Taslim:Küfr
Küfr (ərəbcə: الكفر) İslamın müqabilində olub, Allahı, Onun təkliyini, Peyğəmbərin (s) risalətini və ya dinin zəruri hökmlərindən birini inkar etmək mənasına gəlir. Bu işlərdən birini inkar edən şəxsə kafir deyilir. İslam fiqhində kafir haqqında xüsusi hökmlər bəyan olunmuşdur. Onlardan biri budur ki, kafirin bədəni tahir (pak) sayılmır; həmçinin müsəlmanın kafirlə evlənməsi caiz deyil.
Şiə fəqihlərinin fətvasına görə, əhli-qibləni təkfir etmək (onları kafir adlandırmaq) caiz deyil. Onlar əhli-qibləni digər İslam firqələrinin davamçıları hesab edirlər ki, dinin heç bir zəruri hökmlərini inkar etmirlər. Buna görə də şiə fəqihlərinin nəzərinə əsasən, dinin bəzi zəruri hökmlərini inkar edən xəvaric, nasibilər və qülüv edənlər kimi firqə və qruplar kafir hökmündə sayılırlar.
Şiə imamlarından nəql olunan bəzi rəvayətlərdə rüşvət, riyakarlıq və namazı tərk etmək kimi günahları edən kimsə kafir hesab olunmuşdur. Bildirilir ki, bu rəvayətlərdəki küfrdən məqsəd əməli küfrdür və bunun mənası Allahın əmrlərinə qarşı itaətsizlikdir. Fəqihlər deyirlər ki, bu cür günah edən şəxs yalnız əməli kafirdir və o, fiqhi baxımdan kafirə aid olan hökmlərə məsələn, nəcis olması və ya onunla evlənməyin haramlığına şamil edilmir.
Küfrün mövqeyi
Bildirilir ki, Quranda “küfr” kəlməsi və onun müxtəlif törəmələri beş yüzdən çox yerdə işlədilmişdir.[1] Onlar Allahı inkar, nübüvvəti inkar, axirəti inkar, ilahi nemətlərə nankorluq, təsliş (üçlüyə inanmaq), bəşərə ilahilik vermək, irtidad (mürtəd olmaq), şirk, ilahi əmrləri tərk etmək və s. mənalarda gəlmişdir.[2]
Hədis mətnlərində də küfr haqqında çoxlu rəvayətlər zikr olunmuşdur. Məsələn, Küleyni “əl-Kafi” kitabında “Babu vucuhil-küfr” və “Babu dəaimil-küfr və şuəbih” adlı fəsillər açmış, küfrün növləri və qolları barəsində rəvayətləri toplamışdır.[3] Hürr Amili də “Vəsailuş-Şiə” əsərində “Dinin bəzi zəruri hökmlərini inkar etməklə küfr və irtidadın sabit olması” adlı xüsusi bir bölmə ayırmış və bu mövzuda rəvayətləri orada toplamışdır.[4]
Küfr, onun həddi-hüdudu, növləri, şərtləri və hökmləri təfsir, kəlam və fiqh kimi elmlərdə müzakirə olunur.[5]
Küfrün tərifi və kafirin növləri
Küfr İslamın müqabilində olub, Allahı, Onun təkliyini, Peyğəmbərin (s) risalətini, qiyamət gününü və ya ümumilikdə dinin zəruri hökmlərini inkar etmək deməkdir.[6] Başqa bir tərifə görə, kufr, təsdiqi vacib olan bir şeyi inkar və təkzib etməkdir.[7] Bu işlərin birini və ya hamısını inkar edən şəxsə kafir deyilir.[8] “Küfr” kəlməsi lüğətdə “örtmək, gizlətmək” mənasındadır.[9] Bu səbəbdən də Allahın varlığına və Onun təkliyinə dəlalət edən ayələri örtüb gizlədən şəxs “kafir” adlandırılmışdır.[10]
Kafirin növləri
İslam fiqhində kafir bir neçə qismə bölünür: əsli kafir,[11] mürtəd[12], əhli-kitab,[13] zimmi kafir[14] və hərbi kafir.[15] Onlar üçün ortaq hökmlər, həmçinin xüsusi hökmlər bəyan olunmuşdur; məsələn:
- Kafir nəcisdir;[16] lakin məşhur rəydən fərqli olaraq, bəzi fəqihlər əhli-kitabı nəcis hesab etmirlər;[17]
- Müsəlman qadın kafir kişi ilə evlənə bilməz və müsəlman kişi də kafir qadınla evlənə bilməz;[18] lakin bəzi fəqihlərin nəzərinə görə, müsəlman kişi əhli-kitab qadınla müvəqqəti evlənə bilər;[19]
- Kafirin kəsdiyi heyvanın ətini yemək haramdır.[20]
Əməli küfr
