Həzrət Fatimənin (s) Mədinə qadınlarının arasında etdiyi xütbəsi

wikishia saytından
Həzrət Fatimənin (s) Mədinə qadınlarının arasında etdiyi xütbəsi
Başqa adlarıƏyadət xütbəsi
MövzuXilafətin qəsbi, Ənsar və mühacirin danlanması, Ələvi hökümətinin xüsusiyyətləri, İslam dünyasının pis gələcəyinin proqnozu
Nəql olunubHəzrət Fatimə (ə)
Ravilərİmam Əli (ə), İmam Həsənin (ə) qızı Fatimə
Sənədin mötəbərliyiMütəvatir
Şiə mənbələriMəanil-əxbar, Əl-İhticac, Dəlailul-imamə
Sünni mənbələriBəlağətun-nisa, İbn Əbil-Hədidin Nəhcül-bəlağəyə yazdığı şərh


Həzrət Fatimənin (s) Mədinə qadınlarının arasındakı xütbəsi (ərəbcə: خطبة السيدة فاطمة في نساء المدينة) və ya əyadət xütbəsi (ziyarət) Peyğəmbərin (s) qızı Həzrət Zəhranın (s) Mədinə qadınlarının məclisində xilafətin qəsb edilməsinə etirazında söylədiyi sözlərdir. Həzrət Fatimənin (s) şəhadətə çatması ilə nəticələnən xəstəlik zamanı deyilən bu sözlər, Peyğəmbərin (s) vəfatından sonrakı vəziyyətin təsviri, İslam cəmiyyətinin gələcəyi ilə bağlı xəbərdarlıq və fəsahət və bəlağətli olması səbəbindən mühüm hesab edilmişdir.

Həzrət Fatimə (s) əyadət xütbəsində əhd-peymanı pozanlardan nifrət etdiyini elan edərkən və tərəfkeşlik edən insanları pisləyərkən, onların vəfasızlıqlarının rəsmini çəkir. Həmçinin bir neçə mehvərdə mövcud vəziyyəti izah edir və müsəlmanların xoşagəlməz gələcəyindən xəbər verir. Ələvi hökumətinin xüsusiyyətlərini, Mədinə əhlinin əqli zəifliyi və fikir ayrılığı, hökumətin fitnə-fəsadına qarşı xalqın məsuliyyəti və Səqifənin simasını qeyd edir. Bu xütbədə o Həzrət, Quranın bir neçə ayəsinə, o cümlədən, nəfsani istəklərdən itaət etməyin aqibəti haqqında "Maidə" surəsinin 80-ci ayəsinə, haqqa tabe olmayan şəxsləri qınamaq barədə "Əraf" surəsinin 96-cı"Zümər" surəsinin 51-ci ayəsinə və rəhbərliyə layiq insanlar haqqında da "Yunis" surəsinin 35-ci ayəsinə istinad edir.

Həzrət Zəhranın (s) mühacir və ənsar qadınları arasındakı xütbəsi şiə və sünni rəvayət kitablarında müxtəlif yollarla qeyd edilmişdir. Bu xütbə dini tədqiqatçılar tərəfindən də Həzrət Fatimənin (s) həyatı və o Həzrətin xütbələrinin şərhləri ilə bağlı kitablarda izah edilmişdir.

Tanıtımı və əhəmiyyəti

Həzrət Fatimənin (s) Mədinə qadınlarının arasındakı xütbəsi və ya əyadət xütbəsi, Həzrət Fatimənin (s) şəhid olmasına səbəb olan xəstəlik yatağında olduğu zaman ziyarətə gələn qadınlara dediyi sözlərdir.[1] İyadətə gələn qadınların sayı və kimlər olması barədə dəqiq məlumat yoxdur.[2] Əlbəttə, "Bəlağatun-Nisa" kitabında[3] və İbn Əbil-Hədidin "Nəhcül-bəlağə"yə yazdığı şərhində[4] Mühacir və ənsardan bir neçə qadının Həzrət Fatimənin (s) yanına gəldiyi qeyd olunub. Habelə Yəqubinin tarixində qeyd olunur ki, Peyğəmbərin (s) zövcələri və bəzi Qureyş qadınları o Həzrəti ziyarət etməyə getmişdilər.[5]

