Məzmuna keç

Səhifeyi Səccadiyyənin on dördüncü duası

wikishia saytından
(Səhifeyi-səccadiyyənin on dördüncü duası səhifəsindən yönləndirilmişdir)
Səhifeyi Səccadiyyənin on dördüncü duası
دعاوه فی الظلامات
MövzuZalımların zülmündən qurtulmaq və onların zülmündən amanda qalmaq üçün Allahdan kömək istəmək
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun

Səhifeyi Səccadiyyənin on dördüncü duası (ərəbcə: الدعاء الرابع عشر من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan və zalımların zülmündən qurtulmaq üçün Allahdan kömək istənilən dualardan biridir. İmam Səccad (ə) bu duada Allahın məzlumların keçmişinə olan elminə işarə edir və düşmənə qarşı kin və qəzəbə qalib gəlmək üçün Allahdan yardım diləyir. İmam Səccad (ə) həmçinin Allahdan razılıq və təslimiyyət məqamını istəyir.

On dördüncü dua, Hüseyn Ənsarianın "Diyari aşiqan" və Həsən Məmduhi Kirmanşahinin "Şühud və mərifət" adlı farsca yazılmış əsərləri, habelə Seyid Əli Xan Mədəninin ərəb dilində yazılmış "Riyazus-salikin" kitabı kimi "Səhifeyi Səccadiyyə"yə yazılan şərhlərdə şərh olunmuşdur.

Duanın mövzusu və əhəmiyyəti

Səhifeyi Səccadiyyənin on dördüncü duasının əsas mövzusu zülmə məruz qalanlar üçün dua etmək və zalımlara qarşı Allahdan kömək diləməkdir.[1] İran İmam Cümələri Siyasətinin Tənzimlənməsi Şurasının Rəhbəri Məhəmməd Cavad Hacı Əliəkbərinin dediyinə görə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xamenei İsrailin Livana hücumu zamanı 2024-cü ildə müqavimət cəbhəsinin döyüşçülərinin zəfəri üçün bu duanın oxunmasını tövsiyə etmişdir.[2] Bu tövsiyədən sonra bəzi İran məscidlərində bu dua camaatla birlikdə oxunmuşdur.

Duanın təlimləri

Bu duada Allahdan insanın zalımlımların zülmündən qorunması, öz kin və qəzəbinə qalib gəlməsi istənilir. Həmçinin insanın əxlaqi rəzilətlərdən təmizlənməsinə böyük önəm verilir.[3] İmam Səccadın (ə) 16 hissədən[4] ibarət olan bu duada verdiyi təlimlər aşağıdakılardır:

  • İlahi elmin genişliyi, Allahın məzlumların keçmişindən xəbərdar olması.
  • Allah bütün varlıq aləmində ən yaxşı şahid və müşahidəçidir.
  • Allah məzlumların köməkçisi və zalımların düşmənidir.
  • Zülmə qarşı mübarizənin tərif və zülmü qəbul etməyin məzəmməti edilməsi
  • Zalımların zəifliyi və acizliyi.
  • Zülm və zalımdan Allah dərgahına şikayət etmək
  • Hər bir vəziyyətdə bəndəlik ədəbinə riayət etmək.
  • Başqalarına zülm etməkdən qorunmaq üçün dua etmək.
  • Düşmənə qarşı kin və qəzəbə qalib gəlmək üçün dua etmək.
  • Zülmə dözmənin müqabilində Allahın rəhmətini diləmək.
  • Allahın bəndələrin problemləri yeganə həll edən olması.
  • Zalımların cəzalandırılması və məzlumların qurtuluşu üçün dua etmək.
  • Bəyənilməyən meyllərdən və tamahdan uzaq olmaq üçün dua etmək.
  • İlahi mükafatı qəlbi təsəvvür və dərk etmək ilə ilahi təqdirə razı olmaq və düşmənlərin və zalımların cəzasını görmək.
  • Allahdan mükafat istəmək.
  • Duanın qəbul olunması üçün dua etmək.
  • İmanın qorunması üçün dua etmək.
  • Məzlumun gördüyü zülm və zalımın etdiyi zülmlə sınağa çəkilməsi.
  • Allahın zalımlardan intiqam almasından ümidsiz olmaq ilə sınağa çəkilməmək üçün dua etmək.
  • Razılıq və təslimiyyət məqamını istəmək (əgər haqqımızın qaytarılmasının Qiyamət gününə qədər təxirə salınması xeyrimizədirsə, Allahdan səbr və dözüm istəməliyik).[5]

