Səhifeyi-səccadiyyənin yeddinci duası
Mövzu | Çətinliyə düşəndə, bəla gələndə və kədər insanı boğanda oxunan dua |
---|---|
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
Nəql olunub | İmam Səccad (ə) |
Ravi | Mütəvəkkil ibn Harun |
Şiə mənbələri | Səhifeyi-səccadiyyə |
Səhifeyi-səccadiyyənin yeddinci duası (ərəbcə: الدعاء السابع من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır ki, çətinliyə düşəndə, bəla gələndə və kədər insanı boğanda oxunur. Çətinliklərin Allahın əli ilə asanlaşmasına və həyat vasitələrinin Allahın mərhəməti vasitəsilə tədarük olunmasına işarə vurur. İmam Səccad (ə) bu duada Allahdan həyatın düyünlərinin açılmasını istəyir. Həmçinin, 4-cü imam (ə) “Səhifeyi-səccadiyyə”də bütün varlıqların Allahın iradəsinə tabe olduğunu hesab edir və hamının Allahın iradəsi qarşısında zəif olduğunu, Allahın zəlil etdiyi şəxsin başqa heç bir köməkçisinin olmadığını dilə gətirir.
Tövsiyə olunub ki, bu dua çətinliklər zamanı xüsusi qaydada, o cümlədən sübh namazından sonra və iki tülu arasında oxunsun.
Yeddinci dua “Səhifeyi-səccadiyyə”nin şərhlərində, məsələn, Hüseyn Ənsariyanın “Diyari-aşiqan” və Seyyid Əlixan Mədəninin “Riyazus-salikin” əsərində ərəbcə şərh olunub.
Dəyəri və yeri
“Səhifeyi-səccadiyyə”nin yeddinci duası həzrət Səccadın (ə) dözülməz çətinliklər, çətin bəlalar və qəm-qüssə zamanı kədəri və çətinlikləri aradan qaldırmaq üçün oxuduğu duadır. Dördüncü imam bu duada yeri gəldikcə müsibətlər baş verdikdə bəndənin vəzifələrini də xatırladır.[1] İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei də h. ş 1398-ci ilin isfənd ayında İranda və digər ölkələrdə 2019-cu ilin koronovirusu yayılanda bu xəstəliyi dəf etmək üçün məlum duanı oxumağı tövsiyə etmişdi.[2]
Təlimlər
“Səhifeyi-səccadiyyə”nin yeddinci duasının təlimləri bunlardır:
- Allah hər çətinliyin düyününü açandır.
- Bütün məxluqlar Allahın iradəsinə tabedirlər.
- Həyat vasitələrinin Allahın lütf və mərhəməti ilə təmin olunması və Onun lütfü ilə təsirli olması.[3]
- Qəza-qədərin Allahın qüdrəti ilə cərəyan etməsi.
- Allahın iradəsinin qaçılmazlığı.
- Allah insanın çətinliklərə və ağır müsibətlərə qarşı sığınacağıdır.
- Allahın iradəsi qarşısında hər kəsin zəif olması.
- Fərəc qapılarını açmağı Rəbbindən diləmək.
- Vacibatı yerinə yetirmək və müstəhəblərə önəm vermək üçün dua.
- Hər şeyin ancaq Allahın iradəsi və istəyi ilə olması.
