Təqva

wikishia saytından
(Pərhizkarlıq səhifəsindən yönləndirilmişdir)

Təqva (ərəbcə: التقوى) insana ruhi və əxlaqi toxunulmazlıq verən ruhda olan hal və ya gücdür. Belə ki, əgər o, günah mühitində qərar tutsa, o hal və ruhi mələkə (sabit adət) onu qoruyar. Quranda, Peyğəmbərin (s)məsum imamların (ə) rəvayətlərində və din alimlərinin kəlamlarında təqvanın əhəmiyyəti vurğulanmış, təqvanın dünya və axirət həyatında təsirləri bəyan olunmuşdur. Günahların bağışlanması, əməllərin Allah dərgahında qəbul olunması, səadətə çatmaq, haqqı batildən ayırma qabiliyyətinə malik olmaq, halal ruzi, sıxıntılardan qurtulmaq təqvanın təsirlərindən bəziləri hesab edilmişdir.

Bu məsələ ilə bağlı bir çox hədislərlə yanaşı, “Həmmam” xütbəsi kimi tanınan Nəhcül-bəlağənin 193-cü xütbəsi də təqvalıların xüsusiyyətlərini təsvir etməyə həsr edilmişdir.

Onlar təqva üçün müxtəlif dərəcələr bəyan ediblər. İmam Sadiqin (ə) nəql etdiyi bir rəvayətdə təqva üçün üç mərtəbə qeyd edilmişdir ki, bunlardan ibarətdir: Ümumi təqva odur ki, şəxs cəhənnəm əzabından qorxması səbəbi ilə haramları tərk edir. Xüsusi təqva budur  ki, şəxs təkcə haramları deyil, həqiqətdə, şübhəli (haram olma ehtimalı olan işi) olan şeyləri də tərk edir. Xassul-xas (ən xüsusi) təqva dərəcəsi odur ki, şəxs təkcə şübhəli şeyləri deyil, həqiqətdə, (bəzi) halal işləri də tərk edir.

Həmçinin hədislərə əsasən, din alimləri bədənin qulaq, göz, dil, qəlb kimi günaha məruz qalan hər bir üzvünə həmin hissəyə uyğun olaraq təqvasını bəyan ediblər.

Tərifi

Təqva insanın günah mühitində olduğu zaman ona ruhi və əxlaqi toxunulmazlıq verən və günah etməməsinə səbəb olan bir haldır.[1] “Təqva” sözü “hifz etmə və qoruma” mənasını verən “vəqəyə” kökündən götürülmüşdür. O, lüğətdə, özünü saxlamaq və nəfsini qorumaq mənasındadır.[2]

Quranda təqvanın mənaları

Bəzi tədqiqatçılar Quran ayələrinə əsasən, təqvanın dörd mənasını saymışlar:[3]

  1. Şəxsin özünü onun zərərindən qorumaq üçün qorxduğu şeylə arasına pərdə çəkməsi deməkdir.[4] Təqva «وَ جَعَلَ لَکُمْ سَرَابِیلَ تَقِیکُمُ الْحَرَّ» “Və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar geyindirdi”[5] ayəsində bu mənada işlənir.[6] İzutsunun dediyinə görə, bu məna İslamın gəlişindən əvvəl də ərəblər arasında istifadə edilmişdir.[7]
  2. Allahın qəzəbindən və ya axirətdə əzabından qorxmaq deməkdir.[8] Təqva «وَ اتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِیدُ الْعِقَابِ» “Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”[9] ayəsində bu mənada işlənir.[10]
  3. İtaət edib günahı tərk etmək mənasındadır.[11] Təqva «یا أَیُّهَا الَّذِینَ آمَنُوا اتَّقُوا اللهَ وَلْتَنْظُرْ نَفْسٌ ما قَدَّمَتْ لِغَدٍ» “Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabahı üçün nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır”[12] ayəsində bu mənada işlənir.[13]
  4. Təqvanın başqa bir mənası isə insanın itaət və itaətsizlik barədə bəsirət mənbəyi olan bir növ qəlb və nəfs halıdır. Bu mənaya çatmaq Allahın əmr və qadağalarına tabe olmaq və onları yerinə yetirməkdə israrlı olmaqdan asılıdır.[14]

