İmam Hüseyn (ə)

wikishia saytından
(Həzrət İmam Hüseyn səhifəsindən yönləndirilmişdir)
İmam Hüseyn (ə)
İmam Hüseynin (ə) mübarək zərihi
AdıHüseyn ibn Əli
KünyəsiƏba Əbdillah
Doğulduğu günHicrətin 4-cü ili, 3 Şaban
Döğulduğu yerMədinə
İmamət müddətiTəqribən 11 il (Hicrətin 50-ci ilindən 61-ci ilin sonuna kimi)
ŞəhadətHicrətin 61-ci ili, 10 Məhərrəm (Aşura günü)
Dəfn olunduğu məkanKərbəla (İmam Hüseynin (ə) hərəmi)
Yaşadığı məkanMədinə, Kufə
LəqəbləriSeyyidüş-Şühəda, Sarullah, Qətilul-əbərat
Atasıİmam Əli (ə)
AnasıHəzrət Fatimə (ə)
ZövcələriRübab, Leyla, Ümmi İshaq, Şəhrəbanu (ixtilaflıdır)
Övladlarıİmam Səccad (ə), Əli Əkbər, Əli Əsğər, Səkinə, Fatimə, Cəfər
Ömür müddəti57 il


İmam Hüseynin (ə) həyatına qısa baxış
H.q 4: 3 və ya 5 Şaban Təvəllüd[1]
H.q 7: Təthir ayəsinin Kisa əhli üçün nazil olması[2]
H.q 9: 24 Zilhiccə Mübahilədə hüzuru[3]
H.q 35: Zilhiccə Onların İmam Əli (ə) ilə beyətindən sonra camaat üçün xütbə oxuması[4]
H.q 36: Cəmadiul-axər Cəməl döyüşündə iştirakı[5]
H.q 37: Səfər Siffeyn döyüşündə iştirakı[6]
H.q 38: Səfər Nəhrivan döyüşündə iştirakı[7]
H.q 41: Kufədən Mədinəyə qayıdışı[8]
H.q 50: 28 Səfər İmam Həsənin (ə) şəhadəti[9] və İmam Hüseynin (ə) imamətinin başlanğıcı
H.q 51 ya 52 ya 53:[10] Müaviyənin Hücr ibn Ədi və onun yoldaşlarını öldürdüyünə görə İmam Hüseynin (ə) ona etiraz məktubu yazması
H.q 58: Mina xütbəsində öz iradını bildirməsi[11]
H.q 60: 26 Rəcəb Yezidlə beyət üçün Darul-İmarəyə gətirilməsi[12]
H.q 60: 28 Rəcəb Mədinədən Məkkəyə tərəf hərəkət etməsi[13]
H.q 60: 3 Şaban Məkkəyə daxil olması[14]
H.q 60: Ramazan ayının 10-dan 14-nə qədər Kufəlilər tərəfdən məktubların qəbulu[15]
H.q 60: 15 Ramazan Kufəyə Muslimin imamın şəxsi elçisi olaraq göndərilməsi[16]
H.q 60: 8 Zilhiccə Məkkədən xaric olub Kufəyə doğru hərəkət etməsi[17]
H.q 61: 2 Məhərrəm Kərbəlaya daxil olması[18]
H.q 61: 9 Məhərrəm İmamın möhlət istəməsi və Ömər ibn Sədin döyüş elanı[19]
H.q 61: 10 Məhərrəm Kərbəla hadisəsinin baş verməsi, İmam Hüseyn (ə) və səhabələrinin şəhadəti[20]

Hüseyn ibn Əli ibn Əbi Talib (ə) (ərəbcə:الإمام الحسين بن علي عليه السلام) şiələrin (h.q 4-61) üçüncü imamıdır. Şiələr arasında İmam Hüseyn (ə), Əba ƏbdillahSeyyidüş-şühəda olaraq adlanan bu İmam, Kərbəla hadisəsində şəhid oldu. İmam Hüseyn (ə) imam Əli (ə)həzrət Fatimənin (ə) ikinci övladı və həzrət Məhəmmədin (s) nəvəsidir. O (ə) qardaşı İmam Həsəndən (ə) sonra təxminən 11 il müddətində şiələrə imamlıq etmişdir.

Şiə və əhli-sünnənin verdiyi tarixi məlumatlara əsasən imam Hüseyn (ə) dünyaya gələrkən Peyğəmbər (s) Onun şəhadət xəbərini vermişdir və Ona Hüseyn adını qoymuşdur. Allahın Elçisi (s) Həsəneyni ( İmam Həsən və Hüseyni ) çox sevirdi və hamıya onları sevməyi tapşırırdı. İmam Hüseyn (ə) Kisa əhlindən, Mübahilə hadisəsində iştirak edənlərdən və barəsində Təthir ayəsi nazi olan Peyğəmbər Əhli beytindən (ə) biridir. Həzrət Məhəmməddən (s) İmam Hüseynin (ə) fəzilətləri haqqında “Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır”, “ Hüseyn hidayət çırağı və nicat gəmisidir” kimi çoxsaylı hədislər nəql edilmişdir.

İmam Hüseynin (ə) Peyğəmbərin vəfatından sonra otuz illik həyatı barəsində az məlumat mövcuddur. O (ə) atası imam Əlinin (ə) xilafəti zamanında Onun yanında idi və Həzrətin (ə) müharibələrində iştirak etmişdir. İmam Həsənin (ə) imamlığı dövründə onun ardıcılı və himayəçisi idi və həzrətin (ə) Müaviyə ilə sülh etməsinə həmfikir olmuşdur. İmam Həsənin (ə) şəhadətindən sonra da Müaviyə sağ olduğu müddətdə qardaşının əhdi-peymanına vəfalı idi. Bəzi Kufə şiələrinin həzrətin (ə) rəhbərliyini qəbul etməyə və Bəni-Üməyyəyə qarşı qiyam etməyə hazır olduqlarını bildirdikləri zaman onları Müaviyənin ölümünə qədər səbirli olmağa çağırdı.

İmam Hüseynin (ə) imamlıq dövrü Müaviyə ibn Əbi Süfyanın hakimiyyət dövrünə təsadüf etmişdir. Tarixi məlumatlara əsasən İmam Hüseyn (ə) bəzi məqamlarda Müaviyənin gördüyü işlərə bərk etiraz etmişdir. O cümlədən, Hücr İbn Ədiyin öldürülməsindən sonra Müaviyəyə danlaq dolu bir məktub yazdı və Yezidin canişinliyi üçün beyət alma hadisəsində də beyət etməkdən imtina etdi və Müaviyyənin və başqalarının hüzurunda Onun bu addımını məzəmmət etdi və Yezidi nalayiq bir şəxs olaraq adlandırdı və özünü xilafətə daha layiq hesab etdi. İmam Hüseynin (ə) Minada söylədiyi xütbə Həzrətin (ə) Əməvilərə qarşı siyasi mövqeyi hesab edilir. Bununla belə, Müaviyənin digər üç xəlifə kimi aşkarda İmam Hüseynə (ə) hörmət etdiyi nəql olunub.

Müaviyənin ölümündən sonra İmam Hüseyn (ə) Yezidlə beyət etməyi qanuni saymadı və Yezidin, Onun (ə) beyət etməyəcəyi halda öldürülməyinə əmr etməsinə baxmayaraq hicri 60-cı ilin Rəcəb ayının 28-də Mədinədən Məkkəyə getdi. Məkkədə olduğu dörd ay ərzində Həzrətə (ə) Kufə camaatının Onun rəhbərliyini qəbul etdikləri haqqında çoxsaylı məktubları çatdı və Kufəyə göndərdiyi elçisi olan Müslim ibn Əqil Kufə camaatının həmrəyliyini təsdiq etdikdən sonra Zilhiccə ayının 8-də Kufə camaatının sonradan əhdlərini sındırdıqlarından və Müslümün şəhid edildiyindən xəbərdar olmadan öncə Kufəyə tərəf hərəkət etdi.

Kufə valisi İbn Ziyad İmam Hüseynin (ə) Kufəyə tərəf hərəkət etdiyini bildikdən sonra Ona tərəf qoşun göndərdi və Hürr ibn Yezidin qoşunu yolu Həzrətin (ə) üzünə bağladıqdan sonra İmam (ə) öz yolunu Kərbəlaya tərəf dəyişməkdən başqa çarə görmədi. Aşura günü İmam Hüseyn (ə) və dostları ilə Ömər ibn Sədin rəhbərliyi altında olan Kufə qoşunu arasında döyüş baş verdi. Bu döyüşün nəticəsində şiələrin üçüncü İmamı (ə) və onun dostları şəhid oldu. Bundan sonra isə qadınlar və uşaqlar, həmçinin bu günlərdə xəstə olan İmam Səccad (ə) əsir alındı və Kufəyə sonra isə Şam şəhərinə göndərildi. İmam Hüseynin (ə) və dostlarının cəsədi Məhərrəm ayının 11-də və ya 13-də Bəni-Əsəd qəbiləsindən olan bir qrupun vasitəsi ilə Kərbəlada dəfn edildi.

İmam Hüseynin (ə) Kərbəladan Mədinəyə tərəf hərəkət etməsi haqqında müxtəlif fikirlər vardır. Bir nəzərə əsasən O (ə) hakimiyyətə gəlmək üçün qiyam etdi. Lakin bəziləri bu hərəkətin Həzrətin (ə) öz canını qorumaq məqsədi ilə həyata keçdiyini düşünür. Hüseyn ibn Əlinin (ə) şəhadəti tarix boyu ərzində şiəmüsəlmanlara dərin təsir etmişdir və bir sıra qiyam və mübarizələrə ilham vermişdir. Şiələr öz İmamlarına tabe olaraq İmam Hüseyn (ə) üçün əzadarlıq etməyə və ağlamağa məxsusən MəhərrəmSəfər aylarında xüsusi əhəmiyyət verirlər. Hədislərdə İmam Hüseynin (ə) ziyarət edilməsinə xüsusi təkid edilmişdir və Həzrətin (ə) hərəmi şiələrin ziyarətgahıdır.

İmam Hüseyn (ə) şiələr arasında üçüncü İmam və şəhidlər ağası olaraq xüsusi məqama malik olmaqdan əlavə, Peyğəmbərin (s) dilindən Onun (ə) fəzilətləri haqqında nəql olunan hədislər və Onun Yezidə qarşı müqavimət göstərdiyi üçün Əhli-sünnə arasında da əziz hesab edilir.

İmam Hüseynin (ə) hədis, dua, məktub, şeir, xütbə formasında olan sözlərinin toplusu “Mosuətu-kəlimatil-Hüseyn “ və “Musnədul-İmamiş-şəhid” kitablarında toplanmışdır. Bu kitablardan əlavə Həzrətin (ə) şəxsiyyəti və həyatı barəsində ensiklopediya, tərcümeyi-hal, məqtəl və tarixi təhlil formasında əsərlər yazılmışdır.

Məqamı

Şiələrin üçüncü imamı, Hüseyn ibn Əli (ə) şiələrin birinci İmamının oğlu və İslam Peyğəmbərinin (s) nəvəsidir.[21] İslam mənbələrində onun fəzilətləri haqqında çoxlu hədislər vardır və şiələrin nəzərində onun xüsusi məqamı vardır. Əhli sünnə də Hüseyn ibn Əliyə (ə) xüsusi hörmət göstərir.

Hədis və tarix mənbələrində

Şiə və əhli-sünnə hədislərinə əsasən Hüseyn ibn Əli (ə) Kisa əhlindən (Ali-Əbadan) biridir.[22] O (ə) Mübahilə hadisəsində iştirak etmişdir[23] və qardaşı ilə birlikdə Mübahilə ayəsindəki “əbnaəna”-nın (oğullarımızın) predmetidir.[24] O (ə) həmçinin barəsində Təthir ayəsi nazil olan Əhli-beytdən (ə) biridir.[25]

İmam Hüseyn (ə) İmam Həsənin (ə) şəhadətindən sonra yaş cəhətindən ondan böyük insanların olmasına baxmayaraq Bəni-Haşimin ən alicənab şəxsi hesab olunurdu. Yəqubinin nəqlinə əsasən Müaviyə İmam Həsənin (ə) şəhadətindən sonra İbn Abbasa belə dedi: Bundan sonra öz qövmünün ağası sənsən. İbn Abbas ona belə cavab verdi: Hüseyn ibn Əli həyatda olduğu müddətdə, xeyr.[26] Həmçinin Bəni-Haşimin İmam Hüseynlə (ə) məsləhətləşməsi və Onun fikrini başqalarının fikrindən üstün saydıqları haqqında məlumat qeyd olunmuşdur.[27] Nəql olunana əsasən, Əmr ibn As da Həzrəti (ə) göy əhlinin ən çox sevdiyi yer əhli hesab edirdi.[28]

Şiə mədəniyyətində

Hüseyn ibn Əlinin (ə) hicrətin 61-ci ilində Aşura hadisəsində şəhadətə çatması Onun şəxsiyyətinin şiələr hətta qeyri şiələr üçün daha çox haqq tərəfdarı olmaq, şücaət və şəhadət bucağından tanınmasına səbəb oldu və hədislərdə Həzrət (ə) üçün qeyd olunan digər xüsusiyyətlərin müəyyən qədər təsir altına düşməsinə səbəb oldu.[29] Bu hadisə ən azından Peyğəmbər (ə) ailəsinə qarşı ilk aşkar hörmətsizlik və hücum olduğu üçün şiə mədəniyyətində və tarixində dərindən təsir qoydu.[30] Onun (ə) qiyamı zülmə qarşı mübarizə, qanın qılınc üzərində qələbəsi, yaxşı işlərə əmr edib pis işlərdən çəkindirmək və fədakarlıq simvoluna çevrildi.[31]

İmam Hüseynin (ə) qiyamı o qədər təsirli idi ki, bir qrup şəxs “şiə məzhəbinin həzrətin (ə) şəhadətindən sonra yaranmasını” güman etdi.[32] İslam tarixi boyunca İmam Hüseyni (ə) nümunə sayaraq “Ya lisaratil-Hüseyn” şüarı altında bir sıra qiyamlar baş vermişdir.[33]

