Bərəkət
Bərəkət (ərəbcə: البركة) sözünün mənasında deyilir ki, Allahın çoxlu və bol xeyri və nemətləri məxluqlar üçündür. Bu söz Quranda üç dəfə, yalnız cəm şəklində, yəni "bərəkat" şəklində işlədilib. Quranda bərəkət həmişə Allaha nisbət verildiyi üçün onun yalnız Allah tərəfindən yaradıldığına inanırlar.
İman, təqva, istiğfar etmək, zikr etmək, Allaha itaət, ədalət və mülayimlik ilahi nemətləri cəlb edən amillərdən sayılır. Əksinə, insanın günah etmək, yaxşılığa dəvət edib və pislikdən çəkindirməyi tərk etmək kimi davranışlarını da ilahi bərəkəti əldə etməyin maniələrindən hesab ediblər.
Allahın yaratdıqlarının bəziləri bərəkətin təcəlli və nişanələrindən qərar verilmişdir; Nuh (ə) kimi peyğəmbərlər, saleh möminlər, Qurani-Kərim, Qədr gecəsi kimi zamanlar, Məkkə kimi yerlər, yağış kimi təbiətin cilvələri Allahın bərəkətlərinə nümunə olaraq təqdim edilmişdir.
Tərifi
Bərkət xeyirin çoxalması deməkdir.[1] Əllamə Təbatəbai gölməçədə suyun olmasını sübut etmək kimi bərkəti bir şeydə bol xeyirin olmasının sübutu hesab edir.[2] O, həmçinin onu nisbi söz hesab etmişdir. Buna görə də hər bir şeydə xeyir onun tutumu və funksiyası ilə mütənasibdir; Məsələn, nəsildə bərəkət övladların çoxluğuna, zamanda bərəkət isə müəyyən bir zamanda insanın gördüyü işlərin miqyasına və genişliyinə işarə edir.[3]
Qurani-Kərimdəki "bərəkat" ifadəsi Allahın artan nemət və xeyirlərinə işarə edir.[4] Buna görə də səmanın bərəkətləri yağışın artması, yerin bərəkətləri isə bitki və meyvələrin bolluğu kimi şərh edilir.[5] "Təbarəkə" kəlməsi də bərəkət kökündən götürülüb və mübaliğə mənasını ehtiva edir. Qurani-Kərimdə xüsusi olaraq Allah üçün işlənir və nadir hallardan başqa Allahdan başqası üçün işlədilmir.[6] Qalan sinonim sözlər isə ümümi olaraq insanlara, hadisələrə və xüsusi yerlərə aid edilmişdir.[7]
Bərəkət Qurani-Kərimdə üç ayədə cəm şəklində işlənmişdir.[8] Bəziləri bunu Allahın bərəkətinin çoxluğunun əlaməti hesab edirlər.[9] Bərəkətin sinonimləri, o cümlədən "barəkə",[10] "barəkna",[11] "burikə",[12] "mübarək",[13] "mübarəkən"[14] "mübarəkə"[15] və "təbarəkə"[16] Quranda 32 dəfə işlədilir. Quranda "bərk" kəlməsindən alınan sözlər həmişə Allaha barəsində işlədilmişdir; Bu birlikdə işlədilmək yalnız Allahın bərəkəti yarada biləcəyinə dəlil hesab edilir.[17] Bərəkət kəlməsi Əhli-beytin (ə) rəvayətlərində də zikr olunur və ağılın əsgərlərindən sayılır. Onun əksi "məhq" kəlməsidir ki, cəhalətin əsgərlərindən hesab edilir. Həsən Mustəfəvi[18] onun bir şeyin tam məhv olub yox olana qədər tədrici nöqsan mənasında olduğunu bildirib.[19] Bərəkət məfhumu Qurani-Kərim və İslam mətnlərindən əlavə, İslamdan əvvəlki səmavi kitablarda da istifadə edilmişdir; Allahın bərəkətinin peyğəmbərlərə, həmçinin peyğəmbərlər və kahinlər tərəfindən də başqalarına əta olunması bunun nümunələrindəndir.[20] "Bərk / bərx" kökündən alınanlar və ibranicə bərəkət mənasını verən "bəraxah" kəlməsi Əhdi-Ətiqdə təxminən 400 dəfə, Əhdi-Cədiddə isə dəfələrlə istifadə edilmişdir.[21]
Amillər
İslam mədəniyyətində insanların bərəkətli olması onların əməlləri, davranışları və sözləri ilə bağlıdır; Buna görə də Qurani-Kərimdə və məsumların rəvayətlərində iman və təqva, bağışlanma diləmək, şükür etmək, itaət etmək, Allahı zikr etmək,[22] ədalət,[23] erkən oyanmaq,[24] mülayimlik,[25] salam vermək,[26] sədəqə vermək,[27] təmizliyə riayət etmək,[28] evlilik xərclərini azaltmaq,[29] sileyi-rəhim,[30] halal və doğruluq əsasında olan ticarət,[31] qonşuluq,[32] din qardaşları ilə bərabərlik,[33] oruc tutmaq və obaşdan yemək[34] bərəkətin nazil olmasının amillərindən biri kimi təqdim edilmişdir.