Bu dörd mənanın əlaqəli olduğu və birlikdə təqva sistemini təşkil etdiyi deyilir; bu mənada ki, Allahın əzabından qorxmaq (ikinci məna) Onun əmr və qadağalarına tabe olmağa (üçüncü məna) səbəb olur. Bu vasitə ilə insan özü ilə Allahın qəzəb və əzabı arasında maneə yaradır (birinci məna).  Həmçinin Allahın əmrlərinə və qadağalarına tabe olmaqla tədricən təqvanın möminin qəlbində mələkəyə (sabit adət) çevrilməsinə səbəb olur (dördüncü məna).[15]

Təqva ilə vərənin nisbəti

Bəzi hədislərdə təqva və vərə birlikdə qeyd edilmişdir.[16] Məhəmməd Mehdi Nəraqi bu ikisini sinonim hesab etmişdir[17] və vərə üçün iki məna qeyd etmişdir ki, təqvaya da aid olur: Biri budur ki, vərə haram mallardan özünü saxlamaq deməkdir ki, Nəraqinin dediyinə görə təqva bəzi hədislərdə təqva həmin mənaya gəlib. Digəri isə Allahın qəzəbindən qorxaraq, Onun rizasını qazanmaq üçün bütün günahlardan çəkinməkdir.[18]

Hicri 14-cü əsrdə Suriyanın hənəfi məzhəbli alimlərindən olan Əbdülqadir Molla Həviş Ali Qazi kimi bəziləri vərəni təqvadan fərqli və ondan üstün hesab etmişlər.[19] Onlara görə təqva haramdan çəkinmək və ilahi vacib əməlləri yerinə yetirməkdir. Vərə isə daha yüksək məqamdır, günaha səbəb ola biləcək şübhəli məsələlərdən və halal əməllərdən çəkinmək deməkdir.[20]

Məqam və mövqeyi

Təqva sözü Quranda həm ism, həm də fel formasında çox işlənən ümumi dini sözlərdən biridir.[21] Şəhid Mürtəza Mütəhhərinin dediyinə görə, demək olar ki, Quranda iman və saleh əməllər, namazzəkat haqqında olduğu qədər və hətta daha çox qeyd edilən məsələn, oruc kəlməsindan də artıq təqvadan bəhs edilmişdir.[22] Bəzi tədqiqatçıların dediyinə görə, təqva sözünün özü 17 dəfə, ondan alınan və əlaqəli sözlər isə Quranda 200 dəfədən daha çox qeyd edilmişdir.[23] Məsum İmamların (ə)  hədislərində də təqva sözü çox işlədilmişdir.[24] Kuleyni “Əl-Kafi” kitabında “Babut-taəti vət-təqva” adlı bir fəsil ayırmışdır və onu təqva haqqında hədislərə həsr etmişdir.[25]

“Nəhcül-bəlağə”də də çox bəhs edilən sözlərdən biri “təqva” kəlməsidir.[26] Bəzi tədqiqatçıların dediyinə görə, təqva kəlməsi və ondan alınan kəlmələr “Nəhcül-bəlağə”də təxminən 100 dəfə işlədilir və İmam Əlinin (ə) sözlərindəki açar sözlərdən biridir.[27] İslam əxlaqı sahəsində yazılmış əsərlərdə təqva və onun təsirlərindən bəhs edilmişdir.[28] Həmçinin sufi və ariflərin sözlərində təqva irfani məqamlardan sayılır. Həmçinin iki vərə və qəlb məfhumu ilə əlaqədar olaraq başa düşülür.[29]

Fəqihlərin sözlərində də təqva bəzi hökmlərdə bəyan edilmişdir.[30] Məsələn, fəqihlərin fətvasına əsasən, cümə namazı xütbəsində təqvaya tövsiyə etmək cümə imamına vacibdir.[31] Bəzi fəqihlərin fətvasına əsasən, iki müctəhidin elmi baxımdan bərabər olması təqdirdə, təqlid edənə vacibdir ki, daha təqvalı olan müctəhidə təqlid etsin.[32]

Quranın, hədislərin və alimlərin təqva haqqında bəzi ifadələri

“Hücürat” surəsinin 13-cü ayəsində insana dəyər vermənin meyarı ilahi təqvaya riayət etmək olaraq bildirilmişdir.[33] “Bəqərə” surəsinin 197-ci ayəsinə əsasən, axirət üçün ən yaxşı mənəvi azuqə təqvadır.[34] “Əraf” surəsinin  26-cı ayəsində bədən libası qeyd edildikdən sonra təqva ruhun libası və daha xeyirli və daha zəruri libas  kimi təqdim edilmişdir.[35]

