Müqəddəsləri aşağılamaq

wikishia saytından
(Müqəddəslərə hörmətsizlik etmək səhifəsindən yönləndirilmişdir)

Müqəddəsləri aşağılamaq (ərəbcə: الإساءة للمقدسات) dedikdə hər hansısa bir şəriətdə və ya hansısa bir şəriət əhlinin yanında hörmətli və müqəddəs olan bir kəsin və ya şeyin alçaldılması, təhqir olunması və istehza edilməsi nəzərdə tutulur. Bir dinin, hər hansı bir inanc yerinin müqəddəs saydığı kəsi və ya şeyi təqhir etmək haramböyük günahlardan biridir. Müqəddəslərin təhqir edilməsi cinayət sayılması baxımından hadisənin obyektinin müsəlman və ya qeyri-müsəlman olması fərq etmir. Müqəddəslik statusu zaman, məkan, fərd, kitab və sair şeylərə aid və şamil olar bilər; Ramazan ayı, Kəbə, peyğəmbər, imam, imamların məzarı, Quran kimi.

Müqəddəslərin təhqir edilməsi cinayətinin cəzası müqəddəs sayılan şeyin statusu baxımından müxtəlif dərəcələrdə ola bilər. Bəzən müqəddəs sayılan şeyin və ya kəsin təhqir edilməsi onun dini və ictimai dərəcəsinə uyğun olaraq "mürtəd"lik və ya "küfr"ə səbəb olar bilər ki, bunun cəzası ölüm də olar bilər; Dinin və məzhəbin əsaslarını təhqir və istehza etmək bu qəbildəndir. Bəzi hallarda isə təhqirin cəzası "təzir" - (həbs, nağd cərimə, əmlakın müsadirə edilməsi və sair kimi cəzalar) - olaraq tətbiq edilir: Məsələn, bir kəs Ramazan ayında gündüz zina edirsə, ona "şəri zina həddi"ndən - (Nur surəsi:2) - əlavə müqəddəs ayın hörmətini sındırdığı üçün "təzir" də tətbiq edilir.

Şiə məzhəbinin fəqihləri Əhli-Sünnə məzhəbinin müqəddəslərini təhqir etməyi və lənətləməyi haram hesab edirlər. Həmçinin Qurani-Kərimin Ənam surəsinin 108-ci ayəsinə əsasən, digər səmavi və qeyri-səmavi dinlərin müqəddəs saydıqları insanları, əməlləri və əşyaları təhqir etmək olmaz.

Konseptologiya

"Müqəddəsləri təhqir etmək" ifadəsi hər hansı bir şəriətdə və o şəirət əhlinin nəzərində hörməti və ehtiramı vacib olan bir kəsi və ya şeyi təhqir etmək, aşağılamaq və istehza etmək mənasını daşıyır.[1] Müqəddəslərin təhqir edilməsi cinayət sayılması baxımından hadisənin obyektinin və cinayəti törədənin müsəlman və ya qeyri-müsəlman olması fərq etmir.[2] Müqəddəslərin təqhir edilməsinin misdaq və nümunləri şəxslər və ya əşyalar olar bilər. Məsələn, İslam dininin müqəddəs şəxsiyyətləri və habelə digər dinlərin müqəddəs şəxsiyyətləri ki, İslam şəriəti onlara hörmətsizlik etməyi qadağan etmiş və onları möhtərəm saymışdır: İslam Peyğəmbəri (s), məsum imamlar (ə), Həzrət Xədicə (s),[3] Həzrət Məryəm (s), Həzrət Hacər (s) və sair kimi şəxsiyyətlər.[4] Həmçinin Allah, Quran, Kəbə, məscid, peyğəmbərlərinimamların məzarları İslam dini baxımından müqəddəs sayılır və onları təhqir və istehza etmək qadağandır.[5]