Bəzi tədqiqatçılar Fatimeyi-Zəhranın (s) Mədinə qadınlarının məclisində söylədiyi sözlərini fəsahətli, bəlağətli və məzmunca heyrətamiz hesab edirlər.[6] Onların dediyinə əsasən, Həzrət Fatimənin (s) yeni yaranmaqda olan İslam cəmiyyətinin inkişafları haqqında sahib olduğu tanışlığını nəzərə alaraq və dinləyicilərinə daha çox təsir etmək üçün bu xütbədə ifadəli, duyğusal və təşviqedici kimi bir neçə nitq hərəkətindən istifadə etmişdir.[7] Bu mətn həm də Həzrət Fatimənin (s) Mədinəyə hakim olan məsələlərdən və cərəyanlardan xəbərdar olmasına dəlalət edir.[8]

Mərcəyi-təqlidlərdən Məkarim Şirazi bu xütbəni "Fədəkiyyə" xütbəsi kimi üstün ahəngə sahib, şücaətli və əlbəttə ki, daha həzin çalarlı hesab edir.[9] Onun sözlərinə görə, Həzrət Fatimə (s) çox zülmə məruz qalsa da, evinə edilən hücum nəticəsində aldığı xəsarətlər səbəbindən xəstəlik yatağına düşsə də, bu xütbədə öz halı haqqında heç nə deməmiş və bütün sözlərinin mərkəzində xilafətin qəsb edilməsi, Həzrət Əlinin (ə) məzlumiyyəti və bu böyük sapmanın gələcək təhlükələri olmuşdur ki, bu da onun fədakarlığından və Allah qarşısında razılıq və təslim olmaq məqamından xəbəbr verir.[10]

Xütbənin bəyan edilməsinin səbəbi

Ömrünün sonunda (evinə edilən hücumdan sonra) Həzrət Fatimə (s) xəstəlik yatağına düşdü, mühacir və ənsar qadınları onun əyadətinə getdilər.[11] Ziyarətə gələn qadınların gəliş səbəbi haqqında deyilib ki, Mühacir və Ənsar kişiləri Həzrət Zəhra (s) ilə bağlı baş verən acı hadisələrə görə özlərini məsuliyyətli hesab edirdilər. Bu səbəbdən də günahlarını azaltmaq və vicdanlarını razı salmaq üçün həyat yoldaşlarını o Həzrəti ziyarət etməyə göndərdilər.[12] Həmçinin bəziləri  düşünürlər ki, bu görüşün siyasi motivləri olub. Bu görüşün məqsədi Peyğəmbərin (s) ailəsi ilə dövrün hökmdarı arasında münasibətləri yaxşılaşdırmaq və Mədinənin havasını yumşaltmaq olub.[13]

Xütbənin məzmunu

Həzrət Zəhra (s): Mən sizin dünyanıza və kişilərinizə nifrət edirəm! Onları sınaqdan keçirdim, etdiklərindən çox narazı qaldım və onları bir kənara qoydum.[14]

Həzrət Zəhra (s) əyadət xütbəsində əhd-peymanı pozanlardan nifrət etdiyini elan edərkən[15] və ardıcılları pisləyərkən, onların vəfasızlıqlarının rəsmini çəkir.[16] Həmçinin bir neçə mehvərdə mövcud vəziyyəti izah edir və müsəlmanların xoşagəlməz gələcəyindən xəbər verir. Ələvi hökumətinin xüsusiyyətlərini, insanların əqli zəifliyi və fikir ayrılığı, hökumətin fitnə-fəsadına qarşı xalqın məsuliyyəti və Səqifənin simasını qeyd edir.[17]

Bu xütbədə o Həzrət, Quranın bir neçə ayəsinə, o cümlədən, nəfsani istəklərdən itaət etməyin aqibəti haqqında "Maidə" surəsinin 80-ci ayəsinə, haqqa tabe olmayan şəxsləri qınamaq barədə "Əraf" surəsinin 96-cı və "Zümər" surəsinin 51-ci ayəsinə və rəhbərliyə layiq insanlar haqqında da "Yunis" surəsinin 35-ci ayəsinə istinad edir.[18]

Xalqın tənqid edilməsi

Fatimeyi Zəhra (s) xütbənin əvvəlində mühacirləriənsarları hakim cərəyan tərəfindən aldanmalarına,[19] həmçinin azğın cərəyanın qarşısında susmalarına və onlarla həmkarlıq etmələrinə görə  tənqid edir. Habelə onların Peyğəmbərin (s) dövründəki möhkəm iradələrinin zəiflədiyindən şikayət edir[20] və onları sınmış qılınclara və yarılmış nizələrə bənzədir.[21]

