Məzmuna keç

Təcafi

wikishia saytından
Təşəhhüddə təcafi

Təcafi, (ərəbcə: التجافي) İmam camaatın təşəhhüd oxuması zamanı namaz qılanın çömbələrək (ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturaraq) durmasıdır. Rükusəcdə zamanı əllərin açılmasına da təcafi deyilir.

Təşəhhüddə: Əgər məmum (iqtida edən) namazın ikinci və ya sonuncu rükətində imam camaata iqtida edərsə, imam camaatın təşəhhüdü zamanı təcafi edər.[1] Yəni, iki əlinin və ayaqlarının barmaqlarını yerə qoyar və dizlərini qaldırar. Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi, Ayətullah Vəhid XorasaniAyətullah Sistani kimi müctəhidlərin nəzərinə görə, ikinci rükətin təşəhhüdündə təcafi etmək vacib ehtiyatdır. Lakin dördüncü rəkətdə namaz qılan ya təcafi edə, ya da ayağa qalxıb namazın qalan hissəsini qıla bilər. Namaz qılan şəxs təcafi halında fiqh alimlərinin nəzərinə görə sükut edə bilər və ya təşəhhüd zikrini və ya hər hansı başqa bir zikri deyə bilər.[2]

Rüku və səcdədə: Əllərin dirsəkdən açılması mənasını daşıyır və kişilər üçün müstəhəbdir. Bu əməl rükuda "təcnih" adlanır. Belə ki, insan rüku halında qanad kimi qollarını və dirsəklərini bədənindən aralı saxlamalı və yalnız ovuclarını dizlərinə qoymalıdır.[3] Rəvayətlərdə qarnın yerdən qaldırılmasına və əllərin açılmış qanadlar kimi yerə qoyulmasına "təxəvvi" deyilir.[4] Kişilər üçün rüku və səcdədə təcafi etmək müstəhəbdir.[5] Lakin 13-cü əsr şiə fəqihi Molla Əhməd Nəraqi "Müstənədüş-şiə" kitabında Fazildən nəql edir ki, səcdə halında qarnı yerdən qaldırmaq mənasına olan təcafi vacibdir, çünki təcafi olmadan səcdə yerinə yetirilmiş sayılmır.[6]

İstinadlar

  1. Bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), h.q 1426, c.2, s.353
  2. از تجافی در نماز چه می‌دانیم, Hövzənin rəsmi internet saytı
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.105; Fərhənge fiqhe farsi, h.ş 1385, c.2, s.353
  4. Hürr Amili, Vəsailuş-şiə, c.6, s.341
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.105
  6. Nəraqi, Müstənəduş-şiə, c.5, s.279

Ədəbiyyat

  • از تجافی در نماز چه می‌دانیم, Hövzənin rəsmi internet saytı
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, h.q 1409
  • Bir qrup araşdırmaçı, Fərhənge fiqh mutabiq məzhəbe əhli-beyt (ə), Qum, h.q 1426
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, h.ş 1362
  • Nəraqi, Müstənəduş-şiə, Əhməd ibn Məhəmməd Mehdi Ən-Nəraqi, Qum

Xarici keçid