Cüz (Quran)

wikishia saytından
(Quranın cüzü səhifəsindən yönləndirilmişdir)

Cüz (ərəbcə: الجزء), Quranın bölünməsinin meyarlarından biridir. Hər bir cüz Qurani-Kərimin otuzda biri və Osman Taha xətti ilə təxminən onun iyirmi səhifəsinə bərabərdir. Hər bir cüz dörd hizbə bölünür. 30-cu cüz 37 surəyə sahib olmaqla ən çox surəsi olan cüzdür. Bəzi mədəniyyətlərdə Quran cüzləri həmin cüzün nömrəsinin adı ilə və ya cüzün başlanğıc sözünün adı ilə adlandırılır.

Tərif

“Cüz” Qurani-Kərimin bölmələrindən biridir. Müsəlmanlar Quranı otuz cüzə, yəni otuz hissəyə bölmüşlər.[1] Bəzi mədəniyyətlərdə Quran cüzləri həmin cüzün nömrəsinin adı ilə və ya cüzün başlanğıc sözünün adı ilə adlandırılır. Məsələn, “Əmmə cüz”dən məqsəd otuzuncu cüzdür ki, “əmmə yətəsaəlun” ifadəsi ilə başlayır.[2] Hər bir cüz dörd hizbdən ibarətdir, Osman Taha xətti ilə isə hər cüz iyirmi səhifəyə şamil olur.[3]

Quranın cüzlərə bölünməsinin tarixi

Quranın 30 cüzdən ibarət 9-cu cüzü

Bəziləri hesab edirlər ki, Quranın cüzlərə bölünməsi prinsipi Peyğəmbərin (s) hər qəməri ayında Quran tilavətinin qeyd edildiyi bir rəvayətdən alınmışdır.[4] Bununla belə, Quranın otuz cüzə bölünməsinin başlanğıc tarixi barədə müxtəlif fikirlər mövcuddur. Deyilənə görə, bu bölgü Həccac ibn Yusif Səqəfinin (hicri 95-ci ildə vəfat edib) dövründə başlamışdır[5]  ki, Ramazan ayının hər günündə onun bir cüzü oxunsun.[6] Bəziləri də deyirlər ki, Məmun Abbasi (hökmdarlığı hicri 198-218-ci illər) Quranı bu şəkildə bölməyi əmr etmişdir.[7] 8-ci əsrin təfsirçilərindən olan Zərkeşi Quranın 30 cüzə bölünməsinin yayılmasını dini məktəblərdən başladığını hesab edirdi.[8]

Cüz oxumaq

İmam Hüseynin (ə) hərəmində "cüzxani" (cüz oxumaq) mərasimi

Əsas məqalə: Cüz oxumaq

İran və bəzi digər İslam ölkələrində müsəlmanlar Ramazan ayında birlikdə Quranı xətm edirlər. Buna görə də onlar hər gün Qurandan bir cüzü oxuyurlar və bu ənənə “Cüzxani” (cüz oxumaq) adlanır. İran televiziyası müqəddəs yerlərdə bəzi qiraətləri birbaşa radio və televiziya vasitəsilə yayımlayır.[9]

İran kimi bəzi İslam ölkələrində Quranın cüzləri də müstəqil şəkildə çap olunur. Bu Quranlar otuz cüz adlanır və onlardan dəfn mərasimlərində istifadə olunur.[10] Əlbəttə, Seyid Məhəmməd Hüseyn Tehrani (hicri 1416-cı ildə vəfat edib) dəfn mərasimlərində Quranın cüz şəklində paylanmasının əleyhinə idi. O, Yezid ibn Müaviyənin dövründən bu üsulun geniş yayıldığını bildirirdi və xətm məclislərində Quranın kamil şəkildə istifadə edilməsinə inanırdı.[11]

