Məhrüs-Sünnə

wikishia saytından
(Məhrus-Sünnə səhifəsindən yönləndirilmişdir)

Məhrüs-Sünnə (ərəbcə: مهر السنة) İslam Peyğəmbərinin (s) zövcələri və qızları üçün təyin etdiyi mehriyyədir. Məhrüs-Sünnənin miqdarı 1500 qram xalis gümüşə bərabər olan 500 dirhəmdir. Rəvayətlərdə Həzrət Zəhranın (s) mehriyyəsinin zireh və ya toxunmuş Yəmən kətan və ya dirhəmdən başqa digər əşyalar olduğu bildirilir ki, onların qiyməti 400-500 dirhəm arasındadır. İmam Cavad (ə) da Məmunun qızı olan həyat yoldaşı Ümmü Fəzlin mehriyyəsini Həzrət Zəhranın (s) mehriyyəsinə uyğun olaraq beş yüz dirhəm qərar verdi.

Bəzi fəqihlərin fətvasına görə, mehriyyəni Məhrüs-Sünnədən yuxarı təyin etmək məkruhdur. Bunun müqabilində, bəziləri Məhrüs-Sünnənin sabit pul dəyərinin olmadığına inanırlar, çünki bu gün 1500 misqal gümüşün pul dəyəri çox deyil və Peyğəmbər (s) və İmamların (ə) dövründə daha yüksək qiymətə malik idi. Onlar Məhrüs-Sünnəni günün dəyərinə əsasən hesablamağa çalışmışlar. Bununla belə deyirlər ki, Məhrüs-Sünnə ağır bir mehriyyə deyil.

Tərifi

Məhrüs-Sünnə, İslam Peyğəmbərinin (s) zövcələriŞeyx Səduqun dediyinə görə qızları üçün[1] təyin etdiyi mehriyyədir.[2]

Miqdarı

Rəvayətlərə görə, Məhrüs-Sünnənin miqdarı 500 dirhəm idi.[3] Bu hədislərin mütəvatir olduğu hesab edilmişdir.[4]

Bəzi rəvayətlərdə Peyğəmbərin (s) öz zövcələri və qızlarından heç biri üçün on iki yarım unsiyadan (beş yüz dirhəmə bərabər) çox mehriyyə təyin etmədiyi bildirilir.[5]

Bir neçə fərqli rəvayət

Rəvayət mənbələrində Məhrüs-Sünnə rəvayətlərindən fərqli olan bir neçə rəvayət vardır. Bunlardan arasında Şeyx Səduqun İmam Baqirdən (ə) gətirdiyi bir hədis var ki, burada Ümmü Həbibənin (Peyğəmbərin (s) həyat yoldaşı) mehriyyəsinin dörd min dirhəm olduğu bildirilir.[6]

Deyilənlərə görə, İmam Baqir (ə) bu rəvayətdə bu mehriyyəni istisna hesab etmişdir ki, bunu Ümmü Həbibəyə elçilik etməkdə  Peyğəmbərin (s) vəkili olan Həbəş hökmdarı Nəcaşi etdi və özü mehriyyəni verdi. Peyğəmbər (s) də buna qarşı çıxmad.[7]

Həzrət Zəhranın (s) mehriyyəsi ilə bağlı da müxtəlif xəbərlər var. O cümlədən, 480 dirhəm, 400 misqal gümüş və 500 dirhəm olduğu bildirilir.[8] Şiə mühəddislərindən olan İbn Şəhr Aşub (488-588 h.q.) "Mənaqib" kitabında bu ixtilafların səbəbini Həzrət Zəhranın (s) mehriyyəsinin başqa bir şey olması ilə əlaqələndirmişdir. Bu ixtilafların onun qiyməti ilə bağlı olduğunu bildirmişdir. Sonra bir sıra rəvayətlər gətirib ki, onların bəzilərinə əsasən Həzrət Fatimənin (s) mehriyyəsi toxunmuş Yəmən kətanı, aşılanmamış dəri və ətirli bitki, başqa hədislərə görə isə zireh və aşılanmamış qoyun və ya dəvə dərisi olub.[9]

Bəzi müəlliflər bu rəvayətlərin məcmusunu araşdırdıqdan, Peyğəmbərin (s) həyat tərzinə diqqət etdikdən və həmçinin İmam Cavadın (ə) həyat yoldaşı Məmunun qızı Ümmü Fəzlin mehriyyəsini Həzrət Zəhranın (s) mehriyyəsinə bərabər 500 dirhəm təyin etməsindən[10] istifadə edərək deyiblər ki, Həzrət Zəhranın (s) mehriyyəsi 500 dirhəmdən çox olmayıb.[11]