Duaya yazılan şərhlər

On dördüncü dua, Hüseyn Ənsarianın[6] "Diyari Aşiqan", Məhəmməd Həsən Məmduhi Kirmanşahinin[7] "Şühud və mərifət", Seyid Əhməd Fihrinin[8] Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.

Bu dua, həmçinin Seyid Əli Xan Mədəninin[9] "Riyazus-Salikin", Məhəmməd Cavad Muğniyənin[10] "Fi Zilali Əs-Səhifətis-Səccadiyyə", Məhəmməd ibn Məhəmməd Darabinin[11] "Riyazul-Arifin" və Seyid Məhəmməd Hüseyn Fəzlullahın[12] "Afaqur-Ruh" adlı ərəb dilində yazılmış əsərlərində izah edilmişdir. Sözügedən duanın kəlmələri də lüğəvi şərhlə bağlı əsər olan Feyz Kaşaninin "Təliqat əla Əs-Səhifətis-Səccadiyyə" kitabında[13] şərh olunmuşdur.[14]

Duanın mətni və tərcüməsi

Mətn
Mətn və Tərcümə
Tərcümə

وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلَامُ إِذَا اعْْتُدِيَ عَلَيْهِ أَوْ رَأَي مِنَ الظَّالِمِينَ مَا لَا يُحِبُّ

يَا مَنْ لَا يَخْفَى عَلَيْهِ أَنْبَاءُ الْمُتَظَلِّمِينَ

وَ يَا مَنْ لَا يَحْتَاجُ فِي قَصَصِهِمْ إِلَى شَهَادَاتِ الشَّاهِدِينَ

وَ يَا مَنْ قَرُبَتْ نُصْرَتُهُ مِنَ الْمَظْلُومِينَ

وَ يَا مَنْ بَعُدَ عَوْنُهُ عَنِ الظَّالِمِينَ

قَدْ عَلِمْتَ ، يَا إِلَهِي ، مَا نَالَنِي مِنْ فُلَانِ بْنِ فُلَانٍ مِمَّا حَظَرْتَ وَ انْتَهَكَهُ مِنِّي مِمَّا حَجَزْتَ عَلَيْهِ ، بَطَراً فِي نِعْمَتِكَ عِنْدَهُ ، وَ اغْتِرَاراً بِنَكِيرِكَ عَلَيْهِ

اللَّهُمَّ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ خُذْ ظَالِمِي وَ عَدُوِّي عَنْ ظُلْمِي بِقُوَّتِكَ ، وَ افْلُلْ حَدَّهُ عَنِّي بِقُدْرَتِكَ ، وَ اجْعَلْ لَهُ شُغْلًا فِيما يَلِيهِ ، وَ عَجْزاً عَمَّا يُنَاوِيهِ

اللَّهُمَّ وَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ لَا تُسَوِّغْ لَهُ ظُلْمِي ، وَ أَحْسِنْ عَلَيْهِ عَوْنِي ، وَ اعْصِمْنِي مِنْ مِثْلِ أَفْعَالِهِ ، وَ لَا تَجْعَلْنِي فِي مِثْلِ حَالِهِ

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ أَعْدِنِي عَلَيْهِ عَدْوَى حَاضِرَةً ، تَكُونُ مِنْ غَيْظِي بِهِ شِفَاءً ، وَ مِنْ حَنَقِي عَلَيْهِ وَفَاءً