MəhərrəmSəfər ayları şiə mədəniyyətində xüsusi yerə malikdir. Xüsusən tasua, aşura və ərbəin günündə (İmam Hüseynin şəhadətinin 40-cı günündə) bu hadisəyə ehtiram əlaməti olaraq bir sıra müxtəlif mərasimlər keçirilir.[34] Şiələr din böyüklərinə tabe olaraq su içən zaman İmam Hüseynin (ə) susuzluğunu xatırlayır, Həzrətə (ə) salam verirlər.[35]

Əhli-sünnə nəzərində

Əhli-sünnənin etibarlı mənbələri İmam Hüseynin (ə) məqamı və fəzilətləri haqqında çoxsaylı hədislər nəql etmişdir.[36] Həzrətin (ə) fəzilətləri haqqında olan rəvayətləri kənara qoysaq belə, İmam Hüseynin (ə) müsəlmanların nəzərində olan məqamı daha çox Onun Allah yolunda öz canından, malından və yaxınlarından keçdiyi üçündür.[37]

Əhli-sünnə arasında İmam Hüseynin (ə) qiyamı barəsində iki fikir mövcuddur: bir qrup şəxs bu qiyamı məzəmmət etmiş, çoxları isə tərifləmişdir. Həzrətin (ə) qiyamının müxaliflərindən biri 6-cı əsrin alimlərindən olan Əndəlusda yaşamış Əbu Bəkr ibn Ərəbidir. O, Həzrətin (ə) qiyamını tənqid etməyə çalışmış və bildirmişdir ki, insanlar Peyğəmbərdən (s) (ümməti parçalamaq istəyənlərlə vuruşmaq və fitnələrə qoşulmaqdan çəkinmək haqqında) eşitdikləri hədislərə görə imam Hüseynlə (ə) vuruşmuşdur.[38] İbn Teymiyyənin fikrincə də İmam Hüseynin (ə) addımı vəziyyətin düzəlməsinə səbəb olmamaqdan əlavə əksinə fitnə və şərə də gətirib çıxarmışdır.[39]

Qarşı tərəfdə isə Əndəlusun 9-cu hicri əsrinin əhli-sünnə alimlərindən olan İbn Xəldun İbn Ərəbinin sözlərinə reaksiya vermiş və zalımlarla döyüşmək üçün ədalətli imamın varlığının şərt olmasına təkid edərək Hüseynin (ə) öz zamanında bu döyüş üçün ən ədalətli şəxs olduğunu bildirmişdir.[40] Onun sözlərinə görə Yezidin fasiqliyi hamı üçün aşkar olduğu bir vaxtda Hüseyn (ə) özünü qiyam etmək üçün ləyaqətli və qüdrətli bir şəxs gördüyü üçün Yezidə qarşı qiyam etməyi özünə vacib bilmişdir.[41] Hicri 13-cü əsrin əhli-sünnə alimlərindən olan Şəhabuddin Alusi “Ruhul-məani” kitabında İbn Teymiyyəyə nifrin etmiş və onun sözünü töhmət və yalan hesab etmişdir.[42]

H.q 14-cü əsrin Misirli yazıçı və ədəbiyyatçılarından və “Əbuş-şühəda Əl-Hüseyn ibn Əli” adlı kitabın müəllifi olan Abbas Mahmud Uqqad yazdığına əsasən, Yezidin zamanında olan vəziyyət elə bir həddə çatmışdı ki, onun şəhadətdən başqa çarəsi yox idi.[43] O düşünür ki, belə bir qiyam yalnız bu iş üçün yaranmış olan nadir insanların tərəfindən həyata keçə bilir və belə şəxslərin addımını başqaları ilə müqayisə etmək olmaz. Çünki, bu şəxslər başqa cür düşünür və başqa şeyi tələb edirlər.[44] Əhli-sünnə yazarı olan Taha Hüseynin fikrincə Hüseynin (ə) beyət etməməsi inadkarlıq üzündən deyildi. Çünki, O (ə) Yezidlə beyət etdiyi halda vicdanına xəyanət etdiyini və öz dininə qarşı çıxdığını bilirdi. Çünki, Hüseynin (ə) fikrincə Yezidlə beyət etmək günah idi.[45]

Ömər Fərrux zülmün qarşısında susmağın heç bir halda icazəli olmadığını vurğulmaqla düşünür ki, bu gün biz müsəlmanların arasında “ Bir Hüseynin” olmasına və bizi haqqın müdafiəsində düzgün yola yönəltməsinə ehtiyacımız var.[46]

İmam Sadiq (ə): Kim su içərkən Hüseyni (ə.s) yad edər və onun düşmənlərini lənətləyərsə, ona yüz min savab yazılar, yüz min günahına xətt çəkilər və yüz min dərəcə yuxarı aparar eləcə də, Qiyamət günü aram bir qəlblə məhşur olar". Kuleyni, əl-Kafi, c.6, s.391

Adı, nəsli, künyəsi və ləqəbləri

Şiəəhli sünnə mənbələrində Peyğəmbərin (s) Həzrətə (ə) Hüseyn adını qoyduğu qeyd edilmişdir.[47] Hədislərə əsasən, bu adqoyma Allahın göstərişi əsasında olmuşdur.[48] Həsən və Hüseyn adı İslamdan əvvəl ərəblər arasında olmamışdır.[49] Bu iki ad Harun peyğəmbərin övladları Şəbbər və Şəbir ( və ya Şəbbir )[50] adlarının ərəbcə qarşılığıdır.[51]

İmam Hüseynə (ə) adqoymanın barəsində digər başqa məlumatlar da verilmişdir. Belə ki, İmam Əli (ə) əvvəlcə Onu “Hərb” və ya “Cəfər” adlandırmış, lakin sonra Peyğəmbər (s) Ona Hüseyn adını vermişdir.[52] Bəziləri bu kimi məlumatları uydurulmuş hesab etmiş və bunların inkarında bir sıra sübutlar təqdim etmişdir.[53]

İmam Hüseyn (ə) İmam Əli (ə) və Fatimənin (ə) övladı, həzrət Məhəmmədin (s) nəvəsidir. O (ə) Bəni-Haşim ailəsindən və Qüreyş qəbiləsindəndir. İmam Həsən Müctəba (ə), həzrət Abbas (ə), Məhəmməd Hənəfiyyə onun qardaşlarından, həzrət Zeynəb (ə) və Ümmü-Gülsüm isə bacılarından olmuşdur.[54]

Ayətullah Cavadi Amuli: Allah Rəsulundan (s) belə rəvayət edilmişdir: "Əli (ə) məndən, mən də Əlidənəm. Eləcə də belə rəvayət olunub:" Hüseyn (ə) məndəndir, mən də Hüseyn dən. Sözügedən rəvayətlərin sirri budur ki, imamət peyğəmbərliyin ardıcıllığı olduğu üçün o böyük məqamdan ayrı deyil. Necə ki, imamsız peyğəmbərlik faydasızdır. Bu mənəvi uyğunluq onu göstərir ki, Peyğəmbərin (s) risalətinin nəticələrini məsum imamların (ə) həyatında, xüsusən də İmam Hüseynin (ə) həyatında axtarmaq lazımdır.[55]

Hüseyn ibn Əlinin (ə) künyəsi Əbu Abdullahdır.[56] Əbu Əli, Əbuş-şühəda (şəhidlər atası), əbül-əhrar (azad insanların atası) və əbül-mücahidin (mücahidlərin atası) Onun digər künyələrindəndir.[57] Hüseyn ibn Əlinin (ə) bir çox ləqəbləri varıdır. Həzrətin (ə) Səyyidu-şəbabi-əhlil-cənnət ( cənnət cavanlarının ağası) kimi ləqəblərindən bəzisi qardaşı imam Həsənlə (ə) müştərəkdir. Onun (ə) bəzi digər ləqəbləri bunlardır: Zəkiyy, Təyyib, Vəfiyy, Seyyid, Mübarək, Nafe, Əd-dəlil əla zatillah, Rəşid və Ət-tabe li mərzatillah.[58] İbn Təlhə Şafei Zəki ləqəbini ən məşhur ləqəb, “Səyyidu-şəbabi-əhlil-cənnət” ləqəbini isə ən mühüm ləqəb hesab etmişdir.[59]

Hüseyn (ə) bəzi hədislərdə Şəhid və ya Seyyidüş-şühəda ləqəbi ilə çağırılmışdır.[60] Sarəllah, Qətilul-əbərat ləqəbləri bəzi ziyarətnamələrdə Həzrət (ə) üçün qeyd edilən digər ləqəblərdəndir.[61]

Şiə və əhli-sünnə mənbələrinin çoxunun Peyğəmbərdən (ə) nəql etdiyi bir çox hədislərdə belə gəlmişdir: “ Hüseynun sibtun minəl-əsbat” yəni Hüseyn (ə) əsbatdan biridir.[62] Bu hədisdə həmçinin bəzi Quran ayələrində keçən “sibt” sözü Allah tərəfindən seçilmiş və peyğəmbərlərin nəslindan olan imam və rəhbər mənasındadır.[63]

Həyatı

Hüseyn ibn Əli (ə) Mədinə şəhərində dünyaya gəlmişdir. Məşhur nəzərə əsasən Onun (ə) təvəllüdü hicrətin dördüncü ilində olmuşdur.[64] Bununla yanaşı bəziləri Onun (ə) təvəllüdünü hicrətin üçüncü ilində olduğunu hesab etmişdir.[65]

İmam Hüseynin (ə) təvəllüdü məşhur nəzərə əsasən Şaban ayının üçündə olmuşdur.[66] Lakin Şeyx Mufid İrşad kitabında İmam Hüseynin (ə) təvəllüdünü Şaban ayının beşində olduğunu bildirmişdir.[67]

Şiə və əhli-sünnənin tarixi məlumatlarında gəldiyinə əsasən Peyğəmbər (s) Onun (ə) təvəllüd zamanında ağlamış və şəhadətindən xəbər vermişdir.[68] Kafi kitabında nəql olunan bir hədisə əsasən Hüseyn (ə) nə anasından nə də başqa heç bir qadından süd içmədi.[69]

Nəql olunmuşdur ki, Abbas ibn Əbdül-Mütəllibin həyat yoldaşı Ümmü-Fəzl yuxuda Peyğəmbərin (s) bədəninin bir hissəsinin onun ətəyinə qoyulduğunu görür və Peyğəmbər (s) onun yuxusunun yozumunda bildirir ki, Fatimənin bir oğul övladı dünyaya gələcək və sən onun dayəsi olacaqsan. Buna görə də İmam Hüseyn (ə) dünyaya gələndə Onun dayəliyini öhdəsinə aldı.[70] Bəzi mənbələr Abdullah ibn Yəqtirin anasını da Onun dayəsi hesab etmişdir. Lakin Hüseynin (ə) o iki qadından heç birindən süd içmədiyini bildirmişlər.[71]

Əhli-sünnə mənbələrində gəldiyinə əsasən Peyğəmbər (s) öz əhli-beyti arasında Həsən (ə) və Hüseyni (ə) digərlərindan daha çox sevmişdir.[72] Bu bağlılıq elə bir həddə idi ki, onlar məscidə daxil olduğu zaman Həzrət (s) xütbəsini yarımçıq qoyurdu, minbərdən aşağı enirdi və onları öz ağuşuna alırdı.[73] Peyğəmbərdən nəql olunur ki, bu ikisinə olan sevgi məni başqalarını sevməkdən saxlamışdır.[74]

Hüseyn (ə) digər Kisa əhlinin (Ali-Əbanın) yanında Mübahilə hadisəsində iştirak etmişdir.[75] O (ə) Peyğəmbər (s) vəfat edən zaman yeddi yaşında olmuşdur. Buna görə də Onu (ə) sonuncu səhabələrdən hesab etmişlər.[76]

Üç xəlifənin zamanında

İmam Hüseynin (ə) hərəmində yazılmış peyğəmbər hədisi

İmam Hüseynin (ə) ömrünün 25 ili üç xəlifənin zamanında keçmişdir. Amma şiələrin üçüncü imamının həyatının bu dövrünün incəliyi haqqında əlimizdə elə də məlumat yoxdur. Bəlkə də bunun səbəbi İmam Əlinin (ə) və övladlarının bu müddətdə siyasi güşənişinliyidir.[77]

Nəql olunana əsasən, ikinci xəlifə Ömərin xilafətinin əvvəllərində bir gün təxminən 9 yaşı olan imam Hüseyn (ə) məscidə daxil olur. O (ə) Öməri Peyğəmbər (s) minbərində xütbə söyləyən halda görür, minbərin yuxarısına çıxır və belə deyir: Atamın minbərindən aşağı düş və öz atanın minbərində otur! Ömər belə cavab verir: Atamın minbəri yox idi.[78] Tarixi mənbələrdə ikinci xəlifənin imam Hüseynə (ə) xüsusi hörmət göstərdiyi haqqında məlumatlar vardır.[79]

Osman öz xilafəti zamanında Əbuzəri Rəbəzəyə sürgün etdiyi və insanlara onu salmağı qadağan etdiyi zaman İmam Hüseyn (ə) atası və qardaşı imam Həsənlə (ə) və digər bir neçə nəfərlə birlikdə xəlifənin göstərişinin əksinə olaraq Əbuzəri yola saldı.[80]

Bəzi əhli-sünnə mənbələri İmam Hüseynin h.q 26-cı ildə Afrika döyüşündə[81] və h.q 29 ya 30-cu ildə[82] Təbəristan döyüşündə iştirak etdiyinə işarə edir. Lakin şiə mənbələrində bu haqda heç bir məlumat yoxdur. Tarixi mənbələrin çoxu qeyd olunan müharibələrin döyüş olmadan sülhlə qurtardığını qeyd edirlər.[83] Həsəneynin (imam Həsən və imam Hüseynin) bu döyüşlərdə iştirak etdiyi haqqında müvafiq və müxalif tərəflər vardır. Bəziləri o cümlədən Cəfər Mürtəza Amuli, bu məlumatların sənəd baxımından problemli olmasına və ümumiyyətlə İmamların (ə) bu cür fəthlərə qarşı olduğuna əsasən bu kimi tarixi məlumatları uydurulmuş hesab edir və İmam Əlinin (ə) Siffeyn döyüşündə Həsəneynə döyüş meydanına daxil olmaq icazəsi vermədiyini buna şahid olaraq göstərir.[84]

