Yəvmul-hədm

wikishia saytından
(Bəqinin dağıdılması günü səhifəsindən yönləndirilmişdir)
Bəqi qəbiristanlığında olan İmamların (ə) qəbirlərinin dağıdılmış halı
Yəvmul-hədm münasibətilə əlaqədar İmam Hüseyn (ə)-ın hərəmində əza elanı
Hal-hazırda Bəqi qəbiristanlığında olan İmamların (ə) qəbirlərinin vəziyyəti
Bu məqalə "Bəqi qəbristanlığının dağıdılması günü" haqqındadır. Sözügedən qəbristanlığın dağıdılması hadisəsi haqqında məlumat əldə etmək üçün Bəqinin dağıdılması məqaləsinə baxın.

Yəvmul-hədm (ərəbcə: یوم الهدم) Bəqinin dağıdılmasının ildönümüdür. Hicri 1344-cü ilin şəvval ayının səkkizinci günü vəhhabilər Mədinəyə hücum edərək bəzi islami yerləri, o cümlədən Bəqi qəbristanlığındakı türbələri dağıtdılar.[1]

Hicri 1344-cü ilin səfər ayında vəhhabilər Mədinəyə hücum etdilər.[2] Bu hücumda Peyğəmbərin (s) hərəminə və dini yerlərə ziyan dəydi.[3] Yeddi ay sonra hicri 1344-cü ilin ramazan ayında hicri 1343-cü ildən 1345-ci ilə qədər Məkkə qazisi[4] olmuş Şeyx Abdullah ibn Buləyhed (1284-1359) Mədinəyə daxil oldu. O, Mədinə müftilərinə müraciət ilə qəbirləri dağıtmaq əmri aldı.[5] Beləliklə, hicri 1344-cü ilin şəvval ayının 8-də "Bəqi" türbələri dağıdıldı.[6] Əldə olan sənədlərə görə, dağıntıdan sonra Səudiyyə Ərəbistanının şahı Kral Əbdül-Əziz hicri 1344-cü il şəvval ayının 12-də Abdullah ibn Buləyhedə ünvanladığı məktubunda onun bu istiqamətdəki hərəkətlərini təriflədi.[7]

Şiələr arasında şəvval ayının 8-i "Yəvmul-hədm" (Bəqi qəbristanlığının dağıdılması günü) adlanırdı.[8] Şiələr bu hadisənin ildönümündə məclislər təşkil edir, mərsiyələr oxuyur və "Bəqi"nin dağıdılması hadisəsini xatırlayırlar.[9] Mərcə-təqlidlərdən olan Ayətullah Safi Gülpayigani bu günü Dünya Bəqi Günü adlandıraraq bütün müsəlmanlardan vəhhabilər tərəfindən "Bəqi" və digər islami müqəddəs yerlərin dağıdılmasını pisləmələrini və onun bərpa edilməsini tələb etmələrini istədi.[10]

Hicri 1220-ci ildə də vəhhabilər Səud ibn Əbdül-Əzizin əmri ilə dörd İmamın (ə) hərəmini və Həzrət Fatimənin (s) "Beytül-Əhzan" kimi tanınan günbəzini dağıtdılar və ya onlara ciddi ziyan vurdular.[11] Əbdür-Rəhman Cəbərtinin verdiyi xəbərə əsasən, vəhhabi qüvvələr Peyğəmbərin (s) hərəmindən başqa digər ziyarətgahları dağıtdılar.[12] Bəzi ziyarətgahlar miladi 1234-cü ildə Sultan İkinci Mahmudun (hökmdarlığı: h.q. 1223-1255) əmri ilə yenidən tikilmişdi.[13]

Həmçinin bax: Bəqinin dağıdılması məqaləsi

İstinadlar

  1. Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
  2. Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
  3. Yusuf Hacəri, Əl-Bəqi qissətut-tədmir, h.q 1411, s.113-139
  4. Zirikli, Əl-Əlam, m.2002, c.4, s.91
  5. Əl-Bəlaği, Ər-rəddu ələl-vəhhabiyyəh, h.q 1419, s.39-41
  6. Muhəmməd Sadiq, Tarixe hərəme əimee bəqi və asare digər dər Mədinəye munəvvər, h.ş 1386, s.51
  7. العساف، «عبدالله بن سلیمان البلیهد.. القاضی والمستشار فی زمن التأسیس». Ər-Riyad saytı (ərəbcə)
  8. «به مناسبت ۸ شوال "یوم‌الهدم"/ حادثه دردناک تخریب بقیع زخمی بر قلب شیعیان»، سایت شفقنا shafaqna saytı, farsca
  9. «آیین بزرگداشت یوم‌الهدم در مسجد زیارت قدمگاه برگزار می‌شود»، خبرگزاری شبستان. Şəbestan saytı, farsca
  10. «تخریب قبور ائمه بقیع(ع) خیانت بزرگ به اسلام است»، پایگاه اطلاع‌رسانی حوزه. hawzahnews saytı, farsca
  11. Cəbərti, Əcaibul-Asar, c.3, s.91
  12. Cəbərti, Əcaibul-asar, c.3, s.91
  13. Cəfərian, Pəncah səfərname, h.ş 1389, c.3, s.196

Ədəbiyyat