Məzmuna keç

Qarşılama orucu

wikishia saytından

Qarşılama orucu, Ramazan ayı başlamazdan bir və ya bir neçə gün əvvəl tutulan orucdur.[1] Qarşılama orucu termini, fiqhi bir termin deyil və yalnız ürfə görə Şaban ayının son günlərində tutulan oruclar üçün işlədilir.[2] İmam Sadiq (ə) Şaban ayının son üç günündə oruc tutmağın savabını iki ay ardıcıl oruc tutmağın savabı ilə bərabər hesab etmişdir.[3] İmam Rza (ə) isə Şaban ayının son günündə oruc tutmağın günahların bağışlanmasına səbəb olduğunu bildirmişdir.[4] Sünni mənbələrində də Peyğəmbər (s) Şaban ayının orucunu ən fəzilətli oruc kimi dəyərləndirmiş və bunu Ramazan ayına hörmətin bir əlaməti saymışdır.[5] Həmçinin o həzrət, Şaban ayında oruc tutaraq onu Ramazan ayının orucu ilə birləşdirirdi.[6]

Sünni alimləri bəzi rəvayətlərə əsaslanaraq, Şaban ayının son bir və ya iki günündə qarşılama orucu tutmağı caiz hesab etmirlər.[7] Lakin əgər iki gündən artıq oruc tutulsa[8] və ya həmin günlər insanın il boyu fasilələrlə oruc tutduğu günlərə təsadüf etsə, bu orucu caiz sayırlar.[9] Seyid ibn Tavus isə bildirir ki, Şaban ayının son günlərində oruc tutmaq qadağası yalnız bütün ayı oruc tutanlara aiddir ki, onların bədəninin yeni güc toplaması üçün fürsət yaransın.[10]

İstinadlar

  1. Fəllah, معنای به پیشواز ماه رمضان رفته چیست؟
  2. Fəllah, «معنای به پیشواز ماه رمضان رفته چیست؟»
  3. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.2, s.49
  4. Şeyx Səduq, Fəzailul-əşhuris-səlasə, h.q 1396, s.98
  5. İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1436, c.6, s.125; İbn Bəttal, Şərhu səhihil-Buxari, h.q 1423, c.4, s.115
  6. İbn Rahvəyh, Musnədu İshaq ibn Rahvəyh, h.q 1412, c.4, s.150; İbn Əbdül-Birr, Ət-Təmhid, h.q 1439, c.2, s.46
  7. İbn Cəvzi, Kəşful-muşkil, Riyad, c.1, s.475; Əbu Yəya, Musnədu Əbu Yəla, h.q 1434, c.8, s.252
  8. Səfarini, Kəşful-Lisam, h.q 1428, c.3, s.486
  9. İbn Muləqqin, Ət-Təvzih, h.q 1429, c.13, s.103
  10. İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.9

Ədəbiyyat

  • Əbu Yəla, Əhməd ibn Əli, Musnədu Əbu Yəla, Qahirə, Darul-hədis, 1-ci çap, h.q 1434
  • İbn Əbi Şeybə, Abdullah ibn Məhəmməd, Əl-Musənnəf, Təhqiq: Səd ibn Nasir, Riyad, 1-ci çap, h.q 1436
  • İbn Bəttal, Əli ibn Xələf, Şərhu səhihil-Buxari, Təhqiq: Əbu Təmim Yasir ibn İbrahim, Riyad, Məktəbətur-rüşd, 2-ci çap, h.q 1423
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Kəşful-muşkil, Riyad, Təhqiq: Əli Hüseyn, Darul-vətən
  • İbn Rahvəyh, İshaq, Musnədu İshaq ibn Rahvəyh, Mədinə, Məktəbətul-iman, 1-ci çap, h.q 1412
  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-kutubil-İslamiyyə, 2-ci çap, h.q 1409
  • İbn Əbdül-Birr, Əbu Ömər, Ət-Təmhid, London, h.q 1439, 1-ci çap
  • İbn Muləqqin, Ömər ibn Əli, Ət-Təvzih, Darun-nəvadir, 1-ci çap, Dəməşq, h.q 1429
  • Səfarini, Məhəmməd ibn Əhməd, Kəşful-Lisam, Təhqiq: Nurəddin Talib, Dəməşq, Darun-nəvadir, 1-ci çap, h.q 1428
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Fəzailul-əşhuris-səlasə, Qum, 1-ci çap, h.q 1396
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, 2-ci çap, h.q 1413