Əməli küfr – Allahın göstərişlərinə əməl etməmək mənasındadır və itaətin müqabilində dayanır.[21] Bəzi rəvayətlərdə namazı qəsdən tərk edən, həcci tərk edən, rüşvət alan, riyakarlıq edən və bir sıra başqa şəxslər kafir adlandırılmışdır.[22] Bildirilir ki, bu rəvayətlərdəki küfrdən məqsəd əməli küfrdür; İslama zidd olan küfr deyil.[23]
Həmçinin bəzi şiə fəqihlərinin fikrincə, əhli-sünnə İmam Əlinin (ə) vilayətini və Peyğəmbərdən (s) sonrakı imamətini inkar etdiklərinə görə etiqadda bir növ küfrə düçar olublar; amma fiqhi baxımdan müsəlman hesab olunurlar və bədənlərinin paklığı, can və mal toxunulmazlığı, onlarla evlənməyin caizliyi kimi hökmlər onlara şamil edilir.[24]
Dinin zəruri hökmlərini inkar etmək
Müsəlman fəqihlərinin yekdil fikrinə görə, dinin zəruri hökmlərini inkar etmək küfrün gerçəkləşməsinə səbəb olur və kim bu zəruri hökmlərdən birini və ya hamısını inkar edərsə, kafir sayılır.[25] Dinin zəruri hökmləri o məsələlərdir ki, onların dinin tərkib hissəsi olması dəqiq və aydın şəkildə məlumdur və heç kəs onların dini olmasına şübhə etmir.[26]
Fəqihlərin nəzərinə görə, İslamın əməli hökmlərindən olan zəruri məsələləri inkar etmək yalnız o halda küfrə səbəb olar ki, bu inkar Peyğəmbərin (s) risalətini inkar etməyə və onu təkzib etməyə gətirib çıxarsın.[27] Bəzilərinə görə isə, bu hal hətta risalətin inkarına gətirib çıxarmasa belə, müstəqil şəkildə küfrün gerçəkləşməsinə səbəb olur və bu səbəbdən də şəxs kafir sayılır.[28]
Kafir hesab edilən İslam məzhəbləri
İmamiyyə fəqihlərinin nəzərinə görə, bəzi müsəlman firqələri və dəstələri – məsələn, xəvaric, nasibilər, qülüv edənlər, mücəssimə (Allahın cismani olmasına inananlar), müşəbbihə (Allahı maddi varlıqlara bənzədənlər) və mücəbbirə (məcburiyyət tərəfdarları) dinin zəruri məsələlərini inkar etdiklərinə görə kafir hesab olunurlar.[29] Sahibi Hədaiqin sözünə görə, İmamiyyə fəqihləri arasında xəvaricin, nasibilərin və qülüv edənlərin nəcis sayılmasında ixtilaf yoxdur;[30] lakin digər qrupların nəcis olub-olmamasında fikir ayrılığı mövcuddur.[31] Şiə fəqihi və “Əl-Ürvətül-vüsqa” kitabının müəllifi olan Seyid Məhəmməd Kazım Təbatəbai Yəzdi belə demişdir: “Əgər mücəssimə, mücəbbirə və “vəhdətül-vücud” inancına sahib olan sufilər İslam hökmlərinə əməl etsələr, onların nəcis olmamasına hökm verilir.[32] Şiə alimləri, digər firqələrin davamçılarının o cümlədən, əhli-sünnənin əgər şəhadəteyni söyləyirlərsə və Əhli-beytə (ə) düşmənlik etmirlərsə, müsəlman olduqlarına hökm edirlər.[33]
Əhli-qibləni təkfir etmək
- Əsas məqalə: Qiblə əhlinin təkfiri
Təklfir, müsəlmanı kafir adlandırmaq,[34] yaxud əhli-qibləyə küfr nisbət vermək[35] deməkdir. Şiə fəqihlərinin nəzərinə görə, digər İslam firqələrinin davamçıları əgər şəhadəteyni söyləyirlərsə və tövhid, nübüvvət, məad kimi dinin zəruri məsələlərini inkar etmirlərsə, onlar müsəlman sayılırlar və onları təkfir etmək caiz deyil.[36] İbn İdris Hilli və Şəhid Sani kimi fəqihlərin fikrincə, zahirdə iman gətirmiş və müsəlman olan birinə küfr nisbəti vermək yalnız caiz deyil, hətta bu nisbəti verən şəxs də təzir olunmalıdır (cəzalandırılmalıdır).[37]
