Namazın rükunları

wikishia saytından
(Namazın rükunu səhifəsindən yönləndirilmişdir)
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Rükun (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Namazın rükunları (ərəbcə: أركان الصلاة), namazın bir sıra vacib əməlləridir ki, səhvəndə olsa, onların azalmaq və ya çoxaltmaq namazı batil edir. Məşhur şiə fəqihləri niyyəti, ayağa qalxmağı, ehram təkbirini, rüku və iki səcdəni namazın rükünləri hesab edirlər.

Rüknun tərifi

Rükun hər şeyin əsası və sütunu deməkdir. Dini ibadətdə bilərəkdən və ya bilməyərəkdən artırıb və ya azaltmaqla ibadətin batil olmasına səbəb olan bir hissədir.[1] Namazın, təməttö həcciümrə həccinin bəzi hissələri, onların rükunlarıdır.[2]

Namazın rükunları

Məşhurun nəzərinə görə, namazın rükunları bunlardır: Niyyət, qiyam, təkbirətül-ehram, rüku və iki səcdə.[3] Niyyət dedikdə, Allahın əmrini yerinə yetirmək və Ona yaxınlaşmaq qəsdi ilə namaz qılmaq nəzərdə tutulur. Buna bəzən dai (qəsd) də deyirlər. Zehndə bir şeyi hazırlamaq və ya dildə bəzi sözləri tələffüz etmək niyyətdə lazım deyil.[4] Qiyamdan məqsəd təkbirətül-ehramı deyən zaman ayaq üstə durmaq və həmçinin rükuya birləşmiş qiyamdır. Yəni ayaq üstündə durduğu haldan rükuya keçməkdir.[5]

Bəziləri qibləyə baxmağı namazın rükunlarından sayıblar.[6] Necə ki, bəzi keçmiş fəqihlər qiraətin də rükn olduğunu qeyd ediblər.[7]

Rüknu azaltmaq ya çoxaltmaq

Məşhur fəqihlər namazın rükunlarının bilərəkdən və ya səhvən artırılması və ya azaldılmasının namazı batil etdiyinə inanırlar.[8] Amma bəzi başqa fəqihlər isə səhvən rüknun artırılmasının namazı batil etmədiyinə inanırlar.[9]

Ürvə kitabının sahibi, niyyəti artırmağı namazı yerinə gətirmək qəsdini artırmaq mənasında təzvvür olunmaz hesab edib. Namazın şəklini zehndə hazırlamaq mənasında isə bunu niyyətə zərərli və namazı batil edən hesab etməmişdir.[10]

Rüknu səhvən yerinə yetirməmək

Əgər ibadət edən səhvən bir rüknu yerinə yetirməzsə, başqa bir rüknə daxil olana qədər onu yerinə yetirməlidir.[11]

İstinadlar

  1. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1409, c.1, s.62; Nəcəfi, Cəvahirul-kəlam, c.9, s.239
  2. Xomeyni, Təhrirul-vəsilə, c.1, s.153
  3. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1412, c.2, s.139-140
  4. Təbatəbai Yəzdi, əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.434
  5. Təbatəbai Yəzdi, əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.473
  6. İbn Həmzə Tusi, Əl-Vəsilə, h.q 1408, s.93
  7. Şeyx Tusi, Əl-Məbsut, c.1, s.105
  8. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, c.1, s.644
  9. Nəcəfi, Cəvahirul-kəlam, c.9, s.239-241
  10. Təbatəbai Yəzdi, əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.434
  11. Nəcəfi, Cəvahirul-kəlam, c.12, s.238-239

Ədəbiyyat

  • İbn Həmzə Tusi, Məhəmməd ibn Əli, Əl-Vəsilə, Qum, h.q 1408
  • Hilli, Həsən ibn Yusif, Muxtələfuş-şiə, Qum, Dəftəre təbliğate İslami, h.q 1412
  • Şəhid Sani, Zeynuddin, Ər-Rövzətul-bəhiyyə, Tehran, Enteşarate elmiyyeye İslami
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut fi fiqhil-İmamiyyə, Tehran, Məktəbətul-Murtəzəviyyə
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, h.q 1362
  • Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, Darut-təfsir, İsmailiyyan, h.q 1419