Məhrüs-Sünnə vacibdir ya müstəhəb

Qəməri təqvimi ilə 13-cü əsrin fəqihlərindən olan Sahib Cəvahirin dediyinə görə, fəqihlər arasında məşhur nəzər budur ki, qadının mehriyyəsinin müəyyən həddi yoxdur və Məhrüs-Sünnədən daha yüksək mehriyyə təyin etmək olar.[12] Onların fətvasına görə, Məhrüs-Sünnədən daha çox mehriyyə təyin etmək ancaq məkruhdur.[13]

Onun dediyinə görə, Seyid Mürtəza[14] da daxil olmaqla hicri qəməri təqvimi ilə 4 və 5-ci əsrlərin az sayda fəqihləri Məhrüs-Sünnədən çox olan mehriyyəni batil hesab edir və deyirlər ki, əgər ondan artıq mehriyyə olarsa, yalnız Məhrüs-Sünnəyə bərabər olan məbləğ kişinin öhdəsinə düşür.[15]

Məhrüs-Sünnənin bugünkü bərabər miqdarı

Məhrüs-Sünnənin, yəni beş yüz dirhəmin miqdarı təxminən 1500 qram xalis gümüşə bərabərdir ki, bu gün onun dəyəri o vaxtdan xeyli aşağıdır. Peyğəmbər (s) və İmamların (ə) zamanında beş yüz dirhəmin dəyəri sonrakı dövrlərdən qat-qat yüksək olduğuna görə, bəziləri Məhrüs-Sünnənin bərabər miqdarda sabit pula malik olmadığına inanır və onu günün dəyərinə əsasən hesablamağın lazım olduğunu bildirirlər. Buna görə də onun bugünkü bərabər miqdarını əldə etməyə çalışıblar.[16]

Məsələn, keçmişdə bəzi fəqihlər beş yüz dirhəmi dinarla ölçürdülər və onların dövründə hər on dirhəm bir dinara bərabər olduğu üçün Məhrüs-Sünnəni əlli dinar, yəni əlli misqal xalis qızıl hesab edirdilər. Həmçinin bəziləri Mehrus-Sünnənin hazırkı dəyərini Peyğəmbərin (s) zamanında onun alıcılıq qabiliyyətinə görə əldə edilə biləcəyini irəli sürüblər. Çünki bəzi rəvayətlərə görə, Peyğəmbər (s) Həzrət Zəhranın (s) mehriyyə pulu ilə onun İmam Əli (ə) ilə bir yerdə yaşaması üçün əşyalar aldı. Bu yolla mehriyyənin hazırkı dəyərini əldə etmək olar.[17]

Əlli misqal qızılın dəyərini və Həzrət Zəhranın (s) mehriyyəsi ilə alınan əşyaların çox sadə və minimal əşyalar olduğunu nəzərə alaraq, mehriyyənin ağır mehriyyə olmadığı qənaətinə gəliblər.[18]

İstinadlar

  1. Şeyx Səduq, əl-Muqənnə, h.q 1415, s.302
  2. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.5, s.344
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.100, s.347-348; Şeyx Səduq, əl-Muqənnə, h.q 1415, s.302; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.5, s.344
  4. Məsudi, Pejuheşi dərbareye Məhrus-sünnət, s.113
  5. Hümeyri, Qurbul-isnad, h.q 1413, s.16-17
  6. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.473
  7. Məsudi, Pejuheşi dərbareye Məhrus-sünnət, s.113
  8. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
  9. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.351
  10. Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.284
  11. Təbəsi, Fatimə ulquye həyate ziba, h.ş 1380, s.35-36
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.31, s.13
  13. Baxın: Hilli, Şəraiul-islam, h.q 1408, c.2, s.269; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.31, s.47
  14. Baxın: Seyyid Mürtəza, Əl-İntisar, h.q 1415, s.292
  15. Cəvahirul-kəlam, h.q 1404, c.31, s.15
  16. Məsudi, Pejuheşi dərbareye Məhrus-sünnət, s.114
  17. Məsudi, Pejuheşi dərbareye Məhrus-sünnət, s.114-115
  18. Məsudi, Pejuheşi dərbareye Məhrus-sünnət, s.115-116

Ədəbiyyat

  • İbn Şəhr Aşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • Hümeyri, Abdullah ibn Cəfər, Qurbul-isnad, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1413
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-İntisar, Qum, 1-ci çap, h.q 1415
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, 1-ci çap, h.q 1410
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, 2-ci çap, h.q 1413
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, əl-Muqənnə, Qum, İmam Hadi (ə) müəssisəsi, 1-ci çap, h.q 1415
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-islam, Qum, İsamiliyyan, 2-ci çap, h.q 1408
  • Təbəsi, Məhəmməd Cavad, Fatimə ulquye həyate ziba, Qum, Bustane kitab, Qum, 1-ci çap, h.ş 1380
  • Məsudi, Əbdül-Hadi, Pejuheşi dərbareye Məhrus-sünnət, Qum, 2-ci çap
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, 1-ci çap, h.q 1413
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404

Xarici keçidlər