“Nəhcül-bəlağə”nin 112-ci xütbəsində İmam Əli (ə) buyurur: “İlahi təqva Allah dostlarını öz himayəsində qərar verib, onları ilahi haramları yerinə yetirməkdən saxlayıb və Allah qorxusunu onların qəlblərində yerləşdirib”.[36] O Həzrət, 16-cı xütbədə təqvanı itaətkar və ram olmuş miniklərə bənzədir ki, onların cilovu onlara minənlərin əlindədir və onları cənnətə aparır.[37]  Həmçinin 189-cu xütbədə buyurur ki, bugünkü dünyada təqva insan üçün hasar və qalxan kimidir. Habelə axirət üçün cənnətə aparan yoldur.[38] İmam Əli (ə) 228-ci xütbədə təqvanı düzgünlüyün açarı və qiyamət gününün azuqəsi hesab etmişdir, köləlikdən azad olmaq və hər bir bədbəxtlikdən xilas olmaq bilmişdir.[39] İmam Səccad (ə) təqvanı insan ləyaqətinə çatmağın səbəbi hesab etmişdir.[40] O Həzrət “Səhifeyi-Səccadiyyə” kitabının bəzi dualarının içərisində ilahi təqvaya sahib olmağı Allahın dərgahından istəmişdir.[41]

Peyğəmbərdən (s) gələn bir rəvayətdə təqva bütün yaxşılıqları bir yerə toplayan kimi təqdim edilir.[42] İmam Baqir (ə) buyurur ki, Allah yanında ən sevimli bəndələr onların ən təqvalılarıdır.[43] Həmçinin o Həzrətdən nəql olunan başqa bir rəvayətdə ilahi təqvaya sahib olanlar həqiqi şiələr kimi təqdim edilir.[44] İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətə əsasən, təqva ilə müşayiət olunan az olan əməl, təqvasız çoxlu əməldən daha yaxşıdır.[45] “Nüdbə” duasından bir cümlədə insanları Allahın və ilahi təqvanın mehvərində birləşdirmək İmam Zaman (ə.f) hökumətinin xüsusiyyətlərindən biri hesab edilmişdir.[46] Müdrik və lüğətşünas Rağib İsfahani (hicri 396-cı ildə vəfat edib) “Əz-Zəriətu ilə məkarimiş-şəriə” əsərində təqva və nəfsin paklığını insanın xəlifətullah məqamının əsas şərti kimi təqdim etmişdir.[47] İbn Fəhd Hilli “Uddətud-Dai” kitabında təqvanın əhəmiyyətini bəyan edərkən bildirmişdir ki, əgər dünyada insan üçün təqvadan daha yaxşı, daha faydalı və məqam baxımıından daha yüksək bir xislət olsaydı, Allah-taala, şübhəsiz ki, vəhy vasitəsilə bəndələrinə xəbər verərdi.[48] ​​Məhəmməd Mehdi Nəraqi "Camius-Səadat" kitabında təqvanı bəşəriyyətin ən böyük xilaskarı və səadətə və yüksək məqamlara çatmağın ən mühüm yollarından biri kimi təqdim etmişdir.[49] İmam Xomeyni (r.ə) də “qırx hədisin şərhi” kitabında təqvasız uca məqamlara çatmağı və yüksək insani kamilliyə nail olmağı qeyri-mümkün hesab etmişdir.[50]

Təqvanın dərəcələri

Bəzi təfsirçilər, «اِنَّ اَکرَمَکُم عِندَ اللّهِ اَتقـکُم» “Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pərhizkarınızdır”[51] ayəsi kimi ayələrə diqqət edərək demişlər ki, təqva müxtəlif dərəcələrə malikdir.[52] İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə təqva üçün üç dərəcə qeyd edilmişdir ki, bunlardan ibarətdir:

  1. Ümumi təqva odur ki, şəxs cəhənnəm əzabından qorxması səbəbi ilə haramları tərk edir.
  2. Xüsusi təqva budur  ki, şəxs təkcə haramları deyil, həqiqətdə, şübhəli (haram olma ehtimalı olan işi) olan şeyləri də tərk edir.
  3. Xassul-xas (ən xüsusi) təqva dərəcəsi odur ki, şəxs təkcə şübhəli şeyləri deyil, həqiqətdə, (bəzi) halal işləri də tərk edir.[53]

