Şəri zöhr
Şəri zöhr və ya zəval günəşin doğuşu ilə batması arasındakı vaxtın yarısının keçməsidir.[1] Şəri zöhr, zöhr namazının vaxtının başlanmasıdır.
Fəqihlərin dediyinə əsasən, şəri zöhrü müəyyən etmək üçün yerə şaquli olaraq çubuq və ya başqa bir əşya qoyulur və çubuğun kölgəsi ən qısa həddə çatdıqda, zəval vaxtı olur.[2]
Seyid Əli Sistani kimi bəzi fəqihlərin nəzərinə görə, şəri zöhrü müəyyən etmək üçün günəşin çıxması ilə qürub arasındakı vaxt fasiləsi hesablanır və onun yarısı zəval vaxtıdır. Məsələn, bir şəhərdə günəşin doğuşu səhər saat 06:00-da, qürub isə axşam saat 20:00-da olarsa, günəşin müddəti 14 saat olur, bunun yarısı, yəni günəş çıxandan 7 saat sonra, şəri zöhrdür ki, bu misalda saat 13:00 edir.[3]
Şəri zöhr ilə əlaqədar hökmlər
Fiqh kitablarının namazın vaxtları[4] və müsafirin orucu fəsillərində şəri zöhr haqqında bəhs edilir. Onunla bağlı hökmlərdən bəziləri bunlardır:
- Şəri zöhr coğrafi bölgələrə və ilin günlərinə görə dəyişir.[5]
- Fəqihlərin fətvası budur ki, şəri zöhr, zöhr namazının ilk vaxtıdır.[6]
- Fəqihlərin fikrinə görə, oruc tutan şəri zöhrdən əvvəl səfərə çıxsa, orucu batildir.[7]
- Müsafir öz vətəninə və ya on gün qalmaq niyyətində olduğu yerə zöhrdən (günortadan) əvvəl çatarsa, orucu batil edən bir iş görməyibsə, həmin günü oruc tutmalıdır, amma əgər orucu batil edən bir iş görübsə, həmin günün orucu ona vacib deyildir.[8]
İstinadlar
- ↑ Hüseyni Sistani, Tozihul-məsaile mərace, c.1, məsələ 953
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1421, c.2, s.252; İmam Xomeyni, Tozihul-məsail, h.ş 1391, məsələ 729, s.116; Məkarim Şirazi, Tozihul-məsail, h.q 1429, Namaz bölməsi, məsələ 672
- ↑ Hüseyni Sistani, Tozihul-məsaile mərace, c.1, məsələ 953
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1421, c.2, s.673
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1421, c.2, s.252
- ↑ Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1421, c.2, s.250; İmam Xomeyni, Tozihul-məsail, h.ş 1391, məsələ 731, s.117; Məkarim Şirazi, Tozihul-məsail, h.q 1429, Namaz bölməsi, məsələ 673
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, məsələ 953
- ↑ Bəni Haşim Xomeyni, Tozihul-məsaile mərace, h.ş 1381, c.1, məsələ 994
Ədəbiyyat
- İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, h.ş 1391
- Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Həsən, Tozihul-məsaile mərace, Qum, h.ş 1381
- Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, Came müdərrisin, h.q 1421
- Məkarim Şirazi, Nasir, Tozihul-məsail, Qum, İmam Əli (ə) nəşriyyatı, h.q 1429