Bəzi tarixi məlumatlara əsasən, Osmanın xilafətinin sonlarında bir qrup şəxs üsyan etdi və Osmanı öldürmək məqsədi ilə onun evinə hücum çəkdi. İmam Həsən (ə) və imam Hüseyn (ə) xəlifənin gördüyü işlərdən narazı olmasına baxmayaraq imam Əlinin (ə) göstərişinə əsasən Osmanın evini qorudu.[85] Bu məlumatla razılaşan və razılaşmayanlar vardır.[86] Seyyid Cəfər Mürtəza həzrət Əlinin (ə) Osmanın işlərindən ciddi narazı olması və yuxarıda qeyd olunan məlumata zidd olan rəvayətlər kimi tarixi kontekstlərə əsasən bu hadisənin doğruluğunu Osmanın imam Həsənin (ə) kömək etmək təklifini qəbul etməməsi hadisəsi kimi yalnış və qəbul olunmaz saymışdır. O, imam Əlinin “Osmanın qətlindən sevinmədiyini və narahat da olmadığını” deməsini həmçinin, Əli ibn Əbi Talibin (ə) zalımlara qarşı və məzlumların müdafiəsi haqqında olan daimi rəftarını dəlil olaraq gətirir və Baqir Şərif Qərəşinin “Həyatul-imamil-Hüseyn” kitabından nəql edərərək belə deyir: “ Bu hadisənin baş verdiyini fərz etsək belə, Həsəneynin Osmanın qanında şərik olmaq töhmətini uzaqlışdırmaq məqsədi ilə baş vermişdir”.[87] Seyyid Mürtəza Həsəneynin imam Əli (ə) tərəfindən göndərilməsi haqqında şəkk etdikdən sonra, bu işi qəsdən qətl törətməyin qarşısını almaq və Osmanın ailəsinə yemək və su çatdırmaq üçün olduğunu, Osmanın xilafətdən kənarlaşmasının qarşısını almaq üçün olmadığını bildirir və qeyd edir ki, Osman gördüyü nahaq işlər üzündən xilafətdən uzaqlaşmağa layiq idi.[88]

Həmçinin baxa bilərsiniz: Osmanın qətli macərası

İmam Əlinin (ə) hakimiyyət dövründə

İmam Əlinin (ə) hakimiyyət dövrü haqqında olan azsaylı məlumatlara əsasən Hüseyn (ə) insanlar Əmirəl-mömininlə (ə) beyət etdikdən sonra xütbə oxudu.[89] Cəməl müharibəsində qoşunun sol tərəfinin komandiriliyini öhdəsinə almış,[90] Siffeyn döyüşündə insanları cihada həvəsləndirmək üçün xütbə oxumuşdur.[91] Bəzi tarixi mənbələrin məlumatına əsasən, Siffeyn döyüşündə qoşunun sol tərəfinin komandiri olmuşdur.[92] Deyilənə əsasən, İmam Hüseynin (ə) suyun Şamlılardan geri almaq hadisəsində iştirak etmişdir. Bundan sonra imam Əli (ə) belə buyurmuşdur: ”Bu Hüseynin bərəkəti sayəsində əldə etdiyimiz ilk qələbədir”.[93] Siffeyn döyüşü haqqında olan məlumatlara əsasən imam Əli (ə) Həsəneynin (ə) döyüşməsinin qarşısını almış, bunun səbəbini Peyğəmbər (s) nəslinin qorunmasını göstərmişdir.[94] Bəzi mənbələrin nəqlinə əsasən O (ə) Nəhrəvan döyüşündə də iştirak etmişdir.[95]

Mənbələrdən çoxunun dediyinə əsasən, imam Hüseyn (ə) imam Əlinin (ə) şəhadət zamanı yanında olmuş[96] və Həzrətin (ə) dəfn işlərində iştirak etmişdir.[97] Amma Əl-kafi və Ənsabul-əşraf kitabının verdiyi məlumata əsasən isə, imam Hüseyn (ə) atası zərbətlənən vaxt imam Əlinin (ə) ona verdiyi ezamiyyət əsasında Mədaində imiş və imam Həsənin (ə) ona məktub yazaraq hadisədən agah etmiş və O (ə) Kufəyə qayıtmışdır.[98]

İmam Həsənin (ə) zamanında

Tarixi məlumatlarda Hüseyn ibn Əlinin (ə) öz qardaşı imam Həsənə (ə) xüsusi hörmət göstərdiyi deyilir. Nəql olunana əsasən imam Həsən (ə) bir məclisdə iştirak etdiyi vaxt İmam Hüseyn (ə) Ona hörmət əlaməti olaraq danışmırdı.[99] İmam Əlinin (ə) şəhadətindən sonra Şamlılarla döyüşməyə israrlı olan Xəvaricdən olan bir qrup imam Həsənlə (ə) beyət etməkdən imtina etdi və İmam Hüseynlə (ə) beyət etmək üçün Həzrətin (ə) yanına gəldilər. Lakin Həzrət (ə) belə dedi: Həsən sağ olduğu müddətdə sizin beyətinizi qəbul etməkdən Allaha sığınıram.[100]

Müaviyə ilə sülh hadisəsində O (ə) etirazçı şiələrində müqabilində qardaşını himayə edirdi və onun addımını təsdiqləyirdi.[101] Nəql olunana əsasən həzrət (ə) belə buyurmuşdur: O ( imam Həsən) mənim imamımdır.[102] Bəzi tarixi məlumatlara əsasən sülh baş tutduqdan sonra imam Hüseyn (ə) imam Həsən (ə) kimi Müaviyə ilə beyət etdi[103] və hətta imam Həsənin (ə) şəhadətindən sonra öz əhdinə sadiq qaldı.[104] Bunun müqabilində isə imam Hüseynin (ə) etmədiyi haqqında məlumatlar dayanır.[105] Bəzi mənbələrin verdiyi məlumata əsasən O (ə) sülhdən narazı idi və imam Həsənin (ə) Müaviyənin yalanına inanmaq üçün and verdi.[106] Bəzi araşdırmaçılar bu məlumatların bəzi hədislərlə və tarixi kontekstlərlə uyğun gəlmədiyini bildirmişdir.[107] Misal olaraq, İmam Hüseynin (ə) sülhə qarşı etiraz edən bir qrupun Həzrətdən (ə) şiələri Müaviyəyə qarşı hücum üçün toplmağını istədikləri zaman verdiyi “Biz əhd bağlamışıq və öz əhdimizi heç vaxt sındırmayacağıq”[108] cavabını göstərmək olar. Digər bir nəqlə əsasən Həzrət (ə) etirazçılara belə dedi: Müaviyə sağ olduğu müddətdə gözləyin. O, öldüyü zaman qərar verərik.[109] Hətta imam Həsənin (ə) şəhadətindən sonra şiələr Onu (ə) qiyama dəvət edərkən onlara verdiyi cavabda imam Həsənin (ə) sülh qərarını müdafiə etməklə yanaşı Müaviyə sağ olduğu müddətdə bu işin görüləcəyini qəbul etmədi.[110] İmam Hüseyn (ə) h.q 41-ci ildə Müaviyə ilə sülh bağladıqdan sonra qardaşı ilə birlikdə Kufədən Mədinəyə qayıtdı.[111]

Həyat yoldaşları və övladları

İmam Hüseynin (ə) övladlarının sayı haqqında fikir ixtilafı vardır. Bu mənbələrdən bəzisi Həzrətin (ə) övladlarını dörd oğlan və iki qız,[112] bəzi mənbələr altı oğlan və üç qız olaraq qeyd etmişdir.[113]

Zövcəsi: Nəsəb: Övlad(ları): İzah:
Şəhrəbanu
Sasani padşahı Yəzdgərdin qızı
Şiələrin 4-cü imamı İmam Səccad (ə)
Müasir alimlər Şəhrəbanunun nəslinə şübhə ilə yanaşırlar.[114] Bəzi mənbələrdə o, Sindəyh, Ğəzalə və Şah Zənan kimi xatırlanır.
Rəbab
İmrəul-Qeysin qızı
Abdullah və Sukəynə[115]
Rəbab Kərbəlada olub və əsirlərlə birlikdə Şama gedib.[116] Mənbələrin əksəriyyəti Abdullahın şəhadət zamanı körpə olduğunu bildirir.[117] Şiələr onu Əli Əsğər kimi tanıyırlar.
Leyla
Əbi Murrə ibn Ürvə ibn Məsud Səqəfinin qızı[118]
Əli-Əkbər (ə)[119]
Əli-Əkbər Aşura hadisəsində şəhid olub.[120]
Ümmü İshaq
Təlhə ibn Übeydullahın qızı
İmam Hüseynin (ə) böyük qızı Fatimə[121]
Ümmü İshaq İmam Həsən Müctəbanın (ə) həyat yoldaşı idi və İmam Həsənin (ə) şəhadətindən sonra İmam Hüseyn (ə) ilə evləndi.[122]
Sulafə ya Məlumə[123]
Quzaə qəbiləsindən
Cəfər[124]
Cəfər İmamın sağlığında vəfat etdi və nəslindən heç kəs qalmadı.[125]

Altıncı əsrin mənbələrindən olan Ləbabul-ənsab kitabında[126] Həzrətin (ə) Rüqəyyə qızının adı keçmiş, yeddinci əsrin mənbələrindən sayılan Kamile-Bəhayi kitabında İmam Hüseynin (ə) Şamda dəfn olunan dörd yaşlı qızının olduğu deyilmişdir.[127] Son dövürlərə aid sayılan mənbələrdə Rüqəyyə adı geniş əks-səda doğurmuşdur.[128] Həmçinin bəzi mənbələrdə Şəhribanunun oğlu Əli-Əsğər, Rübabın oğlu Məhəmməd və (anasının adı qeyd olunmadan) Zeynəb adlı qız övladı İmam Hüseynin (ə) övladı olaraq gətirilmişdir.[129] İbn Təlhə Şafei “Mətalibus-səul fi mənaqibi Alir-Rəsul” adlı kitabda İmamın (ə) övladlarının sayının on nəfər olduğunu demişdir.[130]

İmamət dövrü

İmam Hüseynin (ə) imamətinin başlanğıcı Müaviyə hakimiyyətinin onuncu ilinə təsadüf edirdi. Müaviyə h.q 41-ci ildə[131] imam Həsənlə (ə) sülh etdikdən sonra hakimiyyəti ələ aldı və Əməvi xilafətinin əsasını qoydu. Əhli-sünnə mənbələri onu zirəng və dözümlü şəxs olaraq adlandırmışdır.[132] Onun dinin zahirinə əməl edirdi və öz xilafətini möhkəmləndirmək üçün dinin bəzi əsaslarından kömək alırdı. Zor gücünə və siyasai hiylələr işlətməklə[133] qüdrəti ələ almağına baxmayaraq öz hakimiyyətini Allah tərəfindən və ilahi qəza əsasında olduğunu düşünürdü.[134] Müaviyə özünü Şam əhalisi üçün peyğəmbərlərin sırasında sayılan, Allahın saleh bəndələrindən və dinin və onun hökümlərinin müdafiəçisi olan biri olaraq tanıtdırırdı.[135] Tarixi mənbələrdə Müaviyənin xilafəti səltənəntə çevirdiyi[136] və aşkar şəkildə insanların dindarlığı ilə işinin olmadığını söyləməsi gəlmişdir.[137]

Müaviyənin hakimiyyət dövrünün məsələlərindən biri insanlardan bir qrupunun məxsusən İraq camaatının arasında şiə əqidəsinin olmasıdır. İmam Əlinin (ə) və Əhli beytin (ə) nüfuzu sayəsində möhkəm dayağı olan şiənin əksinə olaraq xəvaricin insanlar arasında elə də mövqeyi yox idi. Buna görə də Müaviyə və onun məmurları istər sazişkərane istərsə də səxtgirane formada şiə cərəyanı ilə rəftar edirdilər. Müaviyənin ən mühüm üslublarından biri insanlar arasında imam Əliyə (ə) qarşı nifrət yaratmaq idi. İş o yerə çatdı ki, İmam Əlini (ə) söymək və lənətləmək Müaviyənin zamanında və sonradan Əməvilərin dövründə əməl edilən sünnə (yaxşı bir iş) formasında davam etdi.[138]

Müaviyə öz hakimiyyətinin sütunlarını möhkəmləndirdikdən sonra şiələrə qarşı əzmək və təzyiq göstərmək siyasətindən istifadə etdi və öz işçilərinə Əlinin (ə) dostlarının adını hökumət divanından silməyi və onların beytülmaldan olan gəlirini kəsməyi və onların şahidliyini qəbul etməməyi tapşırdı.[139] O, həmçinin imam Əlinin (ə) fəzilətlərini nəql edən şəxsləri hədələdi. İş o yerə çatdı ki, mühəddislər (hədis nəql edən şəxslər) imam Əlini adını “Qüreyşdən olan bir kişi”, “Peyğəmbərin səhabələrindən biri”, “Əbu Zeynəb” olaraq qeyd edirdilər.[140]

İmamət dəlilləri

İmam Hüseyn (ə) h.q 50-ci ildə qardaşının şəhadətindən sonra imamətə çatdı və h.q 61-ci ilin ilk günlərinə qədər şiələrin rəhbərliyi Onun öhdəsində idi.[141] Şiə alimləri Şiə imamlarının imamlığı üçün ümumi dəlillər gətirməkdən əlavə hər bir imamın imamlığı üçün xüsusi dəlillər də qeyd etmişdir.[142] Şeyx Müfid özünün İrşad kitabında Hüseyn ibn Əlinin (ə) imamlığı haqqında olan bəzi hədislərə o cümlədən Peyğəmbərin (s) bu hədisinə işarə etmişdir: “Bu iki övladım (Həsən və Hüseyn) istər qiyam etsinlər istərsə də qiyam etməsinlər imamdır”.[143] Həmçinin imam Əli (ə) şəhadət zamanında Hüseynin (ə) Həsəndən (ə) sonra imam olduğuna təkid etdi.[144] İmam Həsən (ə) də şəhadət zamanında Məhəmməd Hənəfiyyəyə etdiyi vəsiyyətdə Hüseyn ibn Əlini (ə) özündən sonra imam olaraq tanıtdırdı.[145] Şeyx bu hədisləri dəlil tutaraq imam Hüseynin (ə) imamətini möhkəm və dəqiq hesab edir. Onun sözlərinə əsasən, imam Hüseyn (ə) təqiyyəyə görə və imam Həsənin (ə) sülh hadisəsində bağladığı əhdə əsasən Müaviyənin ölümünə qədər insanları özünə tərəf dəvət etmədi. Lakin Müaviyənin ölümündən sonra öz (imamlıq) işini aşkara çıxartdı və öz məqamını agah olmayan insanlar üçün aydınlaşdırdı.[146]

Mənbələrdə qeyd olunana əsasən, Hüseyn (ə) h.q 60-cı ildə Mədinədən çıxmazdan əvvəl İmam Səccada (ə) çatdırmaq üçün vəsiyyətlərindən və imamət əmanətlərindən bəzisini Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələməyə,[147] qalan bəzisini isə h.q 61-ci ildə Məhərrəm ayında öz şəhadətindən öncə böyük qızı Fatiməyə[148] verdi.

