Səhər erkən qalxmaq
Səhər erkən qalxmaq (ərəbcə: القيام بالسحر) İslam ədəbiyyatında sübh azanından əvvəl oyaq qalmağa deyilir ki, günahların bağışlanması və duaların qəbul olunması onun faydalarından biridir. Rəvayətlərə görə, məsumlar (s) erkən qalxardılar. Ramazan ayında gecə namazı qılmaq və “Səhər” (ramazan ayında səhərlər oxunan dualara verilən ümumi ad) duası oxumaq sübh vaxtı tövsiyə olunan əməllərdəndir.
Bəzi ölkələrin müsəlmanları arasında ramazanın sübh çağında “Səhər” duası oxumaq və (insanları obaşdanlığa səsləmək üçün) təbil çalmaq adətləri var.
Konseptologiya
Erkən qalxmaq sübh vaxtı oyanmaqdır.[1] Bəzi rəvayətlərə görə, “səhər” həqiqi sübh açılmazdan (azan vaxtından) əvvəl deməkdir.[2] Lüğət kitablarında səhər “gecənin sonu”,[3] "sübhdən əvvəl",[4] "sübhdən bir az əvvəl"[5] və "gecənin qaranlığı gündüzün işığına qarışdığı zaman”[6] mənalarında verilib.
“Səhər” sözü “Ali-İmran” surəsinin 17-ci ayəsində də (“Sübh çağına yaxın bağışlanma diləyən kimsələr”) işlənib ki, şiə leksikoqrafı Fəxrəddin Türeyhi (vəfatı: hicri-qəməri 1087) onu “sübhdən bir az əvvəl”, “sübhə yaxın” mənasında verib.[7]
Mövqe
Səhər haqqında hədis kitablarında orucla bağlı fəsillərdə bəhs edilib[8] və şiə mühəddisi Şeyx Kuleyni (vəfatı: hicri-qəməri 329) “Kafi” kitabında “Duanın qəbil edilməsi ümid edilən vaxt və hallar” fəslində səhər haqqında bir rəvayət nəql edib.[9] Fiqh kitablarında da Oruc[10] və Nafilə namazının[11] vaxtı fəsillərində səhər haqqında bəhs edilib.
Ariflər öz əsərlərində səhər erkən qalxmaq haqqında bəhs ediblər[12] və Fars şeirində, məsələn, Hafizin şeirlərində,[13] Məliküş-şüəra Baharın şeirlərində[14] və Mehdi İlahi Qumşei kimi[15] alimlərin şeirlərində səhər erkən qalxmaq haqqında söhbət açılıb.
Məsumların (ə) səhər erkən qalxması
Hədislərə görə, Əhli-beyt (ə) sübh vaxtı erkən qalxıb, dua və munacat edərdi.[17] Həmçinin, şiə rəvayətlərinə görə, sübh vaxtı peyğəmbərlərin dua və raz-niyaz üçün seçdikləri vaxtlardan biri idi.[18]
Faydaları
Rəvayətlərdə günahların bağışlanması[19] və duaların qəbul edilməsi erkən oyanmağın faydaları kimi göstərilib.[20] Bir rəvayətə görə, Yaqub peyğəmbərin övladları ondan Yusifin əhvalatında etdikləri səhvə görə Allahdan onlar üçün bağışlanma diləməsini istədikdə Yaqub peyğəmbər bağışlanma diləməyi səhərə qədər gecikdirdi. Çünki dualar və bağışlanma diləmək o vaxt qəbul olunur.[21]
İmam Sadiqdən (ə) gələn rəvayətdə deyilir ki, sübh vaxtı bir neçə nəfərin bağışlanmaq diləməsi ilahi əzabın enməsinin qarşısını alır,[22] başqa rəvayətə görə isə sübh vaxtı ruzi bölünür.[23]
Əməllər
Hədislərdə səhər çağı Allahdan bağışlanma diləmək tövsiyə edilib.[24] Dişləri fırçalamaq[25] və gecə namazı qılmaq səhər vaxtının digər tövsiyələrindəndir.[26]
Hədislərə əsasən, Ramazan ayında “Səhər” duası oxumaq,[27] oruc tutanların səhər vaxtı obaşdanlıq etməsi müstəhəbdir.[28]
Rituallar
İranda “Səhər” duası oxumaq ramazan ayının sübh çağında insanları oyatmaq üçün bir ritual olub.[29] Bu ritualın Hindistan müsəlmanları arasında da geniş yayıldığı deyilir.[30] Suriyada təbil çalmaq, Türkiyədə avazla şeir oxumaq səhərin digər ayinlərindəndir.[31]
İstinadlar
- ↑ Əmid, Fərhənge farsi Həmid, h.ş 1389, Səhərxiz sözünün şərhi
- ↑ Şeyx Tusi, Əl-İstibsar, h.q 1390, c.1, s.220
- ↑ Fərahidi, Kitabul-eyn, h.q 1409, Səhər sözünün şərhi, c.3, s.136
- ↑ İbn Seyyidə, Əl-Mohkəmu vəl-muhitul-əzəm, h.q 1421, c.3, s.184
- ↑ Cuhəri, Əs-Sihah, h.q 1376, Səhər sözünün şərhi, c.2, s.678
