Səcdə üzvləri
Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin. |
Səcdə üzvləri (ərəbcə: أعضاء السجدة) və ya bədənin yeddi səcdə üzvü səcdə zamanı yerə qoyulan yeddi bədən üzvüdür. Şiə fəqihlərinə görə, səcdə edərkən alın, hər iki əlin içi, dizlərin başları və ayaqların baş barmaqlarının uclarını yerə qoymaq vacibdir. Burnun yerə qoyulması da müstəhəb sayılır.
Fəqihlərin əksəriyyəti səcdədə üzvlərin tamamilə yerə qoyulmasının vacib olmadığı qənaətindədirlər. Əksinə, yerlə minimal təmasın kifayət etdiyini bildirirlər. Əlbəttə ki, alın bu hökmdən istisna olmuşdur. Həmçinin bəzi fəqihlər bir dirhəmə qədərində alının yerə qoyulmasını vacib saymışlar.
Namaz qılan şəxsin alnını qoyduğu şeyin yer və yerdə bitənlərdən olması vacibdir. Bir şərtlə ki, onlar yeməli və ya geyilən olmasın.
Tərif
Səcdə üzvləri və ya yeddi üzv və ya yeddi səcdə üzvü səcdə zamanı yerə qoyulması vacib olan bədənin yeddi üzvü və ya yeddi hissəsinə deyilir.[1] Bu üzvlər bunlardır: Alın, hər iki əlin içi, dizlərin başları və ayaqların baş barmaqlarının ucları.[2] Səcdənin üzvləri haqqında fiqh kitablarının "namaz" bölümündə bəhs edilmişdir.[3]
Hökmlər
Səcdə üzvlərinin bəzi hökmləri bunlardır:
- Şiə fəqihi Yusif Bəhraninin (hicri 1186-cı ildə vəfat edib) dediyinə görə, şiə fəqihlərinin məşhur nəzərinə əsasən, səcdə zamanı səcdənin yeddi üzvünü yerə qoymaq vacibdir.[4]
- Yeddi üzvün (alından başqa) yerə minimum təmasının kifayət etdiyini hesab etmişlər.[5] Bəzi fəqihlər alnın yerə minimum toxunmasının da kifayət etdiyi qənaətindədirlər.[6]
Digər tərəfdən bəzi fəqihlər alnın bir dirhəm qədərində yerə qoymağı vacib saymışlar.[7]
- Səcdənini zikrini deyərkən qəsdən yeddi üzvdən birini yerdən qaldırmaq namazı batil edər.[8]Ayətullah Sistaninin fətvasına əsasən, namaz qılan şəxs zikr deyilmədiyi zamanda da əgər səcdə üzvlərini yerdən qaldırsa, ehtiyata əsasən namazı batil olar.[9]
Səcdənin müstəhəb əməlləri
- Burnu yerə qoymaq; Fəqihlər səcdədə burnu yerə qoymağı müstəhəb hesab etmişlər.[10] Bu hökmün sənədi İmam Sadiqdən (ə) nəql olunur ki, burnu yerə qoymaq Həzrət Peyğəmbərin (s) sünnəsi[11] kimi tanıtdırılmışdır.[12] Əllamə Hilliyə görə burnu yerə qoymaq təkidli müstəhəbdir.[13]
- Təxviyə: Kişiyə müstəhəbdir ki, səcdədə olarkən qollarını açıb dirsəklərini yerə qoymasın.[14] Həmçinin qadının səcdədə dirsəklərini yerə qoyması və bədən üzvlərini bir-birinə yapışdırması müstəhəbdir.[15]
Səcdə üzvlərinin yerinin hökmləri
Şiə fəqihlərinin məşhur rəyinə görə, səcdənin yerləri arasında yalnız alnın yerinin (alının qoyulduğu yer və ya şey) pak olması vacibdir.[16] Əlbəttə ki, hicri-qəməri tarixi ilə dördüncü və beşinci əsrlərdə şiə fəqihlərindən olan Əbu Səlah Hələbi səcdə üzvlərinin qoyulduğu yerlərin nəcisinin aradan aparılmasını vacib hesab etmişdir.[17]