Fiqhi və hüquqi baxımdan

Fiqhi kitablarda "müqəddəslərin təhqir edilməsi" adlı bir mövzu müzakirə və bəhs olunmayıb. Amma "peyğəmbəri söymək",[6] "mömini söymək",[7] "iza"[8] (əziyyət etmək) və "qəzf"[9] kimi məsələlər Təharət,[10] Həcc,[11] Haram qazanclar[12] və "Hüdud"[13] kimi mövzularda müzakirə edilib və təhqir etməyin haram olduğuna dair fətva verilib.[14] Bu mövzu ilə əlaqədər fiqhi qaydalar barədə yazılmış kitablarda "dində hörməti vacib olan şeyləri təhqir etməyin haramlığı"[15] və "dini atributların böyük və əzəmətli sayılması və onları təhqir etməyin haramlığı"[16] kimi məsələlər müzakirə edilmişdir.

Hədis kitablarında rəvayət edilən bəzi hədislərə əsasən bir sıra şeylər müqəddəs sayılan dini atributlar sırasında yer almış və onların təhqir edilməsi və kiçildilməsi qadağan edilmişdir. Məsələn, bu hədislərdə Kəbənin təhqir edilməsi və İslam Peyğəmbərinin (s) söyülərək təhqir edilməsi haram sayılmışdır.[17] Hətta hədislərə əsasən imamlarımız (ə) digər dinlərin ardıcıllarının müqəddəs saydıqları şəxs və əşyaları təhqir etməyi də qadağan ediblər.[18] Təfsir alimləri Qurani-Kərimin Ənam surəsinin 108-ci ayəsinə istinadən, kafirlərin Allahı və İslami müqəddəsləri təhqir etmələri ehtimalı olan yerdə onları söyməyi və onların müqəddəslərini təhqir etməyi haram hesab ediblər.[19]

Təhqir etməyin fiqhi hökmü

Dini müqəddəsləri və atributları təhqir etməyin və aşağılamağın barəsində fəqihlər aşağıdakı hökmləri qeyd etmişlər:

  • Dində müqəddəs sayılan şəxslər və əşyalara hörmətsizlik etmək, onları təhqir etmək və aşağılamaq haramdır və onlara hörmət etmək və ehtiram göstərmək vacibdir.[20]
  • Dinin müqəddəs saydığı şeyləri təhqir etməyin hökmü obyektin dini baxımdan haram, vacib və müstəhəbb olmağı – (camaat namazı kimi) - baxımından fərq etmir.[21]
  • Fəqihlərin rəylərinə əsasən, dini müqəddəsləri təhqir edənin tövbəsi qəbul deyil, yəni cinayətkarın barəsində bu dünyada tətbiq ediləcək hökmü qüvvədən salmır və aradan aparmır. Bu məsələdə təkcə təhqirdən sonra İslamı qəbul edən kafir istisna olunur.[22]
  • Əgər bir şəxs əsəbli və narahat halda olarkən və öncədən dini müqəddəsləri təhqir qəsdi olmadan müqəddəsləri təhqir edən ifadə işlədərsə və ya bir iş görərsə və həmçinin dediyi sözün və ya etdiyi əməlin müqəddəsləri təhqir etmək olduğunu güman etməzsə, müqəddəsləri təhqir etməyin hökmü onun barəsində tətbit edilmir.[23]

Müqəddəsləri təhqir etməyin cəza nümunələri

Müqəddəsləri təhqir etməyin cəzaları edilən əməlin fərdi və ictimai təsirləri və fəsadlarına görə fərqlənir. İslami müqəddəsləri təhqir etməyin nəticəsi bəzən küfr və "irtidad"dır (dindən xaric olmaq) ki, bunun cəzası həmin şəxsin öldürülməsidir. Allahı, peyğəmbərlərdən birini və məsum imamları (ə) təhqir etmək bu qəbildəndir. Bəzi təhqir cinayətlərinin cəzası "təzir"dir.

