Cəm kəffarəsi
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Cəm kəffarəsi (ərəbcə: كفارة الجمع), orucu haram işlə və ya qəsdən adam öldürməklə pozmağın cəzası olaraq nəzərdə tutulmuş vacib kəffarəyə deyilir. Bu kəffarə bir qul azad etmək, altımış gün oruc tutmaq və altımış yoxsula yemək verməkdən ibarətdir. Əlbəttə bəzi müctəhidlərin rəyinə əsasən, haram işlə orucu pozmağa görə cəm kəffarəsi vermək ehtiyata əsaslanır.
Cəm kəffarəsində oruc 31 gün ardıcıl şəkildə tutulmalı və yoxsula verilən yeməyin (buğda, arpa və s. ) miqdarı isə 750 q olmalıdır. Fəqihlərin fətvasına əsasən, hər üç kəffarəni birgə yerinə yetirmək mümkün olmadıqda, kəffarə mümkün olduğu qədər yerinə yetirilməlidir. Onlardan heç birini yerinə yetirmək əsla mümkün olmazsa, istiğfar edilməlidir.
Məfhumu
Cəm kəffarəsi, bəzi haram işləri etməyə görə, bir neçə kəffarənin birgə vacib olmasına deyilir. Bu kəffarələr aşağıdakılardan ibarətdir: bir qulaq azad etmək, altımış gün oruc tutmaq və altımış yoxsula yemək vermək.[1] Kəffarə, bəzi günahları etməyə görə ödənilməsi lazım olan maddi və fiziki cərimədir.[2]
Vacibolma halları
Cəm kəffarəsi, orucu haram işlə və ya qəsədən adam öldürməklə pozanda vacib olur:
Orucu haram işlə pozmaq
Bəzi fəqihlərin fətvasına görə, orucu haram işlə, məsələn, napak bir şey yeməklə, zina, istimna etməklə pozmaq cəm kəffarəsinin vacib olmasına səbəb olur.[3] Bu haram işin əvvəldən haram olması ilə sonradan, məsələn, qeyri-qanuni mənimsəmək və ya napak olmaq və yaxud zərərli olması səbəbi ilə haram olması arasında heç bir fərq yoxdur.[4] İmam Rzadan (ə) nəql edilən bir hədisə görə, orucu haram işlə pozmaq cəm kəffarəsinə səbəb olur.[5] Bəzi müctəhidlər fiqhi qaydalara və müəyyən rəvayətlərə istinad edərək, orucu haram işlə pozmağa görə, yalınız bir kaffərənin vacib olduğunu bildirirlər.[6] Ayətullah Xamenei[7] və Ayətullah Sistani[8] belə hallarda cəm kəffarəsini müstəhəb ehtiyata, bəzi müctəhidlər isə vacib ehtiyata müvafiq bilirlər.[9]
Bəzi fəqihlərə görə, cəm kəffarəsi təkcə ramazan ayının orucunu haram işlə pozmağa aid deyil, digər vacib oruclara da aiddir.[10] Bəzi müctəhidlər sinədən və başdan gələn bəlğəmi də bu hökmə əlavə etmişlər.[11] Həmçinin, bəzi fəqihlərə görə, qana qarışmış ağız suyunu udmaq da cəm kəffarəsinə səbəb olur[12] və vacib ehtiyata müvafiq olaraq, üç kəffarə ödənilməlidir.[13]
Habelə, bəzi müctəhidlərə görə, oruc halında Allahın və Peyğəmbərin (s) adından yalan danışmaq da cəm kəffarəsinə səbəb olur, hərçənd ki, mövzu ilə əlaqədar fikir ayrılıqları mövcuddur.[14]
Qəsdən qətl törətmək
Müsəlmanı bilərəkdən qətlə yetirmək cəm kəffarəsinə səbəb olur.[15] Bu hökm hədislərdə keçmişdir.[16] Həmçinin, rəvayətlərə əsasən, qatilin tövbəsinin qəbul olmasının şərti cəm kəffarəsini ödəməkdir.[17]
Bəzilərinə görə, cəm kəffarəsi ancaq fərd özü qətl törətməyə təşəbbüs göstərəndə vacib olur. Əgər kiminsə vasitəsi ilə və yaxud qətlə əmr etməklə bunu törədərsə, ona kəffarə vacib olmaz.[18]
Qətl kəffarəsi, müsəlman qadının, kişinin, qulun, müstəqil şəxsin, ağıllı adamın, ruhi xəstənin, yaşlı və ya azyaşlının qətlə yetirilməsi ilə vacib olur.[19] Bu höküm ana bətnindəki ruh üfrülmüş dölə də aiddir.[20]
