Duanın qəbul olunması

wikishia saytından
(İcabəte dua səhifəsindən yönləndirilmişdir)

Duanın qəbul olunması (ərəbcə: استجابة الدعاء), Allah tərəfindən bəndələrin istəklərinə cavab vermək və onları qəbul etməkdir. Allah Quranda bəndələrinə etdikləri duaların qəbul olunacağını vəd etmişdir; Baxmayaraq ki, bəzi hallarda bəndələrin məsləhətinə olmaması kimi səbəblərdən duaların yerinə yetirilməsi gecikir. "Nəhcül-bəlağə"də İmam Əlinin (ə) İmam Həsənə (ə) ünvanladığı məktubunda duanın qəbul olunmasının gecikməsi üçün üç səbəb qeyd olunur:

"Bəzən insanın niyyətində problem olur, bəzən Allah insana daha böyük mükafat vermək niyyətindədir, bəzən də Allah başqa vaxt bəndəsinə ondan daha yaxşısını verəcək".

"Müstəcabud-dəva" duaları qəbul olunan şəxsə deyilir. Hədislərdə valideynlərin övladları üçün etdiyi duası, məzlumun zalıma qarşı etdiyi duası, imamın və ədalətli rəhbərin öz qövmü üçün etdiyi duası, möminin mömin qardaşı üçün etdiyi duası Allah tərəfindən rədd edilməyəcək dualardan sayılmışdır.

Ayə və rəvayətlərdə duanın qəbul olunması dua edənin qəlbi niyyəti ilə dilinin eyni olması, Allahdan başqasından ümidini kəsməsi və Allahı tanıması kimi bəzi şeyləri riayət etməyə bağlı olduğu bildirilmişdir. Həmçinin günah, haram yemək, yaxşı işlərə dəvət edib, pis əməllərdən çəkindirmək kimi bəzi davranışlar da duanın qəbul olunmasının maneələri kimi qeyd edilmişdir.

Duanın qəbul olunması müəyyən zaman və məkanla məhdudlaşmır; Lakin rəvayətlərə görə, Ərəfə günüQədr gecəsi kimi bəzi vaxtlarda, eləcə də bəzi yerlərdə, məsələn, Kəbənin yanında, Peyğəmbərin (s) qəbrinin ətrafında, məsum İmamların (ə) qəbirlərinin yanında və xüsusilə İmam Hüseynin (ə) günbəzi altında edilən dua qəbul olunmağa daha yaxındır.


İlahi vədə

Duanın qəbul olunması istəyə cavab vermək və onu qəbul etmək deməkdir.[1] Allah bəndələrinə Quranın bir neçə ayəsində duaların qəbul olunacağını vəd etmişdir.[2] "Mucib" Allahın adlarındandır ki, bəndələrin istəklərinə cavab verən deməkdir.[3]

Əllamə Təbatəbainin fikrincə, duanın qəbul olunması insan həyatında baş verən daimi bir şeydir.[4] Lakin duaların qəbul olunması üçün verilən vədə insanın hədəflərinə çatmaq səylərini əvəz etməməli, zahiri vasitələri kənara qoymasına və onun həyatının təbii yolunu pozmasına səbəb olmamalıdır.[5]

Səbəblər və şərtlər

Ayə və rəvayətlərdə duaların qəbul olunmasının bəzi şərtlərin yerinə yetirilməsi və bunun üçün lazım olan vasitələrin hazırlanması kimi məsələlərdən asılı olduğu bildirilmişdir. Onlardan bəziləri bunlardır:

  • Duada qəlb ilə dilin uyğunluğu: Quranda bəndələrin duasının qəbul olunmasının qəti olduğu bildirilib, bir şərtlə ki, Allaha həqiqi mənada dua etsinlər.[6] Əllamə Təbatəbai həqiqi mənada dua etməyi qəlb və dilin eyni zamanda Allahı səsləməsi kimi təfsir etmişdir.[7] Həmçinin İmam Əlidən (ə) nəql olunur ki, Allah qəflətdə olan qəlb ilə edilən duanı qəbul etməz.[8]
  • Allahdan qeyrisindən ümüdünü kəsmək: zahiri və xəyali səbəblərdən əl çəkmək və ixlasla Allahı çağırmaq lazımdır. Çünki Allah Bəqərə surəsinin 186-cı ayəsində bəndələrin yalnız Onu çağırmasını istəmişdir.[9]
  • Allahı tanıyaraq dua etmək: Bir rəvayətə əsasən, İmam Sadiq (ə) duanın qəbul olunmaması barədə soruşan bir qrupa belə cavab verdi: "Dua edilən şəxsin tanınmaması və ona mərifətin olmaması duanın qəbul olunmamasına səbəb olur.[10]
  • Xüzu və xüşu: “Əraf” surəsinin 55-ci ayəsi möminlərdən Allahın adını xüzu və xüşu halında çağırmalarını istəyir. İmam Sadiq (ə) da duanın qəbul olunduğu vaxtlardan biri barəsində buyurur ki, insan Allahın hüzurunda gözləri yaşla, bədəni titrəyərək və qəlbi sınmış vəziyyətdə dayandığı zaman duası qəbul olar.[11]
  • Saleh əməllərlə yanaşı dua: Duanın qəbul olunması üüçün saleh əməllər etmək və xüsusilə sədəqə vermək tövsiyə edilmişdir.[12] Allah Quranda iman gətirib yaxşı işlər görənlərin etdikləri duaları qəbul edəcəyini vəd etmişdir.[13]
  • Möminlərlə birlikdə dua etmək: İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə gəlib ki, qırx mömin bir yerə toplaşıb dua etsələr, Allahın onların duasını qəbul etməməsi mümkün deyil.  O Həzrət özü də çətinliyə düşəndə ​​ailəsini və övladlarını yığıb dua edər və onlar Amin deyərdilər.[14]
  • Çətinliyə düşməmiş dua etmək: Problem və çətinliklər baş verməmiş, yəni rahatlıq və sağlamlıq vaxtında dua etməyin duaların qəbul olunması, bəlaların qarşısının alınması və sıxıntı zamanı ehtiyacların həll olunması kimi təsirləri vardır. İmam Sadiqdən (ə) nəql edilən rəvayətə görə, hər kim müsibətə düşməzdən əvvəl dua edərsə, müsibətə düçar olanda duası qəbul olar və mələklər onun səsini eşidib deyərlər: Bu, tanış səsdir və onun duası rədd edilməyəcək. Həmçinin hər kəs çətinliyə düşməmiş dua etməsə, (yalnız bəlaya və çətinliyə düçar olanda dua etsə) duası qəbul olunmaz. O, dua etdiyi zaman mələklər deyərlər: Bu səs bizə tanış deyil və biz onu tanımırıq.[15] İmam Sadiqin (ə) başqa bir rəvayətində deyilir: "Rahatlıq və sağlamlıq vaxtında çox da duaya meyl etməyən və yalnız bəla ilə üzləşdiyi zaman dua edən şəxsə deyiləcək ki, bu günə qədər harada idin? (أَيْنَ كُنْتَ قَبْلَ الْيَوْمِ).[16]
  • Rahatlıq zamanı çoxlu dua etmək: İmam Sadiq (ə) bir rəvayətdə buyurur ki, hər kəs çətin anında duasının qəbul olmasını istəyirsə, rahatlıq içində olduğu zaman çoxlu dua etsin.[17]

Həmçinin istiğfar edərək[18]Əhli-beytə (ə) təvəssül etməklə dua etmək[19] duanın qəbul olunmasının digər şərt və vasitələri kimi təqdim edilmişdir.