Səcdə yerinin (ibadət edənin alnını qoyduğu yer və ya bir şey) yer və ondan bitən bir şeydən olması vacibdir. Bir şərtlə ki, onlar yeməli və ya geyilən olmasın.[18] Bu hökmün sənədi hədislər və fəqihlərin icmasıdır.[19]Buna görə də yer və ya mədənlərdən çıxarılan qızıl, gümüş, əqiq və firuzə kimi yerdə bitmiş sayılmayan bir şeyə alnı qoymaq düzgün deyil.[20]
İstinadlar
- ↑ Muəssisətu dayrətil-məarifil-fiqhil-Şiə, h.q 1423, c.15, s.108
- ↑ Bəhrani, Əl-hədaiqun-nazirə, h.ş 1363, c.8, s.276
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1417, c.1, s.176
- ↑ Bəhrani, Əl-hədaiqun-nazirə, h.ş 1363, c.8, s.276
- ↑ Bəhrani, Əl-hədaiqun-nazirə, h.ş 1363, c.8, s.277
- ↑ Şəhid Sani, Məsalikul-ifham, h.q 1413, c.1, s.218
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.10, s.144
- ↑ Əllamə Hilli, Təhrirul-əhkam, Muəssisətu Alil-Beyt (ə), c.1, s.224
- ↑ Sistani, Tozihul-məsail, h.q 1415, c.1, s.224
- ↑ Muəssisətu dayrətil-məarifil-fiqhil-İslami, h.q 1423, c.18, s.288-289
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1416, s.343; Kuleyni, Əl-kafi, h.ş 1387, c.6, s.144
- ↑ Bəhrani, Əl-hədaiqun-nazirə, h.ş 1363, c.8, s.276
- ↑ Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.3, s.188
- ↑ Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.2, s.306
- ↑ Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.2, s.365
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1417, c.1, s.177
- ↑ Əbu Səlah, Hələbi, Əl-kafi fil-fiqh, h.q 1403, c.1, s.140
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1417, c.1, s.388
- ↑ Səbzəvari, Muhəzzəbul-əhkam, h.ü 1413, c.5, s.434
- ↑ Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1417, c.2, s.389
Ədəbiyyat
- Əbu Səlah Hələbi, Təqiud-din ibn Nəcmud-din, Əl-Kafi fil-fiqh, İsfahan, Məktəbətu İmam Əmirəl-möminin, h.q 1403
- Bəhrani, Yusuf ibn Əhməd, Əl-hədaiqun-nazirə, Qum, Muəssisətun-nəşril-islami, h.ş 1363
- Hürr Amili, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1416
- Səbzəvari, Seyyid Əbdül-Əli, Muhəzzəbul-əhkam, QUm, Darut-təfsir, 4-cü çap, h.q 1413
- Sistani, Seyyid Əli, Tozihul-məsail, Qum, Enteşarate Mehr, h.q 1415
- Şəhid Sani, Zeynud-din ib Nurəd-din, Məsalikul-ifham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, 1-ci çap, h.q 1413
- Təbatəbai Yəzdi, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vüsqa, Qum, Muəssisətun-nəşril-İslami, 1-ci çap, h.q 1417
- Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkam, Məşhəd, Muəssisətu Alil-Beyt (ə), 1-ci çap
- Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1414
- Kuleyni, Muhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, 1-ci çap, h.ş 1387
- Muəssisətu dayrətil-məarifil-fiqhil-İslami, Musuətul-fiqhil-İslami, Qum, Muəssisətu dayrətil-məarifil-fiqhil-İslami, 1-ci çap, h.q 1423
- Mühəqqiq Kərəki, Əli ibn Hüseyn, Cameul-məqasid, Qum, Muəssiətu Alil-Beyt (ə), 2-ci çap, h.q 1414
- Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Daru ehyait-terasil-ərəbi, 7-ci çap, h.ş 1362