Namaz

wikishia saytından
(Səlat səhifəsindən yönləndirilmişdir)

Namaz (ərəbcə: الصلاة) müsəlmanların xüsusi zikrləri və hərəkətləri ehtiva edən ən mühüm ibadətidir. Hədislərdə “dinin sütunu” və “digər əməllərin qəbulu üçün şərt” kimi qeyd olunur. Namazın müəyyən qaydaları və hökmləri var. O cümlədən, dəstəmazlıüzü qibləyə qılınmalıdır. Həmçinin, furada (tək) və camaat olmaqla iki formada qılınır və camaatla qılınması tövsiyə olunub.

Namazlar vacibmüstəhəbə bölünür. Vacib namazlara gündəlik namazlar, ayat namazı, təvaf namazı, meyit namazı, ata-ananın qəza namazları, nəzir, əhd və anda görə vacib olmuş namazlar daxildir. Gündəlik nafilə namazları və gecə namazı müstəhəb namazlardandır.

Hədislərdə namazı tərk etməyin və namazda səhlənkarlıq etməyin bir sıra nəticələri qeyd olunub ki, onlardan biri də Əhli-beytin (ə) şəfaətindən məhrum olmaqdır. Namazı ilk vaxtdan gecikdirmək, xüzusuz və xüşusuz qılmaq namaza yüngül yanaşmağın nümunələrindəndir. Həmçinin, Allahı zikr etmək, şirk və bütpərəstliklə mübarizə və günahdan çəkindirmək onun vacib olma hikmətlərindəndir.

Namaz digər dinlərdə də var. Lakin şəriətlərə görə onun qılınma qaydası fərqlidir.

Əhəmiyyəti

Həzrət Peyğəmbər (s): "Bəzən bəndə namaz qılar, ancaq o namazın altıda biri, hətta onda biri belə onunçün yazılmaz. Bəndənin namazından yalnız Allahı tanımaqla və diqqətini Ona yönəltməklə qıldığı qədəri hesaba alınar." Biharul-Ənvar, c.84, səh.249, hədis 41

Namaz müsəlmanların ibadətidir. Belə ki, Quranda onun haqqında 98 dəfə[1] söhbət açılıb.[2] Quran ayələrinə əsasən, namaz günahdan çəkindirən,[3] nicat vasitəsi,[4] problemlərdə köməkçi,[5] Allahın peyğəmbərlərə mühüm əmrlərindən və peyğəmbərlərin,[6] xüsusən də ailələri ilə bağlı qayğılarındandir.[7]

Namaz İslam dininin zərurətlərindəndir[8] və fəqihlərin fitvasına əsasən, heç bir halda tərk edilməməli bir ibadətdir.[9] Onu tərk etmək böyük günahlardan sayılır,[10] küfr və riya[11] əlaməti hesab olunur. “Vəsailuş-şiə” və “Müstədrək” kitablarında namaz mövzusunda 11600-dən çox hədis nəql olunub.[12] Həmçinin, fiqh kitablarında namazın qayda və hökmlərinə həsr olunmuş “Kitabüs-səlat” adlı bölmə də vardır.[13]

Namaz haqqında ayrıca əsərlər nəşr edilib. Onların h. ş. 1376-ci ilə qədər olan statistikası iki minə yaxın kitab və traktat, o cümlədən yüzlərlə qəzəl və qəsidədir.[14] 2019-cu ilə qədər dünyada namaz qılmaq üçün üç milyon altı yüz minə yaxın məscid inşa edilib.[15] Həmçinin, ictimai yerlərdə və yollarda namaz qılmaq üçün ayrılmış yer var ki, ona ibadət otağı və ya namazxana deyilir. Şiə hədisşünası Məhəmmədi Rəyşəhrinin (vəfatı: h. ş. 1401) dediyinə görə, namaz besətin əvvəlində və Məkkədə vacib olub.[16]Biharul-ənvar”da nəql olunan rəvayətə əsasən, Peyğəmbər (s) besətindən bir gün sonra İmam Əli (ə), həzrət Xədicə və başqaları ilə birlikdə namaz qılıb.[17]

Hədislərdə namazla bağlı istifadə olunan ifadələr:

Namazın qılınma qaydası

Birinci rükət

Ruku halda durmaq.