Hüseyn Əli Müntəzirinin dediyinə görə, bu bənzətmələr Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr qarşısında müsəlmanların əqli zəifliyini və fikir ayrılığına düşmələrini göstərir.[22] Həzrət Zəhra (s) xilafətin qəsb edilməsinə görə mühacir və ənsarın məsuliyyət daşıdığını bildirir, çünki onlar hakim olan mühitə tabe oldular[23] və bunun rüsvayçılığı tarixdə əbədi olaraq onların alnında qalacaqdır.[24]

Həzrət Əlinin (ə) xilafətdən uzaqlaşdırılmasının səbəblərini izah etmək

Həzrət Fatimə (s) xütbənin ikinci hissəsində İmam Əlinin (ə) xilafətdən kənarlaşdırılmasının əsas səbəbini İslam düşmənləri ilə döyüş meydanlarında o Həzrətin əyilməzliyi və şücaəti, qılıncının dadını dadmaları, ölümə qarşı biganə qalması, onun Allah yolunda qəzəblənməsi və Allah düşmənləri ilə barışmaması hesab edir.[25]

Həzrət Əlinin (ə) hakimiyyətinin xüsusiyyətləri

Həzrət Fatimə (s) xütbəsinin bir hissəsində izah edir ki, əgər Əli (ə) hökmdar olsaydı, xalq necə bir hökumətə sahib olacaqdı. Haqqı batildən ayırmaq və qalan müşriklərin əli ilə  hökumətin istədiyini etməsinin qarşısını almaq, hidayət yolunda hökmdarın müsəlmanlara şəfqət və xeyirxahlığı və onlara qarşı zorakılıq göstərməməsi, ədalətə susayanların həqiqət bulağından su içməsi, hökmdarın dünya işlərinə bağlı olmaması, yalançını doğru danışan şəxsdən ayırmaq və ilahi təqvaya riayət etmək vasitəsi ilə İslam cəmiyyətinə enən bərəkətlər belə bir hökumətin nişanələrindəndir.[26]

Qəsbkar hökmdarların vəsfi

Xütbənin növbəti hissəsində Həzrət Zəhra (s) müsəlmanların işindən təəccübləndiyini bildirir ki, hansı səbəbdən yalançı dostların arxasınca getdilər, ləyaqətsiz rəhbərləri seçdilər və bütün bu zülm və zorakılığı hansı ümidlə törətdilər.[27] Bəziləri deyiblər: "Ola bilər, Həzrət Zəhranın (s) bu hissədə demək istədiyi odur ki, insanlar hansı dəlilə əsasən, Həzrət Əli və Əhli-beyt (ə) kimi güclü və möhkəm dayağı tərk edib onların yerinə başqalarını seçdilər".[28] Onun ifadəsinə görə, insanlar başı tərk edib quyruqdan yapışıblar, adi insanların ardınca gedib alimi tərk ediblər və öz pis işlərini yaxşı hesab ediblər. Həzrət Fatimə (s) öz fəsadlarını yaxşı iş hesab edənləri fasid bilir.[29]

Problemli gələcəyi proqnozlaşdırmaq

Səhv seçimin bəhrəsi ilə bağlı xəbərdarlıq, Həzrət Fatimənin (s) bu görüşdəki sözlərinin son hissəsidir. O, xalqa kəsici qılınclara, zülmkar və qaniçən təcavükarların hökmranlığına, geniş yayılmış xaosa, müsəlmanların sərvətlərini məhv edən və əhalisini dağıdan zalim hökumətə qarşı xəbərdarlıq edir.[30] Məkarim Şirazinin dediyinə əsasən, ola bilsin ki, Həzrət Fatimə (s) Bəni-Üməyyə və Bəni-Abbasın hakimiyyətini və Həccac ibn Yusif kimi şəxsləri və "Hərrə" hadisəsi kimi hadisələri nəzərdə tutur.[31]

Mühacir və Ənsar kişilərinin Həzrət Fatimənin (s) sözlərinə reaksiyası

Suveyd ibn Qəflənin dediyinə görə, qadınlar Xanım Fatimənin (s) sözlərini kişilərinə nəql etdikdən sonra onlardan bir qrup üzr istəmək üçün o Həzrətin yanına gəldilər və Əbu Bəkrə beyət etdiklərini, şəri baxımdan beyətlərini poza bilməyəcəklərini bəhanə edərək Əhli-beytə (s) kömək etməkdən özlərini üzrlü hesab etdilər. Həzrət Zəhra (s) onların sözlərini eşitdikdən sonra buyurdu: "Gedin və mənimlə danışmayın, çünki sizin üzr istəməyiniz qeyri-səmimidir.[32] Həmçinin haqqı müdafiə etməmək üçün heç bir bəhanə tapmayacaqsınız və gələcəkdə baş verəcək fəlakətlərə görə cavabdehsiniz.[33]