- Allah tərəfindən zəlil olanın heç bir köməkçisi yoxdur.[5]
Oxuma qaydası
Bəzi əsərlərdə “Səhifeyi-Səccadiyyə”nin yeddinci duasını xətm etməyin qaydası nəql olunub. Bu xətmin başlanğıcı bazar günüdür və otuz günə qədər davam edir. Sözügedən dua hər gün on dəfə oxunur. Dua bitəndən sonra nəfəs kəsilənə qədər “Ya Rəbb! Ya Rəbb!” zikri deyilir. Sonra səcdədə Allahdan hacət istənilir. Tövsiyə olunub ki, bu duanı xətm etməyə başlamazdan qabaq on dəfə salavat deyin. Həmçinin, duanı oxumazdan qabaq və oxuyandan sonra qırx dəfə “Ya Allah!” deyin. Duanın xətmində onu iki tülu arasında və sübh namazından sonra oxumaq, otuz gün ərzində haramlardan və çox yeməkdən çəkinmək tövsiyə olunub. Həmçinin, təharətli olmaq, üzü qibləyə oturmaq və hüzuri-qəlb şərtdir.[6]
Şərhlər
“Səhifeyi-Səccadiyyə”nin şərhlərində yeddinci dua da şərh edilib və çətin ifadələri izah olunub. Bu dua “Diyari-aşiqan”,[7] “Şühud və şenaxt”,[8] “Riyazus-salikin”[9] və “Fi Zilalis-Səhifeyi-Səccadiyyə”[10] kitablarında şərh olunub və Feyz Kaşaninin “Təliqat əla Səhifeyi-Səccadiyyə”[11] əsərində izah edilib.
Mətn və tərcümə
Səhifeyi-səccadiyyənin 7-ci duası
Ərəbcə mətn | Tərcümə |
---|---|
(۱) یا مَنْ تُحَلُّ بِهِ عُقَدُ الْمَکارِهِ، وَ یا مَنْ یفْثَأُ بِهِ حَدُّ الشَّدَائِدِ، وَ یا مَنْ یلْتَمَسُ مِنْهُ الْمَخْرَجُ إِلَی رَوْحِ الْفَرَجِ. (۲) ذَلَّتْ لِقُدْرَتِک الصِّعَابُ، وَ تَسَبَّبَتْ بِلُطْفِک الْأَسْبَابُ، وَ جَرَی بِقُدرَتِک الْقَضَاءُ، وَ مَضَتْ عَلَی إِرَادَتِک الْأَشْیاءُ. (۳) فَهِی بِمَشِیتِک دُونَ قَوْلِک مُؤْتَمِرَةٌ، وَ بِإِرَادَتِک دُونَ نَهْیک مُنْزَجِرَةٌ. (۴) أَنْتَ الْمَدْعُوُّ لِلْمُهِمَّاتِ، وَ أَنْتَ الْمَفْزَعُ فِی الْمُلِمَّاتِ، لَا ینْدَفِعُ مِنْهَا إِلَّا مَا دَفَعْتَ، وَ لَا ینْکشِفُ مِنْهَا إِلَّا مَا کشَفْتَ (۵) وَ قَدْ نَزَلَ بی یا رَبِّ مَا قَدْ تَکأَّدَنِی ثِقْلُهُ، وَ أَلَمَّ بیمَا قَدْ بَهَظَنِی حَمْلُهُ. (۶) وَ بِقُدْرَتِک أَوْرَدْتَهُ عَلَی وَ بِسُلْطَانِک وَجَّهْتَهُ إِلَی. (۷) فَلَا مُصْدِرَ لِمَا أَوْرَدْتَ، وَ لَا صَارِفَ لِمَا وَجَّهْتَ، وَ لَا فَاتِحَ لِمَا أَغْلَقْتَ، وَ لَا مُغْلِقَ لِمَا فَتَحْتَ، وَ لَا مُیسِّرَ لِمَا عَسَّرْتَ، وَ لَا نَاصِرَ لِمَنْ خَذَلْتَ. (۸) فَصَلِّ عَلَی مُحَمَّدٍ وَ آلِهِ، وَ افْتَحْ لِی یا رَبِّ بَابَ الْفَرَجِ بِطَوْلِک، وَ اکسِرْ عَنِّی سُلْطَانَ الْهَمِّ بِحَوْلِک، وَ أَنِلْنِی حُسْنَ النَّظَرِ فِیمَا شَکوْتُ، وَ أَذِقْنِی حَلَاوَةَ الصُّنْعِ فِیمَا سَأَلْتُ، وَ هَبْ لِی مِنْ لَدُنْک رَحْمَةً وَ فَرَجاً هَنِیئاً، وَ اجْعَلْ لِی مِنْ عِنْدِک مَخْرَجاً وَحِیاً. (۹) وَ لَا تَشْغَلْنِی بِالاهْتِمَامِ عَنْ تَعَاهُدِ فُرُوضِک، وَ اسْتِعْمَالِ سُنَّتِک. (۱۰) فَقَدْ ضِقْتُ لِمَا نَزَلَ بییا رَبِّ ذَرْعاً، وَ امْتَلَأْتُ بِحَمْلِ مَا حَدَثَ عَلَی هَمّاً، وَ أَنْتَ الْقَادِرُ عَلَی کشْفِ مَا مُنِیتُ بِهِ، وَ دَفْعِ مَا وَقَعْتُ فِیهِ، فَافْعَلْ بیذَلِک وَ إِنْ لَمْ أَسْتَوْجِبْهُ مِنْک، یا ذَا الْعَرْشِ الْعَظِیمِ |