Küfr və irtidada səbəb olan təhqirlər

Dinin müqəddəs hesab etdiyi şəxsləri və əşyaları təhqir etməyin cəzası "hədd" olaraq tətbiq edilir – ("hədd" cinayətin qarşını ala bilən və cinayətkarı məhdudlaşdıran çətin və ağır cəza növlərinə deyilir ki, bu cəza növləri ayə və hədislərdə şəriətin saibi tətərindən bəyan edilib). Dini müqəddəslərə qarşı təhqirin növü "səbb" (söyüş), "qəzf" (söyüşün zina böhtanına qarışıq olması) və ya "küfr" və "irtidad"a səbəb olacaq ifadələr olarsa, bunun cəzası aşağıdakı kimidir:

  • Allahı söymək: bütün fəqihlər Allahı təhqir edəni kafir sayırlar və onun qanını dəyərsiz və hədər – (məhdurud-dəm) - hesab edirlər.[24]
  • Peyğəmbəri (s) söymək: İslam peyğəmbərini (s) söyənin və ya o həzrəti (s) təhqir edən bir şeyi ona (s) nisbət verənin qanı hədərdir[25] və həmin şəxsi tövbəsi onu cəzadan xilas etmir[26] və həmçinin fəqihlərin fətvasına əsasən, cinayətkarın barəsində hökmün icrası edilməsi baxımından Peyğəmbəri (s) söyənin kafir və ya müsəlman, qadın və ya kişi olması fərq etmir.[27] Şiə fəqihlərinə görə İslam peyğəmbərini (s) söymək və təhqir etməyin hökmü bütün peyğəmbərləri,[28] xanım Fatimeyi-Zəhranı (s) [29]mələkləri[30] söyənə və təhqir edənə də şamil edilir.
  • Məsum imamları (ə) söymək: Fəqihlərin məşhur rəyinə görə, Allah-Taala tərəfindən imamət və vilayət məqamına seçilmiş məsum imamlardan (ə) birini söyən öldürülməlidir.[31]

"İrtidad"a - (insanın dindən çıxmasına) - səbəb olan əməllər:

  • İslam fiqhi kitablarında müqəddəslərin təhqir edilməsi mövzusunda danışılan məsələlərdə "irtidad"a səbəb olan bəzi əməllər "hədd" cəzasının tətbiq edildiyi yerlərə misal və nümunə olaraq göstərilmişdir. Məsələn:
  1. Şüurlu şəkildə və qəsdən Qurani-Kərimi təhqir etmək niyyəti ilə bu müqəddəs kitabı zibilliyə, murdar və nəcis yerə atmaq.[32] Bu işi edənin cəzası ölümdür.[33]
  2. Kəbə evini dağıtmaq və ya nəcis etmək: Bu cinayəti törədən öldürülməlidir.[34]
  3. Peyğəmbərin (s) və imamların (ə) qəbirlərini qəsdən murdarlamaq və nəcisə bulaşdırmaq.[35]
  4. Dini istehza etmək,[36] dini cəmiyyətdə bayağılaşdırmağa, xar və zəlil etməyə çalışmaq:[37] Əgər müsəlman bir şəxs dinin əsaslarını – Allaha və peyğəmbər kimi məfhumları, ya dinin zəruri məsələlərini – namaz və oruc kimi məfhumları,[38] məsxərə və istehza edərsə, dindən çıxmış (irtidad) və kafir[39] və çox böyük günah etmiş sayılır[40]Əllamə Hilli bu kimi təhqir və istehza edənlərin öldürülməsinin caiz olduğunu demişdir.[41]
  5. Peyğəmbərin (s) anasını "qəzf" etmək – (ona zina nisbəti vermək): Bir çox fəqihlər Peyğəmbərin (s) anasına zina nisbəti verəni mürtəd və kafir hesab edir və öldürülməsini lazım bilirlər.[42] Əgər həmin şəxs "fitri mürtəd" olarsa, tövbəsi qəbul deyil.[43] Şiə fəqihi "Sahib Cəvahir" isə "qəzf" Peyğəmbərin (s) söyülməsinə səbəb olmadığı halda bu iddiaya bir dəlilin olmadığını deyir.[44]