Xütbənin mənbələri

Həzrət Zəhranın (s) mühacirənsar qadınları arasındakı xütbəsi şiəsünni kitablarında həm məsum, həm də qeyri-məsum ravilər tərəfindən nəql edilmişdir.[34]

Bu xütbə bir neçə sənədlə[35] nəql edilmişdir, o cümlədən:

  • Sünni alimlərindən olan İbn Təyfur "Bəlağatun-Nisa"[38] və İbn Əbil-Hədid "Nəhcül-bəlağənin şərhi"[39] kitablarında bu xütbəni  Ətiyyə Kufidən nəql etmişlər.
  • Əhməd ibn Əli Təbərsi də bu xütbəni "Əl-İhticac" kitabında Süveyd ibn Qəfləyə istinadən nəql etmişdir.[40] Əllamə Hilli, Süveydi İmam Əlinin (ə) dostlarından biri kimi təqdim etmişdir.[41] Əllamə Məclisi də bu sözləri "Əl-İhtcac" kitabından nəql edərək "Biharul-Ənvar"da gətirmişdir.[42]

Bu xütbəni şərh edənlərdən olan Hüseyn Əli Müntəzirinin dediyinə görə, bu xütbəni söyləyən Süveyd ibn Qəflə Peyğəmbərin (s) zamanında iman gətirmişdir ki, şiə və sünni Rical alimləri onu siqə (etibarlı) bir insan olaraq təqdim ediblər.[43]

Xütbəyə yazılan şərhlər

Həzrət Zəhranın (s) Mədinə qadınları arasında etdiyi xütbəsi həm müstəqil şəkildə, həm də o Həzrətin və onun xütbələrinin izahları haqqında yazılmış kitablarda şərh edilmişdir.

  • İslam Məlikəsi, Fədəkiyyə xütbəsi və Həzrət Zəhranın (s) Mədinə qadınlarının arasında etdiyi xütbəsinin şərhidir ki, Mirzə Xəlil Kumreyi tərəfindən yazılmış.[44]
  •  Rəncnameyi Kövsəri Afarineş - ikinci xütbənin şərhi, mühacir və ənsar qadınlarının Həzrət Zəhranı (s) ziyarət etmələri kitabıdır ki, Seyid Müctəba Bürhani tərəfindən yazılıb.
  • Həzrət Zəhranın (s) xütbəsinin şərhi və Fədək hekayəti Hüseyn Əli Müntəziri tərəfindən yazılıb.[45] (İki Fədək xütbəsi və Əyədət xütbəsinin şərhi)
  • Dünyanın ən üstün xanımı Zəhra (s) kitabı, Nasir Məkarim Şirazi tərəfindən yazılmışdır.[46] (Həzrət Fatimənin (s) anadan olmasından Peyğəmbərin (s) vəfatına qədər və ondan sonrakı həyatını barədə yazılmış tarix kitablarının içərisində iki Fədək xütbəsi və Əyədət xütbəsinin şərhi)
  • Peyğəmbərin (s) Rehanəsinin Həyatı və siması kitabıdır ki, Əli Kərəmi Fəridni tərəfindən yazılmışdır.[47] (22 bölmədə Həzrət Fatimeyi Zəhranın (s) həyat və fəzilətlərini izah etməklə bağlı olan kitabın içərisində Həzrət Zəhranın (s) xütbələrinin şərhi)

