İftar

wikishia saytından
İmam Rzanın (ə) hərəmində iftar süfrəsi

İftar (ərəbcə: الإفطار), orucun yemək yeməklə açılmasına və ya pozulmasına deyilir. İslam dinində Ramazan ayının orucunun və müəyyən edilmiş günün nəzir orucunun şəri məğribdən əvvəl açılması haramdır. Həmçinin, oruc tutmaq bir şəxsə ziyan edəcəyi və ya (ciddi) çətinlik yaradacağı halda belə bir şəxsin iftar etməsi vacibdir.

İftar üçün dua etmək, həmçinin Qədr surəsini oxumaq kimi bəzi qaydalar qeyd olunmuşdur. Bundan əlavə, isti su və süd ilə iftar etmək müstəhəbdir. Hədislərdə, iftar verməyin barəsində çoxlu fəzilətlər deyilmişdir.

Etimologiya

İftar orucun açılması və pozulması mənasındadır.[1] Fitir bayramının namazından əvvəl yemək yeməyə də iftar deyilir və bu iş müstəhəb sayılır.[2]

İftar bəzi hallarda vacib bəzi hallarda isə haramdır. Haram olan hallar bunlardır: Ramazan ayının orucunu və müəyyən edilmiş günün nəzir orucunu məğrib azanından öncə pozmaq, qəza orucunu zöhür azanından sonra pozmaq, etikafda orucu pozmaq və günorta azanından sonra səfərə çıxan şəxsin öz orucunu açması.[3] Əgər oruc tutmaq bir şəxsə ziyanlı olarsa və ya ciddi çətinlik yaradarsa belə bir şəxsin orucunu açması vacibdir.[4] Həmçinin, mömin bir şəxsin qonağı olduğu halda müstəhəb oruc tutan şəxsin öz orucunu açması müstəhəbdir. Müstəhəb orucun günorta azanından sonra açılması məkruhdur.[5]

Hədislərə əsasən, oruc tutan şəxs xüsusən iftar zamanında[6]mustəcabud-dəvət”-dir (yəni duası qəbuldur).[7]

Ədəb qaydaları

İftar üçün dua etmək, iftar zamanında Qədr surəsini oxumaq, orucu məğrib namazını qıldıqdan sonra açmaq[8] kimi bir sıra ədəb qaydaları qeyd edilmişdir. Peyğəmbərin (s) iftar vaxtı bu duanı oxuduğu nəql edilmişdir: “Allahummə ləkə sumna və əla rizqikə əftərna fətəqəbbəl minna. Yəni: İlahi, sənin razılığın üçün oruc tutduq və sənin verdiyin ruzu ilə iftar edirik. Elə isə bizim orucumuzu qəbul et”.[9] Su ilə məxsusən ilıq su ilə, süd və şirin şeylərlə məxsusən xurma ilə iftar açmaq müstəhəb sayılır.[10]

İftar vermək

Məsumlardan (ə) nəql olunan hədislərə əsasən, oruc tutana iftar verməyin çoxlu fəziləti vardır.[11] İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə oruc tutana iftar verməyin mükafatı oruc tutanın mükafatı kimi hesab edilmişdir.[12] Müsəlmanlar müxtəlif ölkələrdə oruc tutanlara fərqli adət ənənələr əsasında iftar verirlər. İmam Rzanın (ə) hərəmi, həzrət Məsumənin (ə) hərəmi kimi müqəddəs yerlərdə və bəzi məscidlərdə sadə iftar süfrəsi açılır.[13]

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.384; Muəəsiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1385, c.1, s.624
  2. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.11, s.354; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.102
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.244-246 və c.29, s.50
  4. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.17, s.133; c.16, s.347, sc.17, s.150-154
  5. Muəəsiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, h.ş 1385, c.1, s.624
  6. Ravəndi, Əd-Dəavat, h.ş 1366, c.1, s.27
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.510; Məhəmmədi Reyşəhri, Mizanul-hikmət, h.q 1416, c.2, s.1686; Ravəndi, Əd-Dəavat, h.ş 1366, c.1, s.27
  8. Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.10, s.149-151; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.384-385
  9. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.95
  10. Hürr Amili, Vəsailuş-şiə, h.q 1414, c.10, s.156-161
  11. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.68-69
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.68, hədis 1
  13. «افطاری ساده، فرصتی برای همدلی یک شهر»، خبرگزاری جمهوری اسلامی., irna.ir saytı

Ədəbiyyat

  • «افطاری ساده، فرصتی برای همدلی یک شهر», irna.ir saytı
  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.ş 1386
  • Ravəndi, Qutbuddin, Əd-dəavat, İmam Mehdi (ə.f) mədrəsəsi, h.ş 1366
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Beyrut, h.q 1414
  • Xoyi, Seyyid Əbül-Qasim, Minhacus-salihin, Qum, Mədinətul-elm nəşri, h.q 1410
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, Dəfəte enteşarate İslami, 1-ci çap, h.q 1419
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Mizanul-hikmət, Darul-hədis, h.q 1416
  • Muəəsiseye dairətul-məarife fiqhe İslami, Fərhənge fiqh, Qum, 2-ci çap, h.ş 1385
  • Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, h.q 1404