İmam Həsənin (ə) sülhünə bağlılığı

İmam Hüseyn (ə) Müaviyə hakimiyyəti dövründə qardaşının Müaviyə ilə bağladığı sülh müqaviləsinə vəfalı qaldı[149] və Həzrət (ə) bir qrup şiənin Onun rəhbərliyini qəbul etməyə və Bəni-Üməyyəyə qarşı qiyam etməyə hazır olduqlarını bildirərək yazdığı məktubun cavabında belə yazdı: İndi mənim belə bir fikrim yoxdur. Müaviyə sağ olduğu müddətdə addım atmayın və evlərinizdə gizlənin və sizə qarşı bədgümanlıq gətirən işlərdən çəkinin. Əgər o ölərsə və mən sağ qalaramsa o zaman öz fikrimi sizin üçün yazacağam.[150]

Müaviyənin addımları müqabilində mövqeləri

İmam Hüseynin (ə) Müaviyənin hakimiyyəti zamanında ona qarşı bir iş görmədiyinə baxmayaraq, tarix araşdırmaçısı Rəsul Cəfəriyanın dediyinə əsasən, İmamın (ə) Müaviyə ilə əlaqələri və aralarında olan danışıqlar İmamın (ə) siyasi baxımından Müaviyə hakimiyyətinin tam olaraq qanuniliyini qəbul etmədiyini və onun qarşısında təslim olmadığını göstərir.[151] Hüseyn ibn Əli (ə) ilə Müaviyə arasında olan məktublar həmin göstəricilərdən bəzisidir. Eyni halda da tarixi məlumatlara əsasən Müaviyə digər üç xəlifə kimi zahirdə Hüseyn ibn Əliyə (ə) hörmət göstərir və Onu (ə) böyük sayırdı[152] və öz məmurlarına Peyğəmbər (s) övladına əziyyət verməməyi və hörmətsizlik etməkdən çəkinməyi tapşırmışdı.[153]

Müaviyə öz övladı Yezidə vəsiyyət edərkən imam Hüseynin (ə) məqamına təkid etdi və Onun insanların ən sevimlisi olduğunu bildirdi,[154] onun İmam Hüseynə (ə) qələbə çaldığı halda Hüseynin haqqının böyük olduğu üçün Ona güzəştə getməyi tapşırdı.[155]

İmam Əlinin (ə) dostlarının öldürülməsinə etiraz etmək

İmam Hüseynin Yezidə beyət çağırışı ilə bağlı Müaviyənin yazdığı məktuba cavabı

"Yezid öz fikir və əqidəsini ortaya qoymuşdur; sən də onun üçün özünün istədiyini arzula: itləri döyüşdürmək, göyərçinləri uçurmaq, musiqiçi kənizlərlə və digər əyləncə növləri ilə əylənmək... [Ya Müaviyə] bundan əl çək! Üzərinə götürdüyünü insanların günah yüklərindən daha çox günah yükü ilə Allahla görüşməyin sənə nə faydası var!? İbn Quteybə, əl-İmamət vəs-Siyasət, cild 1, səh.209

Müaviyənin Hücr ibn Ədiyy, Əmr ibn Həmiq XuzaiAbdullah ibn Yəhya Həzrəmi kimi şəxsləri öldürməsi İmam Hüseynin (ə) ona bərk etiraz etməsinə səbəb olduğu yerlərdən idi.[156] Müxtəlif mənbələrin verdiyi məlumata əsasən imam Hüseyn (ə) Müaviyəyə məktub yazdı və imam Əlinin (ə) dostlarının qətlə yetirilməsini pislədi və Müaviyənin bəzi yalnış işlərini sayaraq onu tənqid etdi və dedi: “Mən özüm və dinim üçün sənə qarşı cihad etməkdən daha üstün olan bir şey bilmirəm ”. Bu məktubun ardında belə gəlmişdir: “Mən bu ümmət üçün sənin hakimiyyətindən daha böyük bir fitnə tanımıram”.[157]

Həmçinin nəql olunmuşdur ki, Müaviyə həcc səfərində[158] imam Hüseynlə (ə) qarşılaşan zaman O həzrətə (ə) belə dedi: Hücr ibn Ədiyyin və dostlarının və atanın şiələrinin başına nələr gətirdiyimizi eşitmisən ? İmam buyurdu: Nə etmisiz ? Müaviyə dedi: Onları öldürdük, kəfənlədik, onlara namaz qıldıq və dəfn etdik. Hüseyn ibn Əli (ə) buyurdu: Amma biz sənin dostlarını öldürsək nə onları kəfənləyəcik, nə onlara namaz qılacağıq nə də ki, onları dəfn edəcəyik.[159]

Yezidin canişinliyinə etiraz etmək

Müaviyə h.q 56-cı ildə sülhnamənin ( heç kimi öz canişini təyin etməmək haqqında ) məzmunun əksinə olaraq insanları Yezidə özünün canişini olaraq beyət etməyə çağırdı[160] və bəzi şəxsiyyətlər o cümlədən imam Hüseyn (ə) beyət etməkdən imtina etdilər. Müaviyə şəhər böyüklərinin Yezidin canişnliyi üçün fikrini cəlb etməkdən ötrü Mədinəyə getdi.[161] İmam Hüseyn (ə) Müaviyənin , İbn Abbasın və bəzi Əməvi ailəsinin və saray əhlinin iştirak etdiyi məclisdə Müaviyəni tənqid etdi və Yezidin xüsusiyyətlərinə işarə edərək Müaviyəni onun canişinliyi üçün çalışmaqdan çəkindirdi və öz haqqına və məqamına təkid edərək, Müaviyənin Yezidin canişinliyi üçün beyət əldə etməkdən ötrü gətirdiyi dəlilləri sıradan çıxarmağa başladı.[162]

Həmçinin sıravi insanların iştirak etdiyi digər bir məclisdə imam Hüseyn (ə) Müaviyənin Yezidin ləyaqəti haqqında olan sözlərinə reaksiya verərək özünü fərdi və ailəvi xüsusiyyətləri baxımından xilafətə daha layiq hesab etdi və Yezidi şərabxor və şəhvət əhli adlandırdı.[163]

İmam Hüseynin (ə) Minada oxuduğu xütbə

İmam Hüseynin (ə) Mina xütbəsindən bir hissə:

Allah taala (vacibatları sadalayarkən) yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməkdən başlayaraq, ilk əvvəl bunları vacib etmişdir. Çünki, uca Allah bilirdi ki, əgər bu vaciblər əda edilsə və lazımi şəkildə yerinə yetirilsə, bütün digər fərz və vacib əməllər də - istər yüngül olsun, istərsə də çətin – bərpa olacaq. Mənbə: Tuhəful-uqul, s.168

İmam Hüseyn (ə) h.q 58-ci ildə Müaviyənin ölümündən iki il əvvəl Minada etirazdolu bir xütbə oxudu.[164] Bu dövürdə Müaviyənin şiələrə qarşı təzyiqi zirvə həddinə çatmışdı.[165] Hüseyn ibn Əli (ə) bu xütbədə Əmirəlmömininin və Əhli-beytin fəzilətlərini saymaqla və yaxşılığa əmr edib pislikdən çəkindirməyə dəvət etməklə və islami vəzifənin əhəmiyyətinə təkid etməklə yanaşı, alimlərin vəzifəsini və onların zülmün qarşısında qiyam etməli olduqlarını və zalımların qarşısında alimlərin susmağının ziyanlarını xatırlatdı.

Yezidin xilafətinə qarşı reaksiya

H.q 60-cı ildə Rəcəb ayının 15-də Müaviyənin ölümündən sonra Yezid hakimiyyətə gəldi[166] və Onun canişinliyini qəbul etməyən bir neçə böyük şəxsiyyətdən o cümlədən imam Hüseyndən (ə) beyət almaq qərarına gəldi.[167] Lakin imam Hüseyn (ə) beyət etməkdən imtina etdi[168] və Rəcəb ayının 28-də ailəsi və dostları ilə birlikdə Məkkəyə getmək üçün Mədinədən çıxdı.[169]

İmam (ə) Məkkəyə çatarkən Məkkə camaatı və ümrəyə gələnlər həzrəti qarşıladı[170] və dörd aydan artıq bir müddətdə (şabanın 3-dən zil-hiccənin 8-ə qədər) bu şəhərdə qaldı.[171] Bu vaxt ərzində Kufə şiələri üçüncü imamın beyət etməməsindən xəbərdar oldular. Ona (ə) məktublar yazdılar və Kufəyə dəvət etdilər.[172] Hüseyn ibn Əli (ə) Kufə camaatının onunla həmfikir olmasından və dəvətlərinin ciddiliyindən arxayın olmaq və Kufənin vəziyyətini Həzrətə (ə) məruzə etmək üçün Müslüm ibn Əqili Kufəyə göndərdi. Müslüm insanların onu necə qarşılamasını və beyətini gördükdən sonra imam Hüseyni (ə) Kufəyə dəvət etdi.[173] İmam (ə) da Zil-hiccə ayının 8-də ailəsi və yaxınları ilə birlikdə Məkkədən Kufə istiqamətinə hərəkət etdi.[174] Bəzi məlumatlara əsasən, imam Hüseyn (ə) onun öldürülmə planından xəbərdar olmuşdu və Məkkənin ehtiramını saxlamaq üçün bu şəhərdən çıxdı və İraqa tərəf getdi.[175]

Kərbəla hadisəsi

Əsas məqalə: Kərbəla hadisəsi

İmam Hüseyn (ə) qiyamının hədəflərini açıqlayarkən:

«اَللّهُمَّ إِنَّکَ تَعْلَمُ إِنَّهُ لَمْ یَکُنْ مَا کَانَ مِنَّا تَنافُساً فِی سُلْطان، وَ لا التماساً مِنْ فُضُولِ الْحُطامِ، وَ لکِنْ لِنَرَىَ الْمَعالِمَ مِنْ دِینِکَ، وَ نُظْهِرَ الاِصْلاحَ فِی بِلادِکَ، وَ یَأْمَنَ الْمَظْلُومُونَ مِنْ عِبادِکَ، وَ یُعْمَلُ بِفَرَائِضِکَ وَ سُنَّتِکَ وَ أَحْکامِکَ»

İlahi, bilirsən ki, bizim (camaatı hərəkətə gətirmək cəhdləri ilə) etdiyimiz əməllər liderlik məsələsində rəqabət və ya var-dövlət qazanmaq üçün deyildi, bizim məqsədimiz sənin dininin əlamətlərini və düzgünlüyü bütün şəhərlərdə aşkar etməkdir ki, məzlum bəndələrin əmin-amanlıq və rahatlıq tapsınlar. Bununla da onların boyunlarında olan vəzifələr (vacibatlar), Peyğəmbərin (s) sünnəsi və hökmlərin icra olunsun. Mənbə: Tuhəful-Uqul, səh. 239

İmam Hüseynin (ə) və dostlarının şəhadətə çatması ilə nəticələnən Kərbəla hadisəsi Həzrətin (ə) həyatının ən mühüm hissəsi sayılır. Bəzi məlumatlara əsasən, imam Hüseyn (ə) İraqa tərəf hərəkət etməmişdən əvvəl şəhid olacağından xəbərdar idi. Bu hadisə Onun (ə) Yezidlə beyətdən imtina etməsindən sonra baş verdi. Kufəlilərin dəvət etdiyi üçün ailəsi və dostları ilə birlikdə bu şəhərə tərəf hərəkət edən imam Hüseyn (ə) Zu-husəm adlı məntəqədə Hürr ibn Yezid Riyahinin komandirliyi altında olan qoşunla qarşılaşdı və öz yolunu dəyişməyə məcbur oldu.[176]

Mənbələrin çoxunun nəqlinə əsasən, onlar Məhərrəm ayının 2-də Kərbəlaya çatdılar[177] və o günün sabahı Ömər ibn Sədin başçılığı altında Kufə camaatından olan dörd min nəfərlik qoşun Kərbəlaya daxil oldu.[178] Tarixi məlumatlara əsasən, Hüseyn ibn Əli (ə) ilə Ömər Səd arasında bir neçə dəfə müzakirə baş verdi.[179] Lakin İbn Ziyad Hüseynin (ə) Yezidlə beyət etməsindən və ya döyüşdən başqa bir şeyə razı olmadı.[180]

Ömər Sədin qoşunu tasua günü günortadan sonra döyüşə hazır oldu. Lakin imam Hüseyn (ə) o gecəni Allahla münacat etmək üçün möhlət aldı.[181] Həzrət (ə) Aşura gecəsində öz dostları üçün söhbət etdi və onlardan beyəti götürdü və onlara getmək icazəsi verdi. Amma onlar vəfalı olduqlarını və Həzrəti (ə) himayə etdiklərinə təkid etdilər.[182]

Aşura günü səhər döyüş başladı və günortaya qədər imam Hüseynin (ə) dostlarından çoxu şəhadətə çatdı.[183] Döyüş müddətində Kufə qoşununun komandirlərindən olan Hürr ibn Yezid İmam Hüseynə (ə) qoşuldu.[184] Dostları şəhid olduqdan sonra İmamın (ə) yaxınları meydana getdilər. Onların birincisi Əli Əkbər idi.[185] Onlar da bir-birinin ardıyca şəhadətə çatdılar. Sonra isə Hüseyn ibn Əli (ə) özü meydana getdi və Məhərrəm ayının onunda günortadan sonra şəhadətə çatdı. Şimr ibn Zil-couşən,[186] digər bir nəqlə əsasən isə Sənan ibn Ənəs[187] Həzrətin (ə) başını bədənindən ayırdı. Hüseyn ibn Əlinin (ə) başı həmin gün İbn Ziyad üçün göndərildi.[188]