Quranın cüzlərinin siyahısı

Quranın cüzləri
Cüz Cüzün başlama ayəsi Cüzün özündə cəm edən surələr
1 Quran 1:1 Fatihə surəsi (1:1) - Bəqərə surəsi (2:141)
2 Quran 2:142 Bəqərə surəsi (2:142) - Bəqərə surəsi (2:252)
3 Quran 2:253 Bəqərə surəsi (2:253) - Ali-İmran surəsi (3:92)
4 Quran 3:93 Ali-İmran surəsi (3:93) - Nisa surəsi (4:23)
5 Quran 4:24 Nisa surəsi (4:24) - Nisa surəsi (4:147)
6 Quran 4:148 Nisa surəsi (4:148) - Maidə surəsi (5:81)
7 Quran 5:82 Maidə surəsi (5:82) - Ənam surəsi (6:110)
8 Quran 6:111 Ənam surəsi (6:111) - Əraf surəsi (7:87)
9 Quran 7:88 Əraf surəsi (7:88) - Ənfal surəsi (8:40)
10 Quran 8:41 Ənfal surəsi (8:41) - Tövbə surəsi (9:92)
11 Quran 9:93 Tövbə surəsi (9:93) - Yunis surəsi - Hud surəsi (11:5)
12 Quran 11:6 Hud surəsi (11:6) - Yusuf surəsi (12:52)
13 Quran 12:53 Yusuf surəsi (12:53) - Rəd surəsi - İbrahim surəsi
14 Quran 15:1 Hicr surəsi - Nəhl surəsi
15 Quran 17:1 İsra surəsi - Kəhf surəsi (18:74)
16 Quran 18:75 Kəhf surəsi - Məryəm surəsi - Taha surəsi
17 Quran 21:1 Ənbiya surəsi - Həcc surəsi
18 Quran 23:1 Muminun surəsi - Nur surəsi - Furqan surəsi (25:20)
19 Quran 25:21 Furqan surəsi (25:21) - Şüəra surəsi - Nəml surəsi (27:55)
20 Quran 27:56 Nəml surəsi (27:56) - Qəsəs surəsi - Ənkəbut surəsi (29:45)
21 Quran 29:46 Ənkəbut surəsi (29:46) - Rum surəsi - Loğman surəsi - Səcdə surəsi - Əhzab surəsi (33:30)
22 Quran 33:31 Əhzab surəsi (33:31) - Səba surəsi - Fatir surəsi - Yasin surəsi (36:27)
23 Quran 36:28 Yasin surəsi (36:28) - Saffat surəsi - Sad surəsi - Zumər surəsi (39:31)
24 Quran 39:32 Zumər surəsi (39:32) - Ğafir surəsi - Fussilət surəsi (41:46)
25 Quran 41:47 Fussilət surəsi (41:47) - Şura surəsi - Zuxruf surəsi - Duxan surəsi - Casiyə surəsi
26 Quran 46:1 Əhqaf surəsi - Muhamməd surəsi - Fəth surəsi - Hucurat surəsi - Qaf surəsi - Zariyat surəsi (51:30)
27 Quran 51:31 Zariyat surəsi (51:31) - Tur surəsi - Nəcm surəsi - Qəmər surəsi - Ər-Rəhman surəsi - Vaqiə surəsi - Hədid surəsi
28 Quran 58:1 Mucadələ surəsi - Həşr surəsi - Mumtəhənə surəsi

- Səff surəsi - Cümə surəsi - Munafiqun surəsi - Təğabun surəsi - Təlaq surəsi - Təhrim surəsi

29 Quran 67:1 Mülk surəsi - Qələm surəsi - Haqqə surəsi - Məaric surəsi - Nuh surəsi - Cin surəsi

- Müzzəmmil surəsi - Müddəssir surəsi - Qiyamət surəsi - İnsan surəsi - Mürsəlat surəsi

30 Quran 78:1 Nəbə surəsi - Naziat surəsi - Əbəsə surəsi - Təkvir surəsi - İnfitar surəsi - Mutaffifin surəsi

- İnşiqaq surəsi - Buruc surəsi - Tariq surəsi - Əla surəsi - Ğaşiyə surəsi - Fəcr surəsi - Bələd surəsi - Şəms surəsi

- Ləyl surəsi - Duha surəsi - Şərh surəsi - Tin surəsi - Ələq surəsi - Qədr surəsi - Bəyyinə surəsi - Zəlzələ surəsi

- Adiyat surəsi - Qariə surəsi - Takasur surəsi - Əsr surəsi - Huməzə surəsi - Fil surəsi - Qüreyş surəsi - Maun surəsi

- Kövsər surəsi - Kafirun surəsi - Nəsr surəsi - Məsəd surəsi - İxlas surəsi - Fələq surəsi - Nas surəsi

İstinadlar

  1. Muini, Cüz, s.836
  2. Muini, Cüz, s.836
  3. Rzapur, http://irandaveh.blogfa.com/post/130
  4. Əhməd ibn Əhməd ibn Məhəmməd Ət-Təvil, Fənnut-tərtil və ulumihi, h.q 1420, s.65
  5. Feyz Kaşani, Muhəccətul-beyza, h.q 1428, s.224
  6. Muini, Cüz, s.836
  7. Mərifət, Ət-Təmhid, h.q 1412, c.1, s.364
  8. Zərkeşi, Əl-Burhan, h.q 1408, c.1, s.250
  9. https://www.tavoosebehesht.ir/news/1572
  10. Dəhxoda, Dəhxoda lüğətnaməsi, Si pre sözünün şərhi
  11. https://maktabevahy.org/, Vəhy məktəbi

Ədəbiyyat

  • Əhməd ibn Əhməd ibn Məhəmməd Ət-Təvil, Fənnut-tərtil və ulumihi, h.q 1420 \ m.1999
  • https://www.tavoosebehesht.ir/news/1572, tavoosebehesht.ir saytı
  • Rzapur, Məhəmməd Təqi, http://irandaveh.blogfa.com/post/130
  • Dəhxoda, Dəhxoda lüğətnaməsi, https://vajehyab.com
  • Zərkeşi, Bədruddin Məhəmməd ibn Abdullah, Əl-Burhan, Beyrut, h.q 1408
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1412
  • Muini, Möhsin, "Cüz", Daenşanmeye Quran və Quranpejuhi, Tehran, Dustan və Nahid, h.ş 1377
  • https://maktabevahy.org/, Vəhy məktəbi</ref>

Xarici keçidlər