"Təzir"ə səbəb olan təhqir

Peyğəmbəri-Əkrəm (s) : Kim Əlini təhqir etsə, məni təhqir etmişdir, kim məni təhqir etsə, əslində Allahı təhqir etmişdir. Hər kim Allahı təhqir etsə, Allah onu cəhənnəm oduna atacaq və həmişə əzab çəkəcəkdir.

Əllamə Məclisi, Biharul-ənvar, cild 29, səh. 642

İslami müqəddəsləri təhqir edən şəxsə "təzir" cəzasının tətbiq edilməsi barədə müsəlman fəqihlər arasında heç bir ixtilaf yoxdur.[45] Bir sıra məsələlərdə, o cümlədən Məscidul-Həramı qəsdən nəcis etmək barədə "təzir"in forması sabit şəkildə təyin edilmişdir.[46]

İslami müqəddəsləri təhqir etməyin bəzi "təzir"ləri aşağıdakı kimidir:

  • Peyğəmbərin (s) və imamların (ə) ziyarətgahlarının və qəbirlərinin təhqir və istehza edilməsinə bais olan hər bir əməl haramdır[47] və bu işi edən adama "təzir" tətbiq edilir.[48]
  • İslam fiqhinə görə Cümə günüRamazan ayı kimi bəzi xüsusi zaman və məkanlarda ki, müsəlmanlar üçün hörmətlidir, cinayət törədilməsi "hədd"in daha şiddətli olmasında təsirlidir.[49] Belə zaman və məkanlarda zina da edilərsə, təhqir sayıldığı üçün cinayətkara "hədd" cəzasından əlavə "təzir" də tətbiq edilir.[50]
  • Müqəddəsləri təhqir etməyin hökmünə məscidləri qəsdən nəcis etmək də daxildir və cinayətkara "təzir" tətbiq edilir.[51]
  • İslam şəriətində hörməti və ehtiramı vacib olan hər bir şeyin təhqir edilməsi "təzir"ə səbəb olacaq cinayətdir. Hədis və fihq kitabları,[52] İmam Hüseynin (ə) qəbrinin türbəti, İmam Hüseynin (ə) hərəmindən təbərrük üçün götürülmüş hər hansı bir şeyin və həmçinin digər imamların (ə) qəbirlərinə aid olan türbət (təbərrük torpaq)[53] və hər hansı bir şeyin təhqir edilməsi buna aiddir və cinayətkara "təzir" tətbiq edilir.[54]

Digər məzhəblərin müqəddəslərinin təhqir edilməsi

Əsas məqalə: Sünnilərin müqəddəslərinə hörmətsizlik etməyin haram olmasına dair verilən fətva

Şiə fəqihlərin fətvalarına uyğun olaraq Əhli-Sünnənin dörd məşhur məzhəbinin müqəddəs hesab etdiyi şəxsləri və əşyaları təhqir etmək, o cümlədən səhabələrə və Ayişə xanıma lənət oxumaq haramdır. Çünki bu iş İslama xəyanət və müşrik və kafirlərə xidmət hesab edilir.[55]

"Təkfirçi və radikal cərəyanlarla mübarizə" konqresinin elmi araşdırmalar idarəsinin çap və nəşr etdiyi "Şiə alimlərinin müsəlmanları təkfir və təhqir etməyin haramlığı barədə rəyləri" kitabında otuz üç nəfər böyük şiə təqlid mərcəsi və müctəhidlərinin İslami məzhəblərin və qiblə əhlinin müqəddəslərini təhqir etməyin haram olduğunu bəyan edən fətvaları yer almışdır.[56]

