İxlas surəsi

wikishia saytından
(Qul huvəllah surəsi səhifəsindən yönləndirilmişdir)
İxlas surəsi
İxlas
Cüz30
Ayə4
Məkkə\MədinəMəkkə
Nazil olma sırası22
Surənin nömrəsi112
Söz15
Hərf47


İxlas (ərəbcə: سورة الإخلاص) və yaxud Tövhid surəsi, Quranın yüz on ikinci surəsi və Məkkədə nazil olan surələrdəndir ki, otuzuncu cüzdə yerləşir. Bu surəni ona görə “İxlas” və ya “Tohid” adlandırırlar ki, Allahın vəhdaniyyəti haqda söz açmış və insanı şirkdən uzaqlaşdırır.

İxlas surəsinin məzmunu, Allahın yeganə və tək olmasından və o cümlədən özündən başqasından ehtiyacsız və yaradılışın ona möhtac olduğundan söz açır. İxlas surəsi üçün bir çox fəzilətlər nəql olunmuşdur, o cümlədən, İxlas surəsinin məqamı, bir Quran həddindədir, yəni üç dəfə İxlas surəsini oxumaq, bir Quran tilavət etmək kimidir. Rəvayətlərdə bu surənin namazlarda oxunmasına çoxlu təkid edilmişdir. Rəvayətlərdən birində, Allahın rəsulu (s) imam Əlini (ə) İxlas surəsinə bənzədərək buyurur; o cür ki, ixlas surəsini üç dəfə oxumaq, bir dəfə Quranı tilavət etməyi əvəz edir, Əmirəl möminini (ə) də, dildə, ürəkdə və əməldə sevmək, İslam dinini kamil şəkildə sevmək deməkdir. Bu surə, “Qul” sözü ilə başlayan dörd surədən biridir.

Tanışlıq

Həzrət Məsumənin (ə) hərəmində İxlas surəsi olan mozaik kafel

• Adı

Bu surə, İxlas və ya Tövhid adları ilə tanınır.[1] Bu adlarla adlandırılmasının dəlili isə, Allahın yeganəliyini vəsf etdiyi üçün, Tohid adı verilmişdir,[2] çünki bu surənin məzmununa diqqət yetirdikdə, insanı şirkdən uzaq edib xalis və pak edərək cəhənnəm odundan amanda saxlayır, odur ki, İxlas adı da verilmişdir.[3] Bunlardan əlavə, rəvayətlərdə və qədim mənbələrdə, onun birinci ayəsinə nisbət olaraq, “Qul huvəllahu əhəd” surəsi də adlandırılmışdır.[4] İxlas surəsi üçün bir çox digər adlar da zikr olunmuşdur, o cümlədən Səməd, Nicat, Mərifət, Əsas, Təcrid, Təfrid, Bəraət və Muqəşqişə.[5]

• Nazil olduğu yer və tərtibi

Şeyx Tusi, İxlas surəsini Məkkədə nazil olan surələrdən hesab edərək yazır, həmçinin deyilənlərə əsasən Mədinədə nazil olan surələrdəndir.[6] Əhli-Sünnə alimi, Siyuti də bu fikirdədir ki, İxlas surəsi iki dəfə nazil olmuşdur: Bir dəfə Məkkədə və bir dəfə də Mədinədə;[7] Əllamə Təbatəbai bu barədə yazır: İxlas surəsinin nazil olmasının səbəblərini nəzərə alsaq, şahid olduğumuz hadisələr bunu şahidi olur ki, İxlas surəsinin Məkkədə nazil olması daha məqsədə uyğundur.[8] İxlas surəsi, nazil olma tərtibi əsasında, peyğəmbərə (s) nazil olan igirmi ikinci surədir. Bu surə, hal-hazırda olan Quranların ardıcıllıqla tərtibində isə yüz on ikinci surədir[9] və Quranın otuzuncu cüzündə yerləşir.