Əvvəlcə dəstəmaz alırıq. Sonra üzümüzü qibləyə tutub niyyət edirik. Sonra Təkbirətul-ehram deyirik. Yəni əllərimizi qulağımızın qarşısına qaldırıb: “Allahu Əkbər” deyirik. Bundan sonra “Həmd” surəsini, sonra isə başqa bir surəni oxuyuruq. Daha sonra rüku edib, rüku zikrini deyirik və başımızı rükudan qaldırıb dayanırıq və səcdəyə gedirik. Səcdədə səcdə zikrini deyirik. Sonra iki diz üstündə oturub, yenidən səcdəyə gedirik və səcdə zikrini oxuyuruq.[32] “Subhanə Rəbbiyəl-Əzimi və bihəmdihi” rüku zikri və “Subhanə Rəbiyəl-Əla və bihəmdihi” səcdə zikridir. Yaxud da rüku və səcdədə üç dəfə “Subhanəllah" demək kifayətdir.[33]

İkinci rükət

Səcdə halında olmaq.

İkinci səcdədən sonra durub birinci rükətdəki kimi “Həmd” surəsini və başqa bir surə oxuyuruq. Sonra qunut oxunur. Qunutda ovuclarımızı göyə çevirib qunut duası oxuyuruq. Qunutdan sonra rükuya gedirik və rüku zikrini deyirik. Rükudan sonra qalxıb birinci rükətdə olduğu kimi iki səcdə edirik.[34] Qunutda “Rəbbəna atina fid-dunya həsənə və fil-axirəti həsənə və qina əzabən-nar”, yaxud da başqa bir dua və ya zikr oxunur.

Təşəhhüd

Namazın təşəhhüd və salamını deyəndən sonra bədənin aram vəziyyətdə olması

İkinci səcdədən sonra iki diz üstə oturub təşəhhüd (Əşhədu ən lə iləhə illəllah vəhdəhu lə şərikə ləh və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh, Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd) oxuyuruq.[35]

Namazın salamı

İki rükətlik namazda təşəhhüddən sonra namazın salamı (Əssəlamu ələykə ya əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh, əs-səlamu ələyna və əla ibadullahis-salihin, əs-səlamu ələykum və rəhmətullahi və bərəkatuh) oxunur və namaz sona çatır.[36]

Üçüncü və dördüncü rükətlər

Təşəhhüd oxuduqdan sonra durub üç dəfə təsbihati-ərbəə (dörd təsbih) (Subhanəllahi vəl-həmdu lillahi və lə iləhə illəllahi vəllahu əkbər) deyirik və sonra rüku və səcdəyə gedirik. Üç rükətli namazda üçüncü rükətin ikinci səcdəsindən sonra təşəhhüd və salam deyilir. Dörd rükətli namazda üçüncü rükətin ikinci səcdəsindən sonra yenidən ayağa durur, təsbihati-ərbəə deyir, sonra rükuya gedir, iki səcdə edib təşəhhüd və salam deyirik.[37]

Namaz qaydaları və hökmləri

Namazın vacibatı

Şiələrin namazın səcdəsində adətən alınlarını qoyduqları möhürün şəkli.

Namazın vacibatı namazın əsas tərkib hissələridir ki, məşhur fəqihlərə görə bunlardır: niyyət, qiyam (ayaq üstə durmaq), təkbirətul-ehram, rüku, səcdə, “Həmd” və başqa bir surə oxumaq, zikr (rüku və ya səcdə zikri kimi), təşəhhüd, salam, tərtibmuvalat (yəni namazın tərkib hissələrinin ardıcıl və fasiləsiz olması).[38] Namazın vacibatı rükn olanlara və rükn olmayanlara bölünür. İlk beş vacibat namazın rüknləridir. Əgər qəsdən və ya səhvən artırılıb-azaldılarsa, namaz batil olur. Qalan altısı rükn olmayan vacibatdır, onları yalnız bilərəkdən azaltmaq və ya artırmaq namazı batil edir.[39]