Qeyri-İslami dinlərin və firqələrin müqəddəslərini təhqir etmək

Müsəlman fəqihlərin əqidəsinə görə, digər səmavi və qeyri-səmavi dinlərin, məzhəb və firqələrin müqəddəs və möhtərəm saydığı şəxs və əşyaları, hətta kafir və bütpərəstlərin bütlərini belə təhqir etmək icazəli deyil.[57] Müsəlman fəqihləri bu barədə Qurani-Kərimin Ənam surəsinin 108-ci ayəsinə və bir sıra hədislərə istinad ediblər[58] və bu görüşə dəlil olaraq qarşı tərəfin də oxşar addımı atacağını bəyan ediblər.[59] Başqa sözlə desək, qeyri-müsəlmanların müqəddəslərini təhqir etmək dolayısı ilə İslami müqəddəsləri təhqir etmək və İslami müqəddəslərin təhqir edilməsinə zəmin yaratmaqdır.[60] İslami müqəddəsləri təhqir etmək haram olduğu üçün buna səbəb olacaq hər hansı bir addım icazəli deyil.[61]

Məşhur təfisr alimi Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbayi özünün "Təfsirul-Mizan" adlı əsərində bu hökmü İslam dininin bütün dinlərin müqəddəslərini dünyanın hər yerində təhqirdən qorumaq üçün atdığı əxlaqi bir addım hesab edir.[62]

Söz azadlığı bəhanəsi ilə İslami müqəddəslərin təhqir edilməsi

Dünyanın bəzi ölkələrində "söz və fikrini ifadə azadlığı" bəhanəsi ilə digərlərin müqəddəslərinə qarşı bütün növ təhqir və hörmətsizliklər həyata keçirilir. Onlar Qurani-Kərimi yandırır, peyğəmbərlərin karikaturasını təhqiramiz formada çəkir, dini atributları istehza və təhqir obyektinə çevirirlər və bu işin qadağan edilməsini söz və fikir ifadəsi azadlığına məhdudiyyət hesab edirlər.[63] Bu iddiaya cavab olaraq deyilir ki, söz və ifadə azadlığının sərhəddi başqalarının hüquqlarına və azadlığına zərər vurmayan yerə qədərdir. Çünki insanların ən ümdə və başlıca azadlıq hüquqlarından biri din və məzhəblərini öz ixtiyarları ilə seçmələri və etiqad etdikləri din əsasında yaşamaq hüququnun olması və dini ayinləri sərbəst yerinə yetirə bilmələridir.[64]

