Qəzf

wikishia saytından
(Zina etməkdə ittiham etmək səhifəsindən yönləndirilmişdir)

Qəzf (ərəbcə: القذف) başqasını zina və ya livatda ittiham etməkdir. Fəqihlər qəzfi isbat etmək və onun cəzasını icra etmək üçün yetkinlik, ağılİslam kimi şərtləri qeyd ediblər. Qəzfin cəzası 80 qamçıdır. Əlbəttə, qəzf olunan şəxs tələb edərsə, həyata keçirilir. Həmçinin, qəzf olunan şəxs qəzf cəzasını tələb etməsə və ya qəzf edənin iddiasını təsdiq və qəbul etsə və ya qəzf edən şəxs öz iddiasını sübut edəcək dəlil gətirsə, qəzf cəzası aradan qalxır.

Qəzf böyük günahlardandır və xüsusi hökmləri vardır. O cümlədən, qəzf edənin şəhadəti qəbul olunmur və məşhur bir rəyə görə, üç dəfə qəzf edən adam dördüncü dəfə öldürülməlidir.

Konseptologiya və mövqe

Qəzf kimisə zina və ya livatda ittiham etməkdir.[1] Qəzf hərfi mənada daş, söz və s. atmaq deməkdir.[2] Qəzf edən şəxsin əslində digərinə uyğun olmayan nisbət atdığı deyilir.[3] Bəzi fəqihlər yazmağı (yazılı şəkildə ittiham etməyi) qəzf hesab edirlər.[4] Fiqhdə ittiham edən qazif, ittiham olunan şəxs isə məqzuf adlanır.[5]

Qəzf böyük günahlardandır[6]Peyğəmbərdən (s) gələn rəvayətdə sehr, şirk, insan öldürmək, yetimin malını yemək, sələm yemək və cihad zamanı müharibədən qaçmaqla yanaşı yeddi məhvedici günahdan biri kimi qeyd edilir.[7] Qəzfdən fiqh kitablarının “Hüdudlar” (Cəzalar) fəslində bəhs edilir.[8] Həmçinin, İran İslam Respublikasının İmamiyyə fiqhini əsas götürən Cinayət Məcəlləsinin 245-261-ci maddələri Qəzf və onun hökmlərini ehtiva edir.[9]

Cəza

Qəzfin cəzası 80 qamçıdır[10] və o, iki ədalətli şəxsin şahidliyi və ya qəzf edənin iki dəfə etiraf etməsi ilə sübut olunur.[11] Bu hökmün sənədi aşağıdakı ayə ilə yanaşı hədislər[12]icmadır[13]: “İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir”.[14]

Həmçinin, başqa bir şəxsi zina və ya livatda ittiham edən və bunu sübut edə bilməyən şəxsin şahidliyi qəbul olunmur.[15]

Cəzanın sərtləşdirilməsi

  • Bəzi fəqihlər belə hesab edirlər ki, Peyğəmbərin (s) anasına böhtan atan (zinada ittiham edən) şəxs mürtəd olur və öldürülməlidir.[16] Əgər fitri mürtəd olsa, tövbəsi qəbul olunmur.[17] Amma “Cəvahir”in müəllifi onun böhtanı Peyğəmbərə (s) qayıtmayınca bu iddiaya heç bir dəlil olmadığı qənaətindədir.[18]
  • Məşhur rəyə görə, üç dəfə qəzf cəzası alan şəxs dördüncü dəfə öldürülür.[19] Əlbəttə, İbn İdris Hilli belə hesab edir ki, kimsə iki dəfə qəzf cəzası alsa, üçüncü dəfə öldürülməlidir.[20]

Qəzf cəzasının götürüldüyü hallar

  • Qəzf cəzası aşağıdakı hallarda götürülür:
  • Təqsirləndirilən şəxs və ya onun vərəsələri (təqsirləndirilən şəxs vəfat etdikdə) ittiham edəni bağışlasalar;
  • Qəzf edən öz iddiasını sübut edərsə;
  • Qəzf olunan ona verilən nisbəti qəbul edərsə;
  • Qəzf liana səbəb olarsa.[21]

İslam Cinayət Məcəlləsinin 261-ci maddəsində deyilir ki, qəzfin cəzası təqsirləndirilən şəxsin qəbulu və ya bağışlaması, həmçinin sübut göstərilməsi və ya hakimin məlumatı ilə götürülür.[22]

Qəzf cəzasının səbəbi

Nasir Məkarim Şirazinin “Nümunə” təfsirində qeyd etdiyinə görə, qəzf cəzasının həyata keçirilməsində məqsəd insanların heysiyyətini qorumaq və Qəzfin ictimai və mənəvi fəsadının qarşısını almaqdır. Əgər günahkar insanlar başqalarına qarşı nalayiq ittiham irəli sürdükdə cəzalandırılmasa, insanların şərəf və ləyaqəti risk altına düşər və bu, insanların bir-birinə bədbin olmasına, ailələrin dağılmasına səbəb olar.[23]

