Həzrət Fatimənin (s) İsməti

wikishia saytından
(Həzrət Fatimənin (s) məsumluğu səhifəsindən yönləndirilmişdir)

Həzrət Fatimənin (s) isməti (ərəbcə: عصمة السيدة الزهراء عليها السلام), Həzrət Peyğəmbərin (s) qızı Fatimənin (s) günahdan və xətadan uzaq olması, paklığı və məsumiyyətidir. Şeyx Müfidin dediyinə görə, Həzrət Fatimənin (s) ismətinin müsəlmanlar arasında icma (yekdilliklə) ilə qəbul edildiyi, Əllamə Məclisinin fikrincə isə, bu məsələnin şiələr arasında mübahisəsiz olduğu bildirilmişdir. Həzrət Fatimənin (s) məsum olması onun peyğəmbərlərin (ə) və imamların (ə) bəzi xüsusiyyətlərinə sahib olmasını tələb edir. Bunlara söz və davranış və təqririnin (sükut etməsinin) dəlil olması, dini izah və təfsir etmək səlahiyyətinə malik olması və dini rəhbərlik məqamına sahib olması daxildir. Həmçinin onun əməlləri və mövqeləri haqqın batildən ayırd edilməsi üçün meyar kimi qəbul edilir. O, həyatın müxtəlif sahələrində mükəmməl bir nümunə olaraq göstərilir.

Həzrət Fatimənin (s) məsum olduğunu göstərən sübutlardan bəziləri bunlardır: "Təthir ayəsi", "Bəzə" (Peyğəmbərin (s) bədəninin parçası) hədisi, həmçinin Əhli-beytin (ə) məsumiyyətini göstərən hədislər, məsələn, Səqəleyn hədisiSəfinə hədisi. Sünni təfsirçilərdən və "imamul-müşəkikin" (şübhə edənlərin imamı) kimi tanınan Fəxr Razi də Həzrət Fatimənin (s) məsumiyyətinə inanır.

Əhəmiyyəti və Məqamı

Şiə məzhəbinə görə, Peyğəmbərin (s) qızı Fatimə (s) məsumiyyət məqamına malikdir[1]günahdan, səhvdən[2] uzaqdır. Şeyx Müfid[3] Həzrət Fatimənin (s) məsumiyyəti haqqında müsəlmanlar arasında icmanın olduğunu, Əllamə Məclisi[4] isə, bu məsələnin şiələr arasında qəti icma ilə qəbul edildiyini bəyan etmişdir.

Həzrət Zəhranın (s) məsumiyyətini sübut olunması ilə alimlər tərəfindən bir sıra məqamların əldə edildiyi irəli sürülmüşdür:

  •  Peyğəmbərlərin (ə)İmamların (ə) bəzi xüsusiyyətlərinə malik olmaq: Həzrət Fatimənin (s) məsumiyyətinin sübut edilməsi onun söz, davranış və təqririnin dəlil olması, dini rəhbərlik və dinin izahını verə bilmə səlahiyyətinə malik olmasını tələb edir.[5]
  •   Haqq ilə batilin ayırd edilməsi: Həzrət Fatimənin (s) məsumiyyətinə əsasən onun müxtəlif məsələlərdə göstərdiyi əməlləri və mövqeləri, məsələn, İmam Əlinin (ə) xilafətinin qəsb olunmasına və Fədək torpağının müsadirə edilməsinə etirazları, haqq ilə batilin ayırd edilməsi üçün meyar rolunu oynayır.[6]
  •  Nümunə olmaq: Həzrət Fatimənin (s) məsumiyyətinin qəbul edilməsi onun həyatın hər bir sahəsində mükəmməl bir nümunə kimi qəbul edilməsini təmin edir. Quranın bəzi ayələrində[7]peyğəmbərlərin (ə) bu cür nümunə olduğu vurğulanmışdır.[8]

Həzrət Fatimənin (s) məsumiyyəti təfsir kitablarında bəzi Quran ayələrinin şərhlərində bəhs edilmiş və bu mövzu oradan kəlam və üsul-fiqh mənbələrinə yol tapmışdır.[9] Həzrət Fatimənin (s) məsumiyyətinin bəyan olunmasının tarixi Peyğəmbərin (s) dövrünə, onun bəzi kəlamlarına və "Təthir" ayəsi, "Mübahilə" ayəsi kimi bəzi Quran ayələrinə gedib çıxır.[10] Həzrət Fatimənin (s) məsumiyyətinə dair ilk tarixi xəbərlər də Peyğəmbərin (s) vəfatından sonrakı və Fədəkin müsadirə edilməsi hadisəsinin baş verdiyi dövrə gedib çıxır ki, orada İmam Əli (ə)[11] "Təthir" ayəsinə əsaslanaraq Fatimənin (s) məsumiyyətinə  istinad etmişdir.[12]