- ↑ Rağib İshahani, Müvrədatu əlfazil-Quran, h.q 1412, Səhər sözünün şərhi, c.1, s.401
- ↑ Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, Səhər sözünün şərhi, c.3, s.325
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1429, c.7, s.463
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1429, c.4, s.320
- ↑ Hairi Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.5, s.483
- ↑ Hairi Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.2, s.231
- ↑ Şahabadi, Rəşəhatul-bəhar, h.ş 1386, s.45
- ↑ Divane Hafiz, Qəzəl: 216, s.216
- ↑ Divane Məliküş-şüəra Bəhar, h.ş 1382, s.3
- ↑ İlahi Qumşei, Məcmueye divane İlahi, h.ş 1366, c.2, s.523
- ↑ Divane Hafiz, Qəzəl: 216, s.216
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1429, c.4, s.399
- ↑ Nümunə üçün baxın: Kufi Əhvazi, Əz-Zöhd, h.q 1402, s.75; Qumi, Təfsiri Qumi, h.q 1404, c.1, s.350
- ↑ İmam Sadiq (ə), Misbahuş-şəriə, h.q 1400, s.123
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.161
- ↑ Qumi, Təfsiri Qumi, h.q 1404, c.1, s.356
- ↑ Şeyx Səduq, Səvabul-əmal, h.q 1406, s.177
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1429, c.4, s.322
- ↑ İmam Sadiq (ə), Misbahuş-şəriə, h.q 1400, s.46
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1429, c.5, s.76
- ↑ Şeyx Tusi, Əl-İstibsar, h.q 1390, c.1, s.220
- ↑ Şeyx Tusi, Misbahul-Mütəhəccid, h.q 1411, c.2, s.582
- ↑ Şeyx Səduq, Fəzailul-əşhəris-səlasə, h.q 1396, s.92
- ↑ Musiqiye Rəməzan dər İran be kuşeşe Huşəng Cavid, s.17
- ↑ رمضان و زیبایی تفاوت آیینها در کشورهای جهان
- ↑ رمضان و زیبایی تفاوت آیینها در کشورهای جهان
Ədəbiyyat
- İbn Seyyidə, Əli ibn İsmayıl, Əl-Mohkəmu vəl-muhitul-əzəm, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1421
- İlahi Qumşei, Muhyiddin Mehdi, Məcmueye divane İlahi, Tehran, h.ş 1366
- İmam Sadiqə (ə) nisbət verilən, Misbahuş-şəriə, Beyrut, h.q 1400
- Cuhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Düzəliş: Əhməd ibn Əl-Ğurur, Beyrut, Darul-elm, h.q 1376
- Hairi Təbatəbai, Seyyid Əli ibn Məhəmməd, Riyazul-məsail, Təhqiq: Məhəmməd Bəhremənd, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1418
- Rağib İshahani, Hüseyn ibn Məhəmməd, Müvrədatu əlfazil-Quran, Beyrut, Darul-qələm, h.q 1412
- «رمضان و زیبایی تفاوت آیینها در کشورهای جهان», hajj.ir saytı
- Şahabadi, Məhəmməd Əli, Rəşəhatul-bəhar, Tehran, h.ş 1386
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Səvabul-əmal, Qum, h.q 1406
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Fəzailul-əşhəris-səlasə, Təhqiq və düzəliş: Ğulamrza İrfaniyan, Qum, h.q 1396
- Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Təhqiq və düzəliş: Əhməd Hüseyni Əşkuri, Tehran, Mürtəzəvi, h.ş 1375
- Şeyx Tusi, Məhəmməd ibn Əl-Həsən, Misbahul-Mütəhəccid, Beyrut, h.q 1411
- Şeyx Tusi, Məhəmməd ibn Əl-Həsən, Əl-İstibsar, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1390
- Fərahidi, Xəlil ibn Əhməd, Kitabul-eyn, Qum, Hicrət nəşri, h.q 1409
- Qumi, Əli ibn İbrahim, Təfsiri Qumi, Qum, Darul-kitab, h.q 1404
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, h.q 1429
- Kufi Əhvazi, Hüseyn ibn Səid, Əz-Zöhd, Təhqiq və düzəliş: Ğulamrza İrfaniyan, Qum, h.q 1402
- Divane Məliküş-şüəra Bəhar, Məhəmməd Təqi, Tehran, Azad Mehr, h.ş 1382
- Musiqiye Rəməzan dər İran be kuşeşe Huşəng Cavid, Tehran, h.ş 1383
Xarici keçidlər
- مقاله سحر در دایرة المعارف بزرگ اسلامی, farsca məqalə
- مقاله سحریخوانی در دایرة المعارف بزرگ اسلامی, farsca məqalə
- بررسی جایگاه و اهمیت سحرخیزی در زندگی از منظر آیات و روایات, farsca məqalə