Namazı batil edən şeylər

Namazı aşağıdakılardan biri batil edir:

  • Böyük çirklənmə (qüslə səbəb olan bir şey) və ya kiçik çirklənmə (dəstəmazı batil edən bir şey) baş verərsə;
  • Üzünü qiblədən döndərmək;
  • Qəsdən danışmaq;
  • Yüksək səslə və qəsdən gülmək;
  • Təkəttuf: əlləri bir-birinin üzərinə qoymaq;
  • Dünya işləri üçün qəsdən və yüksək səslə ağlamaq;[40]
  • “Həmd” surəsi bitdikdən sonra “Amin!” demək;
  • Namazın formasını pozan şeylər, məsələn, yuxarı-aşağı tullanmaq, əl çalmaq kimi;
  • Yemək və içmək;
  • İki rükətli və üç rükətli namazlarda və ya dörd rükətli namazın ilk iki rükətində qılınan rükətlərin sayında şəkk etmək;
  • Rükn olan vacibatın qəsdən və ya təsadüfən azaldılması və ya artırılması, yaxud rükn olmayan vacibatın qəsdən azalması və ya artırılması.[41]

Digər hökmlər

Həzrət Məsumənin (ə) hərəmində Ayətullah Mərəşi Nəcəfinin imamı olduğu camaat namazı
  • Dəstəmaz: Vacib namazlar üçün dəstəmaz almaq vacibdir.[42] Bəzi hallarda dəstəmazın əvəzinə təyəmmüm etmək lazımdır. Məsələn, su tapmamaq, suyun zərərli olması və vaxt çatışmazlığı kimi hallarda.[43]
  • Namaz qılınan yer: Namaz qılınan yer üçün bir neçə şərt var. Məsələn, mübah olmalı (qəsbi olmamalı), sükunətdə olmalı, murdar olmamalı, alın yeri diz yerindən dörd barmaqdan çox yuxarı və ya aşağı olmamalıdır.[44]
  • Namaz qılanın libası: Namazda kişi iki övrətini, qadın isə bütün bədənini örtməlidir. Amma üzü, əlləri biləklərə və ayaqları topuğa qədər örtmək lazım deyil.[45]

Namazın qaydaları

Namaz üçün bəzi qaydalar və müstəhəblər bəyan olunub. Onlardan bəziləri bunlardır: vaxtın əvvəlində namaz qılmaq, namaz zamanı bəzənmək, məsciddə və camaatla namaz qılmaq, namazın əvvəlində dua etmək, qəlbin hüzuruxüşu (təvazökarlıq).[49] Namazdan sonra da “Təqibat” adlanan əməllər qeyd olunub. Məsələn, Ayətul-kürsi oxumaq, həzrət Zəhranın (s) zikrini demək və şükr səcdəsi etmək.[50] Bu əməllərinn bəzisi “Məfatihul-cinan”da da öz əksini tapıb.[51]

Vacib və müstəhəb namazlar

Seyyid Əli Qazi Təbatəbainin öz dəsti xətti ilə yazdığı cümlə: Əgər namazı qorusanız, hər şeyiniz qorunub saxlanılar.

Vacib namazlar qılınması vacib olan namazlardır və müəyyən vaxtda qılınmazsa, qəzası vacib olur. Bu namazlara aşağıdakılar daxildir:

  1. Gündəlik namazlar: on yeddi rükətdir və beş vaxtda (sübh, günorta, ikindi, şam və xüftən) qılınır və həmin adlarla tanınır;
  2. Ayat namazı: zəlzələ, günəş və ay tutulması kimi bəzi təbii hadisələr baş verdikdə qılınmalı olan namazdır.
  3. Meyit namazı: Dəfn edilməzdən əvvəl müsəlman meyitin üzərində qılınan namazdır və müsəlman meyitini namaz qılmadan dəfn etmək olmaz.
  4. Təvaf namazı: Kəbəni təvaf etdikdən sonra qılınan namazdır;
  5. Böyük oğula valideynlərin qəza namazı;
  6. Nəzir, and və əhdə görə vacib olan namaz.[52]

Müstəhəb namazlar

Müstəhəb və ya nafilə namazlar vacib olmayan namazlardır. Buna baxmayaraq, onları qılmaq tövsiyə olunur. Gündəlik nafilələrgecə namazı kimi.[53] Vitr namazından başqa müstəhəb namazların hamısı iki rükətlidir.[54]

Namazda səhlənkarlığın nəticələri

  • Əhli-beytin (ə) şəfaətindən məhrum olmaq:[55] Əbu Bəsirin nəql etdiyi rəvayətə görə, İmam Sadiq (ə) ölüm yatağında yaxınlarını çağırıb dedi: “Bizim şəfaətimiz namazı yüngül sayana (namazda səhlənkarlıq edənə) çatmaz”.[56]
  • On beş xislətdən əziyyət çəkmək: Peyğəmbərdən həzrət Fatiməyə (s) müraciətlə nəql olunan rəvayətə görə, Allah namazı yüngül sayan şəxsi on beş xislətə düçar edər.[57]
  1. Bərəkətsiz ömür;
  2. Qazancın bərəkətsiz olması;
  3. Üzün solğunluğu (nursuz olması);
  4. Əməllərin mükafatsız qalması;
  5. Duanın qəbul olunmaması;
  6. Başqalarının dualarından faydalana bilməmək;
  7. Alçalaraq ölmək;
  8. Ac ölmək;
  9. Susuz ölmək, elə bir şəkildə ki, nə qədər su içsə də, susuzluğu yatmaz;
  10. Qəbirdə bir mələk ona əzab verər;
  11. Qəbrin qaranlıq olması;
  12. Qəbir sıxıntısı;
  13. Qiyamət günü bir mələk onu üzünə çəkər və insanlar baxar;
  14. Qiyamətdə çətin hesabat;
  15. Allah ona rəhm etməz və onu ağrılı-acılı bir əzab gözləyir.[58]

Namazı ilk vaxtdan üzrsüz olaraq gecikdirmək,[59] xüzusuz və xüşusuz namaz qılmaq namazı yüngül saymağın nümunələrindəndir.[60]