  • Dua etməkdən yorulmamaq: İmam Rza (ə) imam Baqirdən (ə) nəql edir ki, iman sahibi insanın rifah və rahatlıqda olduğu kimi, sıxıntı və çətinlikdə də dua etməsi münasibdir. Sonra İmam Rza (ə) buyurdu: "Elə isə dua etməkdən yorulmayın".[20]
  • Hədislərdə doğru danışmaq, halal qazanc əldə etməksileyi-rəhim etmək də dua edənə tövsiyə edilən işlərdəndir.[21]
  • İbadət:

"Kumeyl" duasında bəndələrin ibadətləri duanın mütləq qəbul edilməsinin şərtlərindən sayılır. İmam Əli (ə) duanın son hissələrində buyurur: فَاِنَّكَ قَضَيْتَ عَلى عِبادِكَ بِعِبادَتِكَ، وَ اَمَرْتَهُمْ بِدُعائِكَ، وَ ضَمِنْتَ لَهُمُ الإِجابَةَ "İlahi, həqiqətən, Sən bəndələrinin Sənə ibadət etmələrini hökm etdin və onlara dua etməyi əmr etdin və dualarının qəbul olunacağına zəmanət verdin".[22]

Duanın vaxtı və yeri

Duanın qəbul olunması müəyyən zaman və məkanla məhdudlaşmır; Lakin rəvayətlərə görə, Ərəfə günü və Qədr gecəsi kimi bəzi vaxtlarda, eləcə də bəzi yerlərdə, məsələn, Kəbənin yanında, Peyğəmbərin (s) qəbrinin ətrafında, məsum İmamların (ə) qəbirlərinin yanında və xüsusilə İmam Hüseynin (ə) günbəzi altında edilən dua qəbul olunmağa daha yaxındır. Duaların qəbulu müəyyən vaxt və məkanla məhdudlaşmır, duaların qəbul edilməsi üçün bəzi vaxtlar və yerlər təyin edilmişdir; Hədislərdə Qədr gecəsi, Nimeyi-şaban, Rəcəb ayının 27-si, Fitr bayramı, Ərəfə günü, Qurban bayramı, Məhərrəm ayının ilk günü, sübh və azan vaxtı, cümə gecəsi, yağış yağanda, vacib namazlardan sonra, Kəbəni görmə anı və Rəcəb ayı, Şaban ayı və Ramazan ayı kimi xüsusi aylar duaların qəbul olunma ehtimalının daha çox olduğu vaxtlardan sayılmışdır.[23]

Həmçinin rəvayətlərdə Məkkə şəhəri, Məscidül-həram, Kəbə, Qara daşın yanı, Yəmani sütunu, Hicr İsmayıl, Ərəfat səhrası, İslam Peyğəmbərinin (s) qəbrinin ətrafı, Rəvzətun-Nəbi, şiə imamlarının ziyarətgahı, xüsusilə də İmam Hüseynin (ə) günbəzinin altr.[24] Səhlə və Kufə məscidləri duaların daha çox qəbul olunduğu deyilən yerlərdəndir.[25]

Duanın qəbul olunmasının maneələri

Ayə və rəvayətlərdə duaların qəbul edilməsinə maneələr vardır ki, onlardan bəziləri bunlardan ibarətdir:

  • Günah: İmam Baqirdən (ə) nəql olunan bir rəvayətdə günah insanın duasının qəbul olunmasına mane olan ən mühüm amillərdən biri kimi təqdim edilir.[26] İmam Səccad (ə) da pis niyyətli, pis xasiyyətli, din qardaşlarına qarşı riyakar olmağı, vacib namazları gecikdirib vaxtında qılmamağı, nalayiq danışmağı və sədəqə verməməyi duanın qəbul olunmasına mane olan günahlardan hesab edir.[27] Həmçinin rəvayətlərə əsasən, zülm etmək,[28] ata-anaya itaətsizlik etmək, qohumlarla əlaqəni kəsmək,[29] əhdi pozmaq[30] söz gəzdirmək[31] duanın qəbul olmasının digər maneələrindəndir. "Kumeyl" duasında  Allahdan insanın dualarının həbs olunmasına və qəbul olunmamasına səbəb olan günahların bağışlanması istənilir.[32]
  • Haram tikə: Rəvayətlərə görə, haram qazanc əldə etmək və haram yemək insanın qırx gün duasının qəbul olmasına mane olur.[33] Allah bir qüdsi hədisdə haram yeyənlərdən başqa bütün bəndələrinin duasını qəbul edəcəyini vəd etmişdir.[34]
  • Yalnız çətinliklərdə dua etmək: Rəvayətlərə görə, çətinlikdə duasının qəbul olmasını istəyən insan rahatlıq və rifah içində olanda da Allahı və dua etməyi unutmamalıdır.[35]
  • Əhli-Beytin (ə) vilayətində şəkk etmək: Bir rəvayətə görə, Əhli-beytin (ə) vilayətinə qəlbində şəkk olan şəxs, ömrü boyu dua etsə belə, duası qəbul edilməyəcək.[36]
  • Xəyanət və vəfasızlıq: İmam Əli (ə) duaların cavabsız qalması haqqında sual edən şəxsin cavabında səkkiz yerdə insanların qəlbindəki xəyanət və vəfasızlığının duanın qəbul olunmasına maneə kimi təqdim etdi. Allahı tanıyıb onun haqqını yerinə yetirməmək, İslam Peyğəmbərinə (s) iman gətirmək və onun həyat tərzinə tabe olmamaq, Quran oxuyub ona əməl etməmək, sözdə cəhənnəmdən qorxmaq və davranışda ona doğru hərəkət etmək, sözdə cənnətə rəğbət bəsləyib əməldə isə ondan uzaq olmaq, Allahın nemətlərindən yemək və ona nankorluq etmək, insanların eyiblərini görmək və öz eyiblərini görməmək, dildə şeytanla düşmənçilik və əməldə onunla dostluq etmək qəlbin xəyanətləridir ki, imam Əli (ə) onları duaların qəbul olunmasına maneə hesab edir.[37]

Həmçinin yaxşılığa əmr edib və pislikdən çəkindirməyi tərk etmək[38]namazı yüngül saymaq[39] duaların qəbul olunmasına maneə sayılmışdır.

  • Zəhmət çəkmədən və vəzifəyə diqqət yetirmədən dua etmək:

Baxmayaraq ki, dua həm Allahı çağırmaq, həm də Allahdan istəməkdir, lakin bu, öz vəzifəsini tərk etmək, öz istəklərini yerinə yetirmək üçün münasib və lazımi alət və vasitələrdən istifadə etməmək demək deyil. Əsasən, dua hərəkətlə birlikdə olunmalıdır, əks halda, əməl etmədən, laqeydliklə və vəzifədən qaçaraq edilən duanın qəbul olunacağını heç vaxt gözləmək olmaz. Bəzi hədislərdə Allahın bəxş etdiyi vasitələrə əhəmiyyət vermədən problemlərinin həll olunmasını istəyənlərdən bəhs edilir. Hədislərdə belə duaların nümunələri qeyd edilmişdir ki, bunlardan ibarətdirlər:

  1. Allahın mal-dövlət bəxş etdiyi şəxs, israfçılıqla və yersiz xərcləmələrlə malını hədər edər. Bununla belə Allahdan ruzi istəyər.
  2. Həyat yoldaşının pis xasiyyətindən, onun daimi inciməsindən bezmiş və Allahdan onu o qadının əlindən rahat etməsini istəyən kişi, halbuki Allah onun üçün boşanma kimi bir yol qoymuşdur.
  3. Qonşusunun tez-tez əziyyət etməsindən şikayət edən şəxs ki, buna görə ona nifrin edir, o isə evini satıb uyğun yerdə özünə ev ala bilər.
  4. O kəs ki, evdə oturub iş görmür və Allahdan ruzi diləyir, halbuki Allah onun ruzi qazanması üçün müxtəlif vasitələr qərar verib.
  5. Bir şəxs başqasına borc verib və borclu ondan borc aldığını inkar edir. Sonra əllərini Allahın dərgahına qaldırıb dua edir və Allahdan malının qayıtmasını istəyir. Bir halda ki, Allah ona borc verdiyi zaman şahid tutmasını əmr etmişdir.[40] İki mətləbə diqqət etmək lazımdır: ki, bunlar yalnız insanların namazın işdən, səydən, ciddilikdən və plan qurmağı dayandırmaq olduğunu düşündüyü hallara misaldır. Biri odur ki, bunlar insanların dua etməyin işi, səy göstərməyi, ciddiliyi və proqram tökməyi dayandırmaq olduğunu düşündüyü hallara misaldır. Onlar işlərinin yalnız dua ilə həll olması üçün çalışırlar. Həmçinin başqa bir mətləb də budur ki, bu rəvayətlərdə qeyd olunanlar yalnız hər bir problemin bir həlli olduğuna diqqət yetirməkdir. Onun mənası bu deyil ki, həyat yoldaşı ilə problemi olan hər kəs yalnız boşanma variantı haqqında düşünməlidir. Yaxud qonşusu ilə problem yaşayan hər kəs yalnız yaşayış yerini dəyişməyi düşünməlidir.

