Yəvmüt-Təğabun

wikishia saytından

Yəvmüt-Təğabun (ərəbcə: یوْمُ التَّغابُن ) - zərər və xəsarətlərin aşkar olduğu gün mənasını daşıyan Qiyamətin adlarından biri. Qiyamət həm də “təğabun” adlandırılmışdır, çünki, həmin gündə Allahla müamilə edənlərdən kimin qazanc əldə etdiyi (ğabin) və kimin zərərə uğradığı (məğbun) məlum olacaq.

Görkəmli şiə müfəssiri Fəzl İbn Həsən Təbərsinin “Məcməül-Bəyan” kitabında bildirdiyinə əsasən, kafir, axirət dünyasının mənfətindən göz yumub, yalınız dünya arxasına düşdüyünə görə “məğbun” (zərərçəkmiş) adlanır. Mömin isə axirət dünyasına əhəmiyyət verdiyinə görə “ğabin” (qazanc əldə edən) hesab edilmişdir. Bir rəvayətə görə, Qiyamət günü bəzi möminlər də daha çox saleh əməl etmədiklərinə görə, özlərini zərərçəkmiş hiss edəcəklər.

Yəvmül-Təğabun- Qiyamətin adlarından biri

“Yəvmül-Təğabun” ifadəsi “Təğabun” surəsinin 9-cu ayəsində keçməkdədir və məlum surə elə bu sözə görə “Təğabun” adlandırılmışdır.[1]

“Təğabun” həm də Qiyamətin adlarından biridir.[2] Çünki, həmin gündə Allahla müamilə edən şəxslərdən kimin qazandığı (ğabin) və kimin zərərə uğradığı (məğbun) məlum olacaq.[3]

Təğabun ifadəsinin müxtəlif təfsirləri

Görkəmli Quran müfəssiri Fəzl ibn Həsən Təbərsiyə görə, təğabun pis şeyi seçib, yaxşı şeyi tərk etmək və yaxud əksinə, yaxşı şeyi seçib, pis şeyi tərk etmək anlamına gəlir. Kafir, axirət dünyasının mənfətindən göz yumub, yalınız dünya arxasına düşdüyünə görə “məğbun” (zərərçəkmiş) adlanmışdır. Mömin isə axirət dünyasına əhəmiyyət verdiyinə görə “ğabin” (qazanc əldə edən) hesab edilmişdir. Bir rəvayətə görə, Qiyamət günü bəzi möminlər də daha çox saleh əməl etmədiklərinə görə, özlərini zərərçəkmiş hiss edəcəklər.[4] Adı keçən alimin fikrincə, Təğabun kimin ziyana uğradığı (məğbun) və kimin qazanc əldə etdiyi (ğabin) məlum olan gündür.[5] Həmçinin, o, Məhəmməd peyğəmbərdən (s) belə bir hədis nəql edir ki, möminlər cənnətə daxil olanda, günah etdikləri təqdirdə cəhənnəmdəki vəziyyətlərini təsəvvür edib, Allaha şükür edəcəklər. Eləcədə cəhənnəm sakinləri günah etmədikləri halda cənnətdəki vəziyyətlərini təsəvvür edib həsərət çəkəcəklər.[6]

Əllamə TəbatəbaiMürtəza Mütəhhərri “təğabun” sözünü fərqli izah etmişlər. Onların fikrincə, bəzi müamilələrdə hər iki tərəf zərərə uğrayır, məsələn, zalıma itaət edib, ondan mükafat uman şəxslər və yaxud öz rəiyyətlərini axirətdən soyudub dünyapərəstliyə çağırran qəddar başçılar kimi. Belə olan halda, Qiyamət günü həm onlar və həm də zalım şəxslər, qəddar başçılar və həm də boyun əyən rəiyyətlər bu müamilədə zərərə uğradıqlarının fərqinə varacaqlar və eləcədə başa düşəcəklər ki, hər iki tərəf- zalım və zalımın mükafatına göz dikən, qəddar hökümdar və ona itaət edən rəiyyətlər- eyni zamanda bir-birilərinə də xəsarət yetiriblər.[7]

Habelə, “təğabun” bir nəfərə ziyan yetirmək, onu aldatmaq və ya müamilədə ziyana uğramaq və eləcədə təəssüflənmək mənalarında da işlənmişdir.[8]

Sözükeçən ifadəni eyniadlı surənin 9-cu ayəsində “يَوْمَ يَجْمَعُكُمْ لِيَوْمِ الْجَمْعِ ۖ ذَٰلِكَ يَوْمُ التَّغَابُنِ”[9] zərərlərin üzə çıxdığı gün[10] və ya təəssüflənmə günü[11] kimi tərcümə edilmişdir.

Cənnət sakinlərinin zərər hissi

Bəzi təfsirlərə görə, Qiyamət günü bəzi möminlər də daha çox saleh əməl, ehsan, yaxşılıq etmədiklərinə görə, özlərini zərərçəkmiş hiss edəcəklər.[12]

İstinadlar

  1. Daneşnameye Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1256
  2. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.24, s.194
  3. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.24, s.194
  4. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.450
  5. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.450
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.450
  7. Mütəhhəri, Aşinayi ba Quran, Sədra nəşri, c.7, s.150; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.19, s.301
  8. Fərhənge Muin, Ğəbən sözünün şərhi
  9. Təğabun surəsi, ayə 9
  10. Hüseyni Həmədani, Ənvare derəxşan, h.q 1404, c.16, s.399-400
  11. Fuladvənd, Qurani Kərimin tərcüməsi, Təğabun surəsi, ayə 9
  12. Sələbi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.9, s.328; Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.13, s.40

Ədəbiyyat

  • Quran
  • Sələbi, Əhməd ibn Məhəmməd, Əl-Kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
  • Hüseyni Həmədani, Seyyid Məhəmməd Hüseyn, Ənvare derəxşan, Tehran, h.q 1404
  • Daneşnameye Quran və Quran pejuhi, Tehran, h.ş 1377
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan, Tehran, İslam, h.ş 1378
  • Mütəhhəri, Mürtəza, Aşinayi ba Quran, Qum, Sədra nəşri, h.ş 1384
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Muin, Məhəmməd, Fərhənge Muin