Şiə və sünni məzhəbinin namazları arasındakı fərq

Başlıq Şiə Maliki Şafei Hənəfi Hənbəli
Həmd surəni oxumaq Birinci və ikinci rəkətlərdə vacibdir. Bütün vacib və müstəhəb namazların rəkətlərində vacibdir. Bütün vacib və müstəhəb namazların rəkətlərində vacibdir. Birinci və ikinci rəkətlərdə vacibdir. Bütün rəkətlərdə vacibdir.[61]
Surələrin əvvəlində "Bismillah" demək Surənin bir hissəsidir və onu demək vacibdir. Onu deməmək müstəhəbdir. Surənin bir hissəsidir və onu demək vacibdir. Deməmək caizdir. Surənin bir hissəsidir və onu demək vacibdir.[62]
Qunut Bütün namazlarda müstəhəbdir. Yalnız sübh namazında caizdir. Yalnız sübh namazında caizdir. Yalnız Vitr namazında caizdir. Yalnız Vitr namazında caizdir.[63]
Cəhr və İxfat (Namazın bəzi hissələrini ucadan və yavaş oxumaq) Cəhr sübh, məğrib və işa, ixfat isə zöhr və əsr namazlarında vacibdir. Cəhr sübh, məğrib və işa namazlarında müstəhəbdir. Cəhr sübh, məğrib və işa, ixfat isə zöhr və əsr namazlarında vacibdir. Cəhr və ixfat heç bir namazda vacib və ya müstəhəb deyil. Cəhr sübh, məğrib və işa namazlarında lazımdır.[64]
Təkəttuf (əli bağlı namaz qılmaq) Məşhur nəzərə əsasən haramdır və namazı batil edir. Caizdir. Vacib və ya müstəhəb deyil. Müstəhəb və sünnətdir. Müstəhəb və sünnətdir. Müstəhəb və sünnətdir.[65]
Həmd surəni qiraət etdikdən sonra "Amin" demək. Haramdır və namazı batil edir. Müstəhəbdir. Müstəhəbdir. Müstəhəbdir. Müstəhəbdir.[66]
Ruku və Tuməniyə (bədənin sabit və aram olmağı) Əllər dizə çatacaq qədər əyilmək lazımdır, rükuda tuməniyə (sabit və aram olmaq) vacibdir. Əllər dizə çatacaq qədər əyilmək lazımdır, rükuda tuməniyə (sabit və aram olmaq) vacibdir. Əllər dizə çatacaq qədər əyilmək lazımdır, rükuda tuməniyə (sabit və aram olmaq) vacibdir. Sadəcə əyilmək kifayətdir və tuməniyə lazım deyil. Əllər dizə çatacaq qədər əyilmək lazımdır, rükuda tuməniyə (sabit və aram olmaq) vacibdir.[67]
Rukuda zikr demək Vacibdir. Vacib deyil, müstəhəbdir. Vacib deyil, müstəhəbdir. Vacib deyil, müstəhəbdir. Vacibdir.[68]
Rukudan sonra qiyam Vacibdir. Vacibdir. Vacibdir. Vacib deyil. Vacibdir.[69]
Səcdə üzvləri Səcdə edərkən hər iki əlin ovucları, alın, dizlər və ayağın iki baş barmağı yerə qoyulmalıdır. Alnı yerə qoymaq lazımdır və bədənin digər hissələrini yerə qoymaq müstəhəbdir. Alnı yerə qoymaq lazımdır və bədənin digər hissələrini yerə qoymaq müstəhəbdir. Alnı yerə qoymaq lazımdır və bədənin digər hissələrini yerə qoymaq müstəhəbdir. Burun ilə birlikdə bədənin yeddi üzvünü yerə qoymaq lazımdır.[70]
Səcdədə tuməniyə (bədənin sabit və aram olmağı) lazımdır. lazımdır. lazımdır. lazım deyil. lazımdır.[71]
Səcdədə zikr demək vacibdir. müstəhəbdir. müstəhəbdir. müstəhəbdir. müstəhəbdir.[72]
Təşəhhüd Namazın ortasında və axırında vacibdir. Namazın ortasında və axırında müstəhəbdir. Namazın ortasında müstəhəb, axırında isə vacibdir. Namazın ortasında və axırında müstəhəbdir. Namazın ortasında və axırında vacibdir.[73]
Namazın salamı Məşhur nəzərə əsasən vacibdir. Vacibdir. Vacibdir. Müstəhəbdir. Vacibdir.[74]
Namazın rəkətlərinin sayında şəkk Dörd rəkətli namazların ikinci rəkətindən sonra, binanı çoxa qoyub, ehtiyat namazı qılırıq. Vacib namazlarda binanı aza qoyub namaza davam edirik. Vacib namazlarda binanı aza qoyub namaza davam edirik. Vacib namazlarda, əgər ömür boyu ərzində birinci dəfə şəkk ediriksə namazı əvvəldən qılacağıq. Və sonralar binanı aza qoyub namaza davam edəcəyik. Vacib namazlarda binanı aza qoyub namaza davam edirik.[75]
Müsafir namazı Dörd rəkətli namazlar şikəstə(iki rəkətli) qılınacaq. Şikəstə və kamil qılmaq arasında ixtiyar sahibiyik. Şikəstə və kamil qılmaq arasında ixtiyar sahibiyik. Gərək şikəstə qılaq. Şikəstə və kamil qılmaq arasında ixtiyar sahibiyik.[76]
İki namazı birləşdirmək Caizdir. Səfərdə caizdir. Səfərdə caizdir. Caiz deyil. Səfərdə caizdir.[77]

Namazın vacib olmasının hikməti

Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir. (Ənkəbut surəsi, ayə 45)

