Təvərrük
Görünüş

Təvərrük, (ərəbcə: التورك) namazda sol ayağı sağ baldırın altına qoyub, sol budun üstündə oturmaqdır. Namazın təşəhhüdü oxunan zaman bu cür oturuş müstəhəbdir.[1] "Ürvətül-Vüsqa"nın müəllifi təvərrükü sol budun üstündə oturmaq və sağ ayağın arxasını sol ayağın dabanı üzərinə qoymaq kimi izah etmişdir.[2] Bəzi fəqihlər bu cür oturuşu namazın təşəhhüddən başqa hallarında, iki səcdə arasında və ya növbəti rükətə qalxmazdan əvvəl oturuş zamanı kimi istirahət oturuşunda müstəhəb hesab etmişlər.[3] Sahibi Cəvahir, təvərrükü qadınlar üçün müstəhəb saymamışdır.[4]
- Həmmad ibn İsanın rəvayətinə görə, İmam Sadiq (ə) ona namaz öyrədərkən iki səcdə arasında təvərrük halında oturmuş, yəni sağ ayağının arxasını sol ayağının dabanı üzərinə qoymuşdur.[5]
- Namazın qiyam halında təvərrük – bədənin ağırlığını gah sağ, gah sol ayağa vermək və ya əlləri budların üstünə qoyub onlara söykənmək isə məkruh sayılmışdır.[6]
- Bu növ oturma namazdan kənar hallarda məkruh deyil və imamlar bəzən belə oturmuşlar.[7]
İstinadlar
- ↑ Xoyi, Şərhu ürvətil-vüsqa, h.q 1418, s.177 və 343
- ↑ Təbətəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.2, s.574
- ↑ Hilli, Əl-Mutəbər fi şərhil-muxtəsər, h.q 1407, c.2, s.214 və 228; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362. c.10, s.180
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362. c.10, s.182
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.312
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362. c.11, s.91; Təbətəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1419, c.3, s.38
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.47, s.48
Ədəbiyyat
- Hilli, Cəfər ibn Həsən, Əl-Mutəbər fi şərhil-muxtəsər, Qum, Seyyidüş-Şühəda müəssisəsi, 1-ci çap, h.q 1407
- Xoyi, Seyid Əbül-Qasim, Şərhu ürvətil-vüsqa, Təhqiq: Məhəmməd Rza Musəvi Xəlxali, Qum, Tövhid nəşri, h.q 1418
- Təbətəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Came müdərrisin, h.q 1419
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362