İman və təqva
Qurani-Kərim "Əraf" surəsinin 96-cı ayəsində səma və yer bərəkətlərinin enməsini yer və ya şəhər əhlinin iman və təqvasının daha çox olması ilə şərtləndirmişdir; Qurani-Kərimin bu ayələrlə bağlı təfsirlərində qeyd olunanlara əsasən, az sayda insanların imanı və təqvası səmavi bərəkətlərin hər kəs üçün nazil olmasının təminatı ola bilməz.[35]
İstiğfar etmək
"Hud" surəsinin 52-ci ayəsində və "Nuh" surəsinin 10-dan 13-ə qədər olan ayələrində yağış da daxil olmaqla, Allahın bərəkətlərinin nazil olmasının maneələrin aradan qaldırılmasına tabe olduğu bildirilmişdir. Həmçinin günah etmək bərəkətlərin nazil olmasının əngəllərindən biri sayıldığı üçün bəndələrin istiğfar etməsi ilahi rəhməti əldə etməyin yolu kimi təqdim edilir.[36]
Qurani-Kərimdə deyildiyinə görə, Allah nemətlərini artırmasını insanın şükür etməsinə bağlı etmişdir. Digər tərəfdən isə əzabın artmasına səbəb kimi nemətlərə küfr etmək göstərilmişdir.[37] İmam Əli (ə) istiğfar etməyi ruzi və ilahi rəhmətin nazil olmasının daimi vasitəsi hesab etmişdir.[38]
Maneələr
İslam mətnlərinə və mədəniyyətinə görə, müəyyən davranış və sözləri yerinə yetirmək insanı Allahın nemətlərindən məhrum edər; Günah və itaətsizlik etmək, yaxşılığa əmr edib, pisliklərdən çəkindirməyi tərk etmək və Allahı zikr etməkdən qafil olmaq[39] Quran və hədislərdə bərəkətlərin nazil omasına mane olan amillər kimi təqdim edilmişdir.
Günah və itaətsizlik etmək
Günah və itaətsizlik maldan, ömürdən və həyatdan bərəkətin alınmasının amilləri kimi təqdim edilmişdir; Qurani-Kərimin təfsirçiləri "Əraf" surəsinin 96-cı ayəsinin təfsirində günah edən və peyğəmbərləri inkar edənlərin aqibəti barədə deyilib ki, bu işlər, ilahi əzabdan əlavə, səma və yer bərəkətlərindən məhrum olmağa da səbəb olur.[40]
İnsanı ilahi nemətlərdən məhrum etməyə səbəb olan əməllər bunlardır: namazı tərk etmək,[41] tərəzidə az satmaq,[42] zəkat verməmək,[43] israfçılıq,[44] xəyanət,[45] oğurluq, içki içmək, pis işlər görmək[46] və ticarətdə yalandan and içmək[47]
Yaxşılığa əmr edib və pislikdən çəkindirməyi tərk etmək
Yaxşılığa əmr edib və pislikdən çəkindirməyi tərk etmək bərəkətlərin nazil olmasına mane olan amillərdən biri kimi təqdim edilmişdir; İslam Peyğəmbərindən (s) nəql edilən rəvayətə görə, ilahi bərəkətləri əldə etmək yalnız o vaxta qədər mümkündür ki, insanlar yaxşı işlər görməyi əmr edib, pislikdən çəkindirsinlər və yaxşı işlərdə bir-birinə kömək etsinlər. Amma əgər onu tərk etsələr, bərəkət və nemət onlara verilməz.[48]
Nümunələr
Qurani-Kərimin ayələrinə əsasən, Allah yaratdıqlarının bir qismini bərəkətin təcəlli və nişanələri qərar vermişdir; Bunların arasında bəzi peyğəmbərlər və saleh möminlər, Qurani-Kərim, bəzi zamanlar, bəzi yerlər, həmçinin təbiətin cilvələri var. Bunlardan Qurani-Kərimin mübarək olmasının dəlili[49] onun hidayətçi olması hesab olunur.[50]
Qurani-Kərimdə mübarək adlandırılan peyğəmbərlər və digər insanlar arasında Nuh (ə) və gəmidəki yoldaşları,[51] Həzrət İbrahim (ə) və onun övladları İsmail və İshaq,[52] Həzrət Musa (ə),[53] Həzrət İsa (ə),[54] İslam Peyğəmbəri (s),[55] möminlər və əməlisalehlər var.[56]
Həmçinin Məkkə torpağı,[57] Şam,[58] Beytul-Müqəddəs[59] və Tur vadisi[60] kimi bəzi yerlər və torpaqlar mübarək sayılır.
