Səhifeyi Səccadiyyə

wikishia saytından
(Zəbure Ali-Muhəmməd səhifəsindən yönləndirilmişdir)
Səhifeyi Səccadiyyə
Səhifeyi Səccadiyyə; İmam Səccadın (ə) duaları
Səhifeyi Səccadiyyə; İmam Səccadın (ə) duaları
Başqa adlarıUxtul-Quran, İncile Əhli-beyt (ə), Zəbure Ali Muhəmməd, Səhife Kamilə
Müəllifİmam Səccad (ə)
Yazılma tarixiHicrətin 1-ci əsrində
MövzuDua
DilƏrəbcə
Başqa dillərə tərcüməFarsca, İngiliscə, Fransız, Urdu, Türkcə, Almanca və Azəricə
NəşriyyatMüxtəlif nəşriyyatlar
Elektron versiyahttps://noorlib.ir/book/info/56525 (Farsca)


Səhifeyi Səccadiyyə (ərəbcə: الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan duaları özündə toplayan bir kitabdır. Bu kitab QuranNəhcül-bəlağədən sonra şiələrin ən mühüm yazılı irsi hesab olunur. Həmçinin "Quranın bacısı" və "Əhli-beytin İncili" kimi adlarla tanınır.

İmam Zeynul-Abidin (ə) Səhifeyi Səccadiyyəni İmam Baqir (ə)Zeyd bin Əliyə 75 dua şəklində dedi, onlarda yazdılar. İmam Sadiq (ə) də həmin kitabı Mütəvəkkil ibn Harun Bəlxiyə deyib, o da yazdı. Lakin sonrakı dövrlərdə həmin duaların bəziləri aradan getdi və cəmi 54 dua qaldı.

Səhifeyi Səccadiyə sünni alimlərinin də diqqətini çəkmiş və onlar da onun dualarından bəzilərini nəql etmişlər. Bəzi şərqşünaslar hesab edirlər ki, Səhifeyi Səccadiyə insanlara İslamın yeni üzünü göstərə bilər. İmam Səccad (ə) Səhifeyi Səccadiyədə əxlaqi prinsipləri və ictimai-siyasi həyat tərzini dua və münacat şəklində ifadə etmişdir. Tədqiqatçıların fikrincə, İmam Səccad (ə) öz həyatı dövründə təqiyyə ilə yaşadığı üçün bu maarifi dua şəklində ifadə etmişdir.

İmamət məsələsi Səhifeyi Səccadiyədə bəyan edilən mühüm siyasi və dini məsələlərdəndir. Xilafətin qəsbkarlarını ifşa etmək, imamət hakimiyyəti idealını təbliğ etmək, dinin qorunmasını vurğulamaq, məzlumlara dəstək olmaq və zalımın qarşısında durmaq bu kitabda bəyan edilən digər məsələlərdəndir.

Bu kitab şiə alimlərinın yanında məşhurdur və onların tərəfindən qəbul edilir. Həmçinin bəzi hədis alimləri onu mütəvatir hesab ediblər. Əlbəttə bəzi fəqihlər Mütəvəkkil ibn Harunun siqə (mötəbər) olmasına irad bildirməklə kitabın bütün hissələrinə istinad etməyi səhih hesab etmirlər.

Səhifeyi Səccadiyədə fars, ingilis, fransız, indoneziya, türk, urdu, ispan, bosniya, alban və tamil kimi müxtəlif dillərə tərcümə edilmişdir. Bu əsərə onlarla şərh yazılmışdır ki, bunlardan ən məşhuru Seyid Əli Xan Kəbirin yazdığı Riyazus-Salkindir. Bəzi tədqiqatçılar İmam Səccadın (ə) başqa mənbələrdə gəlmiş digər dualarını bir sıra kitablarda toplayıblar.


Şiə mədəniyyətində Səhifeyi Səccadiyyənin əhəmiyyəti

"Səhifeyi Səccadiyyə" "Nəhcül-bəlağə"dən sonra ən mühüm və görkəmli şiə kitabıdır.[1] Bu kitabda İmam Səccaddan (ə) nəql olunan dualar yer alır.[2] İbn Şəhr Aşubun (hicri 588-ci ildə vəfat edib) verdiyi məlumata görə, "Səhifeyi Səccadiyyə" İslamdan sonra yazılmış ilk kitablardan biridir.[3] Şiə İslam araşdırmacı alimi Şəhid Mürtəza Mütəhhəri "Səhifeyi Səccadiyyə"ni Qurandan sonra ən qədim şiə kitabı kimi təqdim etmiş və hesab edir ki, Səhifeyi Səccadiyyənin duaları da həm sənəd, həm də məzmun baxımından çox etibarlıdır.[4] O, bu kitabı birinci hicri-qəməri təqviminin sonu və ikinci hicri-qəməri təqviminin əvvəlindən bəri insanların əllərində olan yeganə kitab kimi təqdim edir.[5]

Şiə nüsxəşünası Ağa Bozorq Tehrani yazır ki, Səhifeyi Səccadiyyəni "Uxtul-Quran" (Quranın bacısı), "Əhli-beytin İncili", "Ali Məhəmmədin Zəburu" və "Səhifeyi Kamilə" adlandırıblar.[6] İzzuddin Cəzairinin dediyinə görə, bu kitab Hindistanın elmi hövzələrində tədris edilmişdir.[7]