• Ayələrin sayı və digər xüsusiyyətləri

İxlas surəsi 4 ayə, 15 söz və 47 hərfdən ibarətdir. Bu surə, “Müfəssəlat” (qısa ayələrdən təşkil olunan) surələrdən sayılır. İxlas surəsi və digər üç “Kafirun”, “Nas” və “Fələq” surələri ki, “Qul” sözü ilə başlayırlar, “dörd Qul” adlandırılır.[10] İxlas surəsini “cəmiun-nüzul” surələrindən hesab edirlər, yəni bütün ayələri bir dəfəlik nazil olmuşdur.[11]

Məzmun

Əllamə Təbatəbai, Əl-mizan təfsirində yazır, İxlas surəsi, Mütəal Allahın vəhdaniyyəti və bütün varlıqlar ki, hər bir hacətlərində ona möhtacdırlar və bir halda ki, nə zatında, nə sifətlərində və nə də fellərində ona şərikdirlər, ona sitayiş edirlər. Bu Tohid, yalnız Qurana məxsusdur və bütün İslam maarifi (əsaslar, fərlər və əxlaq) buna əsasən tərtib verilmişdir.[12] Bəzi irfan sahibləri “Ləm yəlid vələm yuləd” ayəsindən istifadə edərək bütün varlıqların Allaha bağlı olub və heç bir yaradılışın müstəqil olmadığını bildirərək və aləmdə olan olan hər varlığı Allahın məzhəri adlandırırlar; Quran dili ilə desək hər biri Allahın nişanəsi və özlərindən heç bir şeyləri yoxdur. İmam Əli (ə) İxlas surəsinin təfsirində buyurur: Mütəal Allah doğulmayıb ki, izzətində (qüdrətində) şəriki olsun, övladı yoxdur ki, ölümündən sonra onun varisi olsun.[13] İmam Kazım (ə) Tohid surəsinin təfsiri haqda bir rəvayətdə buyurur: Doğmayıb, varisi olsun və nə də doğulmayıb şəriki olsun.[14]

Şəni nüzul

İxlas surəsinin şəni nüzulu barədə imam Sadiqdən (ə) nəql olunmuşdur ki, Yəhudilərədən ibarət bir dəstə peyğəmbərdən (s) istədilər, Allahı onlar üçün vəsf etsin. Peyğəmbər (s) isə üç güm sükut edib heç bir söz demədi, bu zaman İxlas surəsi nazil oldu və peyğəmbər (s) onların cavabını verdi.[15] Deyilənlərə əsasən bu sual, Məkkə müşriklərindən bir dəstə,[16] və ya Mədinə sakinlərindən olan bir dəstə kitab əhli[17] və yaxud da digər şəxslər tərəfindən olmuşdur.[18]

“Səməd” sözünün mənası

“Səməd” yəni o uca varlıq ki, hər bir varlıq, ehtiyacı olduğunda ona tərəf üz tutur və ona möhtacdır, çünki bütün varlıqların yaradanı Allahdır, odur ki, Allahdan başqa bütün varlıqlar zatında, həqiqətində, sifətlərində və işlərində ona möhtacdır. “الصمد” “əl-Səməd” sözündə olan (əlif və lam) hərfləri, (Səmədiyyət) ehtiyacsızlığın yalnız Allaha məxsus olduğunu, yəni mütləq şəkildə, qeydsiz və şərtsiz olaraq üç nəticəni əldə edir və onlar ibarətdirlər: 1- (ləm yəlid) yəni heç bir şey ondan ayrılmayıb; Nəsranilər deyirdilər həzrət Məsih Allahın oğludur və ondan ayrılmışdır. 2- (ləm yuləd) yəni o özü də heç bir şeydən ayrılmayıb, ata-anası yoxdur və digərlərindən ayrılmağa ehtiyacı yoxdur. 3- (və ləm yəkun ləhu kufuvən əhəd) yəni heç bir varlıq onun tayı-bərabəri deyil, istər zatında istərsə də felləirində. Doğmaq və doğulmaq yəni möhtac və bağlılıq və tayı-bərabəri olması, yəni Allahdan başqa müstəqil bir varlığın olması və bu da Allahın Səmədiyyət və ehtiyacsızlığı ilə mütləq olaraq uyğunsuzluq deməkdir.[19]

