Məzmuna keç

Şəri məğrib

wikishia saytından
(Şam azanının vaxtı səhifəsindən yönləndirilmişdir)

Şəri məğrib, (ərəbcə: الغروب) məğrib namazını qılmağın başlanğıc vaxtıdır və fiqhin bəzi bölmələrində müzakirə edilir. Şəri məğrib, əsr namazının vaxtının sonu, məğrib namazının başlanğıcı, orucun sona çatması (iftar vaxtı), həmçinin Ərəfatda ixtiyari dayanmaq kimi məsələlərdə tətbiq olunur. Buna görə də o, namaz, oruchəcc kimi fiqh bölmələrində müzakirə edilir.[1]

Şəri məğribin vaxtı ilə bağlı fəqihlər arasında ixtilaf var. Bəzi fəqihlər günəşin batmasını şəri məğrib hesab edirlər.[2] Lakin "Cəvahir" kitabının müəllifinə görə, bir çox fəqihlər humreyi məşriqiyyənin getməsini (şərq üfüqündəki qızartının aradan getməsini) şəri məğrib vaxtı sayırlar.[3] Bu baxışa əsasən, günəşin batması və şəri məğrib iki ayrı vaxtdır. Günəşin batması əsr namazının vaxtının sona çatmasıdır, lakin şərq üfüqündəki qızartının aradan getməsi iftar vaxtı və məğrib namazının vacib olma anıdır.[4]

İstinadlar

  1. Haşimi, Şahrudi, Fərhənge fiqhe farsi, h.ş 1385, c.1, s.413
  2. Behcət, İstiftaat, h.q 1428, c.2, s.348
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1362, c.7, s.108-109
  4. Baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1431, c.1, s.345

Ədəbiyyat

  • Behcət, Məhəmməd Təqi, İstiftaat, Qum, Ayətullah Behcətin dəftəri, h.q 1428
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, h.q 1431
  • Haşimi, Şahrudi, Fərhənge fiqhe farsi, Qum, h.ş 1385
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: İbrahim Sultani, Beyrut, h.q 1362