Səhifeyi-Kamilə

Səhifeyi Səccadiyyəni şərh edənlərdən Seyid Əli Xan Kəbirin dediyinə görə, bu kitabın duaları dünya və axirət ehtiyaclarına kifayət etdiyi və ya kamil bir duanın bütün xüsusiyyətlərinə malik olduğu üçün "Səhifeyi Kamilə" adlandırılmışdır.[8] Həmçinin mümkündür ki, bu adlandırma İmamiyyənin əlində olan "Səhifə" variantını Zeydiyyənin əlində olan nüsxədən fərqləndirmək üçündür. Çünki Zeydiyyə də "Səhifə"nin bir nüsxəsinə malikdir ki, bu da təqribən İmamiyyənin nəql etdiyi nüsxənin yarısı qədərdir.[9]

Səhifeyi Səccadiyyənin dualarının sayı

"Səhifeyi Səccadiyyə" ilkin olaraq İmam Səccadın (ə) iki oğluna, yəni İmam Baqir (ə)Zeyd bin Əliyə dediyi və onların da yazdığı 75 duadan ibarət dua toplusu idi. Buna görə də onun ilkin variantı iki nüsxədə yazılmışdır.[10] Yəhya ibn Zeyd atası Zeydin yazdığı nüsxəni Mütəvəkkil ibn Harun Bəlxiyə (Səhifeyi Səccadiyyənin ilk rəvayətçisi) verdi.[11] Mütəvəkkil də həmin nüsxəni İmam Sadiqin (ə) yanına apardı və İmam Baqirdən (ə) qalan nüsxə ilə müqayisə etdi və onlarda heç bir ixtilaf tapmadı.[12] İmam Sadiq (ə) həmin kitabı Mütəvəkkil ibn Haruna dedi və o da onu yazdı. Lakin onun 11 duasını itirmiş və cəmi 64 dua qalmışdır.[13] Həmin 64 duadan bəziləri də sonrakı dövrlərə çatmamışdır. Bu səbəbdən də Səhifeyi Səccadiyyənin nüsxələrində cəmi 54 dua vardır.[14]

Mütəvəkkilin oğlu yeganə şəxsdir ki, Səhifeyi Səccadiyyəni öz atasından nəql etmişdir. Həmçinin digər ravilər (1. Əhməd ibn Müslüm Mütəhhəri, 2. Əli ibn Numan Ələm, 3. Məhəmməd ibn Saleh, 4. Hüseyn ibn Əşkib Mərvəzi, 5. Übeydullah ibn Fəzl Nəbhani, 6. Əli ibn Həmmad ibn Əla) də ondan nəql ediblər.[15] Səhifeyi Səccadiyyənin müxtəlif rəvayətləri vardır ki, onlardan ən məşhuru Bəhauş-Şərəf rəvayətidir.[16]

Səhifeyi Səccadiyyənin məşhur olması

Hədis üzrə araşdırmacı alimlərin fikrincə, Səhifeyi Səccadiyyə birinci Məclisi, yəni Məhəmməd Təqi Məclisinin dövründə məşhurlaşdı.[17] O, bu kitabın bir nüsxəsinə yuxu və ya mükaşifə və o dövrün İmamı ilə görüş yolu ilə əldə etdi. Həmçinin onu təbliğ etmək üçün o qədər səy göstərdi ki, camaat evində Qurandan əlavə, Səhifeyi Səccadiyyə də var idi.[18] Məhəmməd Təqi Məclisinin yazdığına görə, isfahanlıların yarısı Səhifeyi Səccadiyyə ilə üns tutmağın nəticəsində, müstəcabud-dəvə (duaları qəbul olunan) olmuşdular.[19]

Sünni və İslam alimlərinin baxışı

Misir yazıçısı və tədqiqatçısı Məhəmməd Zəki Mübarək (h.q 1310-1371) "Ət-Təsəvvüful-İslami vəl-Ədəbu vəl-Əxlaq" kitabında Səhifeyi Səccadiyyəni İsaya (ə) nazil olan İncilə (xristianların əlində olan İncilə deyil) oxşar hesab etmişdir. Həmçinin Səhifeyi Səccadiyyənin Allah tərəfindən bir lütf olduğunu və İmam Zeynul-Abididinin (ə) dilinə axdığını yazmışdır.[20] "Təzkirətül-Xəvas" kitabının müəllifi İbn Cozi (vəfatı: 654 h.q.) İmam Səccadın (ə) müsəlmanlara Allah qarşısında necə danışmağı və ilahi dərgahda hacətlərini necə dilə gətirməyi öyrətmək hüququna malik olduğuna inanır. Çünki o, insanlara bağışlanma diləyərkən Allahla necə danışmağı, rəhmət yağışı diləyərkən bunu Allahdan necə istəməyi, düşməndən qorxarkən Allaha necə sığınmağı öyrətdi.[21]

Sünni alimlərindən Süleyman ibn İbrahim Qunduzi (vəfat: h.1294-cü il) "Yənabiul-Məvəddət" kitabında Səhifeyi Səccadiyyənin adını çəkmiş və onun dualarından bəzi hissələri nəql etmişdir.[22] "Əl-Cəvahir fi Təfsiril-Quran" kitabının müəllifi Təntavi Cövhəri Səhifeyi Səccadiyyə kitabının bir nüsxəsini hicri 1358-ci ildə Mərəşi Nəcəfi tərəfindən aldıqdan sonra "məxluqun kəlamından daha üstün və yaradanın kəlamından daha aşağı olan sözdür" ifadəsi ilə onu tərifləmişdir.[23]

Amerikalı islamşünas Uilyam Çitkinin fikrincə, Qərbdə insanların çoxu İslamı durğun, səthi və qanunlara tabe olan kimi tanıyır; Lakin Səhifeyi Səccadiyə insanlara tamamilə yeni bir baxış nümayiş etdirə və İslam ideallarının həyata keçirilməsi üçün şərt olan bəşəri fikirləri ifadə edə bilər.[24]

Kitabın mötəbərliyi

İmam Səccad (ə): İlahi! Muhəmməd və onun soyuna salam yetir, və onun vasitəsi ilə onları barələrindəki kərəmini artır, onlara etdiyin hər cür ehsanı kamilləşdir, onları Öz tərəfindən bütün faydalara bəhrəmənd et.