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ عَوِّضْنِي مِنْ ظُلْمِهِ لِي عَفْوَكَ ، وَ أَبْدِلْنِي بِسُوءِ صَنِيعِهِ بِي رَحْمَتَكَ ، فَكُلُّ مَكْرُوهٍ جَلَلٌ دُونَ سَخَطِكَ ، وَ كُلُّ مَرْزِئَةٍ سَوَاءٌ مَعَ مَوْجِدَتِكَ

اللَّهُمَّ فَكَمَا كَرَّهْتَ إِلَيَّ أَنْ أُظْلَمَ فَقِنِي مِنْ أَنْ أَظْلِمَ

اللَّهُمَّ لَا أَشْكُو إِلَى أَحَدٍ سِوَاكَ ، وَ لَا أَسْتَعِينُ بِحَاكِمٍ غَيْرِكَ ، حَاشَاكَ ، فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ صِلْ دُعَائِي بِالْإِجَابَةِ ، وَ اقْرِنْ شِكَايَتِي بِالتَّغْيِيرِ

اللَّهُمَّ لَا تَفْتِنِّي بِالْقُنُوطِ مِنْ إِنْصَافِكَ ، وَ لَا تَفْتِنْهُ بِالْأَمْنِ مِنْ إِنْكَارِكَ ، فَيُصِرَّ عَلَى ظُلْمِي ، وَ يُحَاضِرَنِي بِحَقِّي ، وَ عَرِّفْهُ عَمَّا قَلِيلٍ مَا أَوْعَدْتَ الظَّالِمِينَ ، وَ عَرِّفْنِي مَا وَعَدْتَ مِنْ إِجَابَةِ الْمُضْطَرِّينَ

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ وَفِّقْنِي لِقَبُولِ مَا قَضَيْتَ لِي وَ عَلَيَّ وَ رَضِّنِي بِمَا أَخَذْتَ لِي وَ مِنِّي ، وَ اهْدِنِي لِلَّتِي هِيَ أَقْوَمُ ، وَ اسْتَعْمِلْنِي بِمَا هُوَ أَسْلَمُ

اللَّهُمَّ وَ إِنْ كَانَتِ الْخِيَرَةُ لِي عِنْدَكَ فِي تَأْخِيرِ الْأَخْذِ لِي وَ تَرْكِ الِانْتِقَامِ مِمَّنْ ظَلَمَنِي إِلَى يَوْمِ الْفَصْلِ وَ مَجْمَعِ الْخَصْمِ فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ ، وَ أَيِّدْنِي مِنْكَ بِنِيَّةٍ صَادِقَةٍ وَ صَبْرٍ دَائِمٍ

وَ أَعِذْنِي مِنْ سُوءِ الرَّغْبَةِ وَ هَلَعِ أَهْلِ الْحِرْصِ ، وَ صَوِّرْ فِي قَلْبِي مِثَالَ مَا ادَّخَرْتَ لِي مِنْ ثَوَابِكَ ، وَ أَعْدَدْتَ لِخَصْمِي مِنْ جَزَائِكَ وَ عِقَابِكَ ، وَ اجْعَلْ ذَلِكَ سَبَباً لِقَنَاعَتِي بِمَا قَضَيْتَ ، وَ ثِقَتِي بِمَا تَخَيَّرْتَ

آمِينَ رَبَّ الْعَالَمِينَ ، إِنَّكَ ذُو الْفَضْلِ الْعَظِيمِ ، وَ أَنْتَ عَلَى كُلِّ شَيْ‌ءٍ قَدِيرٌ

O Həzrətin birindən zülm gördükdə etdiyi və ya zalımlardan xoşuna gəlməyən bir şey gördüyü zaman etdiyi dua

