İki namazı bitiştirmək

wikishia saytından
(İki namazın ardıcıl qılınması səhifəsindən yönləndirilmişdir)


İki namazı bitiştirmək (ərəbcə: الجمع بين الصلاتين), zöhrəsr, məğrib və işa namazlarını bahəm, eyni vaxtda ardıcıl qılmaqdır. İki namazı birləşdirməyə icazə verilməsi üçün Peyğəmbərin (s) sünnəsi və imamların (ə) rəvayətlərinə istinad edilir. Sünni alimləri iki namazın eyni vaxtda ardıcıl olaraq qılınmasına etiqadları yoxdur. Ona görə də yalnız səfər və xəstəlik kimi xüsusi hallarda iki namazı birləşdirməyi icazəli hesab edirlər.

Cəfər Sübhaninin “Əl-Cəmu beynəs-Səlateyni Əla zəvil-Kitabi və Sünnə” kitabı da daxil olmaqla, iki namazı birləşdirib ardıcıl qılmaq haqqında müxtəlif əsərlər yazılmışdır.

Tərifi

İki namazı birləşdirmək fiqhi termindir. Şiə məzhəbinə görə zöhr, əsr və məğrib, işa namazlarını ortaq zaman daxilində istənilən saatda,[1] sünni məzhəbinə görə isə ayrı-ayrılıqda hər birinin xüsusi vaxtında[2] qılınlır. Şiələr adətən zöhr, əsr və məğrib, işa namazlarını ardıcıl, sünnilər isə ayrı-ayrılıqda qılırlar.[3]

Fiqh kitablarında namaz vaxtları bölməsində iki namazı birləşdirmə mövzusu bəhs edilir.[4] Bu mövzu təharət[5]həcc bölmələrində də qeyd edilmişdir.

Şəri cəhətdən dəlili

Şəhid Əvvələ görə, şiə fəqihlərininin nəzərində iki namazı ardıcıl qılmaq caizdir,[6] çünki hədislərə əsasən, Hz Peyğəmbər (s)[7] və məsum imamlar (ə) [8] normal və qeyri-normal şəraitdə ( müharibə, qorxu), səfər, yağış və s.) vacib gündəlik namazları həm ardıcıl şəkildə , həm də ayrı-ayrılıqda hər birini öz vaxtında qılmışlar. Peyğəmbər (s) normal şəraitdə eyni vaxtda iki namazı ardıcıl qılmasının səbəbini ümmətinin çətinliyə və sıxıntıya düşməsinin qarşısını almaq olduğunu bildirmişdir.[9] Əlbəttə şiə fəqihləri Hz Peyğəmbərin (s) iki namazı ayrı-ayrılıqda qılmasını, bu işin müstəhəb olmasına dəlil hesab edirlər[10] və bu namazların ortaq vaxtının olduğunu qeyd edirlər.[11]

Sünni fəqihlərinin çoxu normal şəraitdə iki namazı ardıcıl qılmağı caiz hesab etmirlər.[12] Yalnız səfər, xəstəlik və ya yağış kimi üzrlü səbəblər olduqda icazə verirlər.[13] Həmçinin normal şəraitdə namazın ardıcıl qılınmasını qeyd edən hədislər sünnilərə görə üzrlü səbəb olan zamanlara aid olunur.[14] Əlbəttə, bütün islam məzhəblərinin fəqihləri Həcc zamanı Ərəfatda, Müzdəlifədə məğrib və işa namazlarının ardıcıl qılınmasını caiz hesab edirlər.[15] Əhli sünnənin digər dörd məzhəbinin iki namazın ardıcıl qılınmasının caiz olmasına səbəb olaraq həcc və ümrəni hesab etmələrinə baxmayaraq, Məhəmməd ibn İdris Şafeyi səfərdə olmağı iki namazın ardıcıl qılınmasının caiz olmasına səbəb hesab edir.[16]

Sünni və şiə nəzərində müxtəlif dəlilləri

Şiələrinsünnilərin baxışlarının fərqli olması onların gündəlik namazların vaxtı ilə bağlı baxışlarının fərqli olmasından irəli gəlir.[17] Şiə alimləri:

"أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا"

ayəsinə əsasən, namazı günəşin batdığı vaxtda gecənin ilk qaranlığına qədər qıl və sübh namazını da qıl, çünki o namaz həqiqətdə bəllidir”[18] müştərək vaxta, fəzilət vaxtına, və xüsusilə zöhr və əsr namazlarının, həmçinin məğrib və işanın xüsusi vaxtının olmasına qaildirlər.[19] Lakin əhli-sünnə alimləri hər bir namaz üçün[20] müəyyən vaxtın olmasına qaildirlər və gündəlik namazların müştərək vaxtının olmasını[21] qəbul etmirlər.