Hicri 7-8-ci əsrlərin Quran təfsirçisi və şafii məzhəbinin fəqihi Beyzavi təqvanın üç dərəcəsini qeyd etmişdir ki, onların ən aşağısı şirkdən çəkinmək, sonrakı dərəcə günahdan çəkinmək, ən yüksək dərəcə isə Allaha təslim olmaq və insanı haqqdan saxlayan hər şeydən uzaqlaşmaqdır.[54]Əllamə Məcləsi də “Biharul-ənvar” kitabında təqvanın üç dərəcəsini qeyd etmişdir ki, birinci mərtəbə düzgün əqidə öyrənmək vasitəsi ilə nəfsi əbədi əzabdan xilas etməkdir. Həmçinin orta mərtədbəsi hər hansı günahdan, o cümlədən vacib əməli tərk etmək və günah etməkdən çəkinməkdir. Ən yüksək mərtəbəsi isə, insanın qəlbini məşğul edən və Uca Yaradandan yayındıran hər şeydən çəkinməkdir.[55]

İmam Xomeyni (r.ə) “Adabus-salat” kitabında təqva üçün dörd dərəcə qeyd etmişdir ki, bunlardan ibarətdir:

  1. Zahiri təqva ki, nəfsi zahiri günahlardan saxlamaqdır. Bu, ümumi təqvadır.
  2. Batini təqvadır ki, əxlaq və ruhi instiklərdə ifrat və təfrit etmək və mötədillik həddini aşmaqdan pərhiz etməkdir. Bu, xüsusi insanların təqvasıdır.
  3. Ağlın təqvası ki, ilahi olmayan elmlərlə məşğul olmaqdan ağılı təmizləmək və saxlamaqdır. Bu, ən xüsusi insanların təqvasıdır.
  4. Qəlbin təqvası ki, qəlbi haqq olmayan şeyi müşahidə etməkdən və haqq olmayan şeylə müzakirə aparmaqdan çəkindirir. Bu, övliyanın təqvasıdır.[56]

Bədənin və qəlbin təqvası

Əxlaq alimləri əxlaqla bağlı nəql olmuş rəvayətlərə əsasən, günah qarşısında olan hər bir bədən üzvü üçün, həmin üzvə uyğun təqva ifadə etmişlər ki, onlardan bəziləri aşağıdakılardır:

  • Dilin təqvası: doğru danışmaq,[57] Allah zikrini dilə cari etmək,[58] yumşaq və mülayim danışmaq,[59] gözəl danışmaq, dili söyüş söyməkdən saxlamaq və faydası olmayan bihudə sözləri tərk etmək kimi məsələlər.[60]
  • Gözün təqvası: Allahın haram buyurduğu hər şeydən gözləri örtmək.[61]
  • Qulağın təqvası: Allahın haram buyurduqlarına qulaq asmaqdan qulağı kontrol etmək,[62] həmçinin faydalı elmləri dinləmək,[63] faydalı dini hikmət, faydalı və xilasedici nəsihətlər[64] kimi məsələlər.
  • Qəlbin təqvası: “Həcc” surəsinin 32-ci və “Hücürat” surəsinin 3-cü ayəsində, eləcə də məsum İmamların (ə) rəvayətlərində insanın qəlbi təqvanın yeri kimi təqdim edilmişdir.[65] Buna görə də bəzi alimlər deyiblər ki, təqva insanın nəfsi  və ruhu ilə əlaqəli olan mənəvi və batini bir məsələdir.[66] Eyni zamanda, bəziləri belə fikirdədirlər ki, qəlbin təqvası insan qəlbinin şübhədən, şirk, küfr və nifaqdan uzaq olması deməkdir.[67] Bəziləri qəlbin təqvasını təqvanın ən yüksək dərəcəsi hesab etmişlər.[68]

Təqvanın təsirləri

Müsəlman alimləri Quran ayələrinə və məsum İmamların (ə) rəvayətlərinə əsasən, təqva üçün bir sıra təsirlər qeyd ediblər. Bu əsərlərdən bəziləri bunlardır:

  • Haqq ilə batili ayırd etmək[69]
  • Allah dərgahında əməllərin qəbul olunması[70]
  • İlahi təlimlərdən bəhrələnmək[71]
  • Çətinliklərdən xilas olmaq[72]
  • Quranın hidayətindən faydalanmaq[73]
  • Günahların bağışlanması[74]
  • Səadətə yetişmək[75]
  • Uca məqama çatmaq[76]
  • Qəlbi islah etmək[77]
  • Şübhələrə düşməyin qarşısını almaq[78]
  • Günahın çirkinliyindən pak olmaq[79]
  • Halal ruzi[80]
  • Cənnətdə əbədi qalmaq[81]

Müttəqin xütbəsi

“Müttəqin” xütbəsi “Nəhcül-bəlağə”nin təqvalı insanların xüsusiyyətləri haqqında məşhur xütbələrindən biridir.[82] İmam Əli (ə) bu xütbəni Həmmam adlı şiələrdən birinin xahişi ilə bəyan etmişdir. Həmçinin orada təqvalı insanlar üçün yüzdən çox mənəvi, fikri, əxlaqi və əməli xüsusiyyətləri saymışdır.[83] Yaxşı danışmaq, mötədil olmaq, faydalı elmlərə qulaq asmaq, çətinliklər qarşısında səbir etmək, dilə hakim olmaq, hər bir vəziyyətdə Allahı zikr etmək, gecə oyaq qalıb ibadət etmək kimi sifətlər bu xütbədə təqvalı insanlara aid edilən sifətlərdəndir.[84]

Biblioqrafiya

  • Təqva Risaləsi: Şəhid Mürtəza Mütəhhəri tərəfindən yazılmış bir əsərdir. Bu risalə təqvanın mahiyyəti, əhəmiyyəti və Quran və hədislərdəki təsirləri haqqında edilmiş iki çıxışa şamil olur ki, şəmsi təqvimi ilə 1339-1341-ci illərdə bir neçə başqa söhbətlərlə birlikdə “Dəh qoftar” (on çıxış) adlı bir kitabda toplanmış və yazılmışdır.[85]
  • Təqva, uçuş platforması: Cəlil Cəlili tərəfindən yazılmış bir kitabdır. Bu kitab bir müqəddimə və beş fəsildən ibarətdir. Müəllif müqəddimədə təqvanın tərifindən və Quranda işlənməsindən bəhs etmişdir. Birinci fəsil təqvanın mənşəyi haqqında, ikinci, üçüncü və dördüncü fəsillər isə sıra ilə fərdi təqva, ictimai təqva və siyasi təqva haqqındadır. Beşinci fəsildə də təqvanın dünya və axirətdəki təsirlərindən bəhs edilir. Bu əsərin ilk çapı şəmsi təqvimi ilə 1400-cü ildə İslam Maarif Universitetinin nəşriyyatı tərəfindən həyata keçirilmişdir.[86]