İstinadlar

  1. Ziraət, Şərhe qanun mucazate İslami, h.ş 1394, s.98
  2. Haşimi, İrtidad və Azadi, h.ş 1384, s.31
  3. Mir Məhəmməd Sadiqi, Cərayim əleyhe əmniyyət və asayişe umumi, h.ş 1389, s.164
  4. Mir Məhəmməd Sadiqi, Cərayim əleyhe əmniyyət və asayişe umumi, h.ş 1389, s.164
  5. Amuli, Misbahul-hüda, h.q 1380, c.3, s.54; Musəvi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1410, c.5, s.255
  6. Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.12
  7. Şeyx Ənsari, Kitabul-məkasib, c.3, s.7; Təbatəbai, Minhacus-salihin, h.q 1415, c.2, s.20
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.49; Möhsini, Hududuş-şəriə, h.q 1429, c.1, s.325
  9. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.402
  10. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.2, s.51
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.151
  12. Şeyx Ənsari, Kitabul-məkasib, c.3, s.7
  13. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.194
  14. Şeyx Ənsari, Kitabul-məkasib, c.1, s.253; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.450
  15. Musəvi, Əl-Qəvaidul-fiqhiyyə, h.q 1410, c.5, s.209
  16. Hüseyni Məraği, Əl-Ənaviul-fiqhiyyə, h.q 1418, c.1, s.556
  17. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.26
  18. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.2-7; Hürr Amili, Vəsailuş-şiə, c.8, s.590; Bərqi, Əl-Məhasin, h.q 1371, c.1, s.97
  19. Təbatəbai, Əl-Mizan, c.7, s.314; Əl-İrəvani, Durusun Təmhidiyyə, h.q 1428, c.2, s.596
  20. Mühəqqiq Xansari, Məşariquş-şumusi fi şuruhid-durus, Alul-beyt müəssisəsi, c.1, s.392; Təbatəbai, Əl-Mizan, c.2, s.93; Musəvi, Əl-qəvaidul-fiqhiyyə, h.q 1419, c.5, s.294; Seyfi Mazandarani, Məbaniulfiqhil-fəaal, h.q 1425, c.1, s.153; Nəraqi, Əvaiudul-əyyam, h.q 1417, s.31; Təbrizi, Risalətun fi libsis-səvad, h.q 1422, s.185; Sübhani, Əl-Həccu fi şəriətil-İslamiyyə, h.q 1424, c.2, s.692
  21. Seyfi Mazandarani, Məbaniulfiqhil-fəaal, h.q 1425, c.1, s.149
  22. Haşimi, Hüquqe bəşər və azadihaye əsasi, h.ş 1397, s.31
  23. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.610; Fazil Hindi, Kəşful-littam h.q 1416, c.2, s.436; Behcət, İstiftaat, h.ş 1386, s.111
  24. Həmzə, Əl-Vəsilətu ila Neylil-fəzilə, h.q 1408, s.200; Əllamə Hilli, Təhrirul-əhkamiş-şəriə, c.2, s.236; Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.340; Əllamə Hilli, Təzkirətul-füqəha, c.1, s.457
  25. Müqəddəs Ərdəbili, Məcməul-faidə, c.13, s.171; Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.12
  26. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.268
  27. Qolpayqani, Əd-Durrul-mənzud, h.ş 1372, c.2, s.265
  28. Əbu Səlah Hələbi, Əl-kafi fil-fiqh, h.q 1430, s.416
  29. Müqəddəs Ərdəbili, Məcməul-faidə, c.137, s.527; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.195; Xoyi, Məbani təkmilətil-minhac, h.q 1410, c.1, s.264
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.268
  31. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.340; Müqəddəs Ərdəbili, Məcməul-faidə, c.137, s.527; Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.743
  32. Əllamə Hilli, Qəvaidul-fiqhiyyə, h.q 1419, c.3, s.573; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.335; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.600
