinin diqqət mərkəzində olmuşdur. Lakin 20-ci əsrin əvvəllərindən Seyid Camaluddin Əsədabadi, Məhəmməd Əbdüh, Məhəmməd Hüseyn Kaşiful-Ğita, Əbdül-Məcid-Səlim, Mahmud Şəltut, Məhəmməd Təqi Qomi və Ayətullah Brucerdi kimi alimlər ona daha çox sürət verdilər.[2]
1978-ci ildə İran İslam İnqilabının baş verməsi və İran İslam Respublikasının yaranması ilə onun rəhbəri İmam Xomeyninin (r.ə) diqqəti sayəsində yaxınlaşma ideyası daha da genişləndi.[3]
Vəhdət həftəsinin müəyyən edilməsi
İran İslam İnqilabından sonra, 1981-ci ildə Ayətullah Müntəziri İran İslam Respublikasının o zamankı İrşad nazirinə yazdığı məktubda digər müsəlmanlarla yaxınlaşma və birləşmək üçün rəbiül-əvvəl ayının 12-si (sünni rəvayətlərinə görə İslam Peyğəmbərinin (s) mövlud ildönümü) ilə 17-si (şiə rəvayətlərinə əsasən Məhəmməd Peyğəmbərin (s) mövludu tarixi) arasındakı fasilənin vəhdət həftəsi adlandırılmasını təklif etdi.[4] Bundan sonra İmam Xomeyni (r.ə) 1981-ci il dekabrın 29-da etdiyi çıxışda onun təklifinə işarə edərək,[5] bu termindən istifadə etdi.[6] O, çıxışının bir hissəsində deyib: "Biz fəryad edirik ki, hamımız bir yerdə olaq, vəhdət həftəsi keçirək. Dinimiz bir, Quranımız bir və peyğəmbərimiz birdir".[7]
Əldə olan məlumata görə, belə bir təklif əvvəllər də olub. Məsələn, 1977-ci ildə Ayətullah Xamenei Sistan və Bəlucistan əyalətində sürgündə olarkən həmin bölgənin sünni alimlərinə bayram məclislərinin rəbiül-əvvəl ayının 12-si ilə 17-si arasında keçirilməsini təklif etmişdi.[8]
Əlaqəli hadisələr
Hər il vəhdət həftəsində müsəlmanları birləşdirmək və onların alimləri arasında həmrəylik yaratmaq məqsədilə[9] İranda Beynəlxalq İslami Vəhdət Konfransı keçirilir.[10]
1990-cı ildə keçirilməsinin dördüncü ilindən sonra İran lideri Ayətullah Xameneinin əmri ilə Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyası yaradıldı. Bu Assambleyanın məqsədləri "İslam məzhəblərinin ardıcılları içərisində tanışlıq, agahlıq səviyyəsinin yüksəldilməsi, anlaşmanın dərinləşdirilməsi... və müsəlmanlar arasında İslam qardaşlığı sahələrinin gücləndirilməsi" qeyd edilmişdir.[11]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ www.taghrib.org, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- ↑ www.taghrib.org, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- ↑ www.taghrib.org, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- ↑ www.ilna.ir
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.15, s.455
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.15, s.455-456
- ↑ İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.15, s.456
- ↑ khamenei.ir
- ↑ /iuc.taqrib.ir/iuc38, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- ↑ www.taghrib.org, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- ↑ www.taghrib.org, Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
Ədəbiyyat
- www.taghrib.org/fa/world-meeting Ümumdünya İslam məzhəblərinin Yaxınlaşması Assambleyasının rəsmi internet adresi
- İmam Xomeyni, Səhifeye İmam, Tehran, h.ş 1378
- İlna saytı