Həmmalətul-hətəb

wikishia saytından

Həmmalətul-hətəb (ərəbcə: حمالة الحطب) “odun daşıyan” mənasını verir ki, Quran Əbu Ləhəbin həyat yoldaşını belə vəsf edir.[1]

Əbu Ləhəbin həyat yoldaşı Əbu Süfyanın bacısı və Müaviyənin bibisi idi.[2] Onun künyəsi Ümmü Cəmil idi. Adı isə Ərvi, Cəmilə[3] və Səxrə[4] idi.

Bu təbir “Məsəd” surəsində işlənmişdir.[5] Quranda belə bir vəsfin niyə işlədilməsinə gəlincə, bəzi məsələlər qeyd edilmişdir:

  • Ümmü Cəmil səhra tikanlarını daşıyırdı və Peyğəmbər (s) namaza gedəndə onu incitmək üçün onları ayaqlarının önünə atardı.[6]
  • Ümmü Cəmil etdiyi əməllə cəhənnəm odu və onun odununu cəhənnəmdə özü üçün təmin etdi.[7]
  • O, Peyğəmbəri (s) kasıb olduğu üçün məsxərəyə qoyurdu, ona görə də Allah da onu bu vəsflə təhqir etdi.[8]
  • Bu təbir onun sözgəzdirən olmasından kinayədir.[9]

“Nümunə” təfsirində bu halların bir-birilə ziddiyyətli olmadığı və hamısının ayənin mənası sayıla biləcəyi bildirilir.[10]

İstinadlar

  1. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.420
  2. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1430
  3. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.265
  4. Meybodi, Diyvanu Əmiril-muminin (ə), h.q 1411, s.92
  5. Məsəd surəsi, ayə 4
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.852
  7. Mütəhhəri, Məcmue asar, c.28, s.825
  8. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.32, s.353
  9. Şeyx Tusi, Ət-Tibyan, c.10, s.428
  10. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.27, s.421

Ədəbiyyat

  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, 1-ci çap, h.q 1412
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Müqəddimə: Məhəmməd Cavad Bəlaği, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan fi təfsiril-Quran, Beyrut
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, Beyrut, 3-cü çap, h.q 1420
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Qum, Sədra nəşri, 1-ci çap, h.ş 1389
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil_İslamiyyə, 1-ci çap, h.ş 1374
  • Meybodi, Hüseyn ibn Muiddin, Diyvanu Əmiril-muminin (ə), Tərcümə: Mustafa Zamani, 1-ci çap, h.q 1411