Qətl törədən ruhi xəstəyə və ya azyaşlı uşağa cəm kəffarəsinin vacib olmasına dair yekdil rəy yoxdur. Bəzi müctəhidlərə görə, bu şəxslərin malından yeməyin və qul azad etməyin məbləği götürülməli və orucu isə həddi-buluğa çatandan və yaxud sağalandan sonra tutmalıdırlar.[21]
Əksər fəqihlərə görə, qisasdan sonra yoxsulların yeməyinin və qul azad etməyin məbləği qatilin malından götürülməlidir.[22] Eləcədə əgər qatil kəffarə ödəməzdən qabaq qətlə yetirilərsə, kəffarənin məbləği onun malından götürülməlidir.[23] Əgər qatil qisas hökmünə şamil olmasa belə, məsələn, övladını qətlə yetirən ata kimi, yenə də ona cəm kəffarəsi vacibdir.[24]
Əgər bir neçə nəfər bir nəfəri qətlə yetirərsə, onların hər birinə cəm kəffarəsi vacib olacaq.[25] Bəzi rəvayətlərdə qeyd edilir ki, əgər kimsə haram aylarda qətl törədərsə, kəffarəyə əməl etmək məqsədi ilə həmin aylarda oruc da tutmalıdır.[26]
Hökümlər
Cəm kəffarəsinin bəzi hökümləri
- Altımış günün orucunun ən az otuz bir gününün orucu ardıcıl tutulmalıdır;[27]
- Yoxsula verilən yeməyin miqdarı ən azı 750 q (bir müdd) buğda, arpa və bunlara bənzər şeylər olmalıdır.[28] Əllamə Məclisiyə görə, yeməyin miqdarının bir müdd və yaxud iki müdd olması haqqında fəqihlər arasında fikir ayrılığı mövcuddur;[29]
- Əgər hər üç kəffarəni birgə yerinə yetirmək mümkün olmasa, kəffarə imkan daxilində yerinə yetirilməlidir. Əgər onlardan heç birini yerinə yetirmək əsla mümkün olmazsa, istiğfar edilməlidir.[30]
İstinadlar
- ↑ Şəhid Əvvəl, Ğayətul-mürad, h.q 1414, c.3, s.459; Abi, Kəşfur-rumuz, h.q 1417, c.2, s.259; Şəhid Əvvəl, Lumə, h.q 1410, s.85
- ↑ Meşkini, Mustələhatul-fiqh, h.q 1419, s.438
- ↑ Şeyx Bəhayi, Came Abbasi, h.q 1429, s.462; Bəhrani, Sidadul-ibad, h.q 1421, s.229; Əllamə Hilli, İrşadul-əzhan, h.q 1410, c.2, s.97; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.931
- ↑ Fəqani, Məsailu ibni Təyyi, s.178; Şəhid Sani, Haşiətul-muxtəsərin-nafi, h.q 1422, s.61; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.930-931
- ↑ Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.378
- ↑ Səyməri, Ğayətul-məram, h.q 1420, c.1, s.319
- ↑ Xamenei, Əcvəbətul-istiftaat, h.q 1420, c.1, s.135
- ↑ Sistani, Tozihul-məsail, h.ş 1393, s.298-299
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1409, c.2, s.126; İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.344
- ↑ Fəqani, Məsailu ibni Təyyi, s.178
- ↑ Məclisi, Ləvamiu sahibqərani, h.q 1414, c.3, s.248; Şəhid Sani, Haşiətul-muxtəsərin-nafi, h.q 1422, c.1, s.309
- ↑ Kermanşahi, Məqamiul-fəzl, h.q 1421, c.2, s.249
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1426, s.349
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.931
- ↑ Bəhrani, Uyunu həqaiqin-nazirə, h.q 1410, c.2, s.310
- ↑ Kuleyni, Əl-Kafi, c.7, s.276; Şeyx Tusi, Təhzibul-əhkam, h.q 1407, c.10, s.162-165; Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.4, s.95-96; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.29, s.34
- ↑ Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.2, s.367; İbn İdris Hilli, Əs-Sərairul-havi, h.q 1410, c.3, s.33; Hürr Amili, Hidayətul-ummət, h.q 1412, c.8, s.467
- ↑ Fəxrul-muhəqqiqin, İyzahul-fəvaid, h.q 1387, c.4, s.751; Məclisi, Hudud və qisas və diyat, Tehran, s.160
- ↑ Abi, Kəşfur-rumuz, h.q 1417, c.2, s.681; Məclisi, Hudud və qisas və diyat, Tehran, s.160
- ↑ Hairi, Əş-şərhus-səğir, h.q 1409, c.3, s.520
- ↑ Məclisi, Hudud və qisas və diyat, Tehran, s.161