Səhifeyi Səccadiyyə, 47-ci duasından bir hissə

Hədis alimlərinə görə, Səhifeyi Səccadiyyə həmişə şiə alimlərinin yanında məşhur və onlar tərəfindən qəbul olunmuşbir kitab olub. Şeyx Tusi, Qütbuddin Ravəndi, Şəhid Əvvəl və Kəfəmi kimi alimlər öz kitablarında ondan dualar nəql ediblər.[25]

Biharul-Ənvar[26] kitabının müəllifi Məhəmməd Baqir Məclisi və həmçinin Ağa Bozorg Tehrani sənəd baxımından Səhifeyi Səccadiyyəni mütəvatir həddində olduğunu bildirirlər. Çünki onun raviləri bütün təbəqələrdə və bütün dövrlərdə onu nəql etmək icazəsini alıblar.[27]

Məhəmməd Təqi Məclisi Səhifeyi Səccadiyyənin bir milyondan çox sənədinin olduğunu yazmışdır.[28] Məhəmməd Baqir Məclisi bu kitabı Zeydiyyə arasında da mütəvatir bir kitab olduğunu hesab etmişdir.[29] Onun fikrincə, kitabın mətninin son dərəcə bəlağət və fəsahətli olduğunu və bu kitabın ilahi elmlərə dair əhatə dairəsini nəzərə alsaq, bu kitabın İmam Səccad (ə) tərəfindən sadir olmasına heç bir şübhə qalmır.[30] Bəzi alimlər Səhifeyi Səccadiyyəni Müstəfiz və ya Mütəvatir hesab ediblər.[31]

Lakin bəzi tədqiqatçılar bu kitabın mütəvatir olması iddiasını (kitabın əsas rəvayətçilərinin çoxlu olmaması səbəbindən) yanlış hesab edirlər.[32] Əbul-Qasim Xoi də Mütəvəkkil ibn Harunun (kitabın əsas rəvayətçisi) etibarlılığını naməlum hesab edir.[33] İmam Xomeyniyə (rəh) görə, Səhifeyi Səccadiyyənin yüksək bəlağətindən və uca mənalarından bu kitabın əslinin İmam Səccad (ə) tərəfindən sadir olunduğu aydın olsa da, lakin onun bütün cümlələrini İmam Səccada (ə) aid etmək və dəlil hesab etmək olmaz.[34] Fəqihlərtəfsirçilər öz kitablarında və bir məsələni argumentlə sübut etmədə Səhifeyi Səccadiyyə kitabından bəzi hissələrə istinad ediblər.[35] Əbul-Məali Kəlbasi (hicri 1315-ci ildə vəfat edib) Səhifeyi Səccadiyənin sənədinin araşdırılmasına dair müstəqil risalə yazmışdır.[36] Bu risalə "Ər-Rəsailur-Ricaliyyə" kitabının içərisində çap edilmişdir.[37]

Nüsxələr və çaplar

Səhifeyi Səccadiyyənin ən qədim nüsxəsinin birinci səhifəsi

Səhifeyi Səccadiyyə çoxlu əlyazması olan kitablardan biridir.[38] Təkcə İranda bu kitab üçün üç mindən çox əlyazma qeydə alınmışdır.[39] Səhifeyi Səccadiyyənin ən qədim nüsxələrindən biri (yazılma tarixi: hicri 695) Ayətullah Mərəşi Nəcəfinin kitabxanasında saxlanılır.[40] 1348-ci ildə İmam Rzanın (ə) hərəminin təmiri zamanı da Səhifeyi Səccadiyyənin bir qədim nüsxəsi tapılmışdır ki, o, hicri 416-cı ildə yazılmışdır.[41] Həmçinin onu rəvayət edənlərin hamısı sünnidir.[42] Astan Qüds Rəzəvi məşhur versiyalardan fərqli olan və daha natamam olan bu nüsxəni çap etdirmişdir.[43]

Seyid Mürtəza Nucumidən nəql olunur ki, onun qohumlarından biri Vatikan kitabxanasında Zeyd ibn Əlinin yazdığı Səhifeyi Səccadiyyənin əslini görüb.[44]

Səhifeyi Səccadiyyənin İmam Baqir (ə) tərəfindən yazılmış digər orijinal nüsxəsi də  ehtimal verilir ki, imamətin və dövrün imamının yanında olan əmanətlərdəndir.[45]

Səhifeyi Səccadiyyə ilk dəfə hicri 1248-ci ildə Hindistanın Kəlküttə şəhərində çap edilmişdir.[46] Sonrakı onilliklərdə bu kitabın müxtəlif dillərə tərcüməsi və şərhləri həmin şəhərdə çap edilmişdir.[47] Hicri 1262-ci ildə İran, 1322-ci ildə Misir, 1330-cu ildə Şam və 1352-ci ildə İraq bu kitabı ilk dəfə çap etdirmişdir.[48]

