Hədiyyə namazı
Hədiyyə namazı (ərəbcə: صلاة الهدية) və ya Səlatul-Hədiyyə, imamların (ə) rəvayətlərində qeyd olunan bir namazdır.[1] Müstəhəbdir ki, cümə günü səkkiz rükət, yəni dörd iki rükətli namaz və həftənin digər günlərində isə dörd rükət, yəni iki iki rükətli namaz qılınsın[2] və hər günün savabı xüsusi olaraq on dörd məsumdan (ə) birinə hədiyyə edilsin.[3]
Dini mənbələrə əsasən, bu namazın günlərə görə qılınma qaydası belədir:
Cümə günü: Səkkiz rükət namaz; yəni hər iki rükətdən sonra salam verilməlidir. Onun dörd rükətini Həzrət Peyğəmbər (s) üçün, digər dörd rükətini isə Həzrət Fatimeyi-Zəhra (s) üçün hədiyyə etməlidir.
- Şənbə günü: Dörd rükət namaz qılınır və İmam Əliyə (ə) hədiyyə edilir.
- Bazar günü: Dörd rükət namaz qılınır və İmam Həsənə (ə) hədiyyə edilir.
- Bazar ertəsi: Dörd rükət namaz qılınır və İmam Hüseynə (ə) hədiyyə edilir.
- Çərşənbə axşamı: Dörd rükət namaz qılınır və İmam Səccada (ə) hədiyyə edilir.
- Çərşənbə günü: Dörd rükət namaz qılınır və İmam Baqirə (ə) hədiyyə edilir.
- Cümə axşamı: Dörd rükət namaz qılınır və İmam Cəfər Sadiqə (ə) hədiyyə edilir.
- Cümə günü: Yenidən səkkiz rükət namaz qılınır və dörd rükəti Həzrət Peyğəmbər (s) üçün, digər dörd rükəti isə Həzrət Fatimeyi-Zəhra (s) üçün hədiyyə etməlidir.
- Şənbə günü: Dörd rükət namaz qılınır və İmam Musa Kazimə (ə) hədiyyə edilir.
- Bazar günü: Dörd rükət namaz qılınır və İmam Rzaya (ə) hədiyyə edilir.
- Bazar ertəsi: Dörd rükət namaz qılınır və İmam Cavada (ə) hədiyyə edilir.
- Çərşənbə axşamı: Dörd rükət namaz qılınır və İmam Hadiyə (ə) hədiyyə edilir.
- Çərşənbə günü: Dörd rükət namaz qılınır və İmam Əskəriyə (ə) hədiyyə edilir.
- Cümə axşamı: Dörd rükət namaz qılınır və İmam Məhdiyə (ə.f) hədiyyə edilir.[4]
Bildirilir ki, bu namazların hər iki rükətindən sonra aşağıda qeyd olunan xüsusi bir dua oxunmalıdır və "filankəs" ifsdəsi yerinə namazı qıldığı imamın adını çəkilməlidir.[5]
"Əllahummə əntəs-səlamu və minkəs-səlamu və iləykə yəudus-səlamu həyyina Rəbbəna minkə bis-səlam Əllahummə innə hazihir-rəkəat hədiyyətun minna ila vəliyyikə filan fə salli əla Muhəmmədin və alihi və bəlliğhu iyyaha və ətini əfzələ əməli və rəcai fikə və fi rəsulikə səlavatukə ələyhi və alihi və fihi.[6]
İstinadlar
Ədəbiyyat
- Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Qum, Fiqhuş-şiə müəssisəsi, h.q 1411
- Seyid ibn Tavus, Əli ibn Musa, Cəmalul-usbuu bi-kəmalil-əmlil-məşru, Tehran, h.q 1408
- Məclisi, Məhəmməd Baqir, Tuhfətuz-zair, Qum, h.ş 1386