İxlas surəsi və imam Əlinin (ə) məqamı

Peyğəmbərdən (s) nəql olunan rəvayətlərin birində, imam Əli (ə) İxlas surəsinə bənzədilmişdir. Bu rəvayətdə nəql olunur, Əli ibn Əbi Talibin (ə) insanlar arasında olan misalı, Quranda “Qul huvəllahu əhəd”-in misalı kimidir. O cür ki, hər kim İxlas surəsini üç dəfə oxusa, bütöv bir Quranı xətm etmək kimidir. Sonra peyğəmbər (s) əlavə etdi: Ey Əli (ə) hər kim səni dilində sevsə, İslam dininin üçdə birini sevmişdir, hər kim dilində və qəlbində səni sevsə, İslam dininin üçdən iki hissəsini sevmişdir və hər kəs səni dilində, qəlbində və əlində (əməlində) sevsə, İslam dinini kamil olaraq sevmişdir; peyğəmbər (s) sonra buyurdu: And olsun o kəsə ki, məni peyğəmbərliyə seçmişdir, əgər yer əhli, göylərin əhli kimi Əlini (ə) sevsəydi, Allah onlardan heç birini cəhənnəm oduna düçar etməzdi.[20]

Əhli-sünnə alimi Qunduzi yuxarıda qeyd olunan hədisi “Yənabiul məvəddət” kitabında nəql etmişdir.[21] Həmçinin digər əhli-sünnə mənbələrində bu məzmunda hədislər nəql olunmuşdur ki, Əmirəl möminin Əli ibn Əbi Talibin (ə) məqamını ixlas surəsinin məqamı kimi açıqlayırlar.[22]

Fəzilət və xüsusiyyətləri

Tövhid surəsi, müasir Türkiyəli xəttat Qasım Karanın əl işi

Allahın rəsulundan (s)imam Baqirdən (ə) nəql olunur, ixlas surəsi Quranın üçdə birinə bərabərdir.[23] İmam Rzadan (ə) nəql olunur, hər kim Tohid surəsini oxuyub ona iman gətirsə, “Tohidi” (Allahın vəhdniyyətini) tanımışdır.[24] Peyğəmbərdən (s) nəql olunur, bu surəni çoxlu oxuyun, çünki bu surə Quranın nurudur.[25] İmam Əlidən (ə) rəvayətdir, hər kəs Tohid və Qədr surələrini gündüz və ya gecəsi yüz dəfə oxusa, Mütəal Allah ölümündən sonra qəbrində bir nur olaraq qərar verər, ondan öndə və arxada hərəkət edərək cənnətə kimi onunla birlikdə olar.[26] İmam Sadiq (ə) bu haqda buyurur: Hər kim gündəlik beş vaxt namazlarında Tohid surəsini oxumasa, ona deyilər sən namaz qılanlardan deyilsən.[27]

Hədis kitablarında bu surənin xüsusiyyətləri haqda göz ağrısı,[28] insanın səfərdə əminamanlıqda qalması üçün (11 dəfə oxuyarsa),[29] yatan zaman oxuyan şəxsi 50 mələyin qoruması,[30] fəqirlikdən nicat tapmaq,[31] günahların bağışlanması (cümə günü və ya gecəsi iki rəkətli namazda 200 dəfə oxunsun),[32] və həmçinin duaların qəbul olması (əgər birinci rəkətdə Həmd surəsindən sonra Tohid surəsi oxunarsa)[33] kimi xüsusiyyətlər zikr olunmuşdur.

