Səhifeyi Səccadiyyənin dördüncü duası
| Mövzu | Peyğəmbərlərin ardıcıllarına salam göndərmək; Allah Rəsulunun (s) səhabələrinin xüsusiyyətlərinin bəyanı və Allahın salamının Onun bəndələri üzərindəki təsirləri |
|---|---|
| Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
| Nəql olunub | İmam Səccad (ə) |
| Ravi | Mütəvəkkil ibn Harun |
| Şiə mənbələri | Səhifeyi Səccadiyyə |
Səhifeyi Səccadiyyənin dördüncü duası, (ərəbcə: الدعاء الرابع من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualarındandır. Bu duada Allah peyğəmbərlərin ardıcıllarına salam göndərir, Peyğəmbərin (s) səhabələrinin xüsusiyyətləri və Allahın saleh bəndələrinə salamının təsirləri bəyan olunur. İmam Səccad (ə) bu duada həmçinin peyğəmbərlərin təqva əhlini rəhbərlik etməsi, möminlərin dəlil qarşısında təslim olmaları, insanların peyğəmbərlərin göndərilməsinə münasibətləri və möminlərin fitnələr qarşısında amanda olmalarına işarə edir.
Dördüncü dua, Səhifeyi Səccadiyyənin bəzi şərhlərində, məsələn, Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” əsəri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin” adlı əsərində şərh olunmuşdur.
Duanın təlimləri
Dördüncü duanın əsas mövzusu peyğəmbərlərin ardıcıllarına salam göndərmək, Həzrət Məhəmmədin (s) səhabələrinin xüsusiyyətlərini və Allahın saleh bəndələrinə salam göndərməsinin nəticələrini bəyan etməkdir. Bu duanın təlimləri aşağıdakılardır:
- Peyğəmbərlərin ardınca gedənlərə, onları təsdiq edənlərə və qeyb aləminə iman gətirənlərə salam
- Peyğəmbərlər hidayət rəhbərləri və təqvalıların öncülləridirlər
- İnsanların peyğəmbərlərin göndərilməsinə münasibəti
- Möminlərin dəlil və sübut qarşısında təslim olması
- İlahi rizvan (rahatlıq və razılıq), iman əhlinə verilən (dindarlıq yolunda çəkilən çətinliklərin əcri) bir mükafatdır
- Peyğəmbərin (s) səhabələri üçün bağışlanma və Allahın ən gözəl mükafatını istəmək
- Möminlərin keçmişdə yaşamış olanları üçün dua etmək
- Peyğəmbərə (s) tabe olanlara, onların həyat yoldaşlarına və övladlarına salam və rəhmət diləmək
- Təqva əhlinin yeri əmin-amanlıq məkanıdır
- İman əhli fitnələrdən amanda olacaqdır
- İslam Peyğəmbərinin (s) səhabələrinin xüsusiyyətləri və nişanələri: Həzrət Məhəmməd (s) ilə yoldaşlığın şərtinə sadiq qalmaq, onun dəvətinə iman gətirmək üçün tələsmək, haqq sözünün ucalması naminə həyat yoldaşları və övladlarından uzaq durmaq, İslamın bərqərar olması üçün öz ataları və övladları ilə vuruşmaq, müsəlmanların Allaha iman gətirməklə qazandıqları sərfəli ticarət, səhabələrin iman yolunda məhrumiyyətlərə və təcrid olunmağa qatlanması
- İman əhlinə Allahın salamının təsirləri: İnsanı günahdan, şeytanın hiyləsindən və müsibətlərdən qoruyar, yaxşı əməllər və gözəl etiqad üçün tövfiq nəsib edər, iman əhlindən ölümün çətinliyini uzaqlaşdırar, axirətə və əbədi həyata diqqət qazandırar.[1]
Duaya yazılan şərhlər
Səhifeyi Səccadiyyənin şərhlərində dördüncü dua müxtəlif hissələr üzrə izah edilmişdir. Bu dua fars dilində aşağıdakı əsərlərdə şərh olunmuşdur: Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[2] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”,[3] Məhəmməd Təqi Xəlcinin “Əsrare Xamuşan”[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”.[5]
Səhifeyi Səccadiyyənin dördüncü duası həmçinin ərəb dilində aşağıdakı kitablarda şərh olunmuşdur: Seyid Əli Xan Mədəninin qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin”,[6] Məhəmməd Cavad Müğniyənin “Fi zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”,[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] adlı kitabları. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[10] adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.
Duanın mətni və tərcüməsi
وَ كَانَ مِنْ دُعَائِهِ عَلَيْهِ السَّلَامُ فِي الصَّلَاةِ عَلَي أَتْبَاعِ الرُّسُلِ وَ مُصَدِّقِيهِمْ
اللَّهُمَّ وَ أَتْبَاعُ الرُّسُلِ وَ مُصَدِّقُوهُمْ مِنْ أَهْلِ الْأَرْضِ بِالْغَيْبِ عِنْدَ مُعَارَضَةِ الْمُعَانِدِينَ لَهُمْ بِالتَّكْذِيبِ وَ الِاشْتِيَاقِ إِلَى الْمُرْسَلِينَ بِحَقَائِقِ الْايمَانِ
فِي كُلِّ دَهْرٍ وَ زَمَانٍ أَرْسَلْتَ فِيهِ رَسُولًا وَ أَقَمْتَ لِأَهْلِهِ دَلِيلًا مِنْ لَدُنْ آدَمَ إِلَى مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ مِنْ أَئِمَّةِ الْهُدَى، وَ قَادَةِ أَهْلِ التُّقَى، عَلَى جَمِيعِهِمُ السَّلَامُ، فَاذْكُرْهُمْ مِنْكَ بِمَغْفِرَةٍ وَ رِضْوَانٍ.
أَللَّهُمَّ وَ أَصْحَابُ مُحَمَّدٍ خَاصَّةً الَّذِينَ احسنوا الصَّحَابَةَ وَ الَّذِينَ أَبْلَوُا الْبَلَاءَ الْحَسَنَ فِي نَصْرِهِ، وَ كَانَفُوهُ، وَ أَسْرَعُوا إِلَى وِفَادَتِهِ، وَ سَابَقُوا إِلَى دَعْوَتِهِ، وَ اسْتَجَابُوا لَهُ حَيْثُ أَسْمَعَهُمْ حُجَّةَ رِسَالَاتِهِ.
وَ فَارَقُوا الْأَزْوَاجَ وَ الْأَوْلَادَ فِي إِظْهَارِ كَلِمَتِهِ، وَ قَاتَلُوا الآْبَاءَ وَ الْأَبْنَاءَ فِي تَثْبِيتِ نُبُوَّتِهِ، وَ انْتَصَرُوا بِهِ
وَ مَنْ كَانُوا مُنْطَوِينَ عَلَى مَحَبَّتِهِ «يَرْجُونَ تِجَارَةً لَنْ تَبُورَ» فِي مَوَدَّتِهِ.
وَ الَّذِينَ هَجَرَتْهُمْ الْعَشَائِرُ إِذْ تَعَلَّقُوا بِعُرْوَتِهِ، وَ انْتَفَتْ مِنْهُمُ الْقَرَابَاتُ إِذْ سَكَنُوا فِي ظِلِّ قَرَابَتِهِ.
فَلَا تَنْسَ لَهُمُ اللَّهُمَّ مَا تَرَكُوا لَكَ وَ فِيكَ، وَ أَرْضِهِمْ مِنْ رِضْوَانِكَ، وَ بِمَا حَاشُوا الْخَلْقَ عَلَيْكَ، وَ كَانُوا مَعَ رَسُولِكَ دُعَاةً لَكَ إِلَيْكَ.
وَ اشْكُرْهُمْ عَلَى هَجْرِهِمْ فِيكَ دِيَارَ قَوْمِهِمْ، وَ خُرُوجِهِمْ مِنْ سَعَةِ الْمَعَاشِ إِلَى ضِيقِهِ، وَ مَنْ كَثَّرْتَ فِي إِعْزَازِ دِينِكَ مِنْ مَظْلُومِهِمْ.
اللَّهُمَّ وَ أَوْصِلْ إِلَى التَّابِعِينَ لَهُمْ بِإِحْسَانٍ، الَّذِينَ يَقُولُونَ «رَبَّنَا اغْفِرْ لَنَا وَ لِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ» خَيْرَ جَزَائِكَ.
الَّذِينَ قَصَدُوا سَمْتَهُمْ، وَ تَحَرَّوْا وِجْهَتَهُمْ، وَ مَضَوْا عَلَى شَاكِلَتِهِمْ.
لَمْ يَثْنِهِمْ رَيْبٌ فِي بَصِيرَتِهِمْ، وَ لَمْ يَخْتَلِجْهُمْ شَكٌّ فِي قَفْوِ آثَارِهِمْ،، وَ الْاِئْتَِمامِ بِهِدَايَةِ مَنَارِهِمْ.
مُكَانِفِينَ وَ مُوَازِرِينَ لَهُمْ، يَدِينُونَ بِدِينِهِمْ، وَ يَهْتَدُونَ بِهَدْيِهِمْ، يَتَّفِقُونَ عَلَيْهِمْ، وَ لَا يَتَّهِمُونَهُمْ فِيما أَدَّوْا إِلَيْهِمْ.
