Qədr gecəsinin yüz rükətli namazı, Qədr gecəsində qılınan 50 iki rükətli namazdan ibarətdir. Bu namazda hər rükətdə "Həmd" surəsindən sonra "İxlas" surəsi on dəfə oxunur.[1] Şeyx Abbas Qummi "Məfatihül-Cinan" kitabında bu namazın Qədr gecələrinin ortaq əməllərindən olduğunu qeyd etmiş və hər rükətdə "İxlas" surəsini 10 dəfə oxumağı daha fəzilətli hesab etmişdir.[2]

İmam Baqirdən (ə) nəql olunan bir rəvayətə əsasən, Ramazan ayının iyirmi üçüncü gecəsini əhya saxlayan və yüz rükət namaz qılan şəxsin ruzisi bol olar və Nəkir və Münkər adlı iki mələyin qorxusundan amanda olar.[3]

Bəzi şiə məscidlərində on doqquzuncu, iyirmi birinci və iyirmi üçüncü gecələrdə camaat namazı şəklində yüz rükət vacib qəza namazı (altı günün namazı) qılınır. Şiə mərcəyi-təqlidlərindən olan Ayətullah Məkarim Şirazinin fətvasına görə, Qədr gecəsində vacib qəza namazı qılıb və bu gecənin əməllərinin savabından faydalanmaq mümkündür.[4]

Əlaqəli məqalələr

İstinadlar

  1. Seyyid ibn Tavus, Əl-İqbalu bil-əmal, h.ş 1376, c.1, s.313
  2. Qumi, Kulliyate məfatihul-cinan, Əmale müştərəkə şəbhaye qədr, h.ş 1384, s.365
  3. Seyyid ibn Tavus, Əl-İqbalu bil-əmal, h.ş 1376, c.1, s.386
  4. عدم جایگزین شدن نماز شب قدر به‌جای نماز قضا», makarem.ir saytı

Ədəbiyyat