Məzmuna keç

Möhsənə zinası

wikishia saytından



Möhsənə zinası (ərəbcə: زنا المحصن والمحصنة), evli kişi və ya qadının müəyyən şərtlərlə törətdiyi zinadır və onun cəzası daşqalaqdır. Möhsənə zina o zaman baş verir ki, evli kişi və ya qadın fiqhi terminlə “ihsan” sahibi olsun; yəni baliğ (yetkinlik yaşına çatmış) və ağıllı olsun, qul və ya kəniz olmasın, həyat yoldaşı ilə cinsi əlaqədə olmuş olsun və gündəlik həyatında onunla yaxınlıq etmək imkanı mövcud olsun. Möhsənə zinasının cəzası o halda daşqalaqdır ki, zina edən şəxs ağıllı və baliğ birisi ilə zina etmiş olsun; əks halda cəza yüz qamçıdır.

Fiqhi tərif

Fiqhdə evli kişi və ya qadının etdiyi zinaya “zinayi-möhsənə” deyilir.[1] “Möhsən” və “möhsənə” — ihsan şərtlərinə malik olan kişi və qadına deyilir;[2] yəni daimi həyat yoldaşı olsun, onunla cinsi əlaqədə olmuş olsun, onunla əlaqədə olmaq imkanı mövcud olsun, qul və ya kəniz olmasın, baliğ və ağıllı olsun.[3]

Hökm və qaydalar

Fəqihlərin fətvasına görə, səfər, həbs, cinsi yaxınlığa mane olan xəstəliklər kimi hallar mövcud olarsa, həmin şəxsin zinasi möhsənə sayılmır.[4] [Daha yaxşı mənbəyə ehtiyac var.] Lakin arvadın heyz, oruc və ya ehram kimi şərii üzr halında olması məsələsində fəqihlər arasında ixtilaf mövcuddur.[5] Həmçinin əgər qadın ərinə təmkin göstərməzsə, ərinin zinasi möhsənə hesab olunmur.[6]

Başqa bir fətvaya görə, bain talaq ihsandan çıxmaya səbəb olur; lakin ricii talaqın kişini və qadını ihsandan çıxarıb-çıxarmadığı barədə ixtilaf mövcuddur.[7] [Daha yaxşı mənbəyə ehtiyac var.] İmam Xomeyni (r.ə) ricii talaqın onları ihsandan çıxarmadığını bildirir və hər iki tərəf hökmü bildiyi halda zina edərsə, şərii cəzanın tətbiq olunacağını qeyd edir.[8] Şiə fəqihi Şeyx Müfidin sözünə görə, evli qadınla zina həmin kişi ilə həmin qadının bir-biri üçün əbədi haram olmasına səbəb olur, hətta tövbə edib ər-arvad ayrıldıqdan sonra belə.[9]

Cəza

Əsas məqalə: Zinanın cəzası

Şəriətdə möhsənə zinasının ağıllı və baliğ bir şəxslə baş verməsi halında cəza daşqalaqdır.[10] Zina edən şəxs qoca kişi və ya qoca qadın olarsa, daşqalaqdan əvvəl ona yüz qamçı da vurulur.[11]

İhsan şərtləri tam olmayan şəxsin zinasının cəzası, həmçinin bəzi rəvayətlərə əsasən möhsənə zinasının dəli və ya baliğ olmayan biri ilə baş verməsi halında cəza yüz qamçıdır.[12] Bəzi fəqihlər isə belə hallarda daşqalağı da mümkün saymışlar.[13]

Bəzi fəqihlərin fikrincə, evlənmiş, lakin həyat yoldaşı ilə cinsi əlaqədə olmamış şəxs zina edərsə, yüz qamçı ilə yanaşı təbid (sürgün) də olunur.[14] Həmçinin bəzi fəqihlər deyirlər ki, əgər bir kişi öz arvadını başqası ilə zina halında görsə, hər ikisini öldürə bilər; lakin başqaları bunu caiz bilmir.[15] İmam Xomeyni (r.ə) bu öldürməyi yalnız o halda caiz sayır ki, kişi arvadının öz razılığı ilə bu işə girdiyinə əmin olsun.[16] Habelə arvadının daimi və ya müvəqqəti arvad olmasının, onlarla cinsi əlaqənin olub-olmamasının, möhsən və ya qeyri-möhsən olmalarının heç bir fərqi yoxdur.[17]

Müqəddəs Kitabda möhsənə zinasının cəzası öldürməkdir.[18]

Əlaqəli məqalələr

İstinadlar

  1. Şəhid Əvvəl, Əl-Lumuətud-Dəməşqiyyə, h.q 1410, s.254
  2. Məssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1382, c.1, s.307
  3. Mühəqqiq Hili, Şəraiul-İslam, h.q 1408, c.4, s.137-138
  4. Müntəziri, Mucazathaye İslami bə huquqe bəşər, h.q 1429, s.151
  5. Bir qrup araşdırmaçı, Muəssisətul-fiqhil-İslami, h.q 1423, c.7, s.126
  6. Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.1, s.542
  7. Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1437, c.1, s.234
  8. İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.2, s.345
  9. Mufid, Əl-Muqniə, h.q 1413, s.501
  10. Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1437, c.1, s.198
  11. Məssiseye dairətul-məarif fiqhe İslami, Fərhənge fiqh, h.ş 1395-1392, c.1, s.281
  12. Təbatəbai Burucerdi, Cameu əhadisiş-şiə, h.q 1429, c.30, s.637
  13. İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssisətu mətbuat darul-ilm, c.2, s.463
  14. İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssisətu mətbuat darul-ilm, c.2, s.464
  15. Məcəlle fiqhe Əhli-beyt, tarixi məlum deyil, c.22, s.167
  16. İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.1, s.467
  17. İmam Xomeyni, Təhrirul-vəsilə, Muəssiseye tənzim və nəşre asare İmam Xomeyni, c.2, s.467
  18. Müqəddəs Kitab, Təsniyə, 22:22

Ədəbiyyat

  • Bir qrup araşdırmaçı (Seyid Mahmud Haşimi Şahrudinin nəzarəti altında), Muəssisətul-fiqhil-İslami təbəqa li-məzhəbi Əhli-beyt (ə), Qum, Əhli-beyt məzhəbinin İslam fiqhi adına ensiklopediya müəssisəsi, h.q 1423
  • Musəvi Ərdəbili, Seyid Əbdül-Kərim, Fiqhul-hüdud vət-təzirat, Qum, "Muəssisətun-nəşril-camiə lil-Mufid" nəşriyyat, h.q 1437
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqal, Qum, İsmailiyyan, h.q 1408
  • Müntəziri, Hüseyn Əli, Mucazathaye İslami bə huquqe bəşər, Qum, Ərğəvane daneş, h.q 1429
  • Məcəlle fiqhe Əhli-beyt, Qum, Dairətul-məarif islam fiqhi adına müəssisə, tarixsiz
  • Məssiseye dairətul-məarif fiqhe İslami bər məzhəbe Əhli-beyt (ə), Fərhənge fiqh mutabiq məzhəbe Əhli-beyt (ə), Qum, Əhli-beyt məzhəbinin İslam fiqhi adına ensiklopediya müəssisəsi, h.ş 1382
  • Qolpayqani, Məhəmməd Rza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim nəşriyyatı, h.q 1409
  • Təbatəbai Burucerdi, Hüseyn, Cameu əhadisiş-şiə, Tehran, "Fərhənge səbz" adına nəşriyyat evi, h.q 1429
  • İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, Qum,İmam Xomeyninin əsərlərinin yayılması və tənzimi adına müəssisə, tarixsiz
  • İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilə, İmam Xomeyninin əsərlərinin yayılması və tənzimi adına müəssisə, Tehran, tarixsiz
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, Şeyx Mufid adına 1000 illik dünya konqresi, h.q 1413
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Lumuətud-Dəməşqiyyə fi fiqhil-İmamiyyə, Təhqiq: Əli Əsğər Mirvarid və Məhəmməd Təqi Mirvarid, Beyrut, Darut-turas, h.q 1410 / m.1990