Məzmuna keç

Səhifeyi Səccadiyyənin doqquzuncu duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin doqquzuncu duası
Bağışlanmaq tələb etmək üçün oxunan dua
MövzuAllahdan bağışlanma diləməyə olan şövq
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi Səccadiyyə


Səhifeyi Səccadiyyənin doqquzuncu duası (ərəbcə: الدعاء التاسع من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandırgünahlardan tövbə haqqında Allahdan kömək istənilir. Həzrət Zeynülabidin (ə) bu duada Allahdan ona seçim qarşısında yardım etