Səhifeyi Səccadiyyənin otuzuncu duası
![]() | |
Mövzu | Borcun ödənilməsi və abır-həyanın qorunması üçün Allahdan kömək istəmək |
---|---|
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
Nəql olunub | İmam Səccad (ə) |
Ravi | Mütəvəkkil ibn Harun |
Şiə mənbələri | Səhifeyi-Səccadiyyə |
Səhifeyi Səccadiyyənin otuzuncu duası, İmam Səccaddan (ə) nəql olunan dualardandır ki, orada borcun ödənilməsi və abır-həyanın qorunması üçün Allahdan kömək istənilir. İmam Səccad (ə) bu duada yoxsulluğun və imkanlı olmağın insan həyatına təsirlərini qeyd etmiş və israfdan Allaha pənah aparmışdır. Bağışlama və mötədillik (orta yol tutmaq) ruhiyyəsinə sahib olmaq, kasıblarla ünsiyyətdə olmaqdan zövq almaq, məğrurluq və lovğalıqdan uzaq olmaq, İmamın (ə) Səhifeyi Səccadiyyənin otuzuncu duasında etdiyi digər istəklərdəndir.
Otuzuncu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı” əsəri və Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.
Duanın təlimləri
Duanın əsas mövzusu Allahdan borcun ödənilməsi üçün kömək istəməkdir. İmam Səccad (ə) bu duada yoxsulluğun və imkanlı olmağın insan həyatına təsirlərini izah edir və Allahdan Ona yaxınlaşmaq, infaq etmək üçün yetərli ruzi və dolanışıq istəyir.[1] Bu duanın təlimləri aşağıdakı kimidir:
- Borclu olmağın insanın abır-həyasına və zehninin rahatlığına təsirindən qorunmaq üçün Allaha sığınmaq
- Borcun insanın zehni və düşüncəsi üzərindəki mənfi təsirləri
- Dünyada borclu olmağın zəliliyindən və ölüm sonrası çətinliklərindən Allaha sığınmaq
- Borclu olmağın çətinliyindən qurtulmaq və kifayət qədər ruzi və sərvət əldə etmək üçün dua etmək
- İsrafçılıq və həddi aşmaqdan Allaha sığınmaq
- Səxavətli olmaq və işlərdə orta yolu tutmaq üçün dua etmək
- Halal ruzi qazanmaqda uğurlu olmaq üçün dua etmək
- Böyük sərvətlərin insanı təkəbbür və məğrurluğa salmasından Allaha sığınmaq
- Kasıblarla yoldaşlıq etməyi sevmək və onlarla səbirli davranmaq üçün dua etmək
- Dünyadakı maddi çətinliklərə görə axirət mükafatını almaq üçün dua etmək
- Allahın lütfü, səxavəti və böyüklüyünü etiraf etmək
- Sərvətdən Allah-Təalaya yaxınlaşmaq üçün istifadə etmək[2]
Duaya yazılmış şərhlər
Otuzuncu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[3] Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.
Səhifeyi Səccadiyyənin otuzuncu duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[6] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir. Bu duanın kəlmələri həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”[11] əsərlərində izah olunmuşdur.
Səhifeyi Səccadiyyənin otuzuncu duasının mətni və tərcüməsi
İstinadlar
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.545
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.7, s.93-113; Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.545-560
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.7, s.93-113
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.545-560
- ↑ Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.499-523
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.4, s.339-368
- ↑ Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.377-382
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.387-392
- ↑ Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.2, s.99-122
- ↑ Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.66-67
- ↑ Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.160-161
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
- Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402
Xarici keçid
- متن و صوت دعای سیام صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin otuzuncu duasının səsli formatı