Qədr gecəsi duaların qəbul olunması, günahların bağışlanması, Quranın o gecədə nazil olmasına görə,[61] mübarək və bərəkətli sayılıb.[62] Həmçinin təbiətin bəzi cilvələri bərəkətli olaraq təqdim edilmişdir. Yağış kimi ki, Qurani-Kərimdə "mübarək su" olaraq tanıdılmışdır.[63]
İstinadlar
- ↑ Dəhxoda, Əmsal və hökm, h.ş 1383, c.1, s.104, 114, 359
- ↑ Təbatəbai, Əl-mizan, c.15, s.173
- ↑ Təbatəbai, Əl-mizan, c.7, s.280-281
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.697
- ↑ Şeyx Tusi, Ət-Tibyan, h.q 1383, c.4, s.477
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1390, c.15, s.173
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.516, 596
- ↑ Əraf surəsi, ayə 96; Hud surəsi, ayə 48 və 73
- ↑ Qədəmi, "Bərəkət", c.5, s.486
- ↑ Fussilət surəsi, ayə 10
- ↑ Əraf surəsi, ayə 137; İsra surəsi, ayə 1; Ənbiya surəsi, ayə 71 və 81; Səbə surəsi, ayə 18; Saffat surəsi, ayə 113
- ↑ Nəml surəsi, ayə 8
- ↑ Ənam surəsi, ayə 92 və 155; Ənbiya surəsi, ayə 50; Sad surəsi, ayə 29
- ↑ Ali-İmran surəsi, ayə 3; Məryəm surəsi, ayə 31; Muminun surəsi, ayə 29; Qaf surəsi, ayə 9
- ↑ Nur surəsi, ayə 61 və 35; Duxan surəsi, ayə 3
- ↑ Əraf surəsi, ayə 54; Furqan surəsi, ayə 1 , 10 və 61; Zuxruf surəsi, ayə 65; Ər-Rəhman surəsi, ayə 78; Mulk surəsi, ayə 1
- ↑ Qədəmi, "Bərəkət", c.5, s.486
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kəlmatil-Quranil-Kərim, h.ş 1368, c.11, s.39
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.22
- ↑ Qədəmi, "Bərəkət", c.5, s.484
- ↑ Kərimi, Bərəkət, c.11, s.744
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.341
- ↑ Vasiti, Uyunul-hikəm vəl-məvaiz, h.ş 1376, s.188
- ↑ Nəhcül-bəlağə, Saleh Sübhinin düzəlişi ilə, 12-ci məktub
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.119
- ↑ Səduq, İləluş-şəraye, h.q 1385, c.2, s.583
- ↑ Bəqərə surəsi, ayə 276; Vasiti, Uyunul-hikəm vəl-məvaiz, h.ş 1376, s.195; Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.2
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.73, s.110
- ↑ İbn Hənbəl, Musnəd, h.q 1416, c.6, s.82, 145
- ↑ Nəhcül-bəlağə, Saleh Sübhinin düzəlişi ilə, h.q 1414, s.164, xütbə 110; Kufi Əhvazi, Əz-Zöhd, h.q 1402, s.39
- ↑ İbn Hənbəl, Musnəd, h.q 1416, c.3, s.402
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.71, s.97
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.71, s.395
- ↑ İbn Hənbəl, Musnəd, h.q 1416, c.3, s.12
- ↑ Təbatəbai, Əl-mizan, c.8, s.201; Fəxr Razi, Ət-Təfsirul-Kəbir, h.q 1420, c.14, s.321; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.6, s.266
- ↑ Təbatəbai, Əl-mizan, c.10, s.444; c.20, s.45
- ↑ İbrahim surəsi, ayə 7
- ↑ Qumi Məşhədi, Təfsiru kənzid-dəqaiq, h.ş 1368, c.13, s.454
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.73, s.314
- ↑ Təbərsi, Məcməul-bəyan, h.q 1372, c.4, s.698; Fəxr Razi, Ət-Təfsirul-Kəbir, h.q 1420, c.14, s.322
- ↑ İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.22
- ↑ Səduq, İləluş-şəraye, h.q 1385, c.2, s.584
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.505
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.55
- ↑ Vasiti, Uyunul-hikəm vəl-məvaiz, h.ş 1376, s.134
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.76, s.19-23