Səhifeyi Səccadiyyənin məzmunu

Bəzi tədqiqatçıların fikrincə, Səhifeye Səccadiyyənin dualarının məzmunu daha çox tövhid mehvərlidir və onların əsasını Allaha yalvarış və dua etmək təşkil edir.[49] İmam Səccad (ə) kitabda əxlaqi prinsipləri və ictimai-siyasi həyat tərzini dua və münacat şəklində ifadə etmişdir.[50] Elə bir şəkildə ki, insanlar bu duaları oxumaqla İmamın siyasi baxışları ilə tanış ola bilsinlər.[51] İmam Səccadın (ə) bu maarifi dua şəklində ifadə etməsinin səbəbini (xüsusən Əbdülməlik ibn Mərvanın dövründə[52]) o Həzrətin həyatının xüsusi şəraiti ilə əlaqələndiriblər ki, təqiyyə ilə yaşayırdı.[53] Bu kitabda salavatdan istifadə edilməyən dualar azdır.[54] Rəsul Cəfərianın dediyinə əsasən, salavat göndərmək və Peyğəmbərin (s) ailəsi ilə arasındakı bağlılığa inam şiə əqidəsinə malik olduğunu ifadə etməkdə çox önəmlidir.[55]

İmam Xomeyninin nəvəsi Seyid Əli Xomeyniyə hədiyyə etdiyi Səhifə Səccadiyə nüsxəsinin haşiyəsində Səhifə Səccadiyə haqqında qeydinin bir hissəsi:" Səhifeyi-Kamileyi-Səccadiyə Qurani-Kərimin mükəmməl bir nümunəsidir və bərəkətini anlamaqda çətinlik çəkdiyimiz, Allahla xəlvətdə üns yaratmaq üçün ən böyük irfani dualardan biridir. O, ilahi bir kitabdır ki, Allahın nurunun mənbəyindən qaynaqlanır və böyük övliyaların və böyük vəlilərin rəftar yolunu Allahla xəlvət etməyi sevənlərə öyrədir. Bu müqəddəs kitab Qurani-Kərim kimi hər cür nemətlərin olduğu ilahi süfrədir və hər kəs ondan öz mənəvi iştahına uyğun istifadə edir." (İmam Xomeyni, Səhifeyi-İmam, 1389, cild 21, səh.209).

İmamət məsələsi Səhifeyi Səccadiyyədə bəyan olunan mühüm siyasi və dini məsələlərdəndir.[56] İmam Səccad (ə) xilafətdə şiə imamlarının həqqaniyyətinə işarə etməkdən əlavə, imamların peyğəmbərlərin elmindən və onların məsumluğundan istifadə etdiklərini bəyan edir.[57] Xilafətin qəsbkarlarını ifşa etmək, imamət hakimiyyəti idealını təbliğ etmək, dinin qorunmasını vurğulamaq, məzlumlara dəstək olmaq və zalımın qarşısında durmaq bu kitabda bəyan edilən digər siyasi məsələlərdəndir.[58] Cəfər Sübhani Səhifeyi Səccadiyyədə bəzi elmi möcüzələrin bəyan edildiyini yazmışdır ki, onlar o dövrdə ondan xəbərsiz idilər.[59]

Bu duada vəbanın su vasitəsilə keçməsi kimi məsələlərə işarə edilmişdir: اللَّهُمَّ وَ امْزُجْ مِیاهَهُمْ بِالْوَبَاءِ

"Allahım, düşmənlərin suyunu vəba ilə qarışdır".[60]

Səhifeyi Səccadiyyənin bəzi duaları müəyyən günlərə (məsələn, Ərəfə duası, Ramazan ayı ilə vidalaşma duası, hilalı görmək duası) məxsusdur. Bəzi dualar isə xüsusi günlərdə oxumaq üçün deyil.[61] Səhifeyi Səccadiyyənin 54 duası vardır ki, onların adlarının siyahısı belədir:

1. Dua etməzdən əvvəl Allaha həmd-səna etmək;

2. Həzrət Məhəmmədə (s) salam;

3. Müqərrəb (yaxın) mələklərə rəhmət diləməsi;

4. Peyğəmbərlərin ardıcıllarına salam;

5. Özü və dostları haqqında etdiyi dua;

6. Səhər və axşam vaxtı etdiyi dua;

7. O Həzrətin çətinliklər mühüm hadisələr və qəm-qüssə vaxtında oxuduğu dua;

8. Pis və bəyənilməz işlərdə Allaha pənah aparmaq barədə dua;

9. Bağışlanmaq üçün dua;

10. Allah dərgahına pənah aparmaq üçün dua;

11. Aqibətin yaxşı nəticələnməsi üçün dua;

12. Günahlara etiraf və tövbə etmək üçün dua;

13. Hacətlərin istənilməsi üçün dua;

14. Zülm olunan zaman yaxud zalımlardan şikayət üçün oxunan dua;

15. Xəstəlik çətinlik və kədər irəli çıxan zaman oxunan dua;

16. Günahların bağışlanması üçün dua;

17. Şeytanın şərrini dəf etmək üçün dua;

18. Xətər sovuşduqdan və hacətin tez qəbul olmasından sonra oxuduğu dua;

19. Quraqlıq vaxtı yağış yağması üçün oxunan dua;

20. Məkarimul-əxlaq (gözəl və bəyənilmiş əxlaq) duası

21. Səhvdən yaranan qəm-qüssəyə görə oxunan dua;

22. Çətinlik zamanı oxunan dua;

23. Sağlamlıq istəmək və onun üçün şükr etmək barədə dua;

24. O Həzrətin ata-anası üçün duası;

25. Öz övladları barədə dua;

26. Qonşu və dostları barədə dua;

27. İslam ölkəsinin sərhədçiləri üçün dua;

28. Allaha pənah aparmaq barədə dua;

29. Ruzinin azaldığı zaman oxunan dua;

30. Borcun ödənilməsi üçün Allahdan kömək istəmək barədə dua;

31. Tövbə etmək və tövbə zikri barədə dua;

32. Gecə namazından sonra oxunan dua;

33. Xeyir istəmək barədə dua;

34. Çətinlik zamanı və günah rüsvayçılığına giriftar olmuş şəxsi görərkən oxunan dua;

