Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duası
دعاوه بالعافیه | |
Mövzu | Allahdan din, ağıl, qəlb və bədən sağlamlığını istəmək və şeytanın, cinlərin şərrindən və başqalarının hiyləsindən Allaha sığınmaq üçün oxunan dua |
---|---|
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
Nəql olunub | İmam Səccad (ə) |
Ravi | Mütəvəkkil ibn Harun |
Şiə mənbələri | Səhifeyi-Səccadiyyə |
Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duası, (ərəbcə: الدعاء الثالث والعشرون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır. Bu duada İmam (ə) Allahdan din, ağıl, qəlb və bədən sağlamlığı istəyir. O, bu duada qəlb və dilin şükrdə və hidayətə nail olmaqda birlikdə olmasına təkid edir və Allahdan xəşyət məqamını diləyir. Bu duada şeytanın, cinlərin şərrindən və başqalarının hiyləsindən Allaha sığınmaq ifadə olunur.
İyirmi üçüncü dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı” əsəri və Məhəmməd Həsən Məmduhi Kirmanşahinin "Şühud və Mərifət" əsəri kimi Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə fars dilində, Seyid Əli Xan Mədəninin “Riyazus-Salikin” əsərində isə ərəb dilində izah olunmuşdur.
Duanın təlimləri
Həzrət Səccad (ə) "Səhifeyi Səccadiyyə"nin iyirmi üçüncü duasında Allahdan din, ağıl, qəlb və bədən baxımından afiyət və sağlamlıq diləyir.[1] Həsən Məmduhi Kirmanşahinin dediyinə görə, İmam Səccad (ə) bu duada Allaha yaxınlaşma yolundakı maneələrin aradan qaldırılmasını istəyir.[2] Bu duanın təlimləri aşağıdakı kimidir:
- Bütün maddi və mənəvi sahələrdə sağlamlıq istəmək
- Din və dünya işlərində afiyət diləmək
- Afiyət sayəsində zinətləndirilmiş olmaq, dəyər qazanmaq və ehtiyacsız olmağı istəmək
- Afiyətdən bəhrələnməyin faydaları və bərəkətləri
- Dində və bədəndə sağlamlıq, təhlükəsizlik və afiyət istəmək
- Qəlbdə bəsirət (qəlb gözü açıqlığı) və işlərin uğurla nəticələnməsini diləmək
- İlahi itaətləri yerinə yetirmək və günahlardan uzaq olmaq üçün güc və qüdrət istəmək
- Allah qorxusu və xəşyət istəmək
- Təhlükəsizlik, işlərdə qətiyyət, vacib əməlləri yerinə yetirmək üçün güc və günahlardan çəkinməyə görə dua etmək
- Həyat boyunca həcc, ümrə və Peyğəmbərin (s) qəbrini ziyarət etməyi istəmək
- Həcc, ümrə və Peyğəmbərin (s) qəbrini ziyarət etməyin qəbul olunmasını və axirət üçün ehtiyat kimi saxlanmasını diləmək
- Allaha ibadətdə zahir və batinin harmoniyası: Dillə həmd və şükür etmək, qəlblə dini hidayəti qəbul etmək
- Dil ilə Allahı həmd, şükür, zikr və gözəl şəkildə pərəstiş etməyi istəmək
- Özünün və ailəsinin şeytanın şərrindən qorunmasını diləmək
- Qovulmuş şeytanın və cinlərin şərindən Allaha pənah aparmaq
- Müxaliflərin və düşmənlərin hər cür şərindən qorunmaq üçün dua etmək
- Başqalarının hiyləsindən və niyyətlərinin dəyişməsindən salamat qalmaq üçün dua etmək.[3]
Duaya yazılmış şərhlər
İyirmi üçüncü dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə, o cümlədən, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[4] Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[5] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[6] adlı kitablarında fars dilində şərh edilmişdir. Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[7] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[8] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[9] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[10] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir.
Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[11] və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”[12] əsərlərində izah olunmuşdur.
Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duasının mətni və tərcüməsi
İstinadlar
- ↑ Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.232
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.372
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.455-472; Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.372-386
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.6, s.455-472
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.372-386
- ↑ Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.383-390
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.4, s.5-36
- ↑ Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.309-315
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.301-310
- ↑ Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.599-615
- ↑ Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.53-56
- ↑ Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.132-135
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
- Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402
Xarici keçid
- متن و صوت دعای بیست و سوم صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin iyirmi üçüncü duasının səsli formatı