Tövhid surəsini oxumaq

Vacib namazlarda Tohid surəsinin oxunmasına çoxlu təkid edilmişdir. Qeyd olunur, hər iki rəkətdə Tohid surəsindən başqa, digər surələrin təkrar oxunması məkruhdur (bəyənilmir).[34] Quranın digər surələrinin əksinə olaraq, namaz qılan şəxs surənin yarısına çatmadan, o surəni oxumayıb digər surəni oxuya bilər, amma İxlas və Kafirun surələrində buna icazə verilmir, namaz qılan şəxs bu iki surəni başladıqda, sona çatdırması vacibdir.[35]

İxlas surəsini bir çox müstəhəb namazlarda oxumaq, misal üçün Əmirəl möminin (ə) namazında, dörd rəkətin hər birində əlli dəfə oxumaq və Fatimeyi Zəhra (s) namazında birinci rəkətdə əlli dəfə oxumaq.[36] Gecə namazının ilk iki rəkətinin birinci rəkətində,[37] bir rəkət vitr namazında,[38] Sübh namazının nafiləsində, ZöhrMəğrib namazlarının nafiləsinin birinci rəkətlərində, ehram və təvaf namazında,[39] qəbir əhlini ziyarət edən zaman[40]Ərəfatda dayandıqda oxunması müstəhəbdir.[41] Tövsiyə olunur, məzarlıqın kənarından keçdikdə onbir dəfə oxunub savabını dünyasını dəyişənlərə hədiyyə edilsin.[42]

Kitablar

Bu surə, Quranın kamil şəkildə təfsir olunmuş kitablarından əlavə, müstəqil şəkildə də təfsir olunmuşdur, o cümlədən:

1. Təfsire sureye İxlas; müəllif: Məhəmməd ibn Əsəd Siddiqi Dəvani.(48)

2. Təfsire sureye İxlas; müəllif: İmam Musa Sədr, tərcümə: Mehdi Fərruxiyan, naşir: Müəssiseye fərhəngiye təhqiqati imam Musa Sədr, 1388 h.ş.

Mətn və tərcümə

İxlas surəsi

Tərcümə Ərəbcə mətn
1. (Ya Peyğəmbər!) De: «Həqiqətən, Allah birdir. 2. Allah böyükdür, hacətlər qibləsidir, elə bir zatdır ki, həqiqəti bəsitdir – mürəkkəb deyildir və ehtiyacsızdır. 3. Nə bir kəsi doğmuş və nə bir kəsdən doğulmuşdur (Onun ata və oğul olması mümkün deyil). 4. Və heç bir zaman bir kəs (tanrılıqda, xaliqiyyətdə, rübubiyyətdə, ibadətdə və itaətdə) Ona tay olmamışdır».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ «۱» اللَّهُ الصَّمَدُ «۲» لَمْ يَلِدْ وَلَمْ يُولَدْ «۳» وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ «۴»

İstinadlar

  1. Dairətul-məarif Qurane Kərim, c.2, s.355-356
  2. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.20, s.387
  3. Təbərsi, Məcməul-bəyan, c.10, s.479
  4. Dairətul-məarif Qurane Kərim, c.2, s.355-356
  5. Xürrəmşahi, Daneşnameye Quran və Quran pejuhi, c.2, s.1270-1271
  6. Təbərsi, Məcməul-bəyan, c.10, s.479
  7. Siyuti, Əl-İtqan fi ulumil-Quran, h.ş 1376, c.1, s.140
  8. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.20, s.387
  9. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
  10. Xürrəmşahi, Daneşnameye Quran və Quran pejuhi, c.2, s.1270-1271
  11. Siyuti, Əl-İtqan fi ulumil-Quran, h.ş 1376, c.1, s.145
  12. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.20, s.669
  13. Nəhcül-bəlağə, xütbə 182, c.2, s.175, Tərcümə: Məhəmməd Dəşti
  14. Şeyx Səduq, Ət-Tövhid, h.q 1387, c.1, s.76
  15. Məkarim Şirazi, Nümunə təfsiri, c.27, s.428
  16. Razi, Rəvzul-cinan, c.20, s.140
  17. Siyuti, Əl-İtqan fi ulumil-Quran, h.ş 1376, c.1, s.140
  18. Siyuti, Əd-durrul-mənsur, c.6, s.410-411
  19. Təbatəbai, Əl-Mizan, h.ş 1374, c.20, s.387
  20. Əllamə Hilli, Kəşful-yəqin, h.q 1411, s.298
  21. Qunduzi, Yənabiul məvəddət, h.q 1416, c.1, s.376
  22. İbn Şahin Bağdadi, Cuzun min hədis İbn Şahin, s.340-341; İbn Məğazəli, Mənaqibu Əmiril-Muminin Əli ibn Əbi Talib, h.q 1424, s.108
  23. Siyuti, Əd-durrul-mənsur, c.8, s.678-680; Qutb Ravəndi, Əd-Dəvat, s.217
  24. Şeyx Səduq, Uyunu Əxbarir-Rza, h.q 1404, c.2, s.122
  25. Qutb Ravəndi, Əd-Dəvat, s.84
  26. Qutb Ravəndi, Əd-Dəvat, s.219
  27. Kuleyni, Usulu Kafi, c.2, s.455
  28. Bəhrani, Təfsirul-Burhan, h.q 1416, c.5, s.798
  29. Qutb Ravəndi, Əd-Dəvat, s.295
  30. Təbərsi, Məkarimul-əxlaq, h.ş 1377, s.289
  31. Şeyx Səduq, Xisal, h.q 1403, s.626
  32. Tusi, Misbahul-mutəhəccid, h.q 1411, s.261
  33. Şeyx Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.315
  34. Həkim, Mustəmsəkul-urvə, c.6, s.285
  35. Kuleyni, Usulu Kafi, c.3, s.317
  36. Qumi, Şeyx Abbas, Məfatihul-cinan, h.ş 1390, Əmirəl-mömininin namazı
  37. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1417, c.9, s.414
  38. Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.538
  39. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1417, c.9, s.412
  40. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.2, s.300
  41. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1417, c.19, s.52
  42. Hüveyzi, Təfsiru Nuris-səqəleyn, h.q 1383, c.5, s.702