35. Dünya əhlini görən zaman ilahi hökmlərə razılıq etmək üçün dua;

36. Göy gurultusu eşitdikdə bulud və şimşək çaxdıqda oxunan dua;

37. Allahın nemətlərinin şükrünü yerinə yetirməyin mümkün olmadığını etiraf etmək barədə dua;

38. Bəndələrin hüquqlarını yerinə yetirərkən naqislik olunan zaman oxunan dua;

39. Əfv və rəhmət istəyərkən oxunan dua;

40. Kiminsə ölümündən xəbərdar olduqda yaxud ölümü yad edərkən oxunan dua;

41. Günahın örtülməsini istəmək üçün dua;

42. Quranı xətm edərkən oxunan dua;

43. Təzə çıxmış ayı (hilalı) gördükdə və ona baxarkən oxunan dua;

44. Ramazan ayının əvvəlinin duası;

45. Ramazan ayı ilə vida duası;

46. Fitr bayramı və cümə günləri oxunan dua;

47. Ərəfə günü oxunan dua;

48. Qurban bayramı və cümə günləri oxunan dua;

49. Düşmənlərin hiyləsini dəf etmək üçün oxunan dua;

50. Allahdan qorxmaq barədə oxunan dua;

51. Allah qarşısında təvazökarlıq barədə oxunan dua;

52. Allahdan hacət istəməkdə israr etmək barədə oxunan dua;

53. Allah dərgahına zəliliyini izhar etməsi üçün oxunan dua;

54. Qəm-qüssənin çəkilməsi üçün oxunan dua.

Tərcümələr

Cəlaləddin Rəhmət tərəfindən Səhifeyi Səccadiyyənin Malayca tərcüməsi

Səhifeyi Səccadiyyə fars, ingilis, fransız, indoneziya, türk, urdu, ispan, bosniya, alban və tamil kimi müxtəlif dillərdə çap edilmişdir.[62] Bu tərcümələrdən bəziləri aşağıdakılardır:

  • Əbul-Həsən Şərani tərəfindən farsca tərcümə;[63]
  • Əbdül-Məhəmməd Ayəti tərəfindən farsca tərcümə;[64]
  • Mehdi İlahi Qumşei tərəfindən yazılmış farsca tərcümə;[65]
  • Məhəmməd Mehdi Fuladvənd tərəfindən yazılmış farsca tərcümə, "Pişvaye çehre bər xake sayəndəgan" başlığı ilə;[66]
  • Farida Mahdavi Damghani tərəfindən "Les Psaumes De L'islam" adlı fransızca tərcüməsi;[67]
  • Molla Maruf Struşinin səyi ilə tacik dilinə tərcümə;[68]
  • Rəsul İsmayılzadənin azəri dilinə tərcüməsi;[69]
  • Cəlaləddin Rəhmət tərəfindən Malayca tərcüməsi "Shahifah Sajjadiyyah؛ Gita Suci Keluarga Nabi".[70]

Şərhlər

Seyid Əli Xan Kəbir tərəfindən yazılmış "Riyazus-Salikin" kitabı

Ağa Bozorg Tehrani "Əl-Zəriə" kitabında Səhifeyi Səccadiyyənin yetmişə yaxın şərhini qeyd etmişdir.[71] Səhifeyi Səccadiyyənin ən məşhur şərhi Seyid Əli Xan Kəbir tərəfindən yazılmış "Riyazus-Salikin" kitabıdır. Həmçinin deyirlər ki, mövcud olan ən qədim şərh Kəfəminin yazdığı "Əl-Fəvaiduş-Şərifə fi Şərhis-Səhifə" kitabıdır.[72] Digər şərhlərə aşağıdakılar daxildir: 

  • Seyid Əli Nəqi Feyzul-İslamın yazdığı "Tərcümə və şərhi Səhifeyi Kamileyi Səccadiyyə".[73]
  • Hüseyn Ənsarian tərəfindən yazılmış "Təfsiri və şərhi Səhifeyi Səccadiyyə".[74]
  • Həsən Məmduhi Kermanşahinin yazdığı "Şuhud və şnaxt".[75]
  • Məhəmməd ibn Muhəmməd Darabi tərəfindən yazılmış "Riyazül-Arifin fi Şərh-e Səhifeye Seyidis-Sacidin".[76]
  • Seyid Məhəmməd Hüseyn Hüseyni Cəlalinin yazdığı "Şərhu Səhifətis-Səccadiyyə".[77]

İmam Səccaddan (ə) bizə yetişmiş duaların ümumi sayı Səhifeyi Səccadiyyədə olan dualardan qat-qat çoxdur.[78] Bəzi alimlər İmamın digər dualarını başqa mənbələrdən toplayıb müstəqil bir kitabda çap etdirməyə çalışıblar.[79] Bu kitablar (Şeyx Hürr Amuli tərəfindən yazılmış) "Əs-Səhifətus-Səccadiyyətüs-Saniyə", (Abdullah İbn İsa Əfəndi tərəfindən yazılmış) "Əs-Səhifətus-Səccadiyyətüs-Salisə", (Mühəddis Nuri tərəfindən yazılmış) "Əs-Səhifətus-Səccadiyyətür-Rabiə", (Seyid Möhsün Əmin tərəfindən yazılmış) "Əs-Səhifətus-Səccadiyyətül-Xamisə", (Məhəmməd Saleh Hairi Mazandarani tərəfindən yazılmış) "Əs-Səhifətus-Səccadiyyətüs-Sadisə", kimi tanınırlar.[80] Seyid Məhəmməd Baqir Müvəhhid Əbtəhi "Səhifeyi Səccadiyyeyi Kamilə" adlı əsərində İmam Səccadın 272 duasını toplamışdır.[81] Məhəmməd Baqir Məclisi İmam Səccaddan (ə) bir neçə başqa duanı Səhifeyi Səccadiyyənin axırına əlavə etdi ki, "Mülhəqati Səhifə" kimi tanındı.[82]