  33. Dəstğeyb, Qonahane kəbire, h.ş 1361, c.2, s.361
  34. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.600
  35. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.600; Əllamə Hilli, Qəvaidul-fiqhiyyə, h.q 1419, c.3, s.573; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.335
  36. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.600
  37. Fəxrul-mühəqqiqin, İyzahul-fəvaid, h.q 1387, c.4, s.547
  38. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.413, s.41 və 60
  39. Əllamə Hilli, İrşadul-əzhan, h.q 1410, c.2, s.189
  40. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.600; Kaşiful-ğita, Əl-Ürvətul-vüsqa, h.q 1423, s.69
  41. Əllamə Hilli, Təhrirul-əhkam, c.2, s.236
  42. Əllamə Hilli, Qəvaidul-fiqhiyyə, h.q 1419, c.3, s.593; Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.196
  43. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə, h.q 1410, c.9, s.196
  44. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.438
  45. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.601
  46. Cəfəri Ləngərudi, Terminolojiye hüquq, h.ş 1367, "Təzire müqəddər"-in şərhində
  47. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.782; Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.698
  48. İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.2, s.523; Fazil Hindi, Kəşful-lisam, h.q 1416, c.10, s.489
  49. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.782; Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.698; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.468
  50. Şeyx Tusi, Ən-Nəhayə, h.q 1400, s.698; İbn İdris, Əs-Sərair, h.q 1410, c.3, s.447; Səllar Deyləmi, əl-Mərasimul-Ələviyyə, h.q 1414, s.256; İmam Xomeyni, Təhrirul-vəsilə, h.ş 1392, c.2, s.468; Qolpayqani, Əd-Durrul-mənzud, h.ş 1372, c.1, s.497
  51. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1420. c.1, s.87
  52. Kaşiful-ğita, Səfinətun-nəca, h.q 1344, c.1, s.85; Xoyi, Siratun-nəcat, h.q 1416, c.1, s.437; Seyfi Mazandarani, Məbaniul-fiqhil-fəəaal, h.q 1425, c.1, s.154
  53. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.2, s.51; c.6, s.98-99; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1420. c.1, s.90
  54. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.98; Xoyi, Minhacus-salihin, h.q 1410, c.1, s.116; İmam Xomeyni, Kitabut-təharət, h.q 1421, c.4, s.123
  55. «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای», magiran.com saytı; İmam Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.8, s.482
  56. Kövsəri, Horməte ehanət və təkfire müsəlmanan, h.ş 1394
  57. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, c.1, s.61; Fazil Miqdad, Nəzidul-qəvaidil-fiqhiyyə, h.ş 1361, s.58; Təbatəbai, Əl-Mizan, c.7, s.175; Nurmofidi, Qəvaide horməte ehanət be müqəddəsat, h.ş 1400, s.93
  58. Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.2 və 7
  59. Şəhid Əvvəl, Əl-Qəvaidu vəl-fəvaid, c.1, s.61
  60. Təbatəbai, Əl-Mizan, c.7, s.175
  61. Nəraqi, Əvaidul-əyyam, h.q 1417, s.31
  62. Təbatəbai, Əl-Mizan, c.7, s.175
  63. Elamiyyeye huquqe bəşər, maddə 19
  64. Nurmofidi, Qəvaide horməte ehanət be müqəddəsat, h.ş 1400, s.133

