Səhifeyi Səccadiyyənin on üçüncü duası
| Allah-taalanın dərgahından hacətləri istəmək | |
| Mövzu | Allahdan hacət istəmək, Allahın ehtiyacsızlığı və insanın ehtiyaclılığı |
|---|---|
| Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
| Nəql olunub | İmam Səccad (ə) |
| Ravi | Mütəvəkkil ibn Harun |
| Şiə mənbələri | Səhifeyi Səccadiyyə |
Səhifeyi Səccadiyyənin on üçüncü duası (ərəbcə: الدعاء الثالث عشر من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardan biridir. Bu dua, insanın Allaha olan ehtiyacı və Allahın ehtiyacsızlığı haqqındadır. İmam Səccad (ə) bu duada Allahın saysız nemətlərinə və ilahi hikmətin dəyişməzliyinə də işarə etmişdir. Bu duada məhrumiyyət və ümidsizlik, Allahdan başqasından kömək istəməyin nəticələri, günah isə Allahdan uzaqlaşmağın amillərindən sayılır. İmam Səccad (ə) həmçinin səcdədə dua etməyi və Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) salavat göndərməyi duaların qəbul olmasının yollarından hesab edir.
Səhifeyi Səccadiyyənin on üçüncü duası, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı” əsəri və Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət” əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.
Duanın təlimləri
Səhifeyi Səccadiyyənin on üçüncü duasının əsas mövzusu insanın Allaha ehtiyaclı olduğunu və axırda Allaha tərəf dönməyə məcbur qalacağını izah etməkdir. Bu duada həmçinin məxluqların öz ehtiyaclarını ödəməkdə aciz olduqları bildirildikdən sonra öz istəkləri Allahdan istənilir.[1] İmam Səccaddan (ə) gələn on üçüncü duanın təlimləri[2] bunlardır:
- İstəyənlərin son istəyi Allahdır.
- Bütün varlıqların yaradılış etibarilə Allahın qüdrəti qarşısında təslim olması
- Allahın bəndələrə verdiyi nemətlərinin saysız və minnətsiz olması
- İlahi nemətlərin insanlara pulsuz verilməsi
- Məxluqların Allaha ehtiyaclı, Allahın isə onlardan ehtiyacsız olması
- Allah vasitəsilə ehtiyacdan qurtulmaq
- İlahi xəzinənin sonsuzluğu
- Allah bütün hərəkətlərin son məqsədidir
- İlahi hikmətlərin dəyişməməsi
- Allahın kamilliyinin sonsuzluğu
- Problemlərin yalnız Allahın köməyi ilə həll olunması
- Allahdan qeyrisindən istəməyin nəticəsinin ümidsizlik və məhrumluq olması
- Yalnız Allahdan istəmək, Ondan kömək diləmək və Ona yaxşı zənn etmək
- İlahi tofiq və lütf sayəsində azğınlıqdan qorunmaq
- Allaha iman əsasında ümid bəsləmək
- Günah insanı Allahdan uzaqlaşdıran ən böyük səbəbdir
- İlahi ədalət deyil, Onun lütf və mərhəmətini istəmək
- Allahın dərgahında yalvarmaq və dua etmək
- Allahın mərhəmət və lütfünün davamlı olmasını istəmək
- Bütün işləri Allaha tapşırmaq
- Peyğəmbərə (s) və Əhli-Beytinə (ə) salavat göndərmək duaların qəbul olmasına səbəb olur
- İlahi bəxşişlərə görə insanın qəlbində aramlıq yaranması
- İnsanlardan istəmək nəfsin vəsvəsəsi və aldanmasının nəticəsidir
- Allah bəndələrinin dua etmələrindən usanmaz
- Dua etməyə tofiq tapmaq Allahın təqdirinə bağlıdır
- Səcdə halında dua etmək[3]
Duanın şərhləri
On üçüncü dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə, o cümlədən, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[4] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”,[5] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[6] adlı kitablarında fars dilində şərh edilmişdir.
Ərəb dilində isə bu dua aşağıdakı əsərlərdə şərh edilmişdir:
Səhifeyi Səccadiyyənin on üçüncü duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[7] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[8] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[9] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[10] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir. Duadakı kəlmələr də Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə” adlı lüğəvi şərhində izah olunub.[11]
Səhifeyi Səccadiyyənin on üçüncü duasının mətni və tərcüməsi
İstinadlar
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.562
- ↑ ترجمه و شرح دعای سیزدهم صحیفه سجادیه, İrfan saytı
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.562-608; Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.165-218
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1372, c.5, s.165-218
- ↑ Məmduhi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.562-608
- ↑ Fəhri, Şərh və təfsire Səhifeyi Səccadiyye, h.ş 1388, c.2, s.69-92
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.3, s.3-41
- ↑ Muğniyə, Fi silalis-səhife, h.q 1428, s.183-190
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.159-169
- ↑ Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.1, s.317-332
- ↑ Feyz Kaşani, Fəliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.37-38
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqat ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
- Fəhri, Şərh və təfsire Səhifeyi Səccadiyye, Üsvə, Tehran, h.ş 1388
- Mədəni Şirazi, Seyid Əlixan, Riyazus-salikin, Qum, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi silalis-səhife, Qum, Darul-kitabil-İslami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
Xarici keçid
- متن و صوت دعای سیزدهم صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin on üçüncü duasının səsli formatı