Əlyazma nüsxələrin əksəriyyətində bu "mülhəqat" (əlavələr) qeyd edilmişdir.[83]

Əlaqədar əsərlər

Fatimə Əhmədinin yazdığı "Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətis-Səccadiyyə" kitabı

Səhifeyi Səccadiyyənin biblioqrafiyası haqqında kitablar yazılmışdır ki, bunlar arasında Məcid Qulami Cəlisə tərəfindən yazılmış "Pejuheşnameyi Səhifeyi Səccadiyyə" və Salman Həbibi və Muxtar Şəmsüddini tərəfindən yazılmış "İmam Səccadın, Səhifeyi Səccadiyyənin və hüquq risaləsinin biblioqrafiyası" kitablarına işarə edilmişdir.[84]

Həmçinin Səhifeyi Səccadiyyənin mövzularının kataloqlaşdırılması sahəsində bəzi kitablar yazılmışdır ki, onlardan bəziləri aşağıdakılardır:

  • Muhəmməd Hüseyn Müzəffər tərəfindən yazılmış "Əd-Dəlil ilə mozuatis-Səhifətis-Səccadiyyə" kitabı: Bu əsərdə Səhifeyi Səccadiyyə kitabında qeyd olunan bütün mövzular on doqquz ümumi fəsildə və onların altında kiçik və cüzi mövzular bəyan olunmuşdur.[85] Bu kitab Qum İslam Nəşriyyatı tərəfindən hicri 1403-cü ildə çap edilmişdir.[86]
  • Seyid Əhməd Səccadi və başqaları tərəfindən yazılmış "Səhifeyi Səccadiyyənin tematik lüğəti" kitabı: Mövzuları əlifba sırası ilə düzülmüş bu kitab Qum şəhərinin Əl-Zəhra Mədəniyyət Araşdırmaları İnstitutu tərəfindən 2005-ci ildə üç cilddə çap edilmişdir.[87]
  • Mustafa Drayəti və başqaları tərəfindən yazılmış "Səhifeyi Səccadiyyənin tematik göstəricisi" kitabı: Bu əsər şəmsi təqvimi ilə 1377-ci ildə Tehrandakı İran Elmi Məlumat və Sənədlər Mərkəzinin səyləri ilə və iki cilddə çap edilmişdir.[88]
  • Seyid Kazım Ərfə tərəfindən yazılmış "Hədise Bəndəgi" kitabı: Müəllif bu əsərdə Səhifeyi Səccadiyyədə bəyan olunan məsələləri əlifba sırası ilə izah edir.[89] Bu əsər 2008-ci ildə Tehranda Feyz Kaşani nəşriyyatında çap edilmişdir.[90]
  • Seyid Əli Əkbər Qureyşinin yazdığı "Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətil-Kamilə" kitabı: Bu kitab şəmsi təqvimi ilə 1343-cü ildə Qumdakı "İslami Darut-Təbliğ" Nəşriyyatı tərəfindən çap edilmişdir.[91]
  • Fatimə Əhmədinin yazdığı "Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətis-Səccadiyyə" kitabı: Bu kitab şəmsi təqvimi ilə 1394-cü ildə "Üsvə" nəşriyyatı tərəfindən çap edilmişdir.[92]