Ədəbiyyat

  • Qurani-Kərim
  • İbn Məğazəli, Əli ibn Məhəmməd, Mənaqibu Əmiril-Muminin Əli ibn Əbi Talib, Beyrut, h.q 1424
  • Bəhrani, Seyyid Haşim, Təfsirul-Burhan, Tehran, h.q 1416
  • Həkim, Seyyid Möhsin, Mustəmsəkul-urvətil-vüsqa, Qum, Darut-təfsir
  • Hüveyzi, Əbd-Əli İbn Cümə, Təfsiru Nuris-səqəleyn, Düzəliş: Haşim Rəsuli, Qum, İsmailiyyan nəşri, 4-cü çap, h.q 138
  • Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quran pejuhi, Tehran, h.ş 1377
  • Dairətul-məarif Qurane Kərim, QUm, Bustane kitab müəssisəsi, h.ş 1382
  • Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan, Məşhəd, Bunyade pejuheşhaye İslami Astane Qodse Rəzəvi
  • Siyuti, Cəlaluddin, Əl-İtqan fi ulumil-Quran, Düzəliş: Məhəmməd Əbül-fəzl İbrahim, Tehran, Əmir Kəbir nəşri, h.ş 1376
  • Siyuti, Cəlaluddin, Əd-durrul-mənsur, QUm, 1-ci çap, h.q 1404
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1413
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, h.q 1403
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Uyunu Əxbarir-Rza (ə), Beyrut, h.q 1404
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.ş 1374
  • Təbərsi, Həsən ibn Fəzl, Məkarimul-əxlaq, Qum, Rza Şərif, h.ş 1377
  • Təbərsi, Həsən ibn Fəzl, Məcməul-bəyan, Məşhəd, Astane Qodse Rəzəvi, h.ş 1390
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, Came mudərrisin, h.q 1407
  • Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mutəhəccid, Beyrut, Fiqhuş-şiə muəssisəsi, h.q 1411
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-yəqin, Tehran, h.q 1411
  • Qutb Ravəndi, Əd-Dəvat, İmam Mehdi (ə.f) mədrəsəsinin təhqiqi, Qum, İmam Mehdi (ə.f) Mədrəsəsinin nəşri
  • Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul məvəddət, Təhqiq: Əli Hüseyni, Qum, h.q 1416
  • Kaşiful-ğita, Cəfər, Kəşful-ğita, Qum, h.q 1422
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, c.1, h.ş 1371
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kitabil-İslamiyyə, h.ş 1374
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Qum, h.q 1417

Xarici keçidlər