Ey şikayət edənlərin xəbərlərindən agah olan,

Ey zülm görənlərin əhvalında şahidlərin şəhadətinə ehtiyac duymayan,

Ey məzlumlara yardımının yetmə dövranı yaxın olan,

Ey yardımın zülmkardan uzaq olan,

Ey mənim Rəbbim, Sən bilirsən ki, filan kəsin oğlu filan kəsdən mənə elə şey yetişdi ki, o işi ona qadağan etmişdin, o ona qadağan etdiyin hörmət pərdəmi cırdı, ne’mətində tüğyan edib əzabına e’tinasızlıq üzündən məni incitdi.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və mənə zülm edəni və öz düşmənini öz qüvvətinlə məndən uzaqlaşdır, öz qüdrətinlə mənə olan kəskinliyini sındır, onu özünə məşğul et, onunla yanaşı mənə qarşı düşmənçilik edəni aciz et.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər! Onun qarşısında mənə yaxşı yardım et, onun işlərinə oxşar işlərdən məni hifz et, məni onun halına bənzər vəziyyətə düşməyə qoyma.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və onun zülmü qarşısında mənə əfv və bəxşişini əta et, onunla pis rəftarım əvəzində rəhmətini mənə mükafat ver, çünki Sənin qorxun qarşısında hər bir xoşagəlməz iş boş şeydir, hər bir müsibət qəzəbin qarşısında asandır.

İlahi! Zülmkarı nəzərimdə xoşagəlməz etdiyin kimi məni də zülmkarlıqdan qoru.

İlahi! Səndən savayı heç kəsə şikayət etmirəm, Səndən başqa heç bir hakimdən yardım istəyirəm, belə etməyim qeyri mümkündür, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və duamı icabətə yetir, şikayətimi indiki vəziyyətimin dəyişilməsinə səbəb qərar ver,

Məni öz ədalətinlə imtahan etmə ki, mənə qarşı zülmündə israr etsin, haqqımı tapdasın, və zülmkara mənə qarşı zülmündə rüxsət vermə, elə bu tezliklə onu zülmkarları qorxutduğun və’də ilə tanış et və məni çarəsizlərə və’də etdiyin icabətlə agah et.

İlahi! Muhəmməd və onun soyuna səlavat göndər və məni barəmdə müqəddər etdiyin hər bir xeyir və ziyanı qəbul etməyə müvəffəq et və ən doğru yola hidayət et, ən sağlam işə yönəlt.

İlahi! əgər xeyrimi haqqın alınmasının tə’xirə düşməsində, intiqamımın qiyamətədək qalmasında bilsən, belə isə Muhəmməd və onun soyuna səlavat göndər və öz tərəfindən həmişəlik səbr və doğru niyyətlə mənə yardım et,

Hərislik əhlinin nalayiq rəğbətindən pənah ver, mənim üçün hazırladığın mükafatı və düşmənimə tadarük gördüyün qəzav-qədərinə razı qalmağıma bir vasitə qərar ver.

Ey aləmlərin Rəbbi, duamı qəbul et, çünki Sən böyük fəzilət sahibi və hər şeyə qadirsən!

🌞
🔄

İstinadlar

  1. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34
  2. «آیات فتح و دعای نصر؛ توصیه رهبر انقلاب برای پیروزی جبهه مقاومت», khamenei.ir saytı
  3. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34
  4. ترجمه و شرح دعای چهاردهم صحیفه سجادیه, erfan.ir saytı
  5. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.223-290; Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.34-53
  6. Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.223-290
  7. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.31-53
  8. Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.97-104
  9. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.3, s.43-73
  10. Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.191-201
  11. Darabi, Riyazul-arifin, h.ş 1379, s.171-182
  12. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.333-350
  13. Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.38-39
  14. Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.90-93

Ədəbiyyat

  • «آیات فتح و دعای نصر؛ توصیه رهبر انقلاب برای پیروزی جبهه مقاومت», khamenei.ir saytı
  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
  • Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid