Kəbə mövludu
- Bu məqalə İmam Əlinin (ə) ləqəbi barəsindədir. Şiələrin birinci imamı haqda məlumat almaq üçün İmam Əli (ə) məqaləsini mütaliə edin.
Kəbə mövludu ya Kəbədə doğulan (ərəbcə: وليد الكعبة) mənasında işlənir. İmam Əlinin (ə) Kəbədə doğulması hekayəsinə işarə edir ki, bu da onun xüsusi fəzilətlərindən sayılır. Bəzi sünni mənbələrində İmam Əlinin (ə) fəzilətlərini inkar etmək məqsədi ilə saxtalaşdırılmış rəvayətlər vardır ki, bu fəziləti başqalarına da aid edir.
Ən azı on altı sünni mənbəsi və əlli şiə mənbəsi İmam Əlinin (ə) Kəbədə doğulduğunu bildirib. Müxtəlif şiə və sünni mənbələri İmam Əlinin (ə) Kəbədə doğulması xəbərinin mütəvatir olduğunu hesab ediblər. Əlbəttə ki, onun təfərrüatları ilə bağlı ixtilaflar var. İmam Əlinin (ə) Kəbədə doğulması haqqında çoxlu kitablar yazılmışdır. Onların arasında Mirzə Məhəmməd Əli Ordubadinin (1380-1312) yazdığı “Əli Vəlidul-Kəbə” kitabı da var ki, onun farsca tərcüməsi "Kəbədə yeganə doğulmuş" adlanır.
Mənbələrdə gələn xəbərlər
"Kəbədən doğulmuş" dedikdə şiələrin ilk imamı İmam Əli (ə) nəzərdə tutulur və onun Kəbədə anadan olmasına işarə edir.[1] Əllamə Əmini on altı sünni və əlli şiə mənbəsindən nəql edib ki, İmam Əli (ə) Kəbədə doğulub.[2] O, 2-ci əsrdən14-cü əsrə qədər 41 şairin adını da çəkmişdir ki, öz şeirlərində İmam Əlinin (ə) Kəbədə doğulmasını qeyd etmişlər.[3]
"İhqaqul-həqq" kitabına yazılmış şərhdə İmam Əlinin (ə) Kəbədə doğulması on yeddi sünni mənbəsindən nəql edilmişdir.[4] Sibt ibn Covzi,[5] İbn Səbbağ Maliki,[6] və Əli ibn Burhanəddin Hələbi[7] İmam Əlinin (ə) Kəbədə doğulmasından bəhs edən sünni alimləridir. Əl-Müstədrək Ələs-Səhihəyn[8] və Kifayətut-Talib[9] kitablarında İmam Əlinin (ə) Kəbədə doğulması barədə nəql olunan rivayətlərin "təvatür" həddinə çatdığı iddiası edilib.
Hekayə
- İmam Əlinin (ə) Kəbədə doğulması hekayəsi mənbələrdə üç şəkildə qeyd olunub: "Mənaqib İbn Məğazili (vəfatı hicri 483-cü il) kitabında İmam Səccaddan (ə) nəql olunur ki, Peyğəmbər (s) Əbu Talibi kədərli görüb səbəbini soruşdu. Əbu Talib həyat yoldaşı Fatimə Bint Əsədin doğum sancısı olduğunu dedi. Hər ikisi Peyğəmbərlə birlikdə Kəbəyə gəldi. Əbu Talib Fatimə binti Əsədi Kəbədə otuzdurdu. Əli dünyaya gəldikdən sonra Peyğəmbər onu öz evinə apardı.[10]
- Şeyx Səduq "İləluş-Şərayi"[11], "Məanil-Əxbar"[12], "Əmali"[13] hədis kitablarında və ondan sonra bəzi digər mühəddislər[14] Yezid ibn Qənəbdən nəql ediblər ki, Fatimə binti Əsəd Kəbənin kənarında idi. Bu zaman onu doğum sancısı tutdu. O, Allahdan istədi ki, doğum onun üçün asan keçsin. Bu zaman Kəbə arxadan yarıldı və Fatimə ora daxil oldu. Sonra divardakı yarılma birləşdi. O, həmçinin Yezid ibn Qənəbdən nəql edir: Biz nə etsək də Kəbənin qapısını aça bilmədik. Ona görə də anladıq ki, bu iş Allah tərəfindən edilib. Fatimə binti Əsəd dörd gün sonra Əlini əlində tutaraq Kəbədən çıxdı.
- Həsən ibn Əli Təbərinin (hicri 701-ci ildə yaşamış) "Töhfətul-Əbrar" kitabında dediyinə əsasən, Həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd Kəbəni təvaf edərkən doğuş sancıları keçirdi və evə qayıtmağa taqət gətirmədi. Buna görə də Kəbəyə üz tutdu, Kəbənin qapısı açıldı və Kəbəyə daxil oldu. Qapı bağlandı və körpəsini Kəbədə dünyaya gətirdi. Üç gün Kəbədə qaldı.[15]
Həkim ibn Hizamın hekayəsi
Şeyx Müfid İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsini onun xüsusi fəzilətlərindən hesab edib. Həmçinin bu fəzilətin, bundan əvvəl heç kimin başına gəlmədiyini və bundan sonra da kimsənin başına gəlməyəcəyini bildirib.[16] Lakin bəzi sünni mənbələrində qeyd olunur ki, Peyğəmbərin (s) Həkim ibn Hizam adlı səhabəsi də Kəbədə doğulub.[17] Əlbəttə, bəziləri bu rivayətin İmam Əlinin (ə) fəzilətlərinin inkar edilməsindən qaynaqlandığına inanırlar. Peyğəmbərin (s) səhabələrindən olan Zübeyrin ailəsi əmilərinin oğlunu sevdiklərinə görə bu mətləbi özləri saxtalaşdırıblar; Çünki Həkim ibn Hizam ibn Xuveyləd ibn Əsəd ibn Əbdül-Üzza və Zübeyr ailəsinin nəsli Əsəd ibn Əbdül-Üzzada birləşir.[18]
- Bununla bağlı bəzi iradlar da edilib; O cümlədən:
- Musəb ibn Osman naməlum bir şəxsdir və onun adı "Rical" kitablarında qeyd olunmur.
- Bu rivayət Mürsəldir; Çünki bu əhvalatı rivayət edən Musəb ibn Osman bu əhvalatdan çox illər sonra dünyaya gəlib. Ona görə də bu əhvalatı vasitəsiz nəql edə bilməyib.[19]
Əmirəlmöminin Əlinin (ə) Kəbədə dünyaya gəlməsinin sirri
Əmirəlmöminin Əlinin (ə) Kəbədə dünyaya gəlməsinin sirlərindən biri də bu ola bilər ki, Allah-taala buyurur: "Ey Kəbə, mən tezliklə səni bu doğumla içində olan bütlərin murdarlığından pak edəcəyəm. Daha dəqiq və dərin ola bilən digər sirr isə budur: Kəbəyə diqqət yetirməyin həqiqəti onda doğulan bu nura diqqət yetirməkdir. Çünki Kəbəyə diqqət yetirmək niyyəti yalnız bu binaya və bu daşlara diqqət yetirməkdirsə, bu da bir növ bütlərə ibadət və pərəstiş etməkdir. Mütənasibliyə əsasən, torpaqdan olan insan bədəni torpaqdan olan Kəbəyə diqqət yetirməlidir. Mücərrəd cövhər olan insan ruhu o mücərrəd nura diqqət yetirməlidir; Hər növ öz növünə birləşir: Nur, nura, torpaq, torpağa qoşulur.[20]
Ədəbiyyat və poeziyada
Tarix boyu İmam Əlinin (ə) mövludundan sonra ədəbiyyatda, şiə və sünni şair və alimlərinin şeirlərində o həzrətin Kəbədə doğulması hekayəsi qeyd edilmişdir. Seyyid Himyəri (vəfat 179 h) deyir:
"Anası onu Allahın hərəmində və ibadət yeri olan təhlükəsiz evində dünyaya gətirdi.[21] İbn Əbil-Hədid Mötəzili (vəfatı 656 h.) məşhur qəsidəsində deyir:
(Tərcümə: O, yüksək rütbəli şəxsiyyətdir ki, Allahın evində doğuldu. Həmçinin bu Allah evini bütlərin çirkabından təmizlədi.[22] Fars şerləri Şəms Estəhbanatinin şeri var ki, "Müsəmmət" (müsəmmət şairin bir neçə qafiyəli misralar üzərində qurduğu qəsidə və ya şeir növüdür) şəklində qoşulub.
Bu evi ərşdə Allah tikməli, Adəm bünövrəsini qoymalı və Cəbrail də tikilməsinə kömək etməlidir.Xəlilullah gəlib onu təmir etməlidir. Digər Ulul-Əzm peyğəmbər onu rəngləməlidir. Allah öz evində bir az xəstə baxıcılığı etməlidir. Neçə saat bir dostunu qonaq saxlamalıdır. Qonaq saxladıqdan sonra başqa güclü bir iş görməlidir. Beləliklə, sələflərin zəhmətlərinin bəhrəsi bu gözəl xələf (canişin) oldu.
Hacı Mirzə İsmayıl Şirazi (1258-1305-ci h.q.) də mövlud qəsidəsinin bəzi beytlərində belə demişdir:
[23]Tərcüməsi: "Əgər Allah üçün övlad təsəvvür olunsa, şübhəsiz ki, Allah onların vəsf etdiklərindən (və Onun övladı yoxdur) ucadır və pakdır). Evdə (Kəbədə) doğulan ev sahibinin oğlu olmağa daha layiqdir.
Monoqrafiyalar
İmam Əlinin (ə) Kəbədə doğulması haqqında əsərlər yazılmışdır ki, onlardan bəziləri bunlardır:
- Məhəmməd Əli Ordubadinin yazdığı "Əli Vəlidul-Kəbə" kitabı: Bu kitab həm müstəqil şəkildə həm də Əllamə Ordubadinin ensiklopediyasında nəşr edilmişdir. Onun azərbaycanca tərcüməsi "Kəbədə yeganə doğulan" adlanır.
- Seyyid Məhəmməd Rza Hüseyni Cəlalinin yazdığı "Vəlidul-Kəbə" kitabı: Bu kitabda İmam Əlinin (ə) Kəbədə doğulması ilə bağlı bir neçə məqalə var və 2004-cü ildə nəşr olunub.
- Seyyid Nəbil Həsəninin yazdığı "Əl-Mövlud fi Beytullahil-Haram Əli ibn Əbu Talib Əm Həkim ibn Hizam" kitabı: Müəllif bu kitabda sübut etməyə çalışmışdır ki, Kəbədə doğulmaq İmam Əlinin (ə) xüsusi fəzilətlərindəndir. Həmçinin onu Zübeyr ibn Bəkkar və əmisi Musəb ibn Abdullah İmam Əli (ə) ilə düşmənçilik etdiklərinə görə, bunun Həkim ibn Hizam barədə olduğunu saxtalaşdırıblar.[24]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.2, s.349; Mufid, h.q 1414, c.1, s.5
- ↑ Əmini, Əl-ğədir, h.q 1416, c.6, s.37-43
- ↑ Əmini, Əl-ğədir, h.q 1416, c.6, s.44-51
- ↑ Mərəşi Nəcəfi, Şərhu ihqaqil-həqq, Məktəbətu Ayətullah Mərəşi, c.7, s.486-491
- ↑ Sibti ibn Cəvzi, Təzkirətul-xəvass, h.q 1401, s.20
- ↑ İbn Səbbağ, Əl-fusulul-muhimmə, h.q 1422, c.1, s.171
- ↑ Hələbi, Əs-siyrətul-hələbiyyə, h. 1400, c.1, s.226
- ↑ Hakim Nişaburi, Əl-Müstədrək Ələs-Səhihəyn, h.q 1422, c.3, s.483
- ↑ Gənci Şafei, Kifayətut-Talib, h.q 1404, s.707
- ↑ İbn Məğazili, Mənaqibul-İmam Əli ibn Əbi Talib, h.q 1424, s.58-59; İbn Hatəm Şami, Əddurrul-tənzim, h.q 1420,s.225
- ↑ Şeyx Səduq, İləluş-şərayi, h.ş 1385, c.1, s.135
- ↑ Şeyx Səduq, Məanil-Əxbar, h.q 1403, s.62
- ↑ Şeyx Səduq, Əl-əmali, h.ş 1376, s.132
- ↑ Muhəmməd Reyşəhri, Daneş name Əmirəl-Möminin (ə) bər paye Quran, h.ş 1389, c.1, s.78
- ↑ Təbəri, Tuhfətul-əbrar, h.ş 1376, s.164-165
- ↑ Mufid, Əl-irşad, h.q 1414, c.1, s.5
- ↑ Qərəşi Əsədi, Cumhurətu nəsbil-qureyş və əxbariha, h.q 1381, s.353
- ↑ Şuştəri, Qamusur-rical, h.q 1410, c.3, s.387; Mürtəza Amili, Əs-səhihu min siyrətin-Nəbi, h.q 1426, c.2, s.160
- ↑ Şuştəri, Qamusur-rical, h.q 1410, c.3, s.387; Mürtəza Amili, Əs-səhihu min siyrətin-Nəbi, h.q 1426, c.2, s.160
- ↑ Hüseyni Tehrani, İmam Şenasi, h.q 1425, c.1,s.117;مقام امیرالمؤمنین و کیفیت ولادت آن حضرت در خانه Vabqahe məktəbe vəhy
- ↑ İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, c.2, s.24
- ↑ İbn Əbil-Hədid, Şərhe Nəhcül-bəlağə
- ↑ Əmini, Muhəmməd Hüseyn, Əl-ğədir, c.6, s.29
- ↑ Həsəni, Əl-məvludu fi beytillahil-həram Əli ibn Əbi Talib əm Həkim ibn Hizam, h.q 1433, s.99-104
Ədəbiyyat
- مقام امیرالمؤمنین و کیفیت ولادت آن حضرت در خانه Vabqahe məktəbe İlahi
- İbn Səbbağ Maliki, Əli ibn Muhəmməd, Əl-fusulul-muhimmə fi mərifətil-əimmə, Qum, Darul-hədis, h.q 1422
- İbn Məğazili, Əli ibn Muhəmməd, Mənaqibul-İmam Əli ibn Əbi Talib, Beyrut, Darul-əzva, h.q 1424
- Əmini, Əbdül-Hüseyn, Əl-ğədiru fil-kitabi vəs-sünnəti vəl-ədəbi, Qum, Mərkəzul-ğədir, h.q 1416
- Hakim Nişaburi, Muhəmməd ibn Abdullah, Əl-mustədrəku ələs-səhiheyn, Beyrut, Darul-fikr, h.q 1422
- Həsəni, Seyyid Nəbil, Əl-məvludu fi beytillahil-həram Əli ibn Əbi Talib, h.q 1433, m. 2012
- Hüseyni Tehrani, Muhəmməd Hüseyn, İmam şenasi, Məşhəd, Əllamə Təbatəbai, h.q 1425
- Hələbi, Əli ibn Burhanuddin, Əs-siyrətul-hələbiyyə fi-siyrətil-əminil-məmun, Beyrut, Darul-mərifə, h.q 1400
- Muhəmmədi Reyşəhri, Muhəmməd, Daneşname Əmirəl-Möminin (ə) bər paye Quran, Hədis və tarix, Qum,
- Muəssiseye elmi fərhəngi darul-hədis, sazmane çap və nəşr, h.ş 1389
- Sibti ibn Cəvzi, Yusuf ibn Fərəğli ibn Abdullah Bağdadi, Təzkirətul-xəvass, Beyrut, Muəssisətu Əhlil-Beyt (ə), h.q 1401
- Şami, Yusif ibn Hatəm, Əd-durrun-nəzim fi mənaqib, Qum, CAmeə mudərrrisin, h.q 1420
- Şuştəri, Muhəmməd Təqi, Qamusur-rical, Qum, Muəssisətun-nəşril-İslami, h.q 1410
- Şeyx Səduq, Muhəmməd ibn Əli Əl-əmali, Tehran, Enteşarate ketabçi, h.ş 1376
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Məanil-əxbar, Qum, Dəftəre enteşarate İslami, h.q 1403
- Şeyx Səduq, Muhəmməd ibn Əli, İləluş-şəraye, Qum, Ketab furuşiye davəri, h.ş 1385
- Şeyx Mufid, Muhəmməd ibn Muhəmməd, Əl-İrşad fi mərifəti hucəcillah ələl-ibad, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1414
- Təbəri, Muhəmməd ibn Əli ibn Rüstəm Təbəri, Bəşarətul-mürtəza li-şiətil-mürtəza, təhqiq: Cavad
- Qəyyumi İsfahani, Muəssisətun-nəşril-islamit-tabiəti licəmaətil-müdərrisin, Qum, h.q 1420
- Təbəri, İmadud-din Həsən ibn Əli, Tuhfətul-əbrar, Tehran, Mirasun məktubun, h.q 1376
- Qərəşi Əsədi Məkki, Zübeyr ibn Bəkkar, Cumhurətu nəsbi Qureyşin və əxbariha, Təhqiq: Mahmud Muhəmməd Şakir, h.q 1381
- Gənci Şafei, Muhəməd ibn Yusif, Kifayətut-talibi fi mənaqibi Əli ibn Əbi Talib, Tehran, Daru ehyai terasi Əhlil-Beyt (ə), h.q 1404
- Mürtəza Amili, Seyyid Cəfər, Əs-səhihu min siyrətin-Nəbil-əzəm (s), Qum, Darul-hədis, h.q 1426
- Mərəşi Nəcəfi, Seyyid Şəhabuddin, Şərhu ihqaqil-həqq, Qum, Məktəbətu Ayətullah Mərəşi
- Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəbi və Məadinul-cuhər, Təhqiq: Əsəd Dağər, Qum, h.q 1409