Bəqiyyətullah
Bəqiyyətullah (ərəbcə: بقية الله) Şiələrin imamı və sonununcu məsum imam həzrət Mehdinin (ə.c) ləqəblərindəndir və hal-hazırda qeybdədir. “Bəqiyyətullah” sözü, Quranda istifadə olunmuş və bəzi təfsiri hədislərdə, Şiələrin imamlarına işarə edildiyi bildirilmiş və bəzi rəvayətlərdə isə həzrət Mehdinin (ə.c) ləqəbi olduğu bildirilmişdir.
Bəqiyyətullah sözünün mənası, lüğət kitablarında və təfsirlərdə, “Allahın insan üçün qoruyub saxladığı” mənanı bildirir və bundan əlavə xeyir və fəzilət mənasında olduğu da söylənilmişdir. Bu sözün “Bəqiyyətullah” imamlara təfsir olunmasının dəlili isə budur ki, onların Allah tərəfindən insanlara olan fəzilət və nemətləridir.
Əhli-beyt barəsində istifadə edilməsi
“Bəqiyyətullah” sözü, Şiə hədislərində, məsum imamlar olduğu bildirilir. İbn Şəhraşib yazır: “بَقیّةُ اللّهِ خَیرٌ لکُم اِن کُنتم مُؤمِنین” (Bəqiyyətullahi xəyrun ləkum in kuntum möminun)[1] imamlar barəsində nazil olmuşdur.[2] Əllamə Məclisi, “Bəqiyyətullah” sözünün mənasını bu cür (o şəxs ki, Allah onu saxlayır) yazaraq bildirir: “Bəqiyyətullah”-dan məqsəd peyğəmbərlərdən və onların vəsilərindən olan şəxslərdir ki, Allah onları yer üzündə insanların hidayəti üçün qoruyub saxlayır və yaxud da imamlardır ki, peyğəmbərlərin vərəsələri olaraq öz ümməti arasında qalmışlar.[3] İmam Baqirdən (ə) nəql olunan digər bir rəvayətdə, şəhərlərinin darvazasını o həzrətin üzünə bağlayan insanlara xitab edərək, özünü “Bəqiyyətullah” adlandırır.[4] Came-Kəbirə ziyarətnaməsində də Şiə imamlarını “Bəqiyyətullah” olaraq bildirilmişdir.[5]
Həzrət Mehdinin (ə.f) ləqəbi
Bəzi rəvayətlərə əsasən, “Bəqiyyətullah” imam Mehdinin (ə.c) ləqəbidir;[6] imam Əlidən (ə) nəql olunur, Bəqiyyətullahdan məqsəd, imam Mehdidir (ə.c). Həmçinin digər bir rəvayətə əsasən, imam Sadiqdən (ə) bu haqda soruşdular ki, camaat həzrət Mehdini (ə.c), Əmirəl möminin olaraq xitab edirlər; imam Sadiq (ə) Əmirəl möminin ləqəbinin həzrət Əliyə (ə) məxsus olduğunu bildirərək camaatdan istədi, imam Mehdini (ə.c) “Bəqiyyətullah” ləqəbi ilə xitab etsinlər.[7]
Nəhcül-Bəlağəyə şərh yazan bir sıra Şiə alimləri, Nəhcül-Bəlağədə işarə olunan “Bəqiyyətu min bəqaya höccətihi” (O Allah höccətlərindən qalandır)[8] ibarətinin şərhində, məqsəd on ikinci imamı bilirlər.[9] Mötəzilə alimi İbn Əbil Hədid deyir; Şiələr bu ibarətdən məqsəd Mehdi, Sufilər, ariflər və Əhli Sünnə isə, təfsir alimləri olduqlarını yazırlar ki, yer üzündə Allahın höccətidirlər.[10] Nüdbə duasında da imam Məhdidən (ə.c) “Bəqiyyətullah” ibarətiylə yad edilmişdir.[11]
Şiə rəvayətlərində gəlmişdir ki, həzrət Mehdi (ə.c) zühur etdiyi vaxt, “Bəqiyyətullahi xəyrun ləkum” qiraət edərək özünü Bəqiyyətullah olaraq insanlara tanıtdıracaq, müsəlmanlar da “Əssəlamu ələykə ya Bəqiyyətəllahi fi ərzih” ibarətilə o həzrətə salam verəcəklər.[12] Digər bir rəvayət vardır ki, həzrət Mehdi (ə.c) özü buyurur: “اَنَا بَقیَّةُ اللّهِ فی اَرضِه” (mən yer üzündə Allahın qalan höccətiyəm)[13]
Təfsir alimlərinin fikirləri
Təfsir alimləri (بَقِیَّتُ اللَّهِ خَیْرٌ لَکُمْ إِنْ کُنْتُمْ مُؤْمِنِین)[14] “Bəqiyyətullahi xəyrun ləkum in kuntum möminun” ayəsi ki, Şüeyb peyğəmbərin qövmünə olan tövsiyəsi zimnində gəmişdir, “Bəqiyyətullah” barəsində müxtəlif təfsirlər etmişlər. Bəzi təfsir alimləri ondan məqsəd, ticarət vasitəsilə əldə olunan halal gəlirin olduğunu bilirlər ki, insan üçün qalır.[15] Digər bir dəstə isə onu, çəki və olçü üçün təyin olunan peymanənin dolu olması (tərəzi və kilonun təyini üçün) mənasında olduğunu, zikr olunan Hud surəsinin 85-ci ayəsi ilə əlaqələndirərək yazırlar: Bəqiyyətullah, yəni doğru-düzgün peymanə etdikdən (olçdükdən) sonra sizin üçün qalan və sizin üçün Allah nə saxlayırsa, o sizin üçün nahaq yerə (tərəzidə aldadıb çəkidə az verməkdən) saxladığınızdan daha yaxşıdır.[16] Əhli-Sünnə alimi Zəməxşəri, bu ehtimalı da verir ki, Bəqiyyətullahdan məqsəd mümkündür, Allah qatında edilən ibadət və itaət olsun.[17] Əllamə Məclisi yazır; Təfsir alimləri, Bəqiyyətullahdan məqsəd, axirət üçün qalan nemət və savab nəzərdə tutulduğunu da bilirlər.[18]