Ömər Səd İbn Ziyadın göstərişini yerinə yetirmək üçün Ömər Sədin verdiyi əmr əsasında bir neçə atlı İmamın (ə) bədəni üzərində at çapdılar və Həzrətin (ə) sümüklərini sındırdılar.[189] Qadınlar, uşaqlar və həmin gün xəstə olan imam Səccad (ə) əsir alındı və Kufəyə, sonra isə Şama göndərildi.[190] İmam Hüseynin (ə) və Həzrətin (ə) dostlarından olan təxminən 72 nəfərin[191] cəsədi Məhərrəm ayının 11-də[192] və ya 13-də Bəni-Əsəd qəbiləsindən olan bir qrup şəxsin vasitəsi ilə, bir nəqlə əsasən imam Səccadın (ə) iştirakı ilə həmin şəhid olduqları yerdə dəfn edildi.[193]

İmam Hüseyn (ə) :

و عَلَی الإسلامِ السلامُ إذ قَد بُلِیَت الاُمّةُ بِراعٍ مثلَ یَزید

Əgər ümmət Yezid kimi bir hökmdarın hakimiyyəti altına düşərsə, o, İslamın fatihəsini oxunmuşdur! İbn Əsam Kufi, əl-Futuh, 5-ci cild, səh.17

Baxışlar və nəticələr

Əsas məqalə: İmam Hüseynin (ə) qiyamı

İmam Hüseynin (ə) Mədinədən Məkkəyə, oradan isə Kufəyə hərəkəti və Kərbəlada Ömər Sədin qoşunu ilə döyüşü haqqında müxtəlif fikirlər mövcuddur. Aşura araşdırmaçısı Məhəmməd İsfəndiyarinin sözlərinə görə, ən məşhur fikirə əsasən imam Hüseynin (ə) qiyamının hədəfinin şəhadət olmasıdır. Bu nəzəriyyənin Lütfüllah Safi, Mürtəza Mütəhhəri, Seyyid Möhsün Əmin və Əli Şəriəti[194] kimi çoxlu tərəfdarı varıdır. Digər bir nəzərə əsasən imam Hüseyn (ə) hakimiyyətə gəlmək üçün qiyam etmişdir. Keçmiş alimlərdən Seyyid Mürtəza,[195] müasirlərdən isə Salehi Nəcəfabadi “Şəhide-cavid” kitabında bu fikirə sahibdir.[196] Sehhəti Serdəverdinin sözlərinə əsasən, Şeyx Mufid, Şeyx Tusi, Seyyid ibn TavusƏllamə Məclisi kimi şəxslər bu fikirə qarşı olmuşdur.[197] Əli Pənah İştihardi kimi bəzi alimlər də şiələrin üçüncü imamının hərəkətinin nə qiyam etmək nə də şəhadətə çatmaq məqsədi ilə deyil əksinə canını qorumaq üçün olduğunu düşünür.[198]

İmam Hüseynin (ə) qiyamı çoxsaylı qrupların oyanmasına səbəb oldu və Onun (ə) şəhadətindən dərhal sonra inqilabi və etiraz yönlü hərəkətlər başladı və uzun illər boyunca davam etdi. İlk etiraz Abdullah ibn Əfifin[199] İbn Ziyada qarşı davranışı idi. Təvvabin qiyamı, Muxtarın qiyamı, Zeyd ibn Əlinin qiyamıYəhya ibn Zeydin qiyamı da bunlardandır. Həmçinin Əməvilərin süqutu ilə nəticələnən Əbu Müslim Xorasaninin Əməvilər əleyhinə etdiyi Cameqan qoşununun qiyamında “Ya lisaratil-Hüseyn” şüarından da istifadə edildi.[200] İran İslam inqilabı da imam Hüseynin (ə) qiyamından ilhamlanmışdı və imam Xomeynin dediyi ” əgər bu moizə və əzadarlıq məclisləri olmasaydı bizim ölkəmiz qalib olmayacaqdı. Hamı imam Hüseynin (ə) bayrağı altında qiyam etdi”[201] kimi ümumi mədəniyyət sahəsində də müsəlmanlar hətta digər dinlərin ardıcılları Hüseyn ibn Əlini (ə) fədakarlıq, zülmü qəbul etməmək, azadlıq tələb etmək, dəyərlərin müdafiəsi və haqtələblik simvolu kimi tanıyırlar.[202]

Xüsusiyyətləri və fəzilətləri

Zahiri oxşarlıq

Hədis, tarix və rical mənbələrinin çoxunda Hüseynin (ə) Peyğəmbərə (ə) bənzəməsindən söz açılır[203] və bir hədisə əsasən Hüseyn (ə) Peyğəmbərə (s) ən çox bənzəyən bir şəxs hesab edilir.[204] Həzrətin (ə) bəzən xəzdən olan paltar geyindiyi və ya başına xəzdən olan əmmamə qoyduğu[205] və saqqalını və saçını rənglədiyi[206] deyilir.

Peyğəmbərin (s) dilindən

İmam Hüseynin (ə) barəsində Peyğəmbərin (s) dilindən çoxsaylı hədislər nəql edilmişdir. O cümlədən aşağıdakı rəvayətlər:

  • Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır.[207]
  • Ərşin sağ tərəfinə belə yazılmışdır: Hüseyn hidayət çırağı və nicat gəmisidir.
  • Hüseyn məndən, mən də Hüseyndənəm.[208]
  • Bu iki nəfəri (Həsən və Hüseyni) sevən hər kəs məni sevmişdir və onlara qarşı düşmənçilik edən şəxs mənə qarşı düşmənçilik etmişdir.[209]

Şəhadəti haqqında öncədən xəbər vermək

Hüseynin ibn Əlinin (ə) şəhadəti haqqında öncədən xəbər verilməsi haqqında çoxlu hədislər vardır.[210] O cümlədən Peyğəmbərdən (s) nəql edilən “louh” hədisində Allahın Hüseyni şəhadətlə əzizlədiyi və Onu şəhidlərin ən üstünü olaraq qərar verdiyi gəlmişdir.[211] Məclisi Biharul-Ənvarın 44-cü cildində, 30-cu fəsilində Allahın imam Hüseynin (ə) şəhadətini bəzi peyğəmbərlərə o cümlədən Adəmə, Nuha, İbrahimə, ZəkəriyyayaMəhəmmədə (s) deməsi və onların ağlaması haqqında hədislər nəql etmişdir.[212] Həmçinin nəql olunmuşdur ki, Əmirəlmöminin (ə) Siffeyn yolunda Kərbəlaya çatarkən barmağı ilə bir yeri göstərdi və dedi: Bura onların qanının axıdılacağı yerdir.[213]

Kəramətləri və möcüzəsayağı işləri

Bəzi hədislərdə imam Hüseyn (ə) üçün bir sıra fərqli xüsusiyyətlər sayılmışdır. O, cümlədən Onun Peyğəmbərin (s) barmağından möcüzəsayağı süd içməsi[214] və qanadı sınan Futrus adlı mələyin Həzrətin (ə) bərəkəti sayəsində nicat tapması və ondan sonra ziyarətçilərin salamının Həzrətə (ə) çatdırılmasına məmur olması[215] qeyd olunmuşdur. Həmçinin, hədislərə əsasən Allah şəfanı imam Hüseynin (ə) türbətində (qəbrinin torpağında) və duanın qəbul edilməsini isə Onun qəbrinin kənarında (gümbəzinin altında ) qərar vermişdir.[216] “Xəsaisul-Hüseyniyyə” kitabında imam Hüseyn (ə) üçün 300-dən çox xüsusiyyət sayılmışdır.[217]

Əxlaqi xüsusiyyətləri

Həzrət (ə) yoxsullarla oturar, onların dəvətini qəbul edərdi, onlarla birlikdə yemək yeyərdi, onları öz evinə dəvət edərdi və evində olanı onlardan əsirgəməzdi.[218] Bir gün bir ehtiyaclı şəxs həzrətdən (ə) kömək istədi. Namaz halında olan İmam (ə) namazını qısa olaraq qıldı və nəyi vardırsa ona verdi.[219]

O (ə) qulları və kənizləri xoşrəftar olmalarının qarşılığında azad edirdi. Deyilənə görə, Müaviyənin Ona libaslar və pullarla birlikdə göndərdiyi kənizi Qurandan bir sıra ayələr oxuduğu və dünyanın faniliyi və insanların ölümü barəsində şeir qoşduğu üçün azad etdi və həmin pulları ona bağışladı.[220] Həmçinin bir gün bi kəniz həzrətə (ə) bir gül verdi. Həzrət (ə) o kənizi azad etdi. Həzrətdən soruşdular ki, onu bir dəstə gül verdiyi üçün azad etdin ? İmam (ə) “sizə salam verilən zaman ondan daha yaxşı və ya onun kimi cavab verin” ayəsinə istinad edərək[221] buyurdu: Allah bizə belə ədəb öyrətmişdir.[222]

İmam Hüseyn (ə) çox səxavətli idi və əliaçıqlıq olaraq tanınırdı.[223] Amma hədiyyə verərkən də imam Həsənin (ə) hörmətini saxlamağa çalışırdı və başqalarına qardaşından az kömək edirdi.[224] Mənbələrin dediyinə əsasən, Həzrət (ə) 25 dəfə piyada halında Məkkəyə getmişdir.[225]

Əzadarlıq və ziyarəti

Şiələr (bəzən də qeyri şiələr) Məhərrəm ayında imam Hüseyn (ə) və Kəbəla şəhidləri üçün əzadarlıq edirlər. Şiələrin bu əzadarlıqlar üçün bir sıra mərasimləri vardır. Onların ən geniş yayılanı rövzə oxumaq, sinə vurmaq, təziyə (şəbeh göstərmək), imam Hüseyni (ə) və Kərbəla şəhidlərini təsvir etmək və fərdi olaraq və ya cəm halında Aşura ziyarəti, Varis ziyarəti və Nahiyə ziyarəti kimi ziyarətnamələrin oxunmasıdır.[226]

İmam Hüseyn (ə) üçün əzadarlıq etmək Aşuranın ilk günlərindən sonra başlamışdır.[227] Bir nəqlə əsasən, Əsirlər Şamda olarkən Bəni-Haşimin qadınları bir neçə gün qara geyinməklə əzadarlıq etdilər.[228] Şiə dövlətlərin hakimiyyətə gəlməsi və şiələrə olan təzyiqlərin qalxması ilə əzadarlıq rəsmi hala gəldi.[229] Hədis və tarix mənbələrinin məlumatına əsasən, şiə imamları imam Hüseyn (ə) əzadarlıq etməyə və ağlamağa xüsusi əhəmiyyət verirdilər və şiələri bu işi və Aşuranı diri saxlamağı göstəriş verirdilər.[230]

İmam Hüseynin ziyarəti (ə)

Məsumların hədislərində imam Hüseynin (ə) ziyarətinə çoxlu təkid edilmişdir və həzrətin (ə) ziyarəti ən üstün və fəzilətli əməllərdən sayılmışdır.[231] Bir qrup rəvayətə əsasən, onun savabı həcc və ümrənin savabına bərabərdir.[232]

Ziyarətləri toplayan kitablarda imam Hüseyn (ə) bir neçə bütün zamanlarda oxunan[233] və bir neçə xüsusi zamanlarda oxunan[234] ziyarət qeyd olunmuşdur. Aşura ziyarəti, Varis ziyarəti və Nahiyəyi-müqəddəsə ziyarəti bu ziyarətnamələrin ən məşhurlarıdır.

İmam Hüseynin (ə) ərbəini

İmam Hüseynin (ə) şəhadətinin qırx gün sonra imam Hüseynin ərbəini və ya ərbəin günü adlanan gündə şiələrin bir çoxu imam Hüseynin (ə) qəbrinin ziyarətinə gedirlər. Tarixi nəqllərə əsasən, Cabir ibn Abdullah Ənsari bu gündə imam Hüseynin (ə) məzarını ziyarət edən ilk ziyarətçi[235] olmuşdur. “Luhuf” kitabının nəqlinə əsasən Kərbəla əsirləri də h.q 61-ci ildə Şamdan Mədinəyə qayıdan yolda Ərbəin günü Kərbəla şəhidlərinin ziyarətinə getmişdir.[236]

İmam Hüseynin (ə) Ərbəin ziyarəti haqqında tövsiyə edilməsi, şiələrin xüsusən İraq şiələrinin hər il müxtəlif yerlərədən Kərbəlaya tərəf hərəkət etməsinə səbəb olmuşdur. Adətən piyada formasında edilən bu hərəkət dünyanın ən çox insanın iştirak etdiyi yürüşlərindən biridir. Xəbər agentlərinin verdiyi məlumata əsasən, 2019-cu ildə 18 milyondan çox insan bu mərasimdə iştirak etmişdir.[237]

İmam Hüseynin hərəmi və hairi

İmam Hüseynin (ə) günbəzi üzərində qırmızı bayraq intiqam mənasını verir.

İmam Hüseynin (ə) qəbrinin yerləşdiyi ərazi imam Hüseynin (ə) hairi adlanır. Hairin ərazisi fəzilətə və xüsusi fiqhi hökmə malikdir. Belə ki, səfərdə olan şəxs öz namazını orda bütöv qıla bilər.[238] Hairin dəqiq məsafəsi haqqında bir neçə fikir mövcuddur. Bu nəzərlər arasında ən az məsafəni deyən fikirə əsasən hair imam Hüseynin (ə) qəbrindən 11 metrlik ərazini əhatə edir və ən böyük fəzilətə malikdir.[239]

İmam Hüseynin (ə) hərəmi

Mövcud məlumatlara əsasən imam Hüseynin (ə) qəbri üzərində ilk dəfə Muxtarın zamanında və onun göstərişi əsasında bina tikilmişdir və o vaxtan bu günə qədər hərəmin binası dəfələrlə yenilənmiş və genişləndirilmişdir.[240] İmam Hüseynin (ə) hərəmi bir neçə dəfə bəzi Abbasi xəlifələrinin[241] və vəhhabilərin[242] vasitəsi ilə dağıdılmışdır. O cümlədən Mütəvəkkil Abbasi harin yerinin şumlanmasına və məqbərənin üzərindən su axıdılmasına göstəriş verdi.[243]

İmam Hüseynin (ə) mənəvi irsi

“Musnədul-İmamiş-şəhid” adlı kitab

Bir çox hədis və tarix mənbələrində Hüseyn ibn Əlinin (ə) dualarını, məktublarını, şeirlərini, xütbələrini və vəsiyyətini əhatə edən mənəvi irsi nəql edilmişdir. Bu əsərlərin məcmuəsi Əzizullah Ətarudinin təlif etdiyi “Musnədul-İmamiş-şəhid” adlı kitabda və “Mosuətu-kəlimatil-imamil-Hüseyn” kitabında bir yerə toplanmışdır.