Ey hər kəsin düyünü Sənin əlinlə açılan, ey çətinliklərin ağırlığı mərhəmətinə sıxan, ey darlıqdan çıxıb asanlıqa getmək səndən istəni-lən, kəs, çətinliklər sənin lütfünlə asanlaşır, həyat vasitələri və yaşayış səbəbləri sənin rəhmətinlə hazırlanır, qəza qüdrətinlə hərəkətə gəlir hər şey iradənlə işə düşər, yalnız Sənin istəyinlə bir şeyə əmr etmədikdə işə düşər, hər şey iradə etdikdə nəhy etməzdən öncə işdən düşər, bütün çətinliklərdə səni çağırarlar, bütün müsibətlərdə sənə pənah gətirirlər, Sənin aradan aparmadığından başqa heç bir bəla aradan getməz, Sənin açdığın düyündən başqa heç bir düyün açılmaz: İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətiliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur, onu Sən öz qüdrətinlə on mənə rücah etmisən; İlahi! Sənin rücah etdiyini kimsə geri apara bilməz, Sənin göndərdiyini geri qaytara bilməz, Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz, Sənin bağladığın bir şeyi kimsə aça bilməz, Sənin çətinlişdirdiyin bir şey kimsə asan edə bilməz, Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz, belə isə Muhəmməd və onun soyuna səlaavat göndər, və öz rəhmətinlə ey mənim Rəbbim-rahatlıq qapısını üzümə aç, öz qüdrətimlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır, öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəb-batından saxlama, çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuş, Qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm. Ey böyük ərşin Pərvərdigarı!
|
Əlaqəli məqalə
İstinadlar
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1385, c.1, s.425
- ↑ «دعایی که رهبر انقلاب خواندن آن را در دوران شیوع بیماری توصیه کردند.», farsi.khamenei.ir saytı
- ↑ Duanın mətnində
- ↑ Duanın mətnində
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1371, c.4, s.103-224
- ↑ Əkbəri, Abe həyat, h.ş 1392, 186-cı dəstur
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1371, c.4, s.103-224
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1385, c.1, s.425-435
- ↑ Hüseyni Mədəni, Riyazus-salikin, h.q 1409, c.2, s.301-325
- ↑ Muğniyyə, Fi Zilalis-Səhifeyi-Səccadiyyə, h.q 1428, s.135-141
- ↑ Feyz Kaşani, Təliqat əla Səhifeyi-Səccadiyyə, h.q 1407, s.32-33
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1371
- Əkbəri, Məhəmməd Hüseyn, Abe həyat, Qum, Qaime Ali Muhəmməd (s), h.ş 1392
- Hüseyni Əkbəri, Seyyid Əlixan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1409
- «دعایی که رهبر انقلاب خواندن آن را در دوران شیوع بیماری توصیه کردند.», khamenei.ir saytı
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqat əla Səhifeyi-Səccadiyyə, Qum, h.q 1407
- Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhifeyi-Səccadiyyə, Qum, Darul-kitabil-İslami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, h.ş 1385