“Bəqiyyə” yəni xeyir və fəzilət
Bəzi təfsir almləri, “Bəqiyyətullah” sözünü, xeyir və fəzilət mənasına da təfsir etmişlər; Zəməxşəri, Hud surəsinin 116-cı ayəsinin “اُولُوا بقیةٍ” (Ulu bəqiyyətin) təfsirində, Bəqyyə sözünü xeyir və fəzilət mənasında olduğunu yazır.[19] Şərqşünas və Qurani-Kərimi Alman dilinə tərcümə edən Rudi Part, bu məna və məfhum barəsində deyir; fəzilətin mənası həqiqətdə “bəqiyyə” və çoxluq deməkdir lakin məna təhəvvülatı nəticəsində, xeyir və fəzilət mənasını özünə götürmüşdür.[20] “Bəqiyyə” sözü bunun üçün də (xeyir), (fəzilət), (üstünlük) və (seçilmiş) mənaları özünədə əks etdirmişdir. “Bəqiyyə” kəlməsi, Bəqərə surəsinin 247-ci ayəsində də, fəzilət və xeyir mənasında istifadə olunmuşdur.[21] Yazırlar, “Bəqiyyətullah” sözünün imamlar üçün təfsir edilməsinin dəlili budur ki, imamların Allah tərəfindən bəşəriyyətə olan xeyir və fəzilət olmasından götürülmüşdür.[22]
İstinadlar
- ↑ Hud surəsi, ayə 86
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, c.3, s.102
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.211
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.212
- ↑ İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.526
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.252
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.411-412
- ↑ Nəhcül-bəlağə, h.q 1414, xütbə 182, s.262
- ↑ Qutbuddin Ravəndi, Minhacul-bəraə, h.q 1404, c.2, s.722
- ↑ İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.10, s.95-96
- ↑ İbn Məşhədi, Əl-Məzarul-kəbir, h.q 1419, s.578
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.1, s.331
- ↑ Şeyx Səduq, Kəmalud-din, h.q 1395, c.2, s.384
- ↑ Hud surəsi, ayə 86
- ↑ Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.10, s.364
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.418
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.418
- ↑ Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.211
- ↑ Zəməxşəri, Əl-Kəşşaf, h.q 1407, c.2, s.436
- ↑ Part, Der Koran: Kommentar und Konkordanz, çap: m.1977, s.52-53
- ↑ Part, Der Koran: Kommentar und Konkordanz, çap: m.1977, s.52-53
- ↑ Daneşname cəhane İslam. c.3
Ədəbiyyat
- Qurani-Kərim
- İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Qum, h.q 1404
- İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
- İbn Məşhədi, Məhəmməd ibn Cəfər, Əl-Məzarul-Kəbir, Düzəliş: Cavad Qəyyumi və başqaları, Qum, h.q 1419
- Xoyi, Mirza Həbibullah, Minhacul-bəraə, Düzəliş: İbrahim Miyanəci, Tərcümə: Həsən Həsənzadə Amuli, Tehran, h.q 1400
- Zəməxşəri, Mahmud ibn Ömər, Əl-Kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1407
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmalud-din, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, h.q 1395
- Təbərsi, Əhməd ibn Əli, Əl-İhticac, Təhqiq: Məhəmməd Baqir Xorasan, Məşhəd, h.q 1403
- Əllamə Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
- Qutub Ravəndi, Minhacul-bəraə, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Nəhcül-bəlağə, Təhqiq: Subhi salih, Qum, Hicrət, h.q 1414
- Rudi Paret, Der Koran: Kommentar und Konkordanz, Stuttgart 1977