Təthir ayəsinə istinad edərək Həzrət Fatimənin (s) ismətinin sübutu

Əsas məqalə: Təthir ayəsi

Şiə alimləri Həzrət Fatimənin (s) ismətini sübut etmək üçün "Təthir" ayəsinə istinad etmişlər.[13] Şiə[14]sünni[15] mənbələrindən nəql olunan rəvayətlərə əsasən, bu ayə, Əhli-Kisanın məqamı barədə nazil olmuşdur. Buna görə də, ayədə qeyd olunan "Əhli-Beyt"dən beş kimsənə (Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (s), İmam Həsən (ə)İmam Hüseyn (ə)) nəzərdə tutulur.[16] Bəzi rəvayətlərə görə, Peyğəmbər (s) hər səhər namazında və digər rəvayətlərə əsasən, hər namazdan əvvəl Fatimənin (s) evinin qapısına gələrək salam verir və buyururdu: "Ey Əhli-Beyt, namaz vaxtıdır, namaz vaxtıdır! Sonra "Təthir" ayəsini oxuyurdu.[17] Fəxri Razi "Təthir" ayəsinin nazil olma səbəbi  olan və Əhli-Beyti Əhli-Kisa kimi təqdim edən rəvayəti, hədis və təfsir alimlərinin yekdil şəkildə qəbul etdiyini bildirmişdir.[18]Bu ayədə Allahın Əhli-Beyti (ə) "rics"dən (hər cür çirkinlikdən) uzaqlaşdırma iradəsi qeyd olunur. "Rics və çirkinliyi Əhli-Beytdən (ə) uzaqlaşdırması isə onların ismət məqamına sahib olmasını çatdırır.[19]

Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir ki, "Təthir" ayəsi barələrində nazil olan şəxslər məsumdurlar. Onlar bu şəxslərdir: "Mən, Əli, Fatimə, Həsən və Hüseyn (ə)".[20] Həzrət Əli (ə) Fədək hadisəsində "Təthir" ayəsinə istinad edərək Həzrət Fatimənin (s) günahlardan pak olduğunu sübut etmişdir.[21] Həmçinin "Mubahilə" ayəsinin də Həzrət Fatimənin (s) ismətinə dəlalət etdiyi bildirilmişdir.[22]

Həzrət Fatimənin (s) ismətinin "Bəzə" hədisi ilə sübutu

Əsas məqalə: Bizə hədisi

"Bəzə" hədisini Həzrət Fatimənin (s) ismətini sübut edən dəlillərdən biri hesab edirlər.[23] Bu hədisi Əllamə Məclisi mütəvatir hədis kimi qiymətləndirmişdir.[24] Hədisdə Həzrət Fatimənin (s) incinməsi və qəzəbinin, Peyğəmbərin (s) incinməsi və qəzəbi, onun razılığının isə Peyğəmbərin (s) razılığı olduğu bildirilir. Bu əsasa görə, əgər Həzrət Fatimə (s) günah etmiş olsaydı, hər vəziyyətdə onun incinməsi və qəzəbi Peyğəmbərin (s) incinməsi və qəzəblənməsi hesab olunmazdı. Belə ki, bir nəfər Həzrət Fatiməni (s) günahdan çəkindirərək onu narahat etsəydi, bu narahatlıq əsassız sayılardı və Peyğəmbərin (s) narahatlığına səbəb olmazdı.[25]

Allah yalnız saleh əməllərdən razı olur, günahlardan və Onun göstərişlərinə qarşı itaətsizlikdən narazı qalır. Əgər Həzrət Fatimə (s) günah etsəydi, bu halda Peyğəmbər (s) Allahın narazı olduğu bir işdən razı qalardı.[26] Bəzi alimlər bu hədisdən günahlardan ismət, digərləri, o cümlədən, Ayətullah Vəhid Xorasani isə mütləq ismət (həm günahdan, həm də səhvdən ismət) nəticəsi çıxarmışlar.[27]

"Bəzə" hədisi sünni mənbələrində, o cümlədən, “Səhih Buxari[28] və “Səhih Müslim”də[29] də nəql edilmişdir.[30] Bəzi rəvayətlərdə Həzrət Fatimənin (s) razılığı və narazılığı Allahın razılığı və narazılığı kimi qeyd edilmişdir.[31]