اللَّهُمَّ وَ صَلِّ عَلَى التَّابِعِينَ مِنْ يَوْمِنَا هَذَا إِلَى يَوْمِ الدِّينِ وَ عَلَى أَزْوَاجِهِمْ وَ عَلَى ذُرِّيَّاتِهِمْ وَ عَلَى مَنْ أَطَاعَكَ مِنْهُمْ.
صَلَاةً تَعْصِمُهُمْ بِهَا مِنْ مَعْصِيَتِكَ، وَ تَفْسَحُ لَهُمْ فِي رِيَاضِ جَنَّتِكَ، وَ تَمْنَعُهُمْ بِهَا مِنْ كَيْدِ الشَّيْطَانِ، وَ تُعِينُهُمْ بِهَا عَلَى مَا اسْتَعَانُوكَ عَلَيْهِ مِنْ بِرٍّ، وَ تَقِيهِمْ طَوَارِقَ اللَّيْلِ وَ النَّهَارِ إِلَّا طَارِقاً يَطْرُقُ بِخَيْرٍ.
وَ تَبْعَثُهُمْ بِهَا عَلَى اعْتِقَادِ حُسْنِ الرَّجَاءِ لَكَ، وَ الطَّمَعِ فِيما عِنْدَكَ وَ تَرْكِ التُّهَمَةِ فِيما تَحْوِيهِ أَيْدِي الْعِبَادِ
لِتَرُدَّهُمْ إِلَى الرَّغْبَةِ إِلَيْكَ وَ الرَّهْبَةِ مِنْكَ، وَ تُزَهِّدَهُمْ فِي سَعَةِ الْعَاجِلِ، وَ تُحَبِّبَ إِلَيْهِمُ الْعَمَلَ لِلآْجِلِ، وَ الِاسْتِعْدَادَ لِمَا بَعْدَ الْمَوْتِ
وَ تُهَوِّنَ عَلَيْهِمْ كُلَّ كَرْبٍ يَحُلُّ بِهِمْ يَوْمَ خُرُوجِ الْأَنْفُسِ مِنْ أَبْدَانِهَا
وَ تُعَافِيَهُمْ مِمَّا تَقَعُ بِهِ الْفِتْنَةُ مِنْ مَحْذُورَاتِهَا، وَ كَبَّةِ النَّارِ وَ طُولِ الْخُلُودِ فِيهَا
وَ تُصَيِّرَهُمْ إِلَى أَمْنٍ مِنْ مَقِيلِ الْمُتَّقِينَ.
Həzrətin peyğəmbərlərə iman gətirən və onları təsdiqləyənlər üçün etdiyi dua
İlahi! Yer üzündəki Peyğəmbərlərin davamçıları və onlara iman gətirənlərə salam olsun! O kəslər ki, onların təsdiqləri qəlbdən və daxildən idi – o vaxt ki, Peyğəmbərlərin düşmənləri onların risalətini inkar edərək onlara qarşı çıxdılar. Amma bu iman gətirən və təsdiq edən insanlar, iman həqiqətləri ilə dolu könüllərlə, şövqlə Peyğəmbərlərə üz tutdular.
Hər bir dövrdə və zamanda bir peyğəmbər göndərdiyin, və o dövrün və zamanın insanları üçün bir nur, bir yolgöstərici və bir dəlil qərar verdiyin vaxtlarda – Adəmdən Mühəmmədə (səlləllahu əleyhi və alih) qədər – hidayət rəhbərləri və təqva əhlinin öndərləri olan bütün onlara salam olsun! İlahi! Onları Öz tərəfindən bağışlanma və razılıqla yad et.
Pərvərdigara! xüsusilə Muhəmməd (s)–in səhabələrindən, onlar ki, o həzrətə yardım edib də’vətini qəbul etmək üçün bir-birindən irəli, keçdilər, risalətlərinin dəlillərini onların qulaqlarına çatdırdıqda də’vətini qəbul etdilər,
Sözünün ucalması üçün əhli-əyalından ayrıldılar, nübüvvətinin dirçəlməsi üçün ata və övladları ilə döyüşə girişdilər, onun vücudunun bərəkətindən döyüşlərdə qalib olduqları,
Qəlblərində onun sevgisini bəslədilər, onun eşqində kasad olmayan bir ticarətə ümid etdilər, ona ürək bağlayanda qohumlarından ayrı düşdülər.
Və o kəslərə də salam olsun ki, Allahın dininin ipindən tutduqları zaman tayfa və qəbilələri onlardan uzaqlaşdı; və Allah Rəsuluna yaxınlaşaraq onun himayəsində qərar tutduqları zaman, qohum-əqrəbaları onlardan üz döndərdi.