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.5, s.162
- ↑ Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.808
- ↑ Ənam surəsi, ayə 92 və 155; Ənbiya surəsi, ayə 50; Sad surəsi, auə 29
- ↑ Təbatəbai, Əl-mizan, h.q 1390, c.7, s.387
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.255; Biyzavi, Ənvarut-tənzil, h.q 1418, c.3, s.137
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.709; Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.15, s.113; Biyzavi, Ənvarut-tənzil, h.q 1418, c.5, s.16; Təbatəbai, Əl-mizan, c.10, s.325
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.330; Təbəri, Cameul-bəyan, h.q 1412, c.19, s.82
- ↑ Məryəm surəsi, ayə 31; Təbəri, Cameul-bəyan, h.q 1412, c.16, s.66; Fəxr Razi, Ət-Təfsirul-Kəbir, h.q 1420, c.21, s.535; Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.10, s.70
- ↑ Kövsər surəsi, ayə 1; Şeyx Tusi, Ət-Tibyan, h.q 1385, c.10, s.417; İbn Ərəbi, Təfsirul-Quranil-Kərim, m. 1978, c.2, s.460
- ↑ Bəqərə surəsi, ayə 269; Hud surəsi, ayə 48
- ↑ Ali-İmran surəsi, ayə 96; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.1, s.387; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.3, s.14
- ↑ Əraf surəsi, ayə 137; Ənbiya surəsi, ayə 71 və 81; Səbə surəsi, ayə 18; Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.14 s.348; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.8, s.228; Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.149; Qurtubi, Əl-Cameu li əhkamil-Quran, h.ş 1364, c.7, s.272; Fəxr Razi, Ət-Təfsirul-Kəbir, h.q 1420, c.22, s.190-201; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.725
- ↑ İsra surəsi, ayə 1
- ↑ Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.24, s.593
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.93
- ↑ Duxan surəsi, ayə 3
- ↑ Qaf surəsi, ayə 9
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Hənbəl, Əhməd, Musnəd, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1416
- İbn Tavus, Əli ibn Musa, Fəlahus-sail, Qum, Bustane kitab, h.q 1406
- İbn Ərəbi, Məhəmməd ibn Əli, Təfsirul-Quranil-Kərim, Beyrut, m. 1978
- Biyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
- Dəhxoda, Əli Əkbər, Əmsal və hökm, Tehran, Əmir Kəbir, h.ş 1383
- Şeyx Səduq, Əli ibn Məhəmməd, İləluş-şəraye, Qum, h.q 1385
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut, h.q 1383
- Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, h.q 1413
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifə, h.q 1412
- Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Əl-mizan, Beyrut, h.q 1390
- Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-Kəbir, Beyrut, h.q 1420
- Qədəmi, Ğulam Rza, "Bərəkət", Bustane kitab, h.ş 1382
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
- Qumi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, Təfsiru kənzid-dəqaiq, h.ş 1368
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Kufi Əhvazi, Hüseyn ibn Səid, Əz-Zöhd, Qum, h.q 1409
- Vasiti, Əli ibn Məhəmməd, Uyunul-hikəm vəl-məvaiz, Qum, Darul-hədis, h.ş 1376
- Müstəfəvi, Həsən, ət-Təhqiqu fi kəlmatil-Quran, Tehran, 1-ci çap, h.ş 1368
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371