İstinadlar

  1. Pişvayi, Siyreye pişvayan, h.ş 1397, s.281
  2. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.15, s.18-19
  3. İbn Şəhraşub, Məalimul-üləma, h.q 1380, s.2
  4. Mütəhhəri, Fəlsəfeye əxlaq, h.ş 1390, s.36
  5. Mütəhhəri, Fəlsəfeye əxlaq, h.ş 1390, s.36
  6. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.15, s.18-19
  7. Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.19
  8. Mədəni, Riyazus-salikin, h.q 1409, c.1, s.100
  9. Əlamul-hidayə, h.q 1425, c.6, s.211
  10. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.134
  11. Səhifeyi Səccadiyyə, Müqəddimə
  12. Səhifeyi Səccadiyyə, Müqəddimə
  13. Səhifeyi Səccadiyyə, Müqəddimə
  14. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.134
  15. Hairi, Səhifeyi Səccadiyyə, s.394-395
  16. Sədrayi Xoyi, Fehrestqane nüsxehaye xəttiye hədis, h.ş 1382, c.9, s.456
  17. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.136
  18. Məclisi, Rəvzətul-müttəqin, h.q 1406, c.14, s.421
  19. Məclisi, Rəvzətul-müttəqin, h.q 1406, c.14, s.421-422
  20. Zəki Mubarək, Ət-Təsəvvüfül-İslami vəl-ədəbi vəl-əxlaqi, m. 2004, c.2, s.65
  21. Müqəddimeye Mərəşi bər səhife, s.43-45
  22. Qunduzi, Yənabiul-Məvəddət, h.q 1422, c.3, s.411-430
  23. Bəlaği, Səhifey səccadiyyənin tərcüməsi, h.q 1369, s.249-252; Hüseyni Tehrani, İmamşenasi, h.q 1425, c.15, s.41
  24. Chittick, Səhifeyi səccadiyyəyə müqəddimə, s.85-86
  25. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.134
  26. Məclisi, Biharul-Ənvar, h.ş 1388, c.107, s.59
  27. Ağa Bozorg Tehrani, Əz-Zəriə, h.q 1403, c.15, s.18-19
  28. Məclisi, Biharul-Ənvar, h.ş 1388, c.107, s.50
  29. Məclisi, Biharul-Ənvar, h.ş 1388, c.107, s.59
  30. Məclisi, Biharul-Ənvar, h.ş 1388, c.107, s.59
  31. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.137
  32. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.134
  33. Xoyi, Mucəmu ricalil-hədis, c.15, s.185
  34. Xomeyni, Əl-Məkasibul-muhərrəmə, h.q 1415, c.1, s.481
  35. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.2, s.273; Bəhrani, Hədaiqun-nazirə, h.q 1405, c.16, s.390; Nəcəfi, Cəvahirul-kəlam, c.11, s.158; Ənsari, Əl-Məkasib, h.q 1415, c.1, s.338; Məşhədi, Təfsiru kənzid-dəqaiq, c.2, s.237; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.1, s.409
  36. Kəlbasi, Ər-Rəsailur-ricaliyyə, h.q 1422, s.559-624
  37. Kəlbasi, Ər-Rəsailur-ricaliyyə, h.q 1422, s.559-624
  38. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.136
  39. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.136
  40. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.136
  41. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.136
  42. Hüseyni Tehrani, İmamşenasi, h.q 1425, c.15, s.110
  43. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.137
  44. Zəncani, Şərh və tərcüme Səhifeyi-səccadiyye, h.ş 1388, c.1, s.20
  45. Zəncani, Şərh və tərcüme Səhifeyi-səccadiyye, h.ş 1388, c.1, s.20
  46. Jaliseh, Neqahi iccmali bər şaphaye səhifeye səccadiyyə dər doreye Qacar və Pəhləvi, s.307
  47. Jaliseh, Neqahi iccmali bər şaphaye səhifeye səccadiyyə dər doreye Qacar və Pəhləvi, s.307-308
  48. Jaliseh, Neqahi iccmali bər şaphaye səhifeye səccadiyyə dər doreye Qacar və Pəhləvi, s.308
  49. Hairi, Səhifeyi Səccadiyyə, s.392
  50. Sübhani, Fərhənge əqaid vvə məzahibe İslami, h.ş 1395, c.6, s.406
  51. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şie, h.ş 1387, s.274
  52. Ənsari, Əhli-beyt (ə), h.q 1428, s.279
  53. Khalaji, Əsrare xamuşan, h.ş 1383, c.1, s.127
  54. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şie, h.ş 1387, s.274
  55. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şie, h.ş 1387, s.274
  56. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şie, h.ş 1387, s.275
  57. Səhifeyi Səccadiyyə, Dua 47, 56-cı sütun; 48-ci dua, 9-10-cu sütun; 34-cü dua
  58. Turabi, İmam Səccad (ə), Cəmale niyayeşgəran, h.ş 1373, s.286-287
  59. Sübhani, Fərhənge əqaid və məzahibe İslami, h.ş 1395, c.6, s.407
  60. Səhifeyi Səccadiyyə, 27-cii dua
  61. Hairi, Səhifeyi Səccadiyyə, s.392
  62. Həbibi və Şəmsuddini, Ketabşenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394, s.273, 293
  63. Şerani, Səhifeyi Səccadiyye, h.ş 1393
  64. Ayəti, Səhifeyi Səccadiyye, h.ş 1375
  65. İlahi Qumşei, Səhifeyi Səccadiyye, h.ş 1389
  66. Fuladvənd, Pişvaye çehre bər xake sayəndəgan, h.ş 1379
  67. Farida Mahdavi Damghani, Les Psaumes De L'islam
  68. Həbibi və Şəmsuddini, Ketabçenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394, s.289
  69. Həbibi və Şəmsuddini, Ketabçenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394, s.290
  70. Həbibi və Şəmsuddini, Ketabçenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394, s.293
  71. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.3, s.345-359
  72. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.138
  73. Feyzul-İslam, Tərcümə və şərhe Səhifeye Kamile Səccadiyye, h.ş 1376
  74. Ənsarian, Təfsiri və şərhi Səhifeyi Səccadiyyə, h.ş 1383
  75. Məmduhi, Şuhud və şenaxt, h.ş 1388
  76. Darabi, Riyazül-Arifin fi Şərh-e Səhifeye Seyidis-Sacidin, h.q 1421
  77. Seyid Məhəmməd Hüseyn Hüseyni Cəlali, Şərhu Səhifətis-Səccadiyyə, h.q 1436
  78. Təbatəbai, Tarixe hədise şie, h.ş 1388, c.1, s.134
  79. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.15, s.19-21
  80. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1403, c.15, s.19-21
  81. Müvəhhid Əbtəhi, "Səhifeyi Səccadiyyeyi Kamilə", h.q 1413
  82. Sədrayi Xoyi, Fehrestqane nüsxehaye xəttiye hədis, h.ş 1382, c.9, s.456
  83. Sədrayi Xoyi, Fehrestqane nüsxehaye xəttiye hədis, h.ş 1382, c.9, s.456
  84. Məcid Qulami, Pejuheşnameyi Səhifeyi Səccadiyyə, h.ş 1390; Həbibi və Şəmsuddini, Ketabçenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394
  85. Müzəffər, Əd-Dəlilu ila məvzuatis-səhifətis-səccadiyyə, h.q 1403
  86. Əd-Dəlilu ila məvzuatis-səhifətis-səccadiyyə, h.q 1403
  87. Səccadi və başqaları, Fərhəngnameye movzui Səhifeye Səccadiyye, h.ş 1385
  88. Mustafa Drayəti və başqaları, Numayenameye movzui Səhifeyi Səccadiyyə, h.ş 1377
  89. Ərfə, Hədise Bəndəgi, h.ş 1388
  90. Ərfə, Hədise Bəndəgi, h.ş 1388
  91. Qureyşi, Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətil-Kamilə, h.ş 1343
  92. Fatimə Əhmədi, "Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətis-Səccadiyyə", h.ş 1394