Duanın qəbul olmasınının gecikməsinin səbəbləri

Əllamə Təbatəbaiyinin dediyinə əsasən, şərtlərə riayət etməklə və maneələri aradan qaldırmaqla duanın qəbul olunması qəti ilahi qanunlardandır.[41] Amma bəzən bəzi məsləhət və hikmətlərə görə duaların qəbul olması gecikir.[42] Bu hikmətlərdən bəziləri bunlardır:

  • Bəndələrin məsləhətinə olmaması: Bəzən insan Allaha xeyrinə və məsləhətinə olmayan bir dua edir. Ona görə də Allah onu qəbul etməyi təxirə salır və ya qəbul etmir. Quranda müsəlmanlara xitab olunur ki, bəzən sizin üçün zərərli olan bir şeyi bəyənirsiniz və ya sizə faydalı olan bir şeyə nifrət edirsiniz, halbuki Allah sizin mənfəətlərinizi sizdən daha yaxşı bilir.[43] İmam Əli (ə) da oğlu İmam Həsənə (ə) xitab edərək buyurur: "Nə çox şeylər var ki, sən onları istəyirsən, amma sənin dininin və dünyanın məhvi onlardadır.[44]
  • "Nəhcül-bəlağə"də İmam Əlinin (ə) İmam Həsənə (ə) ünvanladığı məktubunda duanın qəbul olunmasının gecikməsi üçün üç səbəb qeyd olunur: "Bəzən insanın niyyətində problem olur, bəzən Allah insana daha böyük mükafat vermək niyyətindədir, bəzən də Allah başqa vaxt bəndəsinə ondan daha yaxşısını verəcək".[45] İmam Səccad (ə) da belə buyurur: "Möminin duasının üç faydadan biri vardır: Ya onun üçün axirət zəxirəsi qərar verər, ya bu dünyada yerinə yetər, ya da ona yetişəcək bir bəlanı ondan uzaqlaşdırar".[46]

Müstəcabud-dəva

Müstəcabud-dəva o şəxsə deyilir ki, onun duaları qəbul olar və ya duası cazibədar olar.[47] Rəvayətlərdə gəlib ki, ata-ananın övladları üçün etdikləri dua, məzlumun zalımlara qarşı etdiyi dua, ümrə həccini yerinə yetirənin duası, oruc tutanın duası, imam və ədalətli rəhbərin öz xalqı üçün etdiyi dua və möminin digər möminlər üçün etdiyi dua rədd edilməz.[48]

Həmçinin bir rəvayətdə İmam Həsəndən (ə) nəql olunur ki, hər kəs Allahın razı olmadığı işlərin qəlbindən keçməməsinə diqqət etsə, mən onun müstəcabud-dəva olmasına zəmanət verərəm.[49]

