Səhifeyi Səccadiyyənin iyirmi səkkizinci duası
Mövzu | Allaha pənah aparan vaxtı oxunan dua |
---|---|
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
Nəql olunub | İmam Səccad (ə) |
Ravi | Mütəvəkkil ibn Harun |
Şiə mənbələri | Səhifeyi-Səccadiyyə |
Səhifeyi Səccadiyyənin iyirmi səkkizinci duası, (ərəbcə: الدعاء الثامن والعشرون من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır və insanın Allaha yalvarıb sığınması zamanı oxunur. İmam Səccad (ə) bu duada Allahdan başqasından hacət diləməyi ağılsızlığın nəticəsi hesab edir və başqalarının səhvlərindən dərs çıxarmağa çağırır. Həmçinin Allahın vahid olması kimi məxsus xüsusiyyətlərinə işarə edərək, Ona çatmaq üçün Ondan qeyrisindən üz döndərməyin vacib olduğunu bildirir və Allahı hacətləri yerinə yetirən kimi tanıdır.
Bu dua, "Səhifeyi Səccadiyyə"nin şərhlərində, məsələn, Həsən Məmduhi Kirmanşahinin fars dilində yazdığı "Şühud və Mərifət" əsərində və Seyid Əli Xan Mədəninin ərəb dilində yazdığı "Riyazus-Salikin" kitabında şərh edilmişdir.
Duanın təlimləri
Səhifeyi Səccadiyyənin iyirmi səkkizinci duasının əsas mövzusu Allahla münacat zamanı dua etmək və Ona pənah aparmaqdır.[1] Bu dua, bəndənin Allah qarşısında ən təvazökar şəkildə etdiyi ünsiyyətin təcəllisi hesab edilir. Həmçinin bildirilir ki, bu dua, İmam Səccadın (ə) Allahı və varlığı dərindən tanımasını göstərir və dolayı yolla dua edənin Allahı tanımaqla bağlı sahib olmalı olduğu xüsusiyyətləri ona öyrədir.[2] Bu duanın təlimləri aşağıdakı kimidir:
- Allaha çatmaq üçün qeyrilərindən üz döndərərək ixlaslı olmaq
- Bütün varlığı ilə Allaha yönəlmək
- Özü başqa birisinə möhtac olan birindən ümidini kəsmək
- Allahdan qeyrisinin ehsanına ümid bağlamaqdan əl çəkmək
- Möhtacın başqa bir möhtacdan istək diləməsi ağıl azlığının və düşüncə zəifliyinin nəticəsidir
- İzzəti Allahdan qeyrisindən umanların zəlil olması
- Allahdan qeyrisindən sərvət istəməyin nəticəsi fəqirlik və ehtiyac içində qalmaqdır
- Allahdan qeyrisindən böyüklük istəməyin nəticəsi zillət və alçaqlıqdır
- Başqalarının səhvlərindən dərs almağın vacibliyi
- Allahdan qeyrisinə yönələnlərdən ibrət almağın düzgün yolu seçməyə səbəb olması
- Ehtiyac sahiblərinin ehtiyaclarını ödəyən yalnız Allahdır
- Allahdan başqa heç bir yerə ümid bağlamaq olmaz
- Allahın yalnız Ona məxsus olan xüsusiyyətləri: vəhdaniyyət, qüdrəti ilə var olma, ehtiyacsızlıq və üstünlük
- İlahi mərhəmətin bütün varlıqları əhatə etməsi
- Allahla məxluqat arasındakı bəzi fərqlər
- Allah, bənzəri və tayı-bərabəri olmasından üstündür[3]
Duaya yazılan şərhlər
İyirmi səkkizinci dua, “Səhifeyi Səccadiyyə”nin şərhlərində, o cümlədən, Məhəmməd Həsən Məmduhi Kirmanşahinin yazdığı "Şühud və Mərifət"[4] və Seyid Əhməd Fəhrinin qələmə aldığı “Səhifeyi Səccadiyyənin şərh və tərcüməsi”[5] əsərlərində fars dilində şərh edilmişdir.
İyirmi səkkizinci dua, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[6] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir.
Bu duanın kəlmələri həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] və İzzəddin Cəzairinin “Şərhus-Səhifətis-Səccadiyyə”[11] əsərlərində izah olunmuşdur.
Səhifeyi Səccadiyyənin iyirmi səkkizinci duasının mətni və tərcüməsi
İstinadlar
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.7, s.77-81
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.51
- ↑ سایت عرفان; Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.513-526
- ↑ Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.2, s.513-526
- ↑ Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.2, s.477-483
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.3, s.281-310
- ↑ Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.369-372
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.373-380
- ↑ Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.79-88
- ↑ Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.65
- ↑ Cəzairi, Şərhus-səhifətis-səccadiyyə, h.q 1402, s.156-157
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
- Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402
Xarici keçid
- متن و صوت دعای بیست و هشتم صحیفه سجادیه, Səhifeyi Səccadiyyənin iyirmi səkkizinci duasının səsli formatı