* Sözləri: Müaviyə hakimiyyətinin zamanında olan siyasi şərait üzündən İmam Hüseyndən (ə) çox hədis nəql edilməmişdir.[244] Həzrətdən (ə) nəql olunan sözlərin çoxu Mədinədən Kərbəlaya qədər olan səfər müddətinə aiddir.[245] Əllamə Tehraninin fikrincə əməvilərin təzyiqləri insanların imam Həsən (ə) və Hüseynə (ə) ya adətən müraciət etməməsinə və ya onlardan nəql edilən hədislərin ravilərin qorxusu üzündən aradan getməsinə və sonrakı ravi təbəqələrinə çatmamasına səbəb olmuşdur.[246] İslami mənbələrdə şiələrin üçüncü imamının əqaid, əhkam və əxlaq kimi mövzularda sözləri məruzə edilmişdir.[247]

* Dualar: “Musnədul-imamiş-şəhid” kitabında İmam Hüseyndən (ə) təxminən 20 dua və münacat nəql edilmişdir. Bu duaların ən məşhuru Ərəfə günü Ərafata səhrasında oxunan Ərəfə duasıdır.[248]

* Aid edilən şeirlər: Məhəmməd Sadiq Kərbasi İmam Hüseynə (ə) adi edilən şeirləri “Divanul-imamil-Hüseyn” adlı 2 cildlik kitabda bir yerə toplamış və onları səndə və ədəbiyyat baxımından araşdırmışdır.[249]

* Xütbələr və vəsiyyət: Bəzi mənbələrdə imam Hüseynin (ə) Minada etdiyi xütbə,[250] Aşura günündə etdiyi xütbə[251] və öz hərəkətinin hədəfini açıqladığı[252] qardaşı Məhəmməd Hənəfiyyəyə etdiyi yazılı vəsiyyət nəql olunmuşdur.

* Məktublar: “Məkatibul-Əimmə” kitabında imam Hüseynin (ə) 27 məktubu qeyd edilmişdir.[253] Bu məktubların bir hissəsi Müaviyəyə, digər bir hissəsi isə müxtəlif mövzularda müxtəlif şəxslərə ünvanlanmışdır.

Həzrətin (ə) bəzi məşhur kəlamları

  • Əgər dininiz yoxdursa və qiyamət gününə inanmırsınızsa heç olmasa bu dünyada azad olun.[254]
  • İnsanlar dünyanın qullarıdır və din onların dilinin sırğasıdır. Həyat onların ağız dadına uyğun gəldiyi müddətdə (yəni adi şəraitdə) dinə bağlıdırlar. Lakin bəlalarla imtahan edilən zaman dindarlar azalır.[255]
  • İnsanların sizə olan ehtiyacı Allahın nemətlərindən biridir. Nemətlərdən yorulmayın və narahat olmayın. Əks halda (nemətlər) bəlaya çevriləcəkdir.[256]
  • İzzətli ölüm zillətlə yaşamaqdan daha yaxşıdır.[257]
  • Mən sərxoşluq, fəsad törətmək və zülm etmək üçün qalxmadım. Əksinə babam Peyğəmbərin (s) ümmətini islah etmək üçün qalxdım. Yaxşı işlərə əmr edib pis işlərdən çəkindirmək istəyirəm.[258]
  • Hər kəs Allahın sözündən çıxmaqla nəyəsə nail olmaq istəsə ümidvar olduğu şeyi daha tez itirər və qorxduğu şeyə daha tez düçar olar.[259]

Biblioqrafiya

Hüseyn ibn Əlinin (ə) şəxsiyyəti və həyatı haqqında ensiklopediya, tərcümeyi-hal, məqtəl və tarixi təhli formasında çoxsaylı əsərlər yazılmışdır. Qırxdan çox məqalə və kitab imam Hüseyn haqqında yazılam kitabları tanıtmağa həsr olunmuşdur.[260] O cümlədən “Kitabşünasiye-extesasiye-emam Hüseyn” kitabında 1428 əsərin adı çap xüsusiyyətləri ilə birlikdə açıqlanmışdır.[261] Ağa Bozorg Tehrani də “Əzzəriə” kitabında bu barədə yazılmış 985 əsəri tanıtdırmışdır.[262] Bu mövzuda yazılmış ən mühüm əsərlərdən bəzisi aşağıdakılardır:

Ensiklopediya

  1. Məhəmməd Məhəmmədi Reyşəhrinin 14 cilddə yazdığı “Daneşnameye-emam Hüseyn” kitabı.
  2. 1388-ci ilə qədər 90 cildi çap edillmiş Məhəmməd Sadiq Kərbasinin yazdığı “Dairətul-məarifil-Huseyniyyə” kitabı.[263]
  3. Cavad Mühəddisinin yazdığı “Fərhənge Aşura” kitabı.
Mehdi Pişvayinin nəzarəti altında araşdırmaçı qrup tərəfindən yazılan “Məqtəle-Camee-Seyyiduş-şuhəda” kitabı

Tərcümeyi-hal

  1. Baqir Şərif Qərəşinin 3 cilddə yazdığı “Həyatul-imamil-Huseyn” kitabı.
  2. İbn Ədimin (vəfatı 660 h.q) yazdığı “Əl-imamil-Huseyn” kitabının 1 cilddə tərcüməsi. Bu kitab Əbdül-Əziz Təbatəbayinin xülasələşdirdiyi “ Buğyətut-talib fi tarixi Hələb” kitabının qısaldılmış formasıdır.
  3. İbn Sədin “Təbəqatul-kubra” kitabında imam Hüseynə (ə) haqqında olan hissə “Tərcumətul-imamil-Huseyn və məqtəluhu” adlı müstəqil bir kitab olaraq çap edilmişdir.
  4. İbn Əsakirin “Tarixu-mədinəti-Dəməşq” kitabında imam Hüseyn (ə) barəsində olan hissə “Tərcumətul-imamil-Huseyn min tarixi mədinəti Dəməşq” adlı müstəqil bir kitab olaraq çap edilmişdir.
  5. Seyyid Haşim Rəsuli Məhəllatinin “Zendegiye emam Hoseyn” kitabı.

Məqtəl

Tarixi şəxsiyyətlərdən hər hansı birinin qətli və ya şəhadəti barəsində olan yazılı məlumatlara məqtəl deyilir.[264] Şiələrin üçüncü imamının barəsində ərəb dilində yazılan ilk məqtəl 2-ci h.q əsrində Əbu Mixnəfin yazdığı “Məqtəlul-Huseyn” kitabıdır.[265] İmam Hüseyn (ə) haqqında olan məqtəl kitablarından bəziləri aşağıdakılardır:

  1. Müvəffəq ibn Əhməd Xarəzminin “Məqtəlul-Huseyn” kitabı
  2. Mehdi Pişvayinin nəzarəti altında araşdırmaçı qrup tərəfindən yazılan “Məqtəle-Camee-Seyyiduş-şuhəda” kitabı
  3. Seyyid ibn Tavusun “Əl-luhuf əla qətlət-tufuf” kitabı.

Tarixi təhlillər haqqında olan kitablar

  1. Seyyid Cəfər Şəhidinin “Pəs əz pəncah sal” kitabı
  2. Salehi Nəcəfabadinin “Şəhide-Cavid” kitabı
  3. Mürtəza Mütəhhərinin “Həmaseye Hoseyni” kitabı
  4. Məhəmməd İbrahim Ayətinin “Bərresiye-tarixe-aşura” kitabı

Məqalələr

Hüseyn ibn Əlinin (ə) şəxsiyyəti və həyatı haqqında çoxlu məqalələr yazılmışdır. Onlardan bəzisi məqalə elanı verildikdən sonra “Məcmueye-məqalate-konqereye-melliye həmasaye Hoseyni” və “ Dirasatun və buhusun mutəmir Əl-imamil-Hüseyn” kitablarında çap edilmişdir.