İstinadlar

  1. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.20-21
  2. Rağib İsfahani, Əl-Müfrədatu fi ğəribil-Quran, h.q 1412, وقی sözünün şərhində
  3. Nümunə üçün baxın: İyzutsu, Xoda və insan dər Quran, Tərcümə: Əhməd Aram, h.ş 1373, s.304-305; Cəlili, Təqva, Sukuye pərvaz, h.ş 1400. s.17
  4. İyzutsu, Xoda və insan dər Quran, Tərcümə: Əhməd Aram, h.ş 1373, s.305
  5. Nəhl surəsi, ayə 81
  6. Cəlili, Təqva, Sukuye pərvaz, h.ş 1400. s.17
  7. İyzutsu, Xoda və insan dər Quran, Tərcümə: Əhməd Aram, h.ş 1373, s.304-305
  8. İyzutsu, Xoda və insan dər Quran, Tərcümə: Əhməd Aram, h.ş 1373, s.304
  9. Maidə surəsi, ayə 2
  10. Təbəri, Təfsiru Təbəri, c.9, s.491; Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.3, s.267
  11. Cəlili, Təqva, Sukuye pərvaz, h.ş 1400. s.17
  12. Həşr surəsi, ayə 18
  13. Təbatəbai, Əl-Mizan, h.q 1393, c.19, s.217-218
  14. Abbasi, Təqva, s.798
  15. Abbasi, Təqva, s.798
  16. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.76 və 78
  17. Nəraqi, Cameus-saadat, c.2, s.180
  18. Nəraqi, Cameus-saadat, c.2, s.180
  19. Əbdülqadir Molla Həviş Ali Qazi, Bəyanul-məani, h.q 1382, c.3, s.55
  20. Əbdülqadir Molla Həviş Ali Qazi, Bəyanul-məani, h.q 1382, c.3, s.55
  21. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.16
  22. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.16
  23. Abbasi, Təqva, s.797
  24. Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.73; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.295; Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.11, s.266
  25. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.73
  26. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.23
  27. Əhmədiyan, Səidavi, Təhlile mənayi dərəcate təqva dər Nəhcül-bəlağə, s.69
  28. Nümunə üçün baxın: Nəraqi, Cameus-saadat, c.2, s.180; İmam Xomeyni, Şərhe çehel hədis, h.ş 1380, s.206 və 325
  29. Nümunə üçün baxın: ibn Ərəbi, Futuhatu Məkkiyye, c.2, s.157; Abbasi, Təqva dər təsəvvuf və irfan, s.803
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.211; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.19
  31. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.11, s.211
  32. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1417, c.1, s.19
  33. Hucurat surəsi, ayə 13; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.22, s.210
  34. Bəqərə surəsi, ayə 197; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.15, s.299
  35. Əraf surəsi, ayə 26; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.27
  36. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xxütbə 112, s.169; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.23
  37. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 16, s.57; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.24
  38. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 191, s.284
  39. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 230, s.351; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.25
  40. Səhifeyi-səccadiyyə, dua 32, 19-20-ci sətr; Zarei, Təqva əz didqahe İmam Səccad (ə) ba təkid bər Səhifeye Səccadiyyə, h.ş 1395, s.104
  41. Səhifeyi-səccadiyyə, dua 17, 5-ci sətr və dua 22, sətr 12
  42. Nuri, Müstədrək, h.q 1408, c.11, s.266
  43. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.73
  44. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.73
  45. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.76
  46. https://bonyadedoa.com/fa/articles/1188/شرح-دعای-ندبه-فراز-سی-و-دوم، سایت بیناد بین المللی دعا.
  47. Rağib İsfahani, Əz-Zəriə ila məkarimiş-şəriə, h.q 1414, s.59
  48. İbn Fəhd Hilli, Uddətud-Dai, h.q 1407, s.304
  49. Nəraqi, Cameus-saadat, c.2, s.181
  50. İmam Xomeyni, Şərhe çehel hədis, h.ş 1380, s.206
  51. Hucurat surəsi, ayə 13
  52. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.28, s.115
  53. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.296
  54. Bəyzavi, Ənvarut-tənzil, h.q 1418, c.1, s.100
  55. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.70, s.136
  56. İmam Xomeyni (r.ə), Adabus-salat, h.ş 1378, s.369
  57. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.303;
  58. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 83, s.111; Müntəziri, Dərshayi əz Nəhcül-bəlağə, c.3, s.315
  59. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.305; Məkarim Şirazi, Əxlaq İslami dər Nəhcül-bəlağə, c.2, s.473
  60. İmam Səccadın (ə) hüquq risaləsi, Tərcümə: Məhəmməd Hüseyn, h.ş 1394, s.38
  61. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.303; Məkarim Şirazi, Əxlaq İslami dər Nəhcül-bəlağə, c.2, s.158-159
  62. İmam Səccadın (ə) hüquq risaləsi, Tərcümə: Məhəmməd Hüseyn, h.ş 1394, s.39
  63. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.303; Məkarim Şirazi, Əxlaq İslami dər Nəhcül-bəlağə, c.2, s.157
  64. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.96, s.7
  65. Nümunə üçün baxın: Həcc surəsi, ayə 32; Hucurat surəsi, ayə 3; Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1375, c.1, s.4
  66. Təbatəbai, Əl-Mizan, h.q 1393, c.14, s.374
  67. Abbasi, Təqva, s.804
  68. İmam Xomeyni (r.ə), Adabus-salat, h.ş 1378, s.369
  69. Ənfal surəsi, ayə 29; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.34
  70. Maidə surəsi, ayə 27; Məcməul-bəyan, h.q 1415, c.3, s.315
  71. Bəqərə surəsi, ayə 272; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.38
  72. Təlaq surəsi, ayə 3, Sələmi, Təbəqatus-sufiviyyə, h.q 1424, s.232
  73. Bəqərə surəsi, ayə 2; Təbərsi, Məcməul-bəyan, h.q 1415, c.1, s.82
  74. Ənfal surəsi, ayə 29; Təbatəbai, Əl-Mizan, h.q 1393, c.19, s.316
  75. Ali-İmran surəsi, ayə 200; Təbatəbai, Əl-Mizan, h.q 1393, c.2, s.57
  76. Qəmər surəsi, ayə 54-55
  77. Nəhcül-bəlağə, Təhqiq: Sübhi Saleh, xütbə 198, s.312; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.31
  78. Nəhcül-bəlağə, Təhqiq: Sübhi Saleh, xütbə 16, s.57
  79. Nəhcül-bəlağə, Təhqiq: Sübhi Saleh, xütbə 198, s.312
  80. Təlaq surəsi, ayə 3; Hilli, Uddətud-dai, h.q 1407, s.305
  81. Ali-İmran surəsi, ayə 133; Hilli, Uddətud-dai, h.q 1407, s.305
  82. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.303; Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.16
  83. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.16
  84. Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, xütbə 193, s.303-307
  85. Mütəhhəri, Dəh qoftar, h.ş 1397, s.11-12
  86. Cəlili, Təqva, Sukuye pərvaz, h.ş 1400, s.7-14