Pərvərdigara! xüsusilə Muhəmməd (s)–in səhabələrindən, onlar ki, o həzrətə yardım edib də’vətini qəbul etmək üçün bir-birindən irəli, keçdilər, risalətlərinin dəlillərini onların qulaqlarına çatdırdıqda də’vətini qəbul etdilər, sözünün ucalması üçün əhli-əyalından ayrıldılar, nübüvvətinin dirçəlməsi üçün ata və övladları ilə döyüşə girişdilər,
Və onlara da mükafat ver ki, Sənin yolunda şəhərlərini, yurd-yuvalarını və qövmlərini tərk edərək hicrət etdilər; bolluq və rahat yaşayışdan uzaqlaşıb çətinlik və darlığa düçar oldular; və çoxlu insanlar ki, Sənin dinini uca tutmaq üçün zülm və əziyyətlərə dözdülər.
Pərvərdigara! Sənin yolunda Muhəmməd (s) səhabələrini əldən verdiklərini lütfünün nəzərindən uzaq etmə, onları razı qalmağınla razı et.
O kəslərə də salam olsun ki, səhabələrin yolunu tutdular, istiqamət və yönlərini seçdilər və onların həyat tərzini izlədilər.
Elə bir halda ki, baxışlarında heç bir tərəddüd yaranmadı və qəlbləri, onların izi ilə getməkdə və hidayət nişanələrinə tabe olmaqda heç bir şübhə ilə məşğul olmadı.
Onlar səhabələrin yardımçıları və gücləndirənləri idilər; onların dinini qəbul edir, hidayətləri ilə doğru yolu tapır və Peyğəmbərin (s) həqiqi səhabələri barəsində həmfikir idilər. Onların, İslam Peyğəmbərindən gətirdikləri göstərişlər və proqramlarda yalan danışdıqlarını əsla düşünmür, onlara iftira vurmurdular.
Pərvərdigara! İman, əxlaq və əməldə ona itaət edib: «İlahi, bizi və imanda bizdən irəli keçən qardaşlarımızı bağışla» deyənlərə
Elə bir salam və rəhmət göndər ki, onun bərəkəti ilə onları Sənə qarşı itaətsizlikdən uzaq saxlayasan, Cənnət bağlarında onlara bolluq və genişlik nəsib edəsən, şeytanın hiyləsindən qoruyasan, və hər bir xeyirli işdə ki, onun üçün Səndən kömək istəyirlər, onlara yardım edəsən. Onları gecə və gündüzün bütün bəlalarından hifz et – yalnız o hadisələr istisna olmaqla ki, xeyirlə nəticələnir.
Və o salam və rəhmət vasitəsilə onları ümidlə dolu imanla – Sənin mərhəmətin və lütfünə ümid bəsləyərək, Sənin yanında olanlara arxayın olaraq, bəndələrinin malik və sahib olduğu şeylər barəsində şübhədən uzaqlaşaraq – ruhlandır və gücləndir.
Və onları Sənin dərgahına sevgi və istək ilə, həmçinin Səndən qorxu ilə yönləndir; fani və ötəri dünya nemətlərinə qarşı laqeyd və maraqsız et; əbədi axirət üçün əməl etməyə təşviq et və ölüm sonrası gələcək olanlara hazırlıqlı olmağı sevdir.
Və canların bədənlərdən çıxacağı gün onlara gələn hər bir ağır və çətin kədəri asanlaşdır.
Və onları, qarşısından çəkindikləri fitnələrə səbəb olan işlərdən qoru; o fitnələrdən ki, onlar onlardan uzaq dururlar, və onları odun mərkəzindən və uzun müddət orada qalmaqdan tamamilə salamat saxla.
Və onları təqva əhlinin əmin-amanlıq yerinə göndər.
İstinadlar
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.3, s.151-346; Xələci, Əsrare xamuşan, h.ş 3185, c.2, s.235-398
- ↑ Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.3, s.151-346
- ↑ Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.319-336
- ↑ Xələci, Əsrare xamuşan, h.ş 1383, c.1, s.235-298
- ↑ Fehri, Şərh və təfsire Səhifeyi-Səccadiyye, h.ş 1388, c.1, s.257-276
- ↑ Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.81-136
- ↑ Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.95-106
- ↑ Darabi, Riyazul-arifin, h.ş 1379, s.83-95
- ↑ Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.1, s.97-114
- ↑ Feyz Kaşani, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.27-29
Ədəbiyyat
- Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1373
- Xələci, Məhəmməd Təqi, Əsrare xamuşan, Qum, Pərtove xorşid, h.ş 1383
- Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
- Fəzlullah, Seyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
- Fehri, Seyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
- Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
- Mədəni Şirazi, Seyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
- Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kutubil-İslami, h.q 1428
- Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
Xarici keçid
- متن و صوت دعای چهارم صحیفه سجادیه, İrfan saytı; Səhifeyi Səccadiyyənin 4-cü duasının ərəbcə mətni və oxunuşu