Məzmuna keç

Ramazan ayının 21-ci gecəsi

wikishia saytından

Ramazan ayının 21-ci gecəsi, (ərəbcə: الليلة الحادية والعشرون من رمضان) İmam Əlinin (ə) şəhadət gecəsidir və şiə təqvimində mühüm bir gecədir.

Tarixi məlumatlara görə, İmam Əli (ə) Ramazan ayının 19-cu gecəsində İbn Mülcəm Muradi tərəfindən zərbətləndi və bu zərbə nəticəsində 21-ci gecə şəhid oldu.[1] Buna görə, şiələr bu gecəni İmam Əli (ə) üçün matəm saxlayaraq qeyd edirlər.[2] Həmçinin İranın bəzi bölgələrində Ramazan ayının 21-ci gecəsində “Qənbər və İmam Əli (ə) təziyəsi” keçirilir.[3]

Şiə mənbələrində yer alan rəvayətlərə görə, Ramazan ayının 21-ci gecəsi, 19-cu23-cü gecələri ilə birlikdə ehtimal verilir ki, Qədr gecəsi olsun.[4] Buna görə, şiələr, bu gecəni evlərdə, məscidlərdə, hüseyniyyələrdə və digər dini məkanlarda gecə oyaq qalıb ibadət edir və Qədr gecəsinin əməllərini yerinə yetirərək keçirirlər.[5] Şeyx Abbas QumiMəfatihül-Cinan” kitabında yazır ki, Ramazan ayının 21-ci gecəsinin fəziləti 19-cu gecədən daha çoxdur. Bu gecədə yerinə yetirilməsi tövsiyə edilən bəzi əməllər bunlardan ibarətdir:

  1. Əhya saxlamaq
  2. Qədr gecəsinin qüslunu vermək
  3. Qədr gecəsinin namazını qılmaq
  4. 100 rəkət namaz qılmaq
  5. Quranı baş üzərinə qoymaq
  6. On dörd məsuma (ə) təvəssül etmək[6]

Bəzi şiələr Ramazan ayının 21-ci gecəsində ehsan, iftarobaşdan paylayırlar.[7]

İstinadlar

  1. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.9
  2. Məcidi Xamine, Şəbhaye qədr dər İran, s.19
  3. Məcidi Xamine, Şəbhaye qədr dər İran, s.20
  4. Məclisi, Miratul-uqul, h.q 1404, c.16, s.381
  5. Məcidi Xamine, Şəbhaye qədr dər İran, s.20
  6. Qumi, Məfatihul-cinan, Ramazan ayının 21-ci gecəsinin əməlləri
  7. Məcidi Xamine, Şəbhaye qədr dər İran, s.21

Ədəbiyyat

  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, Üsvə
  • Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul, Darul-kutubil-İslamiyyə, h.q 1404
  • Məcidi Xamine, Fəridə, Şəbhaye qədr dər İran, h.ş 1379
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413