İxfat

wikishia saytından
(Zikri yavaşdan söyləmək səhifəsindən yönləndirilmişdir)


İxfat (Ərəbcə: الإخفات) namazın zikrlərinin yavaşdan oxunmasıdır. Təsbihati-ərbəə Həmd və surələr kimi namazın bəzi zikrləri zöhrəsr namazlarında yavaşdan oxunmalıdır. İxfat gündəlik nafilə namazında müstəhəb və ayət namazı kimi hallarda caiz sayılmışdır.

Tərif

"İxfat" (zikri yavaşdan söyləmək) "Cəhr"in (zikri ucadan söyləmək) əksidir ki, yavaşdan oxumaq mənasındadır.[1] Fiqh kitablarında namazın qiraəti mövzusunda bu kəlmədən bəhs edilmişdir.[2] Fəqihlərin əksəriyyəti "ixfat"ın meyarını səsin tonunun aşkar olmaması[3] hesab etmiş və bunun ürfün vasitəsi ilə müəyyən edildiyini bildirirlər.[4]

"İxfat"ın (zikri yavaşdan söyləmək) vacib olma yerləri

Aşağıdakı hallarda namazı yavaşdan qılmaq vacibdir:

  1. Cümə günü zöhr namazından başqa qılınan zöhr və əsr namazlarında həmd və surə yavaşdan oxunmalıdır.[5]
  2. Zöhr, əsr, şamxiftən namazlarında təsbihati-ərbəə yavaşdan oxunmalıdır.[6]
  3. Camaat namazında məmum (iqtida edən şəxs) qiraət və zikri yavaşdan oxumalıdır.[7]
  4. Əgər qadın namaz qıldıqda naməhrəm onun səsini eşitsə və fəsad törətmək qorxusu olsa, namazın zikrlərini yavaşdan oxumalıdır.[8]
  5. Ehtiyat namazında "Həmd" surəsini yavaşdan oxumalıdır.[9]

Əksər mərcəyi təqlidlərin fətvalarına əsasən, qəsdən ixfata əməl edilməməsi (zikrin yavaşdan deyilməməsi) namazın batil olmasına səbəb olur. Əlbəttə ki, unutqanlıq üzündən və ya zikri yavaşdan deməli olduğunu bilmədiyi üçün namazda buna riayət etməsə, namaz batil olmaz.[10]

"İxfat"ın (zikri yavaşdan söyləmək) caiz və müstəhəb olma yerləri

İxfatın aşağıdakı hallarda müstəhəb olduğu bildirilib:

  1. Gündüzlər oxunan müstəhəb namazlar.[11]
  2. "Həmd" surəsini oxumamışdan əvvəl «اعوذ بالله من الشیطان الرجیم» (qovulmuş şeytandan Allaha sığınıram) ibarətini oxumaq.[12]

Həmçinin aşağıdakı yerlərdə "ixfat" (zikri yavaşdan söyləmək) caiz sayılır və namaz qılan onları yavaşdan və ya ucadan oxuya bilər:

  1. Əgər naməhrəm qadının səsini eşitməsə, sübh, şam və xiftən namazlarında onun həmd və surəni oxuması.[13]
  2. Namazın "Həmd, surə və təsbihati-ərbəədən başqa olan zikrləri.[14]
  3. Ayət namazıtəvaf.[15]

"Cəhr" və "ixfat"ın fəlsəfəsi

Namazda cəhr (zikri ucadan söyləmək) və ixfatın (zikri yavaşdan söyləmək) səbəbi ilə bağlı “İləlüş-Şərayi” kitabında qeyd olunan hədisə əsasən deyilir: "Sübh, şam və xiftən namazları qaranlıqda qılındığı üçün ucadan qılınırdı ki, başqaları camaat namazının başlandığını bilsinlər". Lakin zöhrəsr namazları gündüz qılındığı və namazın qılınması göründüyü üçün onu "cəhr"lə (ucadan oxumağa) oxumağa ehtiyac yox idi.[16] Bu sünnə, məscidlər işıqlandırma ilə təchiz edildikdən sonra da davam etmişdir.[17]

