Yəvmul-hədm
- Bu məqalə "Bəqi qəbristanlığının dağıdılması günü" haqqındadır. Sözügedən qəbristanlığın dağıdılması hadisəsi haqqında məlumat əldə etmək üçün Bəqinin dağıdılması məqaləsinə baxın.
Yəvmul-hədm (ərəbcə: یوم الهدم) Bəqinin dağıdılmasının ildönümüdür. Hicri 1344-cü ilin şəvval ayının səkkizinci günü vəhhabilər Mədinəyə hücum edərək bəzi islami yerləri, o cümlədən Bəqi qəbristanlığındakı türbələri dağıtdılar.[1]
Hicri 1344-cü ilin səfər ayında vəhhabilər Mədinəyə hücum etdilər.[2] Bu hücumda Peyğəmbərin (s) hərəminə və dini yerlərə ziyan dəydi.[3] Yeddi ay sonra hicri 1344-cü ilin ramazan ayında hicri 1343-cü ildən 1345-ci ilə qədər Məkkə qazisi[4] olmuş Şeyx Abdullah ibn Buləyhed (1284-1359) Mədinəyə daxil oldu. O, Mədinə müftilərinə müraciət ilə qəbirləri dağıtmaq əmri aldı.[5] Beləliklə, hicri 1344-cü ilin şəvval ayının 8-də "Bəqi" türbələri dağıdıldı.[6] Əldə olan sənədlərə görə, dağıntıdan sonra Səudiyyə Ərəbistanının şahı Kral Əbdül-Əziz hicri 1344-cü il şəvval ayının 12-də Abdullah ibn Buləyhedə ünvanladığı məktubunda onun bu istiqamətdəki hərəkətlərini təriflədi.[7]
Şiələr arasında şəvval ayının 8-i "Yəvmul-hədm" (Bəqi qəbristanlığının dağıdılması günü) adlanırdı.[8] Şiələr bu hadisənin ildönümündə məclislər təşkil edir, mərsiyələr oxuyur və "Bəqi"nin dağıdılması hadisəsini xatırlayırlar.[9] Mərcə-təqlidlərdən olan Ayətullah Safi Gülpayigani bu günü Dünya Bəqi Günü adlandıraraq bütün müsəlmanlardan vəhhabilər tərəfindən "Bəqi" və digər islami müqəddəs yerlərin dağıdılmasını pisləmələrini və onun bərpa edilməsini tələb etmələrini istədi.[10]
Hicri 1220-ci ildə də vəhhabilər Səud ibn Əbdül-Əzizin əmri ilə dörd İmamın (ə) hərəmini və Həzrət Fatimənin (s) "Beytül-Əhzan" kimi tanınan günbəzini dağıtdılar və ya onlara ciddi ziyan vurdular.[11] Əbdür-Rəhman Cəbərtinin verdiyi xəbərə əsasən, vəhhabi qüvvələr Peyğəmbərin (s) hərəmindən başqa digər ziyarətgahları dağıtdılar.[12] Bəzi ziyarətgahlar miladi 1234-cü ildə Sultan İkinci Mahmudun (hökmdarlığı: h.q. 1223-1255) əmri ilə yenidən tikilmişdi.[13]
Həmçinin bax: Bəqinin dağıdılması məqaləsi
İstinadlar
- ↑ Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
- ↑ Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
- ↑ Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
- ↑ Zirikli, Əl-Əlam, m.2002, c.4, s.91
- ↑ Əl-Bəlaği, Ər-rəddu ələl-vəhhabiyyəh, h.q 1419, s.39-41
- ↑ Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
- ↑ العساف، «عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس». Ər-Riyad saytı (ərəbcə)
- ↑ «به مناسبت ۸ شوال "یومالهدم"/ حادثه دردناک تخریب بقیع زخمی بر قلب شیعیان»، سایت شفقنا shafaqna saytı, farsca
- ↑ «آیین بزرگداشت یومالهدم در مسجد زیارت قدمگاه برگزار میشود»، خبرگزاری شبستان. Şəbestan saytı, farsca
- ↑ «تخریب قبور ائمه بقیع(ع) خیانت بزرگ به اسلام است»، پایگاه اطلاعرسانی حوزه. hawzahnews saytı, farsca
- ↑ Cəbərti, Əcaibul-Asar, c.3, s.91
- ↑ Cəbərti, Əcaibul-asar, c.3, s.91
- ↑ Cəfərian, Pəncah səfərname, h.ş 1389, c.3, s.196
Ədəbiyyat
- «آیتالله صافی گلپایگانی: تخریب قبور ائمه بقیع(ع) خیانت بزرگ به اسلام است.»Hawzahnews.com saytı, h.ş 1397, 21 Xordad
- «آیین بزرگداشت یومالهدم در مسجد زیارت قدمگاه برگزار میشود» Shabestan.ir saytı, h.ş 1366, 11 Tir
- «به مناسبت ۸ شوال "یومالهدم"/ حادثه دردناک تخریب بقیع زخمی بر قلب شیعیان» Shafaqna.com saytı
- «تصاویر/ مراسم عزاداری سالروز تخریب قبور ائمه بقیع در حرم امام حسین(ع)», Hawzahnews.com saytı, h.ş 1400, 20 Ordibeheşt
- العساف، منصور، «عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس», Alriyadh.com saytı, ərəbcə
- Əmini, MuhəmmədƏmin, Bəqiul-ğərqədi fi dirasətin şamilətin, h.ş 1386
- Cəbərti, Əbdur-rəhman, Əcaiubul-asar, Beyrut
- Cəfərian, Rəsul, Pəncah səfərnamə həcce Qacari, Tehran, Elm nəşri, h.ş 1389
- Zirikli Xeyrud-din, Əl-əlam, Beyrut, Darul-elm, m.2002
- Sibai, Əhməd, Tarixu-Məkkə, Məkkətul-mukərrəmə, Mətabius-səfa, 2-ci çap, h.q 1420
- Abdullah ibn Əbdur-rəhman ibn Saleh, Xəzanətut-təvarixin-nəcdiyyə, h.q 1419
- Hacəri, Yusuf, Əl-bəqiu qissətut-tədmir, Beyrut, Muəssisətu-bəqiin li ihyait-təras, h.q 1411
- Nəcmi, Muhəmməd Sadiq, Tarixe hərəme əimee və asare digər dər mədineye munəvvəre, Tehran, h.ş 1386