Əlaqəli məqalələr

İstinadlar

  1. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.826; Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.27
  2. Yusifi Ğərəvi, Musuətut-tarixil-İslami, h.q 1417, c.3, s.130
  3. Mufid, Əl-İrşad, h.q 1413, c.1, s.166-171; İbn Şəhraşub, Mənaqib, h.q 1376, c.3, s.144
  4. Məclisi, Buharul-ənvar, h.ş 1363, c.10, s.121
  5. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.485
  6. İbn Şəhraşub, Mənaqib, h.q 1376, c.3, s.168
  7. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.939
  8. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.165
  9. Tacul-məvalid, h.q 1422, s.82
  10. Təbəri, Tarixu Təbəri, 1387, c.5, s.253, il 51; Yaqubi, Tarixu Yaqubi, Daru sadir, c.2, s.231, il 52; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.188, il 53
  11. İbn Şöbe Hərrani, Tuhəful-uqul, h.q 1404, s.68
  12. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.339
  13. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Şeyx Müfid, Əl-İrşad, c.2, s.34
  14. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.381
  15. Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.220
  16. Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.54
  17. Şeyx Müfid, Əl-İrşad, c.2, s.66
  18. Şeyx Müfid, Əl-İrşad, c.2, s.66
  19. Şeyx Müfid, Əl-İrşad, c.2, s.90-91
  20. Şeyx Müfid, Əl-İrşad, c.2, s.95-112
  21. Şeyx Müfid, Əl-İrşad, c.2, s.27
  22. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.287; Müslim, Səhih Müslim, h.q 1423, c.15, s.190
  23. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.168
  24. Zəməxşəri, Əl-Kəşşaf, h.q 1415, Ali-İmran surəsənin 61-ci ayəsinin şərhi; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1405, Ali-İmran surəsənin 61-ci ayəsinin şərhi
  25. Əhməd ibn Hənbəl, Musnədu Əhməd, c.1, s.331; İbn Kəsir, Təfsirul-Quran, h.q 1419, c.3, s.799; Şəvkani, Fəthul-qədir, c.4, s.279
  26. Yəqubi, Tarixul-Yəqubi, c.2, s.226; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.10, s.363
  27. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.10, s.414-416
  28. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.10, s.395; İbn Əbi Şeybə, Əl-Müsənnəf, h.q 1409, c.7, s.269
  29. Hacı Mənuçöhri, "Hüseyn (ə), İmam", s.681
  30. Hacı Mənuçöhri, "Hüseyn (ə), İmam", s.686
  31. Mühəddisi, Fərhənge Aşura, h.ş 1393, s.372
  32. Hövzə və Universitetin tarix tədqiqat mərkəzi, Təşəyyö tarixi, h.ş 1390, s.21
  33. Hacı Mənuçöhri, "Hüseyn (ə), İmam", s.687
  34. Hacı Mənuçöhri, "Hüseyn (ə), İmam", s.689
  35. Hacı Mənuçöhri, "Hüseyn (ə), İmam", s.681; Mühəddisi, Fərhənge Aşura, h.ş 1393, s.508
  36. Muslim, Səhih Muslim, h.q 1423, c.15, s.190; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.10, s.376-410; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.7; İbn Kəsir, Təfsirul-Quran, h.q 1419, c.3, s.799; حسینی شاهرودی، «امام حسین (ع) و عاشورا از دیدگاه اهل سنت»; ایوب، «فضایل امام حسین علیه السلام در احادیث اهل سنت».
  37. ایوب، «فضایل امام حسین علیه السلام در احادیث اهل سنت».
  38. Əbubəkr ibn Ərəbi, Əl-Əvasimu minəl-qəvasim, s.232
  39. İbn Teymiyyə, Minhacus-sunnətin-Nəbəviyyə, h.q 1406, c.4, s.530-531
  40. İbn Xəldun, Tarixu İbn Xəldun, c.1, s.217
  41. İbn Xəldun, Tarixu İbn Xəldun, c.1, s.216
  42. Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.228
  43. Uqqad, Əbuş-şühəda, h.q 1429, s.207
  44. Uqqad, Əbuş-şühəda, h.q 1429, s.141
  45. Taha Hüseyn, Əli və fərzandanəş, s.239
  46. Fərrux, Təcdidu fil-muslimin la fil-İslam, s.152
  47. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.27; Əhməd ibn Hənbəl, Əl-Musnəd, Daru Sadir, c.1, s.98, 118
  48. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.3, s.397; İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.244
  49. İbn Səd, Ət-Təbəqatul-kübra, c.6, s.357; İbn Əsir, Əsədul-ğabə, Beyrut, c.2, s.10
  50. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.4, s.393; Zübeydi, Tacul-ərus, h.q 1414, c.7, s.4
  51. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.13, s.171
  52. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.239-244; Məclisi, Biharul-ənvar, h.ş 1363, c.39, s.63
  53. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.1, s.194-195
  54. Şeyx Müfid, Əl-İrşad, h.q 1414, c.2, s.27
  55. https://javadi.esra.ir
  56. Şeyx Müfid, Əl-İrşad, h.q 1414, c.2, s.27; İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1409, c.8, s.65; İbn Qüteybə, m.1960, c.1, s.213
  57. Mühəddisi, Fərhənge Aşura, h.ş 1393, s.39
  58. İbn Əbis-Sələc, Tarixul-əimmə, h.q 1406, s.28; İbn Təlhə Şafei, Mətalibus-səul, h.q 1402, c.2, s.374; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.ş 1385, c.4, s.86
  59. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.ş 1385, c.4, s.86
  60. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1417, s.216-219; Şeyx Tusi, Əmali, h.q 1414, s.49-50
  61. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1417, s.176
  62. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.142; Şeyx Müfid, Əl-İrşad, h.q 1414, c.2, s.27; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.6, s.19
  63. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.1, s.474-477
  64. Yəqubi, Tarixul-Yəqubi, Beyrut, c.2, s.246; Dulabi, Əz-Zəriətut-Tahirə, h.q 1407, s.102, 121; Təbəri, Tarixu Təbəri, m.1962, c.2, s.555; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.27
  65. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.1. s.463; Şeyx Tusi, Təhzibul-Əhkam, h.q 1401, c.6, s.41; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.392
  66. İbn Məşhədi, Əl-Məzar, h.q 1419, s.397; Şeyx Tusi, Misbahul-Mutəhəccid, h.q 1411, s.826-828; seyyid ibn Tavus, İqbalul-əmal, h.ş 1367, s.689-690
  67. Şeyx Müfid, Əl-İrşad, c.2, s.27
  68. Şeyx Müfid, Əl-İrşad, c.2, s.129; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.12, s.237; İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.6, s.230
  69. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.465
  70. Şeyx Müfid, Əl-İrşad, c.2, s.129; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.12, s.237; İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.6, s.230
  71. Səmavi, Əbsarul-eyn, h.q 1419, s.93
  72. Tirmizi, Sunənu Tirmizi, h.q 1403, c.5, s.323
  73. Əhməd ibn Hənbəl, Əl-Musnəd, c.5, s.354; Tirmizi, Sunənu Tirmizi, h.q 1403, c.5, s.323; İbn Həbban, Səhih, m.1993, s.402; Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1406, c.1, s.287
  74. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.56
  75. İbn Səd, Ət-Təbəqatul-kübra, c.6, s.406-407; Şeyx Səduq, uyunu Əxbarir-Rza, h.ş 1363, c.1, s.85; Şeyx Müfid, Əl-İrşad, c.1, s.167;
  76. İbn Səd, Ət-Təbəqatul-kübra, c.1, s.369
  77. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.2, s.325
  78. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.394; Zəhəbi, Tarixul-İslam, m.1993, c.5, s.100; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.ş 1385, c.4, s.40; Bağdadi, Tarixu Bağdadi, h.q 1412, c.1, s.152
  79. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.175; Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.211-212
  80. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.8, s.206-207; İbn Əbil-Hədid, Nəhcül-Bəlağənin şərhi, h.q 1387-1385, c.8, s.253-254
  81. İbn Xəldun, Əl-İbər, h.q 1401, c.2, s.573-574
  82. Təbəri, Tarixu Təbəri, h.q 1387, c.4, s.269
  83. İbn Qüteybə, Əl-Məarif, m.1922, s.568; Bəlazuri, Futuhul-Bəldan, m.1988, s.326; Müqəddəsi, Əl-Bida vət-tarix, c.5, s.198
  84. Cəfər Mürtəza, Əl-Həyatus-siyasiyyə lil-İmamil-Həsən, s.158
  85. İbn Qüteybə, Əl-Məarif, h.q 1410, c.1 s.59; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.558;
  86. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.2, s.331-332
  87. Cəfər Mürtəza, Əs-Səhihu min siyrətil-İmam Əli (ə), h.ş 1388, s.313
  88. Seyyid Mürtəza, Əş-Şafi fil-İmamə, h.q 1410, c.3, s.242
  89. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.10, s.121
  90. Şeyx Müfid, Əl-Cəməl, h.q 1413, s.348; Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.3, s.489
  91. Nəsr ibn Muzahim, Vəqəətus-Siffeyn, h.q 1382, s.114-115
  92. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.3, s.24; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.168
  93. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.44, s.266
  94. İrbili, Kəşful-ğəmmə, h.q 1421, c.1, s.569; Nəhcül-bəlağə, Təhqiq: Sübhi Salih, Xütbə: 207, s.323
  95. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.939
  96. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.147
  97. İbn Qüteybə, Əl-Məarif, h.q 1410, c.1 s.181; Şeyx Müfid, Əl-İrşad, c.1, s.25
  98. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.3, s.220; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.2, s.497-498
  99. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.291; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.3, s.401
  100. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.184
  101. Diynəvəri, Əxbarut-Tival, h.ş 1368, s.221
  102. Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.ş 1348, s.110
  103. Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.ş 1348, s.110
  104. Şeyx Müfid, Əl-İrşad, c.2, s.32
  105. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.4, s.292; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.35
  106. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.160; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.13, s.267
  107. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.157-158
  108. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.220
  109. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.150
  110. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.221-222
  111. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.165; İbn Cəvzi, m.1992, c.5, s.184
  112. Musəb ibn Abdullah, Kitabu nəsəbi Qureyş, m.1953, c.1, s.57-59; Buxari, Sirrus-silsilətil-Ələviyyə, h.q 1381, c.1, s.30; Şeyx Müfid, Əl-İrşad, c.2, s.135
  113. Təbəri, Dəlailul-İmamə, h.q 1408, c.1, s.74; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.77; İbn Təlhə Şafei, Mətalibus-Səul, h.q 1402, c.2, s.69
  114. Mütəhhəri, Xedemate mütaqabil İslam və İran, h.ş 1380, s.131-133; Şəriəti, Təşəyöe Ələvi və təşəyyöe Səfəvi, h.ş 1377, s.91; Şəhidi, Zendeqaniye Əli ibnil-Hüseyn (ə), h.ş 1365, s.12
  115. İsfəhani, Məqatilut-talibin, h.q 1405, s.59; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.135
  116. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.8, s.229
  117. Musəb ibn Abdullah, Ketabe nəsəbe Qüreyş, m. 1953, c.1, s.59; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.468; Buxari, Sirrus-silsilətil-Ələviyyə, h.q 1381, c.1, s.30
  118. Musəb ibn Abdullah, Ketabe nəsəbe Qüreyş, m. 1953, c.1, s.59; Yaqubi, Tarixul-Yaqubi, c.2, s.246-247; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.446
  119. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.6, s.269
  120. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.446; İsfəhani, Məqatilut-talibin, Darul-mərifət, s.80
  121. İsfəhani, Kitabul-Ağani, h.q 1383, c.21, s.78
  122. İsfəhani, Kitabul-Ağani, h.q 1383, c.21, s.78
  123. Sibt ibn Cəvzi, Təzkirətul-Xəvass, h.q 1401, c.1, s.249
  124. Musəb ibn Abdullah, Ketabe nəsəbe Qüreyş, m. 1953, c.1, s.59; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.135; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, s.77-113
  125. Musəb ibn Abdullah, Ketabe nəsəbe Qüreyş, m. 1953, c.1, s.59; Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.135
  126. Əbul-Həsən Beyhəqi, Ləbabul-ənsab, h.ş 1385, s.355
  127. Vaiz Kaşifi, Ruzətuş-şühəda, h.ş 1382, s.484
  128. Əmin, Əyanuş-şiə, h.q 1403, c.7, s.196
  129. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, Təhqiq: Rəsuli Məhəllati, h.q 1379, c.3, s.109; Təbəri, Dəlailul-İmamə, h.q 1408, c.1, s.74
  130. İbn Təlhə Şafei, Mətalibus-səul, h.q 1402, c.2, s.69
  131. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.13, s.262
  132. İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.5, s.338; Siyuti, Tarixul-xüləfa, h.q 1425, c.1, s.149
  133. Təquş, Duləte Əməviyyan, h.ş 1389, s.19
  134. Təquş, Duləte Əməviyyan, h.ş 1389, s.19; Əllamə Məhəmməd Yusif, Həyatus-səhabə, c.3, s.63
  135. Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1403, s.31-32
  136. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.1, s.64; İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.6, s.220
  137. Şeyx Müfid, Əl-İrşad, c.2, s.14; İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.8, s.131
  138. Təquş, Duləte Əməviyyan, h.ş 1389, s.28-29
  139. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.295
  140. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.3, s.351
  141. Sabiri, Tarixe firəqe İslami, h.ş 1388, c.1, s.181
  142. Şeyx Səduq, Əl-Etiqadat, h.q 1414, s.104; İbn Babaveyh Qumi, Əl-İmamə vət-təbsirə, h.ş 1363, s.104
  143. Şeyx Müfid, Əl-İrşad, c.2, s.30
  144. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.1. s.301
  145. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.1, s.297
  146. Şeyx Müfid, Əl-İrşad, c.2, s.31
  147. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.1. s.304
  148. Kuleyni, Əl-Kafi, h.ş 1365, c.1. s.291
  149. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.32; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.ş 1385, c.4, s.87
  150. Diynəvəri, Əl-əxbarut-Tival, h.ş 1368, s.222; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.152
  151. Cəfəriyan, Həyate fikri və siyasi İmamane şiə, h.ş 1381, s.175
  152. Zəhəbi, Seyru əlamun-nübəla, m. 1993, c.3, s.291
  153. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.224; Kəşşi, Ricalul-Kəşşi, h.ş 1348, s.48
  154. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.441; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.322; İbn Əsəm Kufi, Əl-Futuh, m.1991, c.4, s.349-350
  155. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.322
  156. Diynəvəri, Əl-Əxbarut-tival, h.ş 1368, s.224-225, Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.120-121; İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.202-204
  157. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.5, s.122-122; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.10, s.440; Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.q 1348, s.50; Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.5, s.6; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.206
  158. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.296
  159. Yaqubi, Tarixul-Yaqubi, Darus-sadir, c.2, s.231; Şeyx Tusi, İxtiyaru mərifətir-rical, h.ş 1348, s.48; İrbili, Kəşful-ğəmmə, h.q 1421, c.1, s.574
  160. İbn Kəsir, Əl-Bidayətu vən-Nəhayə, c.8, s.79
  161. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.204
  162. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.208-209
  163. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1410, c.1, s.211
  164. İbn Şubə Hərrani, Tuhəful-uqul, h.q 1404, s.68
  165. Bir qrup tarixçi, Tarixe qiyam və Məqtəl came Seyyiduş-Şühəda, h.q 1389, c.1, s.292
  166. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.155; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.32
  167. Əbu Mixnəf, Məqtəlul-Hüseyn, s.5; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.33
  168. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.34
  169. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.156; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.34
  170. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.36
  171. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.41
  172. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.66
  173. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.450; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.8, s.159-161
  174. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.66
  175. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.450; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.8, s.159-161;
  176. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.322; İbn Əsir, Əl-Kamil, m.1965, c.4, s.51
  177. İbn Əsəm, Əl-Futuh, m.1991, c.5, s.83; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.409; Şeyx Müfid, Əl-İrşad, c.2, s.84
  178. Diynəvəri, Əxbarut-Tival, h.ş 1368, s.253; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.176; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.409; İbn Əsir, Əl-Kamil, m.1965, c.4, s.52
  179. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.414
  180. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.182; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.414; Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.88
  181. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.417; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.88
  182. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.91-94
  183. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.429-430
  184. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.427; Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.99
  185. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.446; Əbül-Fərəc İsfəhani, Məqatilut-Talibin, s.80
  186. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.112; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), h.q 1423, c.2, s.41; Əlamul-Vəra, h.q 1390, c.1, s.469
  187. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.450-453; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1418, c.6, s.441; Əbül-Fərəc İsfəhani, Məqatilut-Talibin, s.118; Məsudi, Murucuz-Zəhəb, h.q 1409, c.3, s.62
  188. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.411; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.456
  189. Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.113; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.204; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455; Məsudi, Murucuz-Zəhəb, h.q 1409, c.3, s.259
  190. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.456
  191. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455
  192. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.455
  193. Muqərrəm, Məqtəlul-Hüseyn, h.q 1426, s.335-336
  194. İsfəndiyari, Aşuraşenasi, h.ş 1387, s.157
  195. Seyyid Mürtəza, Tənziyhul-ənbiya, h.q 1409, s.227-228
  196. Salihi Nəcəfabadi, Şəhide cavid, h.ş 1387, s.157-158
  197. Sihhəti, Aşurapejuhi, h.ş 1385, s.296-299
  198. İştihardi, Həft sale çera səda dər avord ? h.ş 1391, s.154
  199. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.457-459; Şeyx Müfid, Əl-İrşad, h.q 1413 c.2, s.117
  200. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.9, s.317
  201. خمینی، صحیفه نور، ۱۳۷۹ش، ج۱۷، ص۵۸., farsi.rouhollah.ir saytı
  202. «فرهنگ عاشورا فرامسلمانی است»، وبگاه مجمع جهانی صلح اسلامی.
  203. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.142, 453; Şeyx Müfid, Əl-İrşad, c.2, s.27; Təbərani, Əl-Mucəmul-kəbir, c.3, s.95
  204. Əhməd ibn Hənbəl, c.3, s.261; Tirmizi, Sunənu Tirmizi, h.q 1403, c.5, s.325
  205. Təbərani, Əl-Mucəmul-kəbir, c.3, s.101
  206. İbn Səd, Ət-Təbəqatul-kübra, c.6, s.419-422; İbn Şüeybə, Əl-Musənnəf, h.q 1409, c.6, s.3 və 15
  207. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.7; Şeyx Müfid, Əl-İrşad, c.2, s.27
  208. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.7; İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.385
  209. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.266; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.13, s.198-199; İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.602
  210. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.3, s.166-317
  211. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.528; Şeyx Tusi, Əl-Ğeybə, h.q 1411, s.145
  212. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.44, s.223-249
  213. Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, h.q 1403, s.142
  214. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.1, s.465
  215. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.66
  216. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.82; Məclisi, Biharul-ənvar, h.ş 1363, c.98, s.69
  217. Şüştəri, Əl-Xəsaisul-Hüseyniyyə, s.20
  218. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.441;İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.181
  219. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.14, s.185
  220. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.70, s.196-197; İrbili, Kəşful-ğummə, h.q 1426, c.2, s.476
  221. Nisa surəsi, ayə 86
  222. İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.575
  223. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.2, s.114-118
  224. Şeyx Səduq, Əl-Xisal, h.q 1403, c.1, s.135
  225. İbn Səd, Ət-Təbəqatul-kübra, c.10, s.401; İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.1, s.397
  226. «عزاداری ماه محرم در کشورهای جنوب شرقی آسیا برگزار می‌شود»، خبرگزاری ابنا, abna24.com; «آداب و رسوم مردم شهرهای مختلف ایران در ماه محرم»، وبگاه بیتوته., beytoote.com saytı
  227. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.206
  228. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.45, s.196
  229. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.11, s.183; İbn Cəvzi, Əl-Muntəzəm, m.1992, c.7, s.15
  230. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.44, bab.34 s.278-296
  231. İmam Hadi (ə) müəssisəsi, Cameu ziyaratul-Məsumin, h.ş 1389, c.3, s.36-69
  232. İbn Qulaveyh, Kamiluz-ziyarat, h.q 1356, s.158-161
  233. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.12, s.256-452
  234. «زیارت های مخصوصه امام حسین»، پایگاه اطلاع‌رسانی حوزه., hawzah.net saytı
  235. Şeyx Tusi, Misbahul-mütəhəccid, h.q 1411, s.787
  236. İbn Tavus, Lühuf, h.q 1414, s.225
  237. «آمار زائران اربعین امسال از مرز ۱۸ میلیون گذشت»، خبرگزاری جمهوری اسلامی., irna.ir saytı
  238. Təbatəbai Yəzdi, Əl-ürvətul-vüsqa, h.q 1404, c.2, s.164
  239. Seyyid Əbül-Cavad, Tarixi Kərbəla və Haire Hüseyn (ə), h.q 1376, s.51-52 və 58-60
  240. Ali Tuməh, Kərbəla və hərəmhaye Mütəhhər, s.89-112
  241. Əbül-Fərəc İsfahani, Məqatilut-Talibin, s.477
  242. Yazıçılardan bir qrup, Neqahi nu be cərəyane Aşura, h.ş 1387, s.425
  243. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.327; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.211
  244. Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, h.ş 1388, c.13, s.13-14
  245. Nəcmi, Soxenane Hüseyn ibn Əli əz Mədinə ta Kərbəla, h.ş 1378, s.7
  246. Tehrani, Seyyid Məhəmməd Hüseyn, Ləməatul-Hüseyn, h.q 1402, s.3
  247. Baqirul-ulum (ə) universiteti, Musuətu Kəlimayil-İmamil-Hüseyn, h.q 1416, müqəddimə
  248. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.95, s.214
  249. Kərbasi, Dairuətul-məarifil-Hüseyniyyə, Diyvanul-İmamil-Hüseyn, m.2001, c.1 və 2
  250. İbn Şubə, Tuhəful-uqul, h.q 1404, s.237-240
  251. Şeyx Müfid, Əl-İrşad, c.2, s.97-98
  252. Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1423, c.1, s.273
  253. Miyanəci, Məkatibul-əimmə, h.q 1426, c.3, s.83-156
  254. İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.592
  255. İbn Şubə, Tuhəful-uqul, h.q 1404, s.245
  256. İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.573
  257. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.68
  258. Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1423, c.1, s.273
  259. İbn Şubə, Tuhəful-uqul, h.q 1404, s.248
  260. اسفندیاری، «کتابشناسی کتابشناسی‌های امام حسین(ع)»، ص۴۱, ensani.ir saytı
  261. Səfər Əlipur, Ketabşenasiye ixtisasi İmam Hüseyn (ə), h.ş 1381, s.255
  262. İsfəndiyari, Ketabşenasiye tarixi İmam Hüseyn (ə), h.ş 1380, s.491
  263. «آشنایی با دائرة المعارف حسینی»، وبگاه المرکز الحسینی للدراسات
  264. Sahibi, Məqtəl və məqtəlneqaran, h.ş 1373, s.31
  265. عالم‌زاده، «اولین مقتل مکتوب، مقتل ابومخنف»، وبگاه کرب و بلا, karbobala.com saytı