İstinadlar

  1. Dəhxoda, Lüğətnamə Dəhxoda, "Cəhr" sözü
  2. Haşimi Şəhrudi, Fərhənge fiqh, h.q 1426, c.1, s.113
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.9, s.376; Təbatəbai Yəzdi, Ürvətul-vusqa, h.q 1409, c.1, s.650, Məsələ: 26; İmam Xomeyni, Təhrirul-vəsilə, Darul-ilm, c.1, s.166, Məsələ: 11
  4. Xoyi, Musuətul-İmamil-Xoi, h.q 1418, c.14, s.402; «جهر و اخفات در نماز», Payeqahe Ettela resani Dəftəre Ayətullah Sistani
  5. Nəcəfi, Məcməur-Rəsail, h.q 1415, s.253, Məsələ: 779; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.549, Məsələ: 992; Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.1, s.171, Sual: 180
  6. Amili, Came Abbasi, h.q 1429, s.142; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.556, Məsələ: 1003
  7. Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1409, s.790, Məsələ: 22
  8. Fazil Miqdad, Kənzul-İrfan, h.q 1425, c.1, s.130; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.549, Məsələ: 9944
  9. Nəcəfi, Məcməur-rəsail, h.q 1415, s.328, Məsələ: 1022; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.660, Məsələ: 1216
  10. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.550, Məsələ: 995
  11. Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.4, s.116-326
  12. Təbatəbai Yəzdi, Əl-urvətul-vüsqa, h.q 1409, c.1, s.661; İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.326
  13. İmam Xomeyni, Tozihul-məsail, h.q 1424, c.1, s.549, Məsələ: 994
  14. «مخیر بودن نسبت به جهر و اخفات سایر اذکار نماز ظهر و عصر», Payeqahe ettela resani dəftəre Ayətullah Məkarim Şirazi
  15. Fazil Miqdad, Kənzul-irfan, h.q 1425, c.1, s.130; Qolpayqani, Məcməul-məsail, h.q 1409, c.1, s.253
  16. Şeyx Səduq, İləluş-şərayi, s.263
  17. «فلسفه جهر و اخفات نمازها», Payeqahe ettela resani dəftere Ayətullahul-üzma Məkarim Şirazi

Ədəbiyyat

  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, Darul-ilm, 1-ci çap
  • İmam Xomeyni, Seyyid Ruhullah, Tozihul-məsail, Qum, Cameə mudərrisin, h.q 1424
  • Xoyi, Seyid Əbül-Qasim, Musuətul-İmamil-Xoyi, Qum, Muəssisətu ihyai asaril-İmamil-Xoyi, 1-ci çap, h.q 1418
  • Dəhxoda, Əli Əkbər, lüğətname, Tehran, Dəhxoda lüğətnaməsi müəssisəsi, 2-ci çap, h.ş 1377
  • Şeyx Səduq, Muhəmməd ibn Əli, İləluş-şərayi, Nəcəf, Əl-məktəbətul-Heydəriyyə
  • Təbatəbai Yəzdi, Seyyid Muhəmməd Kazim, Əl-urvətul-vüsqa, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, 2-ci çap, h.q 1409
  • Amili, Bəhaud-din və Savici, Nizam ibn Hüseyn, Came Əbbasi, Dəftəre enteşarate İslami, 1-ci çap, h.q 1429
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Kənzul-irfan fi fiqhil-Quran, Qum, Enteşarate Musəvi, 1-ci çap, h.q 1425
  • «جهر و اخفات در نماز», Payeqahe ettala resani dəftəre Ayətullah Sistani, Müşahidə: h.ş 1400\mordad 11
  • «فلسفه جهر و اخفات نمازها», Payeqahe ettala resani dəftəre Ayətullah Məkarim Şirazi, Müşahidə: h.ş 1400\mordad 11
  • Qolpayqani, Seyyid Muhəmməd Riza, Məcməul-məsail, Qum, Darul-Quranil-Kərim, 2-ci çap, h.q 1409
  • «مخیر بودن نسبت به جهر و اخفات سایر اذکار نماز ظهر و عصر», Payeqahe ettala resani dəftəre Ayətullah Məkarim Şirazi, Müşahidə: h.ş 1400\mordad 11
  • Nəcəfi, Muhəmməd Möhsin, Cəvahirul-kəlam, Beyrut, Daru ihyait-terasil-ərəbi, 7-ci çap, h.q 1404
  • Nəcəfi, Muhəmməd Möhsin, Cəvahirul-kəlam, Məşhəd, Sahib-Zaman (ə.f) müəssisəsi, 1-ci çap, h.q 1415
  • Haşimi Şahrudi, Seyyid Mahmud, Fərhənge fiqh mutabiqe məzhəbe Əhli-Beyt (ə), Qum, Muəssisəye dairətil-məarife fiqhe İslami bər məzahebe Əhli-Beyt (ə), h.q 1426