Muvalat

wikishia saytından

Muvalat (ərəbcə: الموالاة) bir işin tərkib hissələri arasında boşluğun olmamasıdır. Dəstəmaznamazda muvalata riayət etmək onların düzgün olmasının şərtlərindəndir, lakin qüsldə vacib deyildir. Bəzi fəqihlər müqavilələrin şəriət formasının tərkib hissələrinin (tələb və qəbul) uyğunluğuna riayət etməyi zəruri hesab etmişlər. Muvalatın meyarı isə ürfdür.

Terminologiya

Muvalat iki şeyin bir-birinin ardınca gəlməsi deməkdir.[1] Fiqhdə namaz və dəstəmaz kimi ibadətlərin hissələrinin fasiləsiz, ardıcıl olaraq yerinə yetirilməsi muvalat adlanır.[2] Fəqihlər muvalatın müəyyən etməyin meyarını ürfün öhdəsinə qoyublar.[3]

Vacib olan hissələr

Muvalata riayət etmək bəzi ibadətlərin düzgünlüyünün şərtlərindən sayılır, o cümlədən:

* Namaz: Namazın qiraət, rükusəcdə kimi tərkib hissələri ardıcıl olaraq qılınmalıdır. Ürfün nəzərində namaz qılanın muvalatına muvalat deyilməzsə, namazı batil olur.[4] Əlbəttə, rüku və səcdəni uzatmaq və ya uzun surələri oxumaq muvalatı aradan aparmır.[5]

* Dəstəmaz: Dəstəmaz zamanı dəstəmaz üzvlərinin yuyulması və məsh edilməsi arasında fasilə olmamalıdır. Elə bir şəkildə ki, bir üzvü yuyanda və ya məsh edəndə, ondan əvvəlki üzv quru olmamalıdır.[6]

* Azan və iqamə: Şiə fəqihlərinin fətvasına əsasən, azaniqamənin düzgün olmasının şərtlərindən biri onların cüzlərində muvalata riayət etməkdir.[7]

* Şəriət əqdləri: bəzi fəqihlərin fətvasına əsasən, şəriət əqdlərinin tərkib hissələri arasında muvalata riayət etmək lazımdır. Qarşılıqlı şəkildə olan alqı-satqı və nikah kimi məsələlərdə hər iki tərəfin razılığı xüsusi formada icra olunur.[8]

Qüsldə müstəhəb

Feyzi Kaşaniyə görə, İmamiyyə fəqihlərinin fətvalarına əsasən, qüsldə muvalata riayət etmək vacib deyildir,[9] hərçənd ki qüsldə bu müstəhəb hesab edilir.[10]

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.15, s.412
  2. Bəsməci, Mucəmu mustələhatil-əlfazil-fiqhil-İslami, m. 2009, s.556
  3. Meşkini, Mustələhatul-fiqh, h.q 1428, s.518
  4. Kaşiful-ğita, Sual və cəvab, s.76; Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1383, c.1, s.602, məsələ 1114
  5. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1383, c.1, s.602, məsələ 1116
  6. Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1383, c.1, s.173, məsələ 283-284
  7. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, c.2, s.425
  8. شیخ انصاری، کتاب المکاسب، ۱۴۱۵ق، ج۳، ص۱۵۷-۱۶۱, eshia.ir saytı
  9. Feyz Kaşani, Mutəsəmuş-şiə, h.q 1429, c.1, s.423
  10. Feyz Kaşani, Mutəsəmuş-şiə, h.q 1429, c.1, s.423

Ədəbiyyat

  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikr, h.q 1414
  • Bəsməci, Sayir, Mucəmu mustələhatil-əlfazil-fiqhil-İslami, Dəməşq, m. 2009
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Möhsin, Tozihul-məsaile mərace, Tehran, h.ş 1383
  • Şeyx Ənsari, Mürtəza ibn Məhəmməd Əmin, Qum, h.q 1415
  • Təbatəbai Həkim, Seyyid Möhsin, Mustəmsəkul-urvə, Beyrut
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Qum, İslami nəşr müəssisəsi, h.q 1419
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Mutəsəmuş-şiə, Tehran, Mədrəseye ali Şəhid Mütəhhəri, h.q 1429
  • Kaşiful-ğita, Məhəmməd Hüseyn ibn Əli, Sual və cavab, Kaşiful-ğita müəssisəsi
  • Meşkini, Mirza Əli, Mustələhatuk-fiqh, Qum, Əl-Hadi, h.q 1428