İmam Rzadan (ə) nəql olunan bir rəvayətə görə, namazın vacib olmasının fəlsəfəsi Allahın rəbbliyini etiraf etmək, şirk və bütpərəstliklə mübarizə aparmaq, bəndənin Allahın əzəməti qarşısında həqarətini ifadə etmək, qəfləti aradan qaldırmaq, Allahı yad etmək, fitnə-fəsadın, günahın və asiliyin qarşısını almaq və s.-dir.[78]Təfsiri-nümunə”də də nizam-intizam ruhunu gücləndirmək, paklığa çağırmaq, əxlaqi fəzilətləri inkişaf etdirmək, digər əməlləri dəyərləndirmək və günahların bağışlanması vacib namazın hikmətlərindən hesab olunur.[79]

Həmçinin, “Məni anmaq üçün namaz qıl!” ayəsində[80] Allahı zikr etmək namazın məqsədi kimi bəyan edilir.[81] Həzrət Fatimədən (s) nəql olunur ki, Allah namazı bəndələr təkəbbürdən uzaq olsunlar deyə vacib etmişdir.[82]Nəhcül-bəlağə”də isə namazın təkəbbür və lovğalığı aradan qaldırdığı deyilir.[83]

Digər dinlərdə namaz

Namaz bütün şəriətlərdə olub. Hərçənd, onun qılınma üsulu da fərqli olub.[84] Yəhudilikdə namaz “tefilla”, cəm şəklində “tefillim” və ya “tefillot” adlanır. Onun qaydaları “Sidor” və ya “Mişna”nın (yəhudi dininin ənənəvi dua kitablarının) bəzi bölmələrində qeyd edilir. "İlahi dinlərdə namazın necə qılınmasının araşdırılması" adlı məqalədə deyilir: “Yəhudilikdə adətən hər gün üç namaz qılınır. Şabbat (şənbə) və digər müqəddəs günlərdə ortodoks və mühafizəkar təriqətlər “Musaf” adlı başqa bir namaz da qılırlar.[85]

Xristianlıqda namaz Allah (Ata) və ya Üçlüyün digər şəxsləri (Oğul və ya Müqəddəs Ruh) ilə ünsiyyət qurmaq üçün qılınır. Müxtəlif xristian təriqətləri arasında dualar müxtəlif yollarla qılınır. Namazlar “Rəbbin Süfrəsi” mərasimi kimi kollektiv (minacat) və ya tək qılına bilər.[86]

Biblioqrafiya

İmam Xomeynin yazdığı "Adabus-səlat" kitabı

Namaz haqqında müxtəlif dillərdə əsərlər yazılıb və tərcümə edilib.[87] Onlardan bəziləri bunlardır:

  • İmam Xomeyni tərəfindən yazılmış “Namaz qaydaları”: Bu kitabda namazın qəlbə aid ədəbləri və mənəvi sirləri təsvir olunur və müəllifin öz övladlarına yazdığı iki ön söz yer alır.
  • Mirzə Cavad Məliki Təbrizinin “Əsrarüs-səlat” kitabı: Bu kitab nəfsin saflaşdırılması, qəlbin hüzuru və namazı dərk etmək haqqındadır.
  • İmam Xomeyninin müəllifi olduğu “Namazın sirləri” kitabı: Azandan tutmuş təşəhhüdə və salama qədər namazın mistik təfsirini ehtiva edir.
  • Məhəmməd Məhəmmədi Rəyşəhrinin yazdığı “əs-Səlat fil-kitabi vəs-sünnə”: Bu kitab namazın vacibliyi, namazın hikməti, İslamdan əvvəl namaz, namazın üstünlüyü, xüsusiyyətləri, namazın vaxtları, namazın qaydaları və s. haqqında Quran ayələrini, eləcə də şiəsünni hədislərini ehtiva edir.
  • Abdullah Cavadi Amuli tərəfindən yazılmış “Namazın sirləri” kitabı: Bu kitab namaza və onun hökmlərinə fəlsəfi baxışdır.