Həzrət Fatimənin (s) ismətinin "Səqəleyn" və "Səfinə" hədisləri ilə sübutu

Əhli-beytin (ə) ismətini sübut edən "Səqəleyn" və "Səfinə" hədisləri də Həzrət Fatimənin (s) ismətinin dəlillərindən hesab olunublar.[32] Çünki Fatimə (s) şübhəsiz Əhli-beytdəndir.[33] Əllamə Məclisi bildirir ki, Əhli-beytə (ə) tabe olmağın vacibliyini göstərən hədislər, məsələn, "Səqəleyn" və "Səfinə" hədisləri, Həzrət Fatimənin (s) ismətinə də dəlalət edirlər. Çünki tabe olmaq yalnız məsumlar üçün sübut olub. Günah edən şəxsə tabe olmaq nə təkcə vacib deyil, əksinə, "münkəri nəhy etmək" qaydasına əsasən onun hərəkətini inkar etmək lazımdır.[34]

Bir rəvayətdə Peyğəmbərin (s) Merac gecəsində Fatimə (s) və şiə imamlarının (ə) nurunu gördüyü və Allahdan onların kim olduğunu soruşduğu deyilir. Cavab gəldi ki, bunlar Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarıdır ki, pak və məsumdurlar.[35]

Əhli-sünnənin Fatimənin (s) ismətinə dair baxışı

Bəzi əhli-sünnə alimləri, məsələn, Quran təfsirçisi Şəhabuddin Alusi (v. 1270 h.q.), "Mələklər Məryəmə dedilər: "(yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm, həqiqətən Allah səni seçib, paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələk ilə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib"[36] ayəsinə əsaslanaraq Məryəmin (s) günahlardan və çirkinliklərdən uzaq olduğunu qeyd etmişlər. Daha sonra isə Həzrət Fatiməni (s) Məryəmdən (s) üstün saymışlar.[37]

Şiə alimi Həsən Həsənzadə Amulinin (v. miladi 2021-ci il) dediyinə görə, 6-cı hicri əsrinin əhli-sünnə təfsirçisi Fəxr Razinin (İmamül-müşəkkikin kimi tanınırdı) hər şeydə şübhə etdiyinə baxmayaraq, Həzrət Fatimənin (s) ismətində heç bir şəkk və şübhəsi yox idi.[38]

İstinadlar

  1. Nümunə üçün baxın: Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.88; Seyyid Mürtəza, Əş-Şafi fil-imamə, h.q 1410, c.4, s.95; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.332; Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.335
  2. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.69
  3. Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.88
  4. Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.335
  5. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.72
  6. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.72
  7. Baxın: Əhzab surəsi, ayə 21; Mumtəhənə surəsi, ayə 4
  8. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.72
  9. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.72
  10. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.71
  11. Baxın: Səduq, İləluş-şərayi, h.ş 1385, c.1, s.191-192
  12. Kafi və Şəfiiyan, İsməte Fatimə (s), s.71
  13. Nümunə üçün baxın: Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.335; Seyyid Mürtəza, Əş-Şafi fil-imamə, h.q 1410, c.4, s.95
  14. Nümunə üçün baxın: Əl-Kafi, Kuleyni, h.q 1407, c.1, s.287; Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.193-211
  15. Nümunə üçün baxın: Müslim Nişaburi, Səhih-Müslim, c.4, s.1883, hədis 61; Tirmizi, Sunənu Tirmizi, h.q 1395, c.5, s.351, hədis 3205 və s.352, hədis 3206 və s.663, hədis 3787; İbn Hənbəl, Musnədul-İmam Əhməd ibn Hənbəl, h.q 1421, c.28, s.195, c.44, s.118-121
  16. Bəhrani, Ğayətul-məram, h.q 1422, c.3, s.193; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.311; Sübhani, Mənşure cavid, h.ş 1383, c.4, s.387-392
  17. Baxın: Kufi, Furatul-Kufi, h.q 1410, s.338, 339; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.16, s.319; Təbərani, Əl-Mucəmul-kəbir, h.q 1415, c.22, s.402
  18. Fəxr Razi, Ət-təfsirul-kəbir, h.q 1420, c.8, s.247
  19. Faryab, İsməte imam dər tarixe təfəkkore İmamiyyə, h.ş 1390, s.335 və 336
  20. Kufi, Furatul-Kufi, h.q 1410, s.339-340
  21. Baxın: Səduq, İləluş-şərayi, h.ş 1385, c.1, s.191-192
  22. Baxın: Ənsari Zəncani, Musuətul-kübra, c.21, s.132
  23. Nümunə üçün baxın: Seyyid Mürtəza, Əş-Şafi fil-imamə, h.q 1410, c.4, s.95; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.333; Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.335
  24. Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.335
  25. Seyyid Mürtəza, Əş-Şafi fil-imamə, h.q 1410, c.4, s.95; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.333; Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.337-338
  26. Sübhani, Pejuheşi dər şenaxt və isməte imam, h.ş 1389, s.27
  27. Baxın: Ruhi Bərənq, Qələmrove isməte Fatimeyi-Zəhra (s) dər hədise Fatimə bəzətu minni, s.83-85
  28. Buxari, Səhih-Buxari, h.q 1422, c.5, s.21 və 29
  29. Müslim Nişaburi, Səhih-Müslim, c.4, s.1902-1903
  30. Baxın: Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.336-337; Təbərani, Əl-Mucəmul-kəbir, h.q 1415, c.22, s.404 və 405
  31. Baxın: Səduq, Uyunu əxbarir-Rza (ə), h.q 1378, c.2, s.46-47; Mufid, Əl-Əmali, h.q 1413, s.95; Təbərani, Əl-Mucəmul-kəbir, h.q 1415, c.1, s.108 və c.22, s.401; İbn Məğazəli, Mənaqibul-imam Əli ibn Əbi Talib, s.284-285
  32. Sübhani, Pejuheşi dər şenaxt və isməte imam, h.ş 1389, s.27; Mühəqqiq, ismət əz didqahe şie və əhli-təsənnün, h.ş 1391, s.256
  33. Mühəqqiq, ismət əz didqahe şie və əhli-təsənnün, h.ş 1391, s.256
  34. Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.340
  35. Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s.185-186
  36. Ali-İmran surəsi, ayə 42
  37. Baxın: Alusi, Ruhul-məani, h.q 1415, c.2, s.149-150; Məzhəri, Təfsirul-Məzhəri, h.q 1412, c.2, 1-ci qism, s.47-48
  38. Həsənzadə Amuli, Hezaro yek nökte, h.ş 1365, s.603 , Nöqtə: 748