Misirli əhli-sünnə fəqihi Əbdürrəhman Cəziri (vəfatı: 1360 hicri qəməri), “əl-Fiqhu ələl-məzahibil-ərbəə” kitabında yazır ki, Hənəfi, Şafei və Hənbəli fəqihlərinə görə, müsəlmana küfr nisbəti vermək caiz deyil və bunu edən şəxs təzir olunmalıdır.[38] Həmçinin əhli-sünnə fiqh ensiklopediyası olan “əl-Məvsuətül-fiqhiyyətül-Kuveytiyyə” (Sünni fiqhinin ensiklopediyası) kitabında şafeilərə belə bir fikir nisbət verilmişdir ki, əgər kimsə bir müsəlmanı kafir saysa, özü küfr etmiş olar; çünki müsəlmanı kafir adlandırmaq, İslamı küfr adlandırmaq deməkdir.[39] Bununla belə, günümüzdə, yəni 14 və 15-ci hicri-qəməri əsrlərində vəhhabilər və sələfilər bəzi müsəlman firqələrini, xüsusilə şiələri şəfaət, təvəssül və qəbirlərin ziyarəti kimi etiqadlara görə kafir hesab edirlər.[40]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Ruhani, Əl-Mucəmul-ihsai, h.ş 1368, c.1, s.530
- ↑ Nümunə üçün baxın: Babul-həvaici, Küfr dər Quran, s.131; Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.3, s.289 və c.6, s.69 və c.4, s.43 və c.5, s.113; Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.389
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.389 və 391
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.1, s.3
- ↑ Nümunə olaraq baxın: Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.3, s.289, c.6, s.69, c.4, s.43, c.5, s.113; Sübhani, Əl-İymanu vəl-küfr fil-kitabi vəs-sünnət, h.q 1416, s.49; Seyid Mürtəza, Rəsailuş-Şərifil-Mürtəza, h.q 1405, c.2, s.280; Şeyx Tusi, Əl-İqdisadul-Hadi, h.q 1400, s.140; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.228; Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.763
- ↑ Sübhani, Əl-İymanu vəl-küfr fil-kitabi vəs-sünnət, h.q 1416, s.49
- ↑ Seyid Mürtəza, Rəsailuş-Şərifil-Mürtəza, h.q 1405, c.2, s.280; Şeyx Tusi, Əl-İqdisadul-Hadi, h.q 1400, s.140
- ↑ Rağib İsfahani, Müfrədate Rağib, h.q 1412, "Küfr" sözünün şərhində
- ↑ Cuhəri, Əs-Sihah, h.q 1404, "Küfr" sözünün şərhində
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, "Küfr" sözünün şərhində
- ↑ Sənduqdar, Əhkame kafiran və mürtdədan dər fiqhe İslami, s.3
- ↑ Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1427, c.4, s.44-46
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.228
- ↑ Meşkini, Müstələhatul-fiqh, h.ş 1392, s.470
- ↑ Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.763
- ↑ Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.41-42
- ↑ Cənnati, Təharətul-kitabi fi fətvəs-Seyyid Həkim, h.q 1390, s.20
- ↑ Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.12, s.391
- ↑ Nümunə üçün baxın: Vəhid Xorasani, Tozihul-məsail, h.q 1421, s.660; Sistani, Tozihul-məsail, h.q 1415, s.501
- ↑ Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, h.q 1410, c.7, s.208
- ↑ Ğərəvi Təbrizi, Ət-Tənqih (Təqrirate dərse xarice fiqh Ayətullah Seyid Əbül-Qasim Xoi, h.q 1407, c.3, s.58-59
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.278-279; Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, c.1, s.69 və c.11, s.30 və c.17, s.96
- ↑ Ğərəvi Təbrizi, Ət-Tənqih (Təqrirate dərse xarice fiqh Ayətullah Seyid Əbül-Qasim Xoi, h.q 1407, c.3, s.59; Meşkini, Müstələhatul-fiqh, h.ş 1392, s.279
- ↑ Nümunə üçün baxın: Kaşiful-ğita, Əsluş-şiə və usuluha, h.q 1413, s.62; Ğərəvi Təbrizi, Ət-Tənqih (Təqrirate dərse xarice fiqh Ayətullah Seyid Əbül-Qasim Xoi, h.q 1407, c.3, s.58-59; Xomeyni, Kitabut-Təharət, h.ş 1398, c.3, s.323