İstinadlar

  1. Novruzi, Müqəddimeye bər fəlsəfeye nəmaz, s.116
  2. Həcc surəsi, ayə 41; Bəqərə surəsi, ayə 3; Nisa surəsi, ayə 103 və 162; Maidə surəsi, ayə 6; Ənfal surəsi, ayə 2-3-4; İbrahim surəsi, ayə 31; Muminun surəsi, ayə 2; Nəml surəsi, ayə 2-3
  3. Ənkəbut surəsi, ayə 45
  4. Əla surəsi, ayə 14-15
  5. Bəqərə surəsi, ayə 45
  6. Məryəm surəsi, ayə 31
  7. Məryəm surəsi, ayə 55
  8. Vəzirifərd, Bərresiye inkare zəruriye din və asare an dər fiqh, s.183
  9. Müdərrisi, Əhkame müqəddimate namaz, h.ş 1387, s.61
  10. Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.14, s.168
  11. Payənde, Nəhcül-fəsahət, h.ş 1387, s.279
  12. Hürr Amili, “Vəsailuş-şiə”, h.q 1409, c.4, s.6 cild 8-ə kimi, s.539; Nuri, Müstədrək, h.q 1408, c.3, s.5 cild 6-ya kimi, s.548
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.7, s.2-dən sonra
  14. Sihhəti, Ketabşenasiye qozineşi və tosifiye namaz, s.42
  15. كم عدد المساجد في العالم (ərəbcə)
  16. Məhəmmədi Rəyşəhri, Şenaxtnameye namaz, h.ş 1392, c.1, s.58
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.18, s.179-180
  18. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.4, s.27
  19. Müttəqi, Kənzul-ummal, h.q 1364, c.7, s.18851
  20. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.268
  21. Məclisi, Rəvzətul-müttəqin, h.q 1406, c.2, s.6, 17, 220, 283
  22. Qutbi Ravəndi, Şəhabul-əxbar, h.ş 1388, s.59
  23. İbn Şöbe, Tuhəful-uqul, h.ş 1363, s.455
  24. Payənde, Nəhcül-fəsahət, h.ş 1387, hədis 1588
  25. Səduq, Əl-Xisal, h.ş 1362, c.1, s.103
  26. Məclisi, Biharul-ənvar, h.q 1403, c.82, s.232
  27. Müttəqi, Kənzul-ummal, h.q 1364, c.7, s.291
  28. Amidi, Ğurərul-hikəm, s.56
  29. Əbul-Fərəc Razi, Rəvzul-cinan, h.ş 1376, c.1, s.248
  30. Amidi, Ğurərul-hikəm, c.2, s.166
  31. Məclisi, Biharul-ənvar, h.q 1403, c.82, s.232
  32. Hədiyehaye asiman, h.ş 1401, s.53-54
  33. Xomeyni, Tozihul-məsail, h.ş 1387, s.161-163
  34. Hədiyehaye asiman, h.ş 1401, s.54-55
  35. Hədiyehaye asiman, h.ş 1401, s.55
  36. Hədiyehaye asiman, h.ş 1401, s.55
  37. Mülkpur Əfşar, Amuzeşe namaz və vuzu, h.ş 1396, s.10-11
  38. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.433
  39. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.433
  40. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.5-29; Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, h.q 1424, c.1, s.614-627
  41. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, h.q 1424, c.1, s.628-630
  42. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, h.q 1424, c.1, s.185
  43. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, h.q 1424, c.1, s.365
  44. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.362-385
  45. Xomeyni, Tozihul-məsail, h.ş 1387, c.1, s.441-442
  46. Bəni Haşim Xomeyni, Risaleye tozihul-məsaile mərace, h.q 1424, c.1, s.431
  47. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.414
  48. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.414
  49. Məhəmmədi Reyşəhri, Əs-Səlatu fil-kitabi vəs-sünnət, h.ş 1377, c.1, s.49-63
  50. Məhəmmədi Reyşəhri, Əs-Səlatu fil-kitabi vəs-sünnət, h.ş 1377, c.1, s.140-144
  51. Məfatihul-cinan, Namazın təqibatı bölməsi, s.12-19
  52. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.244
  53. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.244-245
  54. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.246
  55. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.ş 1367 c.1, s.206
  56. Şeyx Səduq, Əl-Əmali, h.ş 1376, s.484
  57. İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.22
  58. İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.22
  59. Məclisi, Biharul-ənvar, h.q 1403, s.6
  60. «سبک شمردن نماز», Xəbərqozariye hoze
  61. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.109
  62. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.110
  63. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.110
  64. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.110
  65. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.110
  66. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.110-111
  67. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.111
  68. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.111
  69. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.111
  70. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.112
  71. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.112
  72. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.112
  73. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.112-113
  74. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.114
  75. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.114
  76. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.139
  77. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.142
  78. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.3, s.4
  79. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.16, s.290-294
  80. Taha surəsi, ayə 14
  81. Mütəhhəri, Fəlsəfeye ibadət, s.15-17
  82. Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.107
  83. Nəhcül-bəlağə, kəlmate qisar, 252, s.512
  84. Rağib İsfahani, Müfrədat, h.q 1412, s.491
  85. Baqiriyan, Bərresiye çekunegiye nəmaz dər ədyane İlahi, s.219
  86. Fatimə, «نگاهی به اشکال مختلف نماز در برخی ادیان الهی»
  87. Ketabşenasiye namaz, 57-58

Ədəbiyyat

  • Amidi, Əbdül-Vahid ibn Məhəmməd, Ğurərul-hikəm, Tehran, Tehran universiteti
  • Əbul-Fərəc Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, h.ş 1376
  • İbn Şöbe, Həsən ibn Əli, Tuhəful-uqul, Muəssisətun-Nəşril-İslami, h.ş 1363
  • İbn Tavus, Əli ibn Musa, Fəlahus-sail, Qum, Bustane kitab, h.q 1406
  • İmam Xomeyni, Tozihul-məsail, Tehran, 7-ci çap, h.ş 1387
  • Bəni Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Risaleye tozihul-məsaile mərace, 8-ci çap, h.q 1424
  • Payənde, Əbül-Qasim, Nəhcül-fəsahət, Darul-ilm, h.ş 1387
  • Hürr Amili, Məhəmməd ibn Həsən, “Vəsailuş-şiə”, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Müfrədat, Darul-qələm, 1-ci çap, h.q 1412
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Came müdərrisin, h.ş 1362
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Came müdərrisin, h.ş 1376
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Səduq nəşri, h.ş 1367
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1419
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Təhqiq: Məhəmməd Baqir Xorasan, Mürtəza nəşri, 1-ci çap, h.q 1403
  • «سبک شمردن نماز», hawzah.net saytı
  • Sihhəti, کتاب‌شناسی گزینشی و توصیفی نماز
  • Fatimə, Nüsrət, «نگاهی به اشکال مختلف نماز در برخی ادیان الهی»
  • کتابشناسی نماز؛ معرفی و نقد
  • Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Qum, Üsvə
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Müttəqi Hindi, Kənzul-ummal, Dairətul-məarifil-Osmaniyyə, h.q 1364
  • Məclisi, Məhəmməd Təqi, Biharul-ənvar, h.q 1403
  • Məclisi, Məhəmməd Təqi, Rəvzətul-müttəqin, Qum, 2-ci çap, h.q 1406
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Əs-Səlatu fil-kitabi vəs-sünnət, h.ş 1377
  • Məhəmmədi Rəyşəhri, Məhəmməd, Şenaxtnameye namaz, Darul-hədis, h.ş 1392
  • Mütəhhəri, Mürtəza, Fəlsəfeye ibadət, h.ş 1391
  • Muğniyə, Məhəmməd Cavad, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, Beyrut, 10-cu cild, h.q 1421
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil_islamiyyə, 32-ci çap, h.ş 1374
  • Vəzirifərd, İbrahim, Bərresiye inkare zəruriye din və asare an dər fiqh
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
  • Novruzi, Məhəmməd Məsud, Müqəddimeye bər fəlsəfeye nəmaz
  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, 1-ci çap, h.q 1412
  • Vəzirifərd, Məhəmməd Cavad, Bərresiye inkare zəruriye din və asare an dər fiqh, h.ş 1391

Xarici keçid