İstinadlar

  1. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, Cəvəbə sözünün şərhi
  2. Bəqərə surəsi, ayə 186; Ğafir surəsi, ayə 60; Şura surəsi, ayə 26
  3. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, Cəvəbə sözünün şərhi
  4. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.31
  5. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.1, s.647
  6. Bəqərə surəsi, ayə 186
  7. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.33
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.473
  9. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.33
  10. Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.368
  11. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.7, s.73
  12. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.4, s.165; İbn Şöbe, Tuhəful-uqul, h.q 1404, s.111
  13. Şura surəsi, ayə 26
  14. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.487
  15. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.472
  16. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.472
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.472
  18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.486
  19. Məclisi, Biharul-ənvar, h.q 1403, c.91, s.21
  20. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.367
  21. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.367
  22. Məfatihul-cinan, Kumeyl duası
  23. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.477-478, 522-525; c.3, s.414, 416; c.4, s.67, 155; Səduq, Əl-Əmali, h.ş 1376, s.671, 701; Tirmizi, Sunən, h.q 1403, c.5, s.223
  24. İbn Fəhd Hilli, Uddətut-dai, h.q 1407, s.57
  25. Əşəri Qumi, Ən-Nəvadir, h.q 1408, s.140; Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.409, 411, 530-532, 551; Qazi Numan, Dəaimul-İslam, c.1, s.293; Səduq, Əl-Əmali, h.ş 1376, s.684; Tusi, Təhzibul-əhkam, h.q 1407, c.6, s.35, 108; Müttəqi Hindi, Kənzul-ummal, h.q 1409, c.12, s.194-222
  26. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.271
  27. Səduq, Məaniul-əxbar, h.q 1403, s.271
  28. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.334
  29. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.448; Həlvani, Nəzhətun-nazir, h.q 1408, s.37
  30. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.368
  31. Məclisi, Biharul-ənvar, h.q 1403, c.75, s.268
  32. Tusi, Misbahul-mutəhəccid, h.q 1411, s.844
  33. Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.358, 373
  34. İbn Fəhd Hilli, Uddətut-dai, h.q 1407, s.139
  35. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.7, s.40
  36. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.401
  37. Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.376-377
  38. Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.378
  39. Məclisi, Biharul-ənvar, h.q 1403, c.83, s.21
  40. Kuleyni, Əl-Kafi, h.q 1407, Çap: Darul-hədis 7 c.97, s.514
  41. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.2, s.32
  42. Qiraəti, Nur təfsiri, h.ş 1388, c.1, s.289
  43. Bəqərə surəsi, ayə 216
  44. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, h.q 1414, s.399
  45. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, h.q 1414, s.399
  46. İbn Şöbe, Tuhəful-uqul, h.q 1404, s.280
  47. Dəhxoda, Lüğətnamə, Müstəcab sözü
  48. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.510; Məclisi, Biharul-ənvar, h.q 1403, c.90, s.356; c.93, s.256
  49. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.62

Ədəbiyyat

  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Hicrət, h.q 1414
  • İbn Şöbe Hərrani, Həsən ibn Əli, Tuhəful-uqul, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.q 1404
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikr, Daru-sadir, h.q 1414
  • İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Uddətut-dai, Tehran, Darul-kutubil-İslami, h.q 1407
  • Əşəri Qumi, Əhməd ibn Məhəmməd ibn İsa, Ən-Nəvadir, Qum, İmam Hadi (ə) müəssisəsi, h.q 1408
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənut-Tirmizi, Beyrut, h.q 1403 \ m. 1983
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1409
  • Dəhxoda, Lüğətnamə, Tehran, Tehran universiteti nəşriyyatı, h.ş 1377
  • Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Qum, Besət müəssisəsi, h.q 1417
  • Səduq, Məhəmməd ibn Əli, Düzəliş: Əli Əkbər Ğəffari, Məaniul-əxbar, Qum, h.q 1403
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, h.q 1390
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mutəhəccid, h.q 1411
  • Qazi Numan, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum
  • Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, h.ş 1388
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, h.q 1407, Çap: Darul-kutubil-İslamiyyə
  • Müttəqi Hindi, Kənzul-ummal, Beyrut, h.q 1409 \ m. 1989
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371