Ədəbiyyat

  • Qurani-kərim
  • Səhifeyi-səccadiyyə
  • İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Uddətud-Dai, Qum, Darul-kitabil-İslami, h.q 1407
  • İbn Ərəbi, Muhyiddin, Futuhatu Məkkiyye, Qum, Alul-beyt (ə) müəssisəsi
  • Əhmədiyan, Həmid və Əli Səidavi, Təhlile mənayi dərəcate təqva dər Nəhcül-bəlağə, h.ş 1391
  • İmam Xomeyni, Seyyid Ruhullah, Adabus-salat, h.ş 1378
  • İmam Xomeyni, Seyyid Ruhullah, Şərhe çehel hədis, Qum, h.ş 1380
  • İyzutsu, Tuşhiyku, Xoda və insan dər Quran, Tərcümə: Əhməd Aram, Tehran, Dəftəre nəşre fərhənge İslami, h.ş 1373
  • Bəyzavi, Abdullah ibn Ömər, Ənvarut-tənzil, Beyrut, h.q 1418
  • Cəlili, Cəlil, Təqva, Sukuye pərvaz, Qum, Enteşarate daneşqahe məarife İslami, h.ş 1400
  • Rağib İsfahani, Əbül-Qasim Hüseyn ibn Məhəmməd, Əl-Müfrədatu fi ğəribil-Quran, Beyrut, Darul-qələm, h.q 1412
  • Rağib İsfahani, Əbül-Qasim Hüseyn ibn Məhəmməd, Əz-Zəriə ila məkarimiş-şəriə, Qum, h.q 1414
  • İmam Səccadın (ə) hüquq risaləsi, Tərcümə: Məhəmməd Hüseyn, Qum, Məşhur nəşri, h.ş 1394
  • Zarei, Təqva əz didqahe İmam Səccad (ə) ba təkid bər Səhifeye Səccadiyyə, h.ş 1395
  • Sələmi, Məhəmməd ibn Hüseyn, Təbəqatus-sufiviyyə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1417
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Beyrut, h.q 1393
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, h.q 1415
  • Abbasi, Babək, Təqva dər təsəvvuf və irfan, Dər danşenameye cəhane İslam, 7-ci cild, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1382
  • Abbasi, Babək, Təqva, Dər danşenameye cəhane İslam, 7-ci cild, Tehran, Bunyade dairətul-məarife İslami, h.ş 1382
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, h.ş 1375
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Təhqiq: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Darul-kitabil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mütəhhəri, Mürtəza, Dəh qoftar, h.ş 1397, Qum, Sədra nəşriyyatı, 49-cu çap, h.ş 1397
  • Məkarim Şirazi, Nasir, Əxlaq İslami dər Nəhcül-bəlağə, Qum, Nəsle cavan, 2-ci çap, h.ş 1385
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
  • Əbdülqadir Molla Həviş Ali Qazi, Əbdül-Qadir, Bəyanul-məani, Dəməşq, h.q 1382
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
  • Nəraqi, Məhəmməd Mehdi, Cameus-saadat, Beyrut, 4-cü çap
  • Nuri, Hüseyn, Müstədrəkul-vəsail, Beyrut, Alul-beyt müəssisəsi, h.q 1408
  • Nəhcül-bəlağə, Düzəliş: Sübhi Saleh, Qum, Mərkəzul-buhusil-İslamiyyə, h.ş 1374