Səhvun-nəbi

wikishia saytından
(Səhvun-nəbi nəzəriyyəsi səhifəsindən yönləndirilmişdir)

Səhvun-nəbi, (ərəbcə: سهو النبي) Peyğəmbərin (s) gündəlik həyatda səhv və unutqanlıq ehtimalıdır. Şiə alimlərinin əksəriyyəti Peyğəmbərin (s) səhvini mümkün hesab etmirlər. Amma bəziləri, məsələn, Şeyx Səduq və onun müəllimi İbn Vəlid Peyğəmbərin (s) səhv edə biləcəyinə inanırlar. Yəni onlar Peyğəmbərin (s) günahlarda və peyğəmbərlik vəzifələrində məsum olduğunu qəbul etsələr də, Peyğəmbərin (s) həyatının digər işlərində səhv və ya unutqanlıq edə biləcəyinə inanırlar.

Peyğəmbərin (s) səhv edə biləcəyinə inananlar öz baxışlarını sübut etmək üçün Peyğəmbərin namazında səhv etdiyinə dair rəvayətlərə istinad ediblər. Müxaliflər isə Peyğəmbərin (s) xətasını peyğəmbərliyə uyğun hesab etmir və bu rəvayətlərin səhih olmadığını deyirlər.

Konseptologiya

Səhvun-nəbi Peyğəmbərin (s) dini qaydalara əməl etməkdə və adi işlərdə etdiyi səhv və xətadır.[1] Səhvun-nəbi məsələsində sual budur ki, peyğəmbərlərin şəriət qaydalarına riayət etməkdə və ya adi həyat işlərində səhv etmələri və ya unutqanlıqları mümkündürmü ? Məsələn, namazda bir şeyi unudurlar və ya min dinar borc götürdükləri birinə səhvən yüz dinar qaytarırlar ?[2]

Səhvun-nəbi sxolastik bir məsələdir[3] və bu barədə ilahiyyatçılar arasında ətraflı müzakirələr yaranıb.[4] Səhvun-nəbi barəsində kəlam kitablarında[5] peyğəmbərlərin məsumluğu haqqında bəhslərdə və fiqh kitablarında namazda səhv bəhsində söhbət açılmışdır.[6]

Fərqli baxışlar

İmamiyyə şiə alimləri arasında Peyğəmbərin (s) səhv etməsinin mümkünlüyü haqqında iki fikir var. Onların əksəriyyəti Peyğəmbərin (s) səhv etməsinin qeyri-mümkün olduğuna inanır.[7] Lakin bəziləri şəriət hökmlərinin icrasında Peyğəmbərin (s) səhv edə və ya unuda biləcəyinə inanırlar.[8]

Müvafiqlər

İbn Vəlid Qumi, Şeyx Səduq, Seyid Mürtəza,[9] “Məcməül-bəyan”ın müəllifi Fəzl ibn Həsən Təbərsi[10] və Məhəmməd Təqi Şuştəri[11] Səhvun-nəbi nəzəriyyəsinin tərəfdarlarıdır.[12] Şeyx Səduq özünün “Mən la yəhzuruhul-fəqih” kitabında Səhvun-nəbi nəzəriyyəsini müdafiə etmiş və onun müxaliflərini quluv edən və təfviz hesab etmişdir. Onun fikrincə, Peyğəmbər (s) dini təbliğ məsələsində məsumdur, lakin namaz qılmaq kimi digər məsələlərdə adi insanlar kimidir və səhvə düşə bilər.[13] Əlbəttə, Şeyx Səduq Peyğəmbərin (s) səhvini digər insanların səhvi kimi hesab etmir. Əksinə, onun fikrincə, Peyğəmbərin (s) səhvi Allah tərəfindən törədilir (isha) ki, Peyğəmbərin (s) məqamı Rəbblik məqamı ilə qarışdırılmasın.[14]

Şeyx Səduq həmin kitabda peyğəmbərin səhvini sübut etdiyi və onu inkar edənlərin fikirlərini rədd etdiyi bir kitab yazacağını vəd edir.[15] O, ustadı İbn Vəliddən sitat gətirir ki, quluvvun ilk dərəcəsi Peyğəmbərin (s) səhvini inkar etməkdir.[16]

Müvafiqlərin dəlilləri

Peyğəmbərin (s) yanılmış ola biləcəyini söyləyənlər Quranhədislərə istinad ediblər. Fəzl ibn Həsən Təbərsi “Ənam” surəsinin 68-ci ayəsinin təfsirində deyir: “Şiələrin nəzərinə görə, Peyğəmbər (s) və imam Allah adından dediklərini unutmur və səhv etmirlər. Lakin ola bilsin ki, onlar digər işlərdə xəta etsinlər. Təbii ki, bu məsələ onların psixi pozğunluğuna səbəb olmayacaq dərəcədədir”.[17]