Cəzanın icrasının şərtləri

Qəzfin cəzasını sübut və icra etmək üçün qazif və məqzufun hər birinə xas şərtlər göstərilib. Əgər bu şərtlərdən biri olmazsa, qəzfin cəzası icra olunmur və müttəhim özü təzir olunur (miqdarını təyin etmək şəriət hakiminə həvalə olunan cəzalar).[24] Yetkinlik, ağıl, məqsəd və ixtiyar qazifin şərtlərindəndir.[25] Buna görə də uşaq və ya dəli kiməsə böhtan atsa, ona qəzf cəzası şamil edilmir, lakin tənbeh (təzir) olunur.[26] Həmçinin, kimsə səhvən və ya istəməyərək kiməsə böhtan atsa, cəzası yoxdur.[27] Bəzilərinə görə, qəzf edən dediyinin mənasını da anlamalıdır.[28] Fəqihlər maqzufun şərtini ihsan hesab ediblər.[29] İhsan dedikdə yetkinlik, ağıl, hürriyyət (qul olmaqdan fərqli olaraq azad olmaq), İslam və iffətdir.[30] Hərçənd, ihsan izdivac mənasını da ifadə edir.[31]

Həmçinin qəzf cəzasını yerinə yetirmək üçün məqzuf bunu şəriət hakimindən tələb etməlidir. Çünki qəzf cəzası həqqün-nasdır[32] və şəriət hakimi həqqün-nası yalnız haqq sahibi tələb etdikdə icra edə bilər.[33] Qəzf cəzasını sübut etmək üçün sözlər açıq şəkildə və ya ürfi olaraq zina və ya livatı ifadə etməlidir.[34]

Digər hökmlər

Qəzfin bəzi hökmləri bunlardır:

  • Bir şəxs müəyyən kollektivi qrup halında qəzf etsə, əgər onlar birlikdə qəzf cəzasını tələb etsələr, ona bir cəza tətbiq olur.[35] Lakin fərdi şəkildə qəzf həddini tələb etsələr, hər biri üçün ayrıca cəza tətbiq edilir. Həmçinin, bir kəs qadını bir kişi ilə zina etməkdə ittiham etsə, qadın və kişi hər ikisi birlikdə cəza tələb etsələr, qazifə bir cəza, ayrılıqda tələb etsələr, iki cəza verilir.[36]
  • Övladını zina və ya livatda ittiham edən ataya qəzf cəzası verilmir, lakin tənbeh olunur.[37]
  • Əgər kişi kar və lal olan arvadını zina etməkdə ittiham edərsə, arvadı ona əbədi olaraq haram olur.[38]
  • Qəzf cəzası miras qalır. Yəni məqzuf vəfat edərsə, qəzf cəzasını tələb etmək hüququ onun varislərinə keçir.[39]
  • Əgər iki nəfər bir-birinə böhtan atsa (bir-birini zinada və ya livatda ittiham etsə), cəza aradan qalxır və hər ikisi tənbeh olunur.[40]

İstinadlar

  1. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.166; Əbdür-Rəhman, Mucəmu lil-mustələhat, c.3, s.74
  2. Fərahidi, Əl-Eyn, h.q 1410, c.5, s.135
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.402
  4. Behcət, İstiftaat, h.q 1428, c.4, s.461; Təbrizi, İstiftaate cədid, h.ş 1385, c.1, s.426
  5. Xoi, Musuətul-İmamil-Xoi, c.41, s.314
  6. İmam Xomeyni, Təhrirul-vəsilə, c.1, s.274
  7. Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.364
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.402
  9. قانون مجازات اسلامی
  10. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.188
  11. Tusi, Ən-Nəhayə, h.q 1400, c.726; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547
  12. Kuleyni, Əl-Kafi, h.q 1407, c.7, s.205-209; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.28, s.173-208
  13. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.188; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.402
  14. Nur surəsi, ayə 4
  15. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.37
  16. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.196
  17. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.196
  18. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.438
  19. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.190
  20. İbn İdris, Əs-Sərair, h.q 1410, c.3, s.519
  21. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.191; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.42
  22. قانون مجازات اسلامی
  23. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.14, s.376
  24. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.545; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.179 və 180
  25. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.544
  26. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.544; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.179
  27. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.544
  28. Tusi, Ən-Nəhayə, h.q 1400, s.728; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.166-172
  29. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.545; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.179
  30. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.545; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.179
  31. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.178
  32. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.5, s.257
  33. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.190
  34. Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.166-168
  35. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.546; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.183-184
  36. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.34, s.74
  37. Tusi, Ən-Nəhayə, h.q 1400, s.727; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.546
  38. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.237; Sistani, Minhacus-salihin, h.q 1415, c.3, s.72
  39. Tusi, Ən-Nəhayə, h.q 1400, s.727; Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.547
  40. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.546; Şəhid Sani, Ər-Rəvzətul-bəhiyyə, h.q 1410, c.9, s.183

Ədəbiyyat

  • İbn İdris, Məhəmməd ibn Mənsur, Əs-Sərair, 2-ci çap, h.q 1410
  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap
  • Behcət, Məhəmməd Təqi, İstiftaat, Ayətullah Behcətin dəftəri, h.q 1428
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, 1-ci çap, h.q 1409
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1410
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rəvzətul-bəhiyyə, Qum, 1-ci çap, h.q 1410
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came müdərrisin, h.ş 1362
  • Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, 2-ci çap, h.q 1400
  • Əbdür-Rəhman, Mucəmu lil-mustələhat
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam, Qum, 1-ci çap, h.q 1413
  • Fərahidi, Xəlil ibn Əhməd, Əl-Eyn, Qum, Hicrət nəşri, h.q 1410
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362