Ədəbiyyat

  • Səhifeyi Səccadiyyə
  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, h.q 1403
  • Ayəti, Əbdül-Həmid, Səhifeyi Səccadiyye, Tehran, h.ş 1375
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Məalimul-üləma, Nəcəf, h.q 1380
  • Fatimə Əhmədi, "Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətis-Səccadiyyə", Tehran, Üsvə nəşri, h.ş 1394
  • Ərfə, Seyyid Kazim, Hədise Bəndəgi, Tehran, Feyz Kaşani, h.ş 1388
  • İlahi Qumşei, Mehdi, Səhifeyi Səccadiyye, Qum, h.ş 1389
  • Ənsari, Məhəmməd, Əhli-beyt (ə), Qum, Məcməul-fikril-islami, h.q 1428
  • Ənsari, Mürtəza, Kitabul-məkasib, QUm, h.q 1415
  • Bəhrani, Yusif ibn Əhməd, Hədaiqun-nazirə, Qum, Dəftəre enteşarate İslami, h.q 1405
  • Pişvayi, Mehdi, Siyreye pişvayan, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1397
  • Turabi, Əhməd, İmam Səccad (ə), Cəmale niyayeşgəran, Məşhəd, h.ş 1373
  • Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402
  • Cəfəriyan, Həyate fikri və siyasi İmamane şie, Qum, Ənsariyan, h.ş 1387
  • Həbibi, Salman və Muxtar Şəmsuddini, Ketabşenasiye İmam Səccad (ə), Səhifeye Səccadiyye və risaleye hüquq, h.ş 1394
  • Seyid Məhəmməd Hüseyn Hüseyni Cəlali, Şərhu Səhifətis-Səccadiyyə, Kərbəla, h.q 1436
  • Hüseyni Tehrani, Seyyid Məhəmməd Hüseyn, İmamşenasi, Məşhəd, Əllamə Təbatəbai nəşri, h.q 1425
  • Həkim və başqaları, Əlamul-hidayə, Qum, Məcməe cəhaniye Əhli-beyt (ə), h.q 1425
  • Khalaji, Məhəmməd Təqi, Əsrare xamuşan, Qum, h.ş 1383
  • Xomeyni, Seyyid Ruhullah, Əl-Məkasibul-muhərrəmə, h.q 1415
  • Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum
  • Darabi, Məhəmməd, Riyazül-Arifin fi Şərh-e Səhifeye Seyidis-Sacidin, Üsvə nəşri, h.q 1421
  • Dirayəti, Müstafa və başqaları, Nəmaye nameye movzui Səhifeye Səccadiyyə, Tehran, h.ş 1377
  • Zəki Mubarək, Ət-Təsəvvüfül-İslami vəl-ədəbi vəl-əxlaqi, Qahirə, m. 2004
  • Sübhani, Fərhənge əqaid vvə məzahibe İslami, Qum, Tövhid, h.ş 1395
  • Səccadi Seyyid Əhməd və başqaları, Fərhəngnameye movzui Səhifeye Səccadiyye, Qum, h.ş 1385
  • Şerani, Əbul-Həsən, Səhifeyi Səccadiyye, Tehran, h.ş 1393
  • Şəhid Sani Zeynuddin ibn Əli, Ər-Rəvzətul-bəhiyyə, QumŞ h.q 1410
  • Sədrayi Xoyi, Əli, Fehrestqane nüsxehaye xəttiye hədis, Qum, Darul-hədis, h.ş 1382
  • Təbatəbai, Seyyid Məhəmməd Kazim, Tarixe hədise şie, Tehran, h.ş 1388
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Ən-Nəşrul-İslami, h.q 1417
  • Hairi, Seyyid Məhəmməd, Səhifeyi Səccadiyyə, Tehran, h.ş 1400
  • Fuladvənd, Məhəmməd Mehdi, Pişvaye çehre bər xake sayəndəgan, Tehran, h.ş 1379
  • Zəncani, Əhməd, Şərh və tərcüme Səhifeyi-səccadiyye, Tehran, Üsvə nəşri, h.ş 1388
  • Feyzul-İslam, Seyyid Əli Nəqi, Tərcümə və şərhe Səhifeye Kamile Səccadiyye, Tehran, h.ş 1376
  • Qureyşi, Seyyid Əl Əkbər, Əl-möcəmul-mufəhrəsu li əlfazis-Səhifətil-Kamilə, Qum, h.ş 1343
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-Məvəddət, Tehran, Üsvə nəşri, h.q 1422
  • Kəlbasi, Məhəmməd ibn İbrahim, Ər-Rəsailur-ricaliyyə, Qum, h.q 1422
  • Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, h.ş 1388
  • Məclisi, Məhəmməd Baqir, Rəvzətul-muttəqin, Qum, h.q 1406
  • Mədəni, Əlixan ibn Əhməd, Riyazus-salikin, h.q 1409
  • Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, Təfsiru kənzid-dəqaiq, Tehran, h.ş 1368
  • Mütəhhəri, Mürtəza, Fəlsəfeye əxlaq, Tehran, Sədra nəşri, h.ş 1390
  • Müzəffər, Məhəmməd Hüseyn, Əd-Dəlilu ila məvzuatis-səhifətis-səccadiyyə, Qum, h.q 1403
  • Məmduhi, Həsən, Şuhud və şenaxt, Qum, h.ş 1388
  • Müvəhhid, Seyyid Məhəmməd Baqir, Əs-Səhifətus-səccadiyyətul-kamilə, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1413
  • Məhdəvi Damğani, Fəridə, Tehran, m. 2009, Les Psaumes De L'islam
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut

Xarici keçid