Çaharqul

wikishia saytından
(Zatul-Qəlaqil surələri səhifəsindən yönləndirilmişdir)

Çaharqul (ərəbcə: القلاقل) və ya Çarqul ifadəsi dörd "Kafirun", "İxlas", "Fələq" və "Nas" surələri üçün işlədilən addır ki, hamısı "qul" sözü ilə başlayır. Bu surələrə "Qul" və "Zatul-Qəlaqil" surələri də deyilir. Peyğəmbərdən (s) nəql edilən və "Zatul- Qəlaqil" hədisi kimi tanınan rəvayətə görə, bəlalardan qorunmaq üçün qeyd olunan dörd surənin oxunması tövsiyə edilir.

Tərif

Çaharqul və ya onun qısaldılmış forması Çarqul, Quranın "de" mənasını verən "qul" ifadəsi ilə başlayan dörd surəsinin adıdır.[1] Bu surələr bunlardır: "Kafirun" surəsi ki, "qul yə əyyuhəl-kafrun" ifadəsi ilə başlayır. Birinci ayəsi "qul huvəllahu əhəd" olan İxlas surəsi. "Qul əuzu bi rəbbil fələq" ayəsi ilə başlayan Fələq surəsi və ilk ayəsi "qul əuzu bi rəbbinnas" olan "Nas" surəsi.[2]

Bu dörd surəyə şamil edilən digər adlar isə bunlardır: "Qul surələri",[3] "Qəlaqil" və "Zatul-Qəlaqil".[4]

"Cin" surəsi də "qul"[5] ifadəsi ilə başlayır, bununla belə, "Çaharqul" adı ilə məşhur olan surələr arasında qeyd olunmur.[6]

Fəzilətlər və xüsusiyyətlər

İslam rəvayətlərində "Çaharqul"u oxumaq üçün xüsusi fəzilət qeyd olunmayıb; lakin bəzi hədislərdə təhlükələrdən qorunmaq üçün "İxlas", "Fələq" və "Nas" surələrini "Həmd"[7] və ya "Ayətül-Kürsi"[8] ilə birlikdə oxumaq tövsiyə olunur. Həmçinin "Çaharqul" və "Nəsr" surəsini oxumaq tövsiyə olunur.[9]

Gecə namazındaRəcəb ayının gecələrindəki digər müstəhəb namazlarında "Çaharqul"un oxunması sifariş olunmuşdur.[10] "Zatul-Qəlaqil" hədisi kimi tanınan Peyğəmbərin (s) bir hədisində özünüzü, övladlarınızı və malınızı zərərdən qorumaq üçün bu dörd surəni oxumaq tövsiyə olunur.[11]

"Çaharqul", müxtəlif dövrlərdə iranlıların ümumi mədəniyyətinin bir elementi olmuşdur və təhlükələrdən qorunmaq üçün oxunmuşdur; Necə ki, hicri 5-ci əsrdə yaşamış farsdilli şair Sənai Qəznəvi öz şeirlərinin birində "Çarqul"u hirz adlandırmışdır.[12] Necə ki, İran hekayə yazarı Cəlal Ali Əhmədin (vəfatı: şəmsi təqvimi ilə 1348-ci il) hekayələrindən birində deyilir: "Səhərlər dükanını açanda "Çaharqul"u oxuyur".[13]

Əl-Qəlaqil təfsiri

Şiə filosofu İbn Sina "Təfsirul-Qəlaqil" kitabında "Çaharqul"dan üç surəyə (İxlas, Fələq və Nas) şərh vermişdir. Bu əsər Ehsan Yarşater tərəfindən "Tövhid" surəsinin təfsiri, "Fələq" surəsinin təfsiri və "Nas" surəsinin təfsiri adı ilə beş risalədə nəşr edilmişdir.[14] Həmçinin hicri 7-ci əsrin təfsirçilərindən olan Mahmud ibn Məhəmməd Həsəni Vaiz də "Bəlabilul-Qəlaqil" kitabında "qul" ifadəsi ilə başlayan ayələri təfsir etmişdir.[15]

İstinadlar

  1. Lisani Fişarəki, Çahar Qul, s.657
  2. Həriri, Fərhənge İstələhate Qurani, h.ş 1384, s.118
  3. Ramyar, Tarixe Quran, h.ş 1362, s.597
  4. Lisani Fişarəki, Çahar Qul, s.657
  5. Cin surəsi, ayə 1
  6. Lisani Fişarəki, Çahar Qul, s.657
  7. Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.ş 1370, c.5, s.705
  8. Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.ş 1370, c.5, s.702
  9. Təbərsi, Məcməul-bəyan, h.q 1406, c.10, s.839; Əbul-Futuh, Rəvzul-cinan, h.ş 1371, c.20, s.433; Siyuti, Təfsirud-durril-mənsur, h.q 1420, c.8, s.658
  10. Xətib Şirbini, Muğnil-Muhtac, h.q 1377, c.1, s.221; Şafei, İanətut-talibin, h.q 1418, c.1, s.290
  11. Qütbi Ravəndi, Səlvətul-həzin, h.q 1407, s.85; Aqabozorq Tehrani, Əz-Zəriə, c.6, s.376
  12. Hüseyni, Təshihe abyati əz hədiqe Sinayi bər əsase qədimitərin nüsxeye xətti, s.19
  13. Həllaczade, Cəlal və nəsre şekəsteye müasir, s.28
  14. İbn Sina, Pənc risalə, h.ş 1383
  15. Ələvimehr, Əl-Mədxəlu ila tarixit-təfsiri vəl-müfəssirin, h.q 1435, s.312-314

Ədəbiyyat

  • Aqabozorq Tehrani, Məhəmməd Möhsin, Əz-Zəriə, Beyrut, Darul-əzva
  • İbn Sina, Hüseyn ibn Abdullah, Pənc risalə, h.ş 1383
  • Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1371
  • Şafei, Osman ibn Məhəmməd, İanətut-talibin, Beyrut, Darul-fikr, h.q 1418
  • Həriri, Məhəmməd Yusif, Fərhənge İstələhate Qurani, Qum, Hicrət, h.ş 1384
  • Hüseyni, Məryəm, Təshihe abyati əz hədiqe Sinayi bər əsase qədimitərin nüsxeye xətti, h.ş 1379
  • Həllaczade, Leyla, Cəlal və nəsre şekəsteye müasir, h.ş 1389
  • Hüveyzi, Əbdü Əli ibn Cümə, Təfsiru Nuris-səqəleyn, Təhqiq: Haşim Rəsuli Məhəllati, Qum, h.ş 1370
  • Xətib Şirbini, Məhəmməd ibn Əhməd, Muğnil-Muhtac, Qahirə, h.q 1377
  • Ramyar, Mahmud, Tarixe Quran, Tehran, Əmir Kəbir, h.ş 1362
  • Siyuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Təfsirud-durril-mənsur, c.8, Beyrut, Darul-fikr, h.q 1420
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Düzəliş: Haşim Rəsuli Məhəllati, c.1, Beyrut, Darul-mərifət, h.q 1406
  • Ələvimehr, Hüseyn, Əl-Mədxəlu ila tarixit-təfsiri vəl-müfəssirin, Qum, h.q 1435
  • Qütbi Ravəndi, Səlvətul-həzin, Qum, Dəlile ma, h.q 1407
  • Lisani Fişarəki, Məhəmməd Əli, Çahar Qul, مدخل چار قل،

Xarici keçidlər