Buna görə də onlar belə hesab edirlər ki, ardıcıl namaz qılındıqda iki namazdan biri öz vaxtından kənarda və başqa vaxtda qılınır, lakin şiə fəqihlərinə görə isə namazı yalnız başqa namazın xüsusi vaxtında qılmaq caiz deyil lakin, müştərək və ya namazın fəzilətli vaxtında qılmaq caizdir.[22] Bəzi əhli-sünnə təfsirçiləri gündəlik vacib namazlar üçün müəyyən edilmiş üç vaxtı (sübh, günorta və gecə) sabit hesab edirlər.[23]

Biblioqrafiya

İki namazı ardıcıl qılmaq haqqında ərəb və fars dillərində kitablar yazılmışdır. O cümlədən, şiə mərcəyi təqlidlərindən olan Ayətullah Cəfər Sübhani tərəfindən şəmsi 1388-ci ildə yazılan “Əl-Cəmu beynəs-Səlateyn əla zəvil-kitabi vəs-Sünnə” kitabı İmam Sadiq (ə) müəssisəsi tərəfindən nəşr edilmişdir.[24] Bu kitabda iki namazı ardıcıl qılmağın caiz olması haqqında ayə və hədislər vardır.

Əbdül Lətif Bağdadinin yazdığı "Əl-Cəmu beynəs-Səlateyn" Muqbal Vadeyinin yazdığı “Əl-Cəmi beynəs-Səlateyn fis-səfər", Seyid Məhəmməd Rza Müdərrisinin yazdığı “Əl-Cəmi beynəs-Səlateyn və onun hüdudları" və Nəcməddin Əskərinin nəzərini özündə əks elətdirən “Əl-Cəmu beynəs-Səlateyn" kitabları bu qəbildəndir.

İstinadlar

  1. Sübhani, Cəme miyane du namaz əz didqahe kitab və sünnət, s.66
  2. Cəziri, Əl-Fiqh ələl-məzahibil-ərbəə, h.q 1424, c.1, s.438
  3. Sübhani, Cəme miyane du namaz əz didqahe kitab və sünnət, s.45
  4. İbn İdris Əs-Sərair, h.q 1410, c.1, s.198
  5. Şeyx Ənsari, Kitabut-Təharə, h.q 1415, c.4, s.70
  6. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.2, s.331
  7. Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.322; Buxari, Səhih Buxari, h.q 1401, c.1, s.138; Muslim, Səhih Muslim, h.q 1374, c.1, s.489, hədis 705
  8. Səduq, Əl-Kafi, h.q 1407, c.3, s.286-287
  9. Səduq, İləluş-şəraye, h.ş 1385, c.2, s.322; Muslim, Səhih Muslim, h.q 1374, c.1, Babul-cəmi beynəs-səlateyn, s.490, hədis 705
  10. İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.1, s.198
  11. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.1, s.198
  12. Sərəxsi, Əl-Məbsut, h.q 1414, c.1, s.149
  13. Nəvəvi, Şərh bər Səhih Muslim, h.q 1392, c.5, s.218, hədis 212
  14. Nəvəvi, Şərh bər Səhih Muslim, h.q 1392, c.5, s.218
  15. Musəvi, Cəme beyne do nəmaz, h.ş 1393, s.34; Sübhani, Əl-Əqidətul-İslamiyyə, h.q 1419, c.1, s.340
  16. Cəziri, Əl-Fiqhu ələl-məzahibil-ərbəə, h.q 1424, c.1, s.419
  17. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.2, s.336
  18. İsra surəsi, ayə 78
  19. Sübhani, Əl-İnsaf, h.ş 1381, c.1, s.291
  20. Sərəxsi, Əl-Məbsut, h.q 1414, c.1, s.149
  21. Şəhid Əvvəl, Zikruş-şiə, h.q 1419, c.2, s.323
  22. Sübhani, Cəme miyane du namaz əz didqahe kitab və sünnət, s.67
  23. Alusi, Ruhul-məani, h.q 1415, c.8, s.127
  24. الجمع بین الصلاتین علی ضوء الکتاب والسنّة, eshia.ir saytı

Ədəbiyyat

  • Alusi, Seyyid Mahmud, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn İdris Hilli, Mahmud ibn Mənsur, Əs-Sərair, Qum, h.q 1410
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih Buxari, Beyrut, h.q 1401
  • Cəziri, Əbdür-Rəhman ibn Məhəmməd, Əl-fiqhu ələl-məzahibil-ərbəə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424\m.2003
  • Sübhani, Cəfər, Əl-İnsaf, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1381
  • Sübhani, Cəfər, «جمع میان دو نماز از دیدگاه کتاب و سنت»
  • Sübhani, Cəfər, əl-Əqidətul-İslamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1419
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Zikruş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1419
  • Şeyx Ənsari, Mürtəza ibn Məhəmməd Əmin, Kitabut-təharət, Qum, 1-ci çap, h.q 1415
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Qum, h.ş 1385\m.1966
  • Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-kutubil-İslamiyyə, Düzəliş: Əli Əkbər Ğəffari, h.q 1407
  • Muslim, Səhih Muslim, Beyrut, h.q 1374
  • Musəvi, Əbdür-Rəhim, Cəme beyne du nəmaz, Tərcümə: Hüseyn Əli Ərəbi, Qum, Məcmə cəhaniye Əhli-Beyt (ə), h.ş 1393
  • Nəvəvi, Muhyid-din, Əl-Minhacu şərhi Səhih Muslim, h.q 1392