Ədəbiyyat

  • Ibn Idris, Məhəmməd ibn Əhməd, Əs-Sərair, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • İbn Bərrac, Əbdül-Əziz, Əl-Muhəzzəb, Qum, İslami nəşr müəssisəsi, h.q 1406
  • İbn Həmzə, Məhəmməd ibn Əli, Əl-Vəsilətu ila neylil-fəzilə, Qum, h.q 1408
  • «استقبال جهان اسلام از استفتای جدید آیت‌الله خامنه‌ای», h.ş 1389
  • Amuli, Məhəmməd Təqi, Misbahul-hüda, Tehran, h.q 1380
  • İmam Xomeyni, Ruhullah, Səhifeye İmam, Tehran, h.ş 1389
  • İmam Xomeyni, Ruhullah, Kitabut-təharət, Qum, h.q 1421
  • İmam Xomeyni, Ruhullah, Təhrirul-vəsilə, Tehran, h.ş 1392
  • İrəvani, Baqir, Durusun təmhidiyyə, Qum, 3-cü çap, h.q 1428
  • Seyyid Həsən, Əl-qəvaidul-fiqhiyyə, Qum, Əl-Hadi (ə), h.q 1419
  • Behcət, Məhəmməd Təqi, İstiftaat, Qum, h.ş 1386
  • Cəfəri Ləngərudi, Məhəmməd Cəfər, Terminolojiye hüquq, Tehran, h.ş 1367
  • Təbrizi, Cavad, Risalətun fi libsis-səvad, Qum, h.q 1422
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, İslami nəşr müəssisəsi, h.q 1424
  • Hüseyni Məraği, Əbdül-Fəttah, Əl-Ənaviul-fiqhiyyə, Qum, İslami nəşr müəssisəsi, h.q 1418
  • Fəxrul-mühəqqiqin, Məhəmməd ibn Həsən, İyzahul-fəvaid, Qim, İsmailiyyan, h.q 1387
  • Təbatəbai, Seyyid Məhəmməd Səid, Minhacus-salihin, Beyrut, h.q 1415
  • Xoyi, Seyyid Əbdül-Qasim, Minhacus-salihin, Nəcəf, h.q 1410
  • Xoyi, Seyyid Əbdül-Qasim, Məbani təkmilətil-minhac, h.q 1410
  • Xoyi, Seyyid Əbdül-Qasim, Siratun-nəcat, Tehran, Dəftəre nəşre bərqozide, h.q 1416
  • Dəstğeyb, Seyyid Əbdül-Hüseyn, Qonahane kəbire, Tehran, h.ş 1361
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Beyrut, h.q 1420
  • Əllamə Hilli, Həsən ibn Yusif, İrşadul-əzhan, Qum, İslami nəşr müəssisəsi, h.q 1410
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təhrirul-əhkamiş-şəriə, Məşhəd, Alul-beyt (ə) müəssisəsi
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Nəcəf, Mənşuratul-məktəbətil-Mürtəzəviyyə
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əham, Qum, İslami nəşr müəssisəsi, h.q 1419
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, Came müdərrisin nəşriyyatı, h.q 1417
  • Ziraət, Abbas, Şərhe qanun mucazate İslami, Tehran, h.ş 1394
  • Sübhani, Cəfər, Əl-Həccu fiş-şəriətil-İslamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1424
  • Səllar Deyləmi, Həmzə ibn Əbdül-Əziz, əl-Mərasimul-Ələviyyə, Təhqiq: Seyyid Möhsin Hüseyni Əmini, Qum, h.q 1414
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Qəvaidu vəl-fəvaid, Təhqiq: Seyyid Əbdül-Hadi Həkim, Qum
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə, Qum, Məktəbul-İlamil-İslami, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1400
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Muqniə, Qum, h.q 1413
  • Şeyx Ənsari, Mürtəza, Kitabul-məkasib
  • Seyfi Mazandarani, Əli Əkbər, Məbaniulfiqhil-fəaal, Qum, Dəftəre enteşarate İslami, h.q 1425
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Nəzidul-qəvaidil-fiqhiyyə, Qum, h.ş 1361
  • Kaşiful-ğita, Əhməd, Səfinətun-nəcat, Nəcəf, Kaşiful-ğita müəssisəsi, h.q 1423
  • Kövsəri, Əhməd, Horməte ehanət və təkfire müsəlmanan, Qum, İmam Kazim (ə) mədrəsəsi, h.ş 1394
  • Qolpayqani, Seyyid Məhəmməd Rza, Əd-Durrul-mənzud, Qum, Darul-Quranil-kərim, h.ş 1372
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Möhsini, Məhəmməd Asif, Hududuş-şəriə, Qum, Bustane kitab, h.q 1429
  • Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə, Qum, İslami nəşr, h.ş 1379
  • Musəvi, Bojnourdi, Əl-qəvaidul-fiqhiyyə, Qum, İsmailiyyan, h.q 1410
  • Mühəqqiq Xansari, Hüseyn, Məşariquş-şumusi fi şuruhid-durus, Alul-beyt müəssisəsi, Qum
  • Mir Məhəmməd Sadiqi, Hüseyn, Cərayim əleyhe əmniyyət və asayişe umumi, Tehran, Mizan nəşri, 16-cı çap, h.ş 1389
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
  • Nəraqi, Əhməd, Əvaidul-əyyam, Qum, Dəftəre təbliğate hozeye elmiyye, h.q 1417
  • Nurmofidi, Seyyid Müctəba, Qəvaide horməte ehanət be müqəddəsat, Qum, Bustane kitab, h.ş 1400
  • Haşimi, Seyyid Məhəmməd, İrtidad və Azadi, Tehran, Sazmane enteşarate pejuheşqahe fərhəng, h.ş 1384
  • Haşimi, Seyyid Məhəmməd, Hüquqe bəşər və azadihaye əsasi, Mizan nəşri, h.ş 1397