- ↑ Məclisi, Hudud və qisas və diyat, Tehran, s.160
- ↑ Fəqani, Əd-Durrul-Mənzud, h.q 1418, s.333
- ↑ Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, h.q 1420, c.5, s.460
- ↑ Hilli, İrşadul-əzhan, h.q 1410, c.2, s.97; Fəxrul-muhəqqiqin, İyzahul-fəvaid, h.q 1387, c.4, s.751; Məclisi, Hudud və qisas və diyat, Tehran, s.161
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.10, s.380-381
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1409, c.1, s.302
- ↑ Məkarim Şirazi, Tozihul-məsail, h.q 1429, s.263
- ↑ Məclisi, Hudud və qisas və diyat, Tehran, s.160
- ↑ İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.930-931
Ədəbiyyat
- Abi, Həsən ibn Əbi Talib, Kəşfur-rumuz, Təhqiq: Əli Pənah İştihardi və Həsən Yəzdi, Qum, Dəftəre enteşarate İslami, h.q 1414
- İbn İdris Hilli, Məhəmməd ibn Mənsur, Əs-Sərairul-havi, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
- İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, Darul-ilm mətbuat müəssisəsi, h.q 1409
- İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Təhqiq: Seyyid Məhəmməd Hüseyn Bəni Haşim, Qum, Dəftəre enteşarate İslami, h.q 1424
- Bəhrani, Hüseyn ibn Məhəmməd, Sidadulibad, Təhqiq: Möhsin Ali, Qum, h.q 1421
- Bəhrani, Hüseyn ibn Məhəmməd, Uyunul-həqaiqin-nazirə, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
- Hairi, Seyyid Əli, Əş-Şərhus-səğir, Təhqiq: Seyyid Mehdi Rəcai, Qum, h.q 1409
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1409
- Hürr Amili, Məhəmməd ibn Həsən, Hidayətul-ummət, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, h.q 1412
- Xamenei, Seyyd Əli, Əcvəbətul-istiftaat, Beyrut, Əd-Darrul-İslamiyyə, h.q 1420, 3-cü çap
- Sistani, Seyyid Əli, Tozihul-məsail, Məşhəd, h.ş 1393
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Lumə, Təhqiq: Məhəmməd Təqi Mirvarid, Beyrut, Darut-turas, h.q 1410
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Ğayətul-murad, Təhqiq: Rza Muxtari, Qum, h.q 1414
- Şəhid Sani, Zeynuddin ibn Əli, Haşiyətul-irşad, Təhqiq: Rza Muxtari, Qum, h.q 1422
- Şəhid Sani, Zeynuddin ibn Əli, Haşiətul-muxtəsərin-nafi, Qum, h.q 1422
- Şeyx Bəhayi, Bəhauddin, Came Abbasi, Yeni çap, Dəftəre enteşarate İslami, h.q 1429
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, h.q 1413
- Tusi, Məhəmməd ibn Həsən, Təhzibul-əhkam, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Əllamə Hilli, Həsən ibn Yusif, İrşadul-əzhan, Qum, Dəftəre enteşarate İslami, h.q 1410
- Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Təhqiq: İbrahim Bəhaduri, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1420
- Əllamə Məclisi, Məhəmməd Baqir, Hudud vəqisas və diyat, Təhqiq: Əli Fazil
- Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan, Qum, Mürtəzəviyyə nəşri, h.q 1425
- Fəxrul-Muhəqqiqin, Məhəmməd ibn Həsən, İyzahul-fəvaid, Təhqiq: Seyyid Hüseyn Musəvi Kermani, Qum, İsmailiyyan müəssisəsi, h.q 1387
- Fəqani, Əli ibn Əli, Əd-Durrul-mənzud, Təhqiq: Məhəmməd Bərəkət, Qum, h.q 1418
- Fəqani, Əli ibn Əli, Məsailu ibni Təyy - Əl-Məsailul-fiqhiyyə
- Kermanşahi, Məhəmməd Əli, Məqamiul-fəzl, Qum, h.q 1421
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Təqi, Ləvamiu sahibqərani, Qum, İsmailiyyan müəssisəsi, h.q 1414
- Məkarim Şirazi, Nasir, Tozihul-məsail, Qum, İmam Əli (ə) mədrəsəsi, 52-ci çap, h.q 1429