O deyir: “Peyğəmbər və imamın yuxuya getməsini və ya huşunu itirməsini qəbul etdiyimiz kimi, onların səhv etmələrini və unutmalarını da mümkün hesab etməliyik. Çünki yuxu və huşunu itirmək səhv kimidir”.[18]

Şeyx Səduq da Peyğəmbərin (s) namazda səhv etdiyini göstərən rəvayətlərə istinad edib.[19] Bu rəvayətlər sünni və şiə rəvayət mənbələrində qeyd edilib.[20] Cəfər Sübhani bu rəvayətlərin sayının maksimum on iki olduğunu bildirir. Bunlar arasında KüleynininKafi”də İmam Sadiqdən (ə) nəql etdiyi bir hədis də vardır.[21] Bu hədisə əsasən, Peyğəmbər (s) zöhr namazının ikinci rükətində səhvən salam oxumuş, müsəlmanlar ona xatırlatdıqda, namazını tamamlamış və iki səhv səcdəsi etmişdir.[22]

Müxaliflər

Şeyx Mufidin müəllifi olduğu "Ədəmu səhvin-Nəbi" kitabı"

Cəfər Sübhaninin fikrincə, şiə alimlərinin əksəriyyəti Səhvun-nəbini qəbul etmir.[23] O, Şeyx Müfid, Əllamə Hilli, Mühəqqiq HilliŞəhidi-Əvvəl kimi qabaqcıl şiə alimlərinin səhvun-nəbini rədd edən ifadələrini sitat gətirir.[24] O, deyir: “Səhvun-nəbi nəzəriyyəsi şiə məzhəbində qəbul edilmiş baxış deyil”.[25] Böyük şiə təfsirçisi Əllamə Təbatəbai də Peyğəmbərin (s) səhvinin onun məsumluğu ilə bir araya sığmadığını bildirir.[26] O, məsumluğu başqa növ elm və idraklardan hesab edir. Hansı ki, oraya xəta yol tapa bilməz.[27]

Səhvun-nəbi əleyhdarları müxtəlif mövzularda, o cümlədən fiqhdə namazda səhv bəhsində və kəlamda peyğəmbərlərin məsumluğu ilə bağlı bəhslərdə səhvun-nəbi tərəfdarlarına iradlar tutmuş və bu mövzuda ayrıca əsərlər qələmə almışlar. Onların arasında həm Şeyx Müfidə, həm də Seyid Mürtəzaya aid edilən “Risalətun fi ədəmi səhvin-nəbi” (Peyğəmbərin (s) səhv etməməsi haqqında traktat) adlı bir kitab var. Amma Əllamə MəclisiBiharul-ənvar”da bunu Şeyx Müfidə aid etməyi daha məqsədə uyğun hesab edib.[28] Həmçinin, “ət-Tənbih bil-məlum minəl-burhan ən tənzihil-məsum minəs-səhvi vən-nisyan” adlı kitabda Hürr Amili bu məsələni ətraflı müzakirə edib.[29]

Müxaliflərin dəlilləri

Şeyx Müfidin dediyinə görə, səhvun-nəbi mövzusunda gətirilən rəvayətlər vahid xəbərdir və buna görə də güman yaradır. Nəticə etibarı ilə şəriət baxımından səhih deyil.[30] Bu hədislərin mətni bir-birindən çox fərqli olduğuna görə də onların səhihliyi ilə bağlı problemlər var.[31]

Əllamə Hilli “Kəşfül-murad” əsərində yazır: “Peyğəmbərin xətası mümkün olsa, bu xətanın onun peyğəmbərliyinə də keçməsi mümkündür”.[32] O, əsaslandırma və müqayisəli fiqh şəklində yazdığı “Muntəhəl-mətləb fi təhqiqil-məzahib” adlı fiqhi kitabında Peyğəmbərin (s) səhv etməsinin əqli cəhətdən qeyri-mümkün olmasını əsas gətirərək səhvun-nəbi rəvayətlərini yanlış hesab edib.[33] Şəhidi-Əvvəl də “Zikra” kitabında səhvun-nəbi rəvayətlərini həmin əsasla tənqid etmişdir.[34]

Təbatəbai “əl-Mizan” əsərində peyğəmbərlərdə məsumluq həqiqətini adi insanların qavraya və dərk edə bilməyəcəyi, digər elmlərdən fərqli bir elm və zəka növü hesab edir və bu, peyğəmbərlərdə hər növ günah və səhvə nisbətdə mütləq toxunulmazlığa səbəb olur.[35]

Biblioqrafiya

Səhvun-nəbi haqqında yazılmış bəzi kitablar aşağıdakılardır:

  • “Risalətun fi ədəmi səhvin-nəbi (s)”, Şeyx Müfidə isnad edilir;
  • “Nəfyus-səhv ənin-nəbi (s)”, Mirzə Cavad Təbrizi;
  • “Risalətun fi səhvin-nəbi”, Məhəmmədtəqi Şuştəri. Bu kitab “Qamusur-rical” kitabının 11-ci cildində çap olunub;[36]
  • “Risalətu səhvin-nəbi”, Məhəmməd İsmayıl Xacəvi.

Məhəmməd Baqir Məclisi də “Biharul-ənvar”da İslam peyğəmbərinin (s) tarixinin on altıncı fəslində səhvun-nəbi mövzusuna toxunub.[37]

Əlaqəli məqalələr

İstinadlar

  1. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.291 və 292
  2. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.292
  3. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.292
  4. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.292
  5. Nümunə üçün baxın: Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.291; Sübhani, Əl-İlahiyyat, h.q 1412, s.191; Seyyid Mürtəza, Tənzihul-ənbiya, h.q 1380, s.34-41
  6. Nümunə üçün baxın: Əllamə Hilli, Muntəhəl-mətləb, h.q 1412, c.7, s.78; Şəhid Əvvəl, Zikra, h.q 1419, c.4, s.10
  7. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.302
  8. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.302
  9. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.305
  10. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.490
  11. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.306
  12. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.302
  13. Şeyx Səduq, Mən la Yəhuzuruhul-fəqih, h.q 1413, c.1, s.359
  14. Şeyx Səduq, Mən la Yəhuzuruhul-fəqih, h.q 1413, c.1, s.360
  15. Şeyx Səduq, Mən la Yəhuzuruhul-fəqih, h.q 1413, c.1, s.360
  16. Şeyx Səduq, Mən la Yəhuzuruhul-fəqih, h.q 1413, c.1, s.360
  17. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.490
  18. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.4, s.490
  19. Şeyx Səduq, Mən la Yəhuzuruhul-fəqih, h.q 1413, c.1, s.360
  20. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.304-305
  21. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.305
  22. Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.355
  23. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.302
  24. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.304
  25. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.303
  26. Təbatəbai, Əl-Mizan, c.14, s.297
  27. Təbatəbai, Əl-Mizan, c.5, s.79
  28. Məclisi, Biharul-ənvar, h.q 1403, c.17, s.122
  29. İbrahimi Rad, Təhlil və bərresiye rəvayate səhvun-Nəbi (s), s.57
  30. Şeyx Mufid, Ədəmu səhvin-Nəbi, s.21
  31. Şeyx Mufid, Ədəmu səhvin-Nəbi, s.22
  32. Əllamə Hilli, Kəşful-Murad, h.q 1417, s.472
  33. Əllamə Hilli, Muntəhul-mətləb, h.q 1412, c.7, s.78
  34. Şəhid Əvvəl, Zikra, h.q 1419, c.4, s.10
  35. Təbatəbai, Əl-Mizan, c.5, s.80
  36. Sübhani, İsmətul-ənbiya, h.q 1420, s.306
  37. Məclisi, Biharul-ənvar, h.q 1403, c.17, s.97-129

Ədəbiyyat

  • İbrahimi Rad, تحلیل و بررسی روایات سهو النبی (ص)
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, 4-cü çap, h.q 1412
  • Sübhani, Cəfər, İsmətul-ənbiya, Qum, İmam Sadiq (ə) müəssisəsi, 2-ci çap, h.q 1420
  • Seyyid Mürtəza, Tənzihul-ənbiya, Qum, Bustane kitab, h.q 1380
  • Şəhid Əvvəl, Məhəmməd ibn Amili Məkki, Zikra, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1419
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhuzuruhul-fəqih, Qum, Dəftəre enteşarate İslami, 2-ci çap, h.q 1413
  • Şeyx Mufid, Məhəmməd, Ədəmu səhvin-Nəbi, Qum, 1-ci çap, h.q 1413
  • Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-Murad, Qum, İslami nəşriyyat müəssisəsi, 7-ci çap, h.q 1417
  • Əllamə Hilli, Həsən ibn Yusif, Muntəhəl-mətləb, Məşhəd, Məcməul-buhusil-İslamiyyə, 1-ci çap, h.q 1412
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403