Ədəbiyyat

  • Alusi, Mahmud ibn Abdullah, Ruhul-məani, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Hənbəl, Əhməd ibn Məhəmməd ibn Hənbəl, Musnədul-İmam Əhməd ibn Hənbəl, Beyrut, 1-ci çap, Ər-Risalə müəssisəsi, h.q 1421
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • İbn Məğazəli, Mənaqibul-imam Əli ibn Əbi Talib, Darul-əzva
  • Ənsari Zəncani, İsmail, Musuətul-kübra, Qum, Dəliluna nəşri
  • Bəhrani, Seyyid Haşim, Ğayətul-məram, Beyrut, 1-ci çap, h.q 1422
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, 1-ci çap, h.q 1422
  • Tirmizi, Məhəmməd ibn İsa, Sunənu Tirmizi, Misir, 2-ci çap, h.q 1395
  • Həsənzadə Amuli, Həsən, Hezaro yek nökte, Tehran, 5-ci çap, h.ş 1365
  • Xəzzaz Razi, Əli ibn Məhəmməd, Kifayətul-əsər, Qum, Bidar, h.q 1401
  • Sübhani, Cəfər, Pejuheşi dər şenaxt və isməte imam, Məşhəd, Bunyade pejuheşhaye islami, h.ş 1389
  • Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əş-Şafi fil-imamə, Tehran, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.q 1410
  • Səduq, Məhəmməd ibn Əli, İləluş-şərayi, Qum, 1-ci çap, h.ş 1385
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza (ə), Tehran, Cahan nəşri, 1-ci çap, h.q 1378
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərani, Süleyman ibn Əhməd, Əl-Mucəmul-kəbir, Qahirə, 2-ci çap, h.q 1415
  • Faryab, İsməte imam dər tarixe təfəkkore İmamiyyə, 1-ci çap, h.ş 1390
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420
  • Kafi və Şəfiiyan, İsməte Fatimə (s), Tehran, Pejuheşqahe fərhəng və əndişeye İslami, 1-ci çap, h.ş 1393
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Kufi, Furat İbrahim, Furatul-Kufi, Tehran, 1-ci çap, h.q 1410
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, 2-ci çap, Beyrut, 2-ci çap, h.q 1403
  • Mühəqqiq, Fatimə, İsmət əz didqahe şie və əhli-təsənnün, Qum, 1-ci çap, h.ş 1391
  • Müslim Nişaburi, Müslim ibn Həccac, Səhih-Müslim, Beyrut
  • Məzhəri, Məhəmməd Sənaullah, Təfsirul-Məzhəri, Pakistan, Məktəbətu Rəşidiyyə, 1-ci çap, h.q 1412
  • Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1413
  • Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Fusulul-muxtarə, Qum, 1-ci çap, h.q 1413

Xarici keçid