Ədəbiyyat

  • İbn Əbi-Hədid, Nəhcül-bəlağənin şərhi, Qahirə, h.ş 1385-1387
  • İbn Əbi Şeybə, Əl-Musənnəfu fil-əhadis vəl-asar, Beyrut, h.q 1409
  • İbn Əsir, Əli ibn Əbdül-Kərim, Əsədul-ğabə fi mərifətis-səhabə, Beyrut, Darul-kutubil-ərəbi
  • İbn Əsir, Əli ibn Əbdül-Kərim, Əl-Kamilu fit-tarix, Beyrut, Darus-sadir, m.1965
  • İbn Əsəm, Əl-Futuh, Beyrut, h.q 1411
  • İbn Babaveyh, Əbül-Həsən ibn Əli, Əl-İmamə vət-təbsirə, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sunnətin-Nəbəviyyə, 1-ci çap, h.q 1406
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəmu fit-tarixi Təbəri, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta və Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, m.1992
  • İbn Həbban, Səhih İbn Həbban, Ər-risalə, m.1993
  • İbn Həcər Əsqəlani, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Xəldun, Tarixu ibn Xəldun, Beyrut, h.q 1401, 4-cü çap
  • İbn Səd, Ət-Təbaqatul-kübra Ehsan Abbas çapı, Beyrut, m.1977-1968
  • İbn Şubə, Həsən ibn Əli, Tuhəful-üqul, Qum, Camiə Mudərrisin, h.q 1404
  • İbn Şəhraşub. Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum
  • İbn Təlhə Şafei, Mətalibus-səul fi mənaqibi Alir-Rəsul
  • İbn Əbdül-Birr, Əl-İstiab, Beyrut, 1-ci çap, h.q 1412
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinədi Dəməşq, Beyrut, 1-ci çap, h.q 1415
  • İbn Quteybə, Əl-İmamə vəs-siyasə, Təhqiq: Əli Şiri, Beyrut, 1-ci çap, h.q 1410
  • İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Qum, h.q 1417
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, h.q 1408
  • İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzar, Təhqiq: Cavad Əl-Qəyyumi İsfahani, Qum, h.q 1419
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Beyrut, h.q 1414
  • Əbül-Fərəc İsfahani, Məqatilut-Talibin, Təhqiq: Seyyd Əhməd Səqər, Beyrut
  • Əbu Mixnəf, Məqtəlul-Hüseyn (ə), Təhqiq: Hüseyn Ğəffari, Qum
  • Əhməd ibn Hənbəl, Musnədu Əhməd, Beyrut, Daru Sadir
  • Əhməd Miyanəci, Əli, məkatibul-əimmə, Ayətullah Əhmədi Miyanəci, Qum, Darul-hədis, h.q 1426
  • İrbili, Əli ibn Musa, Kəşful-ğummə, Qum, h.q 1426
  • İsfəndiyari, Məhəmməd, Ketabşenasiye tarixi İmam Hüseyn (ə), h.ş 1379
  • İştihardi, Əli Pənah, Həft sale çera səda dər avord ?, Qum, Əllamə nəşriyyatı, 1-ci çap, h.ş 1391
  • İsfəhani, Əbül-Fərəc, Məqatilut-Talibin, Təhqiq6 Əhməd Səqər, Beyrut
  • Əmin, Seyyid Möhsin, Əyanuş-şiə, Təhqiq: Həsən Əmin, Beyrut, h.q 1403
  • ایوب، م، «فضایل امام حسین علیه السلام در احادیث اهل سنت»، ترجمه جواد قاسمی، فصلنامه مشکوة، شماره ۵۱، تابستان ۱۳۷۵ش, hawzah.net saytı
  • «آمار زائران اربعین امسال از مرز ۱۸ میلیون گذشت»، خبرگزاری جمهوری اسلامی،, irna.ir saytı
  • Ali Tuməh, Salman Hadi, Kərbəla və hərəmhaye Mutəhhər, Tehran
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Məhəmməd BAqir Mahmudi, Beyrut, 1-ci çap, m.1977
  • Bəlazuri, Əhməd ibn Yəhya, Futuhul-buldan, Beyrut, m.1988
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənu Tirmizi, Təhqiq: Əbdür-Rəhman Məhəmməd Osman, Beyrut, h.q 1403
  • İmam Hadi (ə) müəssisəsi, Cameu ziyaratil-Məsumin (ə), Qum, Peyame İmam Hadi (ə) müəssisəsi, h.ş 1389
  • Bir qrup yazıçı, Neqahi nu be cərəyane Aşura, Qum, Bustane kitab, 6-ci çap, h.ş 1387
  • Hacı Mənuçöhri, Fəramərz, "Hüseyn (ə), İmam", Tehran, h.ş 1391
  • Hərrani, Həsən ibn Şubə, Tuhəful-uqul, Qum, Cameu Mudərrisin, h.q 1404
  • Xomeyni, Seyyid Ruhullah, Səhifeye nur, Tehran, h.ş 1379
  • Xarəzmi, Məqtəlul-Hüseyn (ə), Qum, Ənvarul-huda, 2-ci çap, h.q 1423
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Beyrut, h.q 1408\m.1988
  • Dulabi, Məhəmməd ibn Əhməd, Əz-Zəriətut-Tahirə, Qum, h.q 1407
  • Diynəvəri, Əhməd ibn Davud, Əl-Əxbarut-tival, Qum, h.ş 1368
  • Zəhəbi, Şəmsud-din, Tarixul-İslam, Beyrut, Darul-kutubil-ərəbi, 2-ci çap, h.q 1409
  • Zübeydi Vasiti, Mürtəza Hüseyni, Tacul-ərus min cəvahiril-qamus, Beyrut, Darul-fikr, h.q 1414
  • Zəməxşəri, Məhmud, Əl-Kəşşaf, Qum, 2-ci çap, h.q 1415
  • Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, Beyrut, h.q 1401\m.1981
  • Seyyid ibn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1367
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-Luhuf, Tehran, h.ş 1348
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Tənziyhul-ənbiya, Beyrut, 2-ci çap, h.q 1409
  • Siyuti, Cəlaluddin, Tarixul-xüləfa, h.q 1425
  • Əli Şəriəti, Təşəyyoe Ələvi və təşəyyoe Səfəvi, Tehran, h.ş 1377
  • Şəhidi, Seyyid Cəfər, tarixe təhlili İslam, Tehran, h.ş 1390
  • Şəhidi, Seyyid Cəfər, Zendeqani Əli ibnil-Hüseyn, Tehran, h.ş 1365
  • Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babeveyh, Əl-etiqadat, Qum, 2-ci çap, h.q 1414
  • Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babeveyh, Əl-Xisal, Qum, Came Mudərrisin, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babeveyh, uyunu Əxbarir-Rza, Qum, h.ş 1363
  • Şeyx Səduq, Məhəmməd ibn Əli ibn Babeveyh, Kəmalud-din, Tehran, 2-ci çap, h.ş 1395
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Ğeybə, Qum, h.q 1411
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Beyrut, h.q 1401
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-Mutəhəccid, Beyrut, Fiqhuş-şiə nəşri, h.q 1411
  • Şeyx Müfid, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
  • Şeyx Müfid, Əl-Muqniə, Qum, h.q 1413
  • Şeyx Müfid, Məsarruş-şiə, Qum, h.q 1413
  • Şeyx Müfid, Əl-Cəməl, Qum, h.q 1413
  • Şüştəri, Şeyx Cəfər, Əl-Xəsaisul-Hüseyniyyə, 1-ci çap
  • Sabiri, Hüseyn, Tarixe firəqe şiə və firqehaye mənsub be an, Tehran, 5-ci çap, h.ş 1388
  • Sahibi, Məhəmməd Cavad, Məqtəl və məqtəl neqaran, h.ş 1373
  • Səfər Əlipur, Ketabşenasi ixtisasi İmam Hüseyn, Qum, Yaqut, h.ş 1381
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-ürvətul-vüsqa, Beyrut, h.q 1404
  • Təbərani, Süleyman ibn Əhməd, əl-Mucəmul-kəbir, Beyrut
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Məşhəd, h.ş 1403
  • Təbəri, Məhəmməd ibn Cərir, tarixul-uməmu vəl-muluk, Beyrut, Darut-teras, 2-ci çap, h.q 1387
  • Təquş, Məhəmməd Suheyl, Dovləte Əməviyyan, Qum, 5-ci çap, h.ş 1389
  • عالم‌زاده، هادی، «اولین مقتل مکتوب، مقتل ابومخنف»، وبگاه کرب و بلا،, karbobala.com saytı
  • Tusi, İxtiyaru mərifətir-rical, Məşhəd, Məşhəd Universiteti, h.ş 1348
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-təfsirul-kəbir, Beyrut, h.q 1405
  • Qazi Təbatəbai, Seyyid Məhəmməd Əli, Təhqiq dərbareye əvvəle ərbəin Həzrət Seyyidüş-Şühəda, Qum, h.ş 1368
  • Kərbasi, Məhəmməd Sadiq, Dairuətul-məarifil-Hüseyniyyə, Diyvanul-İmamil-Hüseyn, London, m.2001
  • Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-Kəşşi, Məşhəd, Məşhəd Universiteti, h.ş 1348
  • Əbdül-Cavad, Tarixi Kərbəla və Haire Hüseyn (ə), Nəcəf, h.ş 1376
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1365
  • Hövzənin və universitetin tədqiqat mərkəzinin tarix kursu, tarixe təşəyyö, Qum, 4-cü çap, h.ş 1389
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Tehran, 2-ci çap, h.ş 1363
  • Muhəddisi, Cavad, Fərhənge Aşura, Qum, 7-ci çap, h.ş 1393
  • Məhəmmədi Reyşəhri, Daneşnameye İmam Hüseyn, Tərcümə: Məhəmməd Muradi, h.ş 1388
  • Musəb ibn Abdullah, Kitabu nəsəbi Qureyş, Qahirə, m.1953
  • Müqəddəsi, Mutəhhər ibn Tahir, Əl-bida vət-tarix
  • Məqrizi, İmtaul-əsma, Beyrut, 1-ci çap, h.q 1420
  • Nəsr ibn Muzahim, Vəqəətu Siffeyn, Qum, 2-ci çap, h.q 1403
  • Musuətu kəlmatir-Rəsulil-Əzəm, c.6, Kitabul-Həsəneyn (ə) və Kitabu Əhli-Beyt (ə), Tehran, Əmir-Kəbir nəşriyyatı, h.ş 1388
  • Musəvi Muqərrəm, Əbdür-Rəzzaq, Məqtəlul-Hüseyn (ə), Beyrut, Darul-kitabil-İslamiyyə
  • Nəcmi, Məhəmməd Sadiq, Soxenane Hüseyn ibn Əli əz Mədinə ta Kərbəla, Qum, h.ş 1378
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yəqubi, Beyrut, Daru Sadir

Xarici keçid