İstinadlar

  1. Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.108
  2. Xəşavi, Zendeqaniye siyasi Həzrət Fatimeyi Zəhra (s), h.ş 1378
  3. İbn Tayfur, Bəlağətun-nisa, s.19
  4. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.16, s.233
  5. Yaqubi, Tarixul-Yaqubi, c.2, s.115
  6. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.734
  7. Xəzai və başqaları, Təhlile xütbeye eyadət bər payeye nəzəriyye kəneş qoftari, s.7-8
  8. Fəttahizadə və Rəsuli, İsnad və şuruh xütbehaye Həzrət Zəhra (s), s.17-18
  9. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.211
  10. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.212-215
  11. Xəzai və başqaları, Təhlile xütbeye eyadət bər payeye nəzəriyye kəneş qoftari, s.16
  12. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.734
  13. Xəzai və başqaları, Təhlile xütbeye eyadət bər payeye nəzəriyye kəneş qoftari, s.16
  14. Ruhani, Zendeqaniye Həzrət Zəhra (s), h.ş 1377, s.580-583
  15. Pur Seyyid Ağayi, Xütbehaye Fatimə (s), s.60
  16. Müntəziri, Xütbeye Fatimeye Zəhra (s) və macəraye Fədək, h.ş 1374, s.379
  17. Müntəziri, Xütbeye Fatimeye Zəhra (s) və macəraye Fədək, h.ş 1374, s.371; Dəşti, Fərhənge soxənane Həzrət Fatimə (s), h.ş 1381, s.90-96; Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.737-745
  18. Pur Seyyid Ağayi, Xütbehaye Fatimə (s), s.60
  19. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.737
  20. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.221
  21. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.738
  22. Müntəziri, Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.383-384
  23. Müntəziri, Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.383-385
  24. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.222
  25. Dəşti, Fərhənge soxənane Həzrət Fatimə (s), h.ş 1381, s.92; Müntəziri, Şərhe Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.393-395
  26. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.227-228; Müntəziri, Şərhe Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.402-410; Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.741
  27. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.742-743
  28. Müntəziri, Şərhe Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.414
  29. Dəşti, Fərhənge soxənane Həzrət Fatimə (s), h.ş 1381, s.94-94
  30. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.744-745; Dəşti, Fərhənge soxənane Həzrət Fatimə (s), h.ş 1381, s.95
  31. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.238-241
  32. Müntəziri, Xütbeye Fatimeye Zəhra (s) və macəraye Fədək, h.ş 1374, s.424-426
  33. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.748-749
  34. Fəttahizadə və Rəsuli, İsnad və şuruh xütbehaye Həzrət Zəhra (s), s.18
  35. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.215
  36. Şeyx Səduq, Məaniul-əxbar, h.q 1403,s.354-356
  37. Təbəri, Dəlailul-imamə, h.q 1413, s.125
  38. İbn Tayfur, Bəlağətun-nisa, s.19
  39. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, c.16, s.233
  40. Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.108
  41. Əllamə Hilli, Xulasətul-əqval, h.q 1417, s.163
  42. Məclisi, Biharul-ənvar, h.q 1403, s.43, s.159
  43. Müntəziri, Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.376-377
  44. https://erfan.ir/farsi/90949.html?search=%D9%8
  45. Müntəziri, Şərhe Xütbeye Həzrət Zəhra (s) h.ş 1374, s.371-428
  46. Məkarim Şirazi, Zəhra bərtərin banue cahan, h.ş 1379, s.211-247
  47. Kərəmi, Siyre və simaye reyhaneye Peyğəmbər (s), h.ş 1380, s.733-749

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
  • İbn Tayfur, Əbil-Fəzl Əhməd ibn Əbi Tahir, Bəlağətun-nisa
  • Pur Seyyid Ağayi, Seyyid Məsud, Xütbehaye Fatimə (s), Dər daneşnameye Fatimi, Tehran, h.ş 1393
  • Xəşavi, Şəhin, Zendeqaniye siyasi Həzrət Fatimeyi Zəhra (s), Tehran, Abid nəşri, h.ş 1378
  • Dəşti, Məhəmməd, Fərhənge soxənane Həzrət Fatimə (s), Qum, h.ş 1381
  • Ruhani, Məhəmməd, Zendeqaniye Həzrət Zəhra (s), Tehran, Muham nəşri, h.ş 1377
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Qum, h.q 1403
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Məşhəd, Mürtəza nəşri, h.q 1403
  • Təbəri, Məhəmməd ibn Cərir, Dəlailul-imamə, Qum, Besət nəşri, h.q 1413
  • Əllamə Hilli, Həsən ibn Yusif, Xulasətul-əqval, Qum, Əl-Fəqahət nəşri, h.q 1417
  • Kərəmi, Əli, Siyre və simaye reyhaneye Peyğəmbər (s), Qum, h.ş 1380
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Zəhra bərtərin banue cahan, Qum, h.ş 1379
  • Müntəziri, Hüseynəli, Xütbeye Həzrət Zəhra (s), Qum, h.ş 1374
  • Yaqubi, Əhməd ibn İshaq, Tarixul-Yaqubi, Beyrut, Daru sadir