- ↑ Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.45; Şəhid Əvvəl, Əd-Durusuş-Şəriyyə, h.q 1417, c.2, s.51; Əllamə Hilli, Təhrirul-əhkam, h.q 1420, c.1, s.150; Bir qrup yazıçı, Musuətul-fiqhiyyətil-Kuveytiyyə, h.q 1404-1427, c.14, s.164
- ↑ Nümunə üçün baxın: Müqəddəs Ərdəbili, Məcməul-faidətil vəl-burhan, h.q 1403, c.3, s.199
- ↑ Həmdani, Misbahul-fəqih, h.ş 1376, c.7, s.276; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, s.144
- ↑ Hüseyni Amili, Miftahul-kəramət, Daru ihyait-turasil-ərəbi, c.1, s.143
- ↑ Nümunə üçün baxın: Şeyx Tusi, Əl-Məbsut, c.1, s.14; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.1, s.82; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.1, s.421 və c.22, s.199; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, s.145
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.1, s.421
- ↑ Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.1, s.421
- ↑ Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, c.1, s.145
- ↑ Nümunə üçün baxın: Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.5, s.325; Xoyi, Misbahul-fəqahət, h.q 1417, c.3, s.236; İmam Xomeyni, Kitabut-təharət, h.ş 1398, c.3, s.635
- ↑ Fəyumi, Əl-Misbahul-munir, m.2007, "Təkfir" sözünün şərhində
- ↑ Əbdül-Munim, Mucəmul-müstələhatu vəl-əlfazil-fiqhiyyə, c.1, s.487
- ↑ Nümunə üçün baxın: Mühəqqiq Kərki, Cameul-məqasid, h.q 1414, c.1, s.164; Şeyx Ənsari, Kitabut-təharət, h.q 1415, c.5, s.325; Xoyi, Misbahul-fəqahət, h.q 1417, c.3, s.236; İmam Xomeyni, Kitabut-təharət, h.ş 1398, c.3, s.635
- ↑ İbn İdris Hilli, Əs-Sərair, h.q 1410, c.3, s.529; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, h.q 1410, c.9, s.175
- ↑ Cəziri, əl-Fiqhu ələl-məzahibil-ərbəə, hq 1410, c.5, s.194-195
- ↑ Bir qrup yazıçı, Musuətul-fiqhiyyətil-Kuveytiyyə, h.q 1404-1427, c.22, s.184
- ↑ Nümunə üçün baxın: Muncid, Moqeul-İslam Sual və cəvab, h.q 1430, c.1, s.938, Rəfai, Ət-Təvəssulu ila həqiqətit-təvəssül, h.q 1399, s.185
Ədəbiyyat
- İbn İdris Hilli, Məhəmməd ibn Əhməd, Əs-Sərair: Əl-havi Li-təhriril-fətava, Qum, Dəftəre nəşre islami, h.q 1410
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikri lit-təbaə vən-nəşr vət-tuzih, h.q 1414
- İmam Xomeyni, Seyid Ruhullah, Kitabut-təharət, Tehran, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni (r), h.ş 1398
- Babul-həvaici, Sarə, Küfr dər Quran, Dər Dairətul-məarife təşəyyö, c.14, Tehran, Hikmət nəşriyyatı
- Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-Tahirə, Təhqiq: Məhəmməd Təqi İrəvani, Qum, İslami nəşr müəssisəsi, h.q 1405
- Cəziri, Əbdür-Rəhman, əl-Fiqhu ələl-məzahibil-ərbəə, Məkanı məlum deyil, Darul-kutubil-elmiyyə, hq 1410
- Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, Muəssiseye dairətul-məarife fiqhe İslami, h.ş 1387
- Bir qrup yazıçı, Musuətul-fiqhiyyətil-Kuveytiyyə, Küveyt, Darus-səlasil, h.q 1404-1427
- Cənnati, Məhəmməd İbrahim, Təharətul-kitabi fi fətvəs-Seyyid Həkim, Nəcəf, Mətbəətul-qəza, h.q 1390
- Cuhəri, ismail ibn Həmmad, Əs-Sihah: Tacul-luğət və Sihahul-ərəbiyyə, Təhqiq: Əhməd Əbdül-Ğəfur Əttar, Beyrut, Darul-elm lil-məlaiyin, h.q 1404
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Düzəliş: Seyid Məhəmməd Rza Hüseyni Cəlali, Qum, Alul-beyt müəssisəsi, h.q 1416
- Hüseyni Amili, Seyid Məhəmməd Cavad, Miftahul-kəramət, Beyrut, Daru ihyait-turasil-ərəbi, Tarixsiz
- Xoyi, Seyid Əbül-Qasim, Misbahul-fəqahət, Qum, Ənsariyan nəşriyyatı, h.q 1417
- Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Al-Müfrədatun fi ğəribil-Quran, Beyrut, Darul-qələm, h.q 1412
- Rəfai, Məhəmməd Nəsib, Ət-Təvəssulu ila həqiqətit-təvəssül, Beyrut, Daru Lübnan lit-təbaəti vən-nəşr, 3-cü çap, h.q 1399
- Ruhani, Mahmud, Əl-Mucəmul-ihsai lil-əlfazil-Quranil-Kərim, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1368
- Sübhani, Cəfər, Əl-İymanu vəl-küfr fil-kitabi vəs-sünnət, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1416
- Seyid Mürtəza, Əli ibn Hüseyn, Rəsailuş-Şərifil-Mürtəza, Qum, Darul-Quranil-kərim, h.q 1405
- Sistani, Seyid Əli, Tozihul-məsail, Qum, Mehr nəşriyyatı, h.q 1415
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-Şəriyyə fil-fiqhil-İmamiyyə, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
- Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1413
- Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, Təliqiyyə: Seyid Məhəmməd Kəlantər, Qum, Davəri nəşriyyatı, h.q 1410
- Şeyx Ənsari, Mürtəza, Kitabut-təharət, Qum, Konqre cəhani bozorqdaşte Şeyx Ənsari, h.q 1415
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-İqdisadul-Hadi, Məktəbe çehel sütunul-ammə və mədrəsətuha, h.q 1400
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut fi fiqhil-İmamiyyə, Tehran, Məktəbətul-mürtəzəviyyə, h.q 1387
- Sənduqdar, Zaman, Əhkame kafiran və mürtdədan dər fiqhe İslami, Konfranse milli əndişehaye nuin və əxlaq dər müdiriyyət, Hesabdari və mütaliahte hüquqi və ictimai, h.ş 1397
- Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1417
- Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, İsmailiyyan nəşri, h.ş 1363
- Əbdül-Munim, Mucəmul-müstələhatu vəl-əlfazil-fiqhiyyə, Qahirə, Darul-fəzilə, h.q 1419
- Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkamiş-şəriyyə əla məzhəbil-İmamiyyə, Düzəliş: İbrahim Bəhaduri, Qum, İslami nəşr müəssisəsi, h.q 142
- Ğərəvi Təbrizi, Əli, Ət-Tənqihu fi şərhil-ürvətil-vüsqa, (Təqrirate dərse xarice fiqh Ayətullah Seyid Əbül-Qasim Xoi, Qum, Lutfi nəşri, h.q 1407
- Fəyumi, Əhməd ibn Məhəmməd, Əl-Misbahul-munir, Beyrut, Əl-Məktəbətul-əsriyyə, m.2007
- Kaşiful-ğita, Məhəmməd Hüseyn, Əsluş-şiə və usuluha, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, 4-cü çap, h.q 1413
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Qum, İsmailiyyan müəssisəsi, h.q 1408
- Mühəqqiq Kərəki, Əli ibn Hüseyn, Cameul-məqasid, fi şərhil-məqasid, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
- Meşkini, Əli, Müstələhatul-fiqh, Qum, Əl-Hadi nəşri, h.ş 1392
- Müqəddəs Ərdəbili, Əhməd ibn Əhməd, Məcməul-faidətil vəl-burhan fi şərhi İrşadil-əzhan, Düzəliş: Müctəba İraqi, Qum, İslami nəşr müəssisəsi, h.q 1404
- Muncid, Məhəmməd Saleh, Moqeul-İslam Sual və cəvab, Məkanı məlum deyil, Nəşriyyat yeri məlum deyil, h.q 1430
- Musəvi Ərdəbili, Seyid Əbdül-Kərim, Fiqhul-hüdud vət-təzirat, Qum, Əl-Mufid müəssisəsi, h.q 1427
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi Şəraiil-İslam, Mühəqqiq: İbrahim Sultani Nəsəb, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.ş 1362
- Vəhid Xorasani, Hüseyn, Tozihul-məsail, Qum, Baqirul-ulum mədrəsəsi, h.q 1421
- Həmdani, Rza, Misbahul-fəqih, Təhqiq: Məhəmməd Baqiri, Qum, Əl-Muəssisətul-Cəfəriyyə li ihyait-turas, h.ş 1376