Cəhr

wikishia saytından


Cəhr (ərəbcə: الجهر), səsi ucaltmaqdır ki, məşhur nəzərə əsasən, sübh namazında, məğribişa namazlarının ilk iki rükətlərində kişi namaz qılanların "Həmd" və surələri oxuması zamanı onları ucadan oxuması vacibdir. Cəhrin namaz, həccdiyənin fəsillərində hökmləri vardır. Bir qrup fəqih səsin aşkar şəkildə eşidilməsini cəhrin meyarı hesab edir və bunu müəyyən etməyi ürfün vəzifəsi bilir. Fəqihlər cəhri ayət namazı, cümə namazı, bayram namazı, yağış namazı, qunut və kişilərin təlbiyə deməsi kimi işlərdə müstəhəb hesab edirlər. Məşhur fəqihlərin nəzərinə əsasən, namazların başqa zikrlərində cəhrdən istifadə etmək məmuma (namazda iqtida edən şəxsə) məkruhdur. Əlbəttə ki, təsbihati-ərbəədə ixfat (yavaş oxumaq) vacibdir.

Bir şəxs başqasına zərər vursa və bunun nəticəsində o, səsini ucalda bilməsə, ona tam diyə ödəməlidir.

Tərifi və mövqeyi

Cəhr, ixfatın əksidir və səsi yüksəltmək və aşkar etmək deməkdir.[1] Bir qrup fəqih səsin aşkar şəkildə eşidilməsini cəhrin meyarı bilib[2] və bunu müəyyən etməyi ürfün vəzifəsi hesab edir.[3] Fəqihlərin nəzərinə görə, cəhri icra edərkən səs normal səviyyədən yuxarı qalxmamalı və qışqırmağa bənzəməlidir.[4] Bu məsələ namaz, həccdiyə bölmələrində qeyd edilmişdir.[5]

Təcvid elmində də cəhr termini bəzi hərfləri tələffüz edərkən tənəffüsün tutulması və qəfil buraxılması mənasında da istifadə olunur.[6] Ərəb dilinin belə bir xüsusiyyətə malik olan 28 hərfindən 18-i (başqa hərflərə işarə edən "Məhmusə"nin əksinə olaraq) "Məchurə hərfləri"  kimi tanınır.[7]

Cəhrin hökmləri

Şiə fəqihləri cəhrin vacib, müstəhəb, caiz və məkruh yerlərini bəyan etmişlər ki, bunlardan ibarətdirlər

Cəhrin vacib olma yerləri

Məşhur nəzərə əsasən, sübh namazında, məğribişa namazlarının ilk iki rükətində "Həmd" və ondan sonra surəni oxumaq zamanı kişi namaz qılana cəhr etmək vacibdir.[8] Deyilib ki, sübh, məğrib, işa və cümə namazlarında "bəsmələ"yə cəhr etməyin (bismillahı ucadan deməyin) vacib və ixfat (yavaşdan qılınan) namazlarda onun müstəhəb olmasına icmanın (yekdil rəyin) olduğu söylənmişdir.[9] Fəqihlərin nəzərinə görə, namaz qılan şəxs qəsdən yavaş və ya ucadan oxumağın vacib olan yerlərinə əməl etməzsə, namazı batil olar, amma əgər unutqanlıq və ya məsələni bilməməzlik üzündən riayət etməsə, səhihdir.[10]

Bir şəxs başqasına zərər vursa və bunun nəticəsində o, səsini ucalda bilməsə, zərər vurduğu şəxsə tam diyə ödəməsi vacibdir.[11]

Cəhrin müstəhəb və caiz yerləri

Cəhr fəqihlərin nəzərindən aşağıdakı hallarda müstəhəb hesab edilmişdir:

  1. Ayət namazları[12]
  2. Cümə namazı[13]
  3. Kişilər üçün cümə gününün zöhr namazının "Həmd" və surəsi[14]
  4. Eydeyn (Fitr və Qurban bayramı) namazı[15]
  5. Yağış namazı[16]
  6. Gecənin müstəhəb olan namazları[17]
  7. Məşhur nəzərə əsasən, qunutun zikri[18]
  8. Hətta təsbihati-ərbəənin əvəzinə "Həmd" surəsini oxumağı seçdiyi zamanda da qiraəti ixfatla (yavaşdan) deməyin vacib olduğu yerlərdə bəsmələ demək[19]
  9. İmam camaata meyit namazının təkbirləri[20]
  10. İmam camaata təkbirətül-ehram[21]
  11. Kişilərə təlbiyə demək[22]

Həmçinin cəhr aşağıdakı hallarda caiz sayılır və namaz qılan şəxs onları ucadan və ya astadan oxuya bilər:

Məkruh olan cəhr

Məşhur fəqihlər "Həmd" və surə və təsbihati-ərbəə istisna olmaqla, namazın zikrlərində cəhrdən istifadə etməyi məmuma məkruh hesab edirlər.[26] Təsbihati-ərbəədə ixfat vacibdir.[27]

Əlaqəli məqalələr

İstinadlar

  1. Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqhe farsi, h.q 1426, c.1, s.113; Dəhxoda, Lüğətnameye dəhxoda
  2. Nümunə üçün baxın: Təbatəbai Yəzdi, h.q 1419, c.2, s.510, m.26; Xomeyni, Təhrirul-vəsilə, Darul-ilm, c.1, s.166, m.11
  3. Xoyi, Musuətul-imamil-Xoi, h.q 1418, c.14, s.402; پرسش و پاسخ » جهر و اخفات در نماز, Ayətullah Sistaninin dəftərxanasına məxsus internet saytı
  4. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.511
  5. Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqhe farsi, h.q 1426, c.1, s.113
  6. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.137
  7. Əllami, Pejuheşi dər elme təcvid, h.ş 1381, s.137
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.364-365; Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.549
  9. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.331-332; Məhəmmədi Reyşəhri, Daneşnameye Quran və hədis, h.ş 1391, c.13, s.308
  10. Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.550, məsələ 995
  11. Xomeyni, Təhrirul-vəsilə, Darul-ilm, c.2, s.593
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.11, s.457
  13. Həkim, Mustəmsəkul-ürvə, h.q 1416, c.6, s.203
  14. Xomeyni, Təhrirul-vəsilə, Darul-ilm, c.1, s.158
  15. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.397
  16. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.152
  17. Nəraqi, Mustənəduş-şiə, h.q 1415, c.5, s.158
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.10, s.373
  19. Kərəki, Cameul-məqasid, h.q 1414, c.2, s.267
  20. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.99
  21. Mirzaye Qumi, Mənahicul-əhkam, h.q 1420, s.496
  22. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.668
  23. Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.549, məsələ 994
  24. «مخیر بودن نسبت به جهر و اخفات در اذکار», Ayətullah Məkarimin dəftərinə bağlı rəsmi internet adresi
  25. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.130
  26. Mirzaye Qumi, Ğənaimul-əyyam, h.q 1417, c.2, s.538; Əraki, Əl-Məsailul-vazihə, c.1, s.257
  27. Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.556, məsələ 1003

Ədəbiyyat

  • Əraki, Məhəmməd Əli, Əl-Məsailul-vazihə, Qum, 1-ci çap, h.q 1414
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-ürvə, Qum, h.q 1416
  • Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Darul-ilm, Qum, 1-ci çap
  • Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, 8-ci çap, h.q 1424
  • Xoyi, Seyyid Əbül-Qasim, Musuətul-imamil-Xoi, Qum, h.q 1418
  • Dəhxoda, Əli Əkbər, Lüğətnameye dəhxoda, Tehran, h.ş 1377
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, 1-ci çap, h.q 1419
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, Dəftəre enteşarate İslami, h.q 1407
  • Əllami, Əbülfəzl, Pejuheşi dər elme təcvid, Qum, Yaqut, h.ş 1381
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəvi nəşriyyatı, 1-ci çap, h.q 1425
  • Kərəki, Əli ibn Hüseyn, Cameul-məqasid, Qum, h.q 1414
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Daneşnameye Quran və hədis, Qum, h.ş 1391
  • Mirzaye Qumi, Əbül-Qasim, Mənahicul-əhkam, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1420
  • Mirzaye Qumi, Əbül-Qasim, Ğənaimul-əyyam, Qum, 1-ci çap, h.q 1417
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1404
  • Nəraqi, Əhməd ibn Məhəmməd Mehdi, Mustənəduş-şiə, Qum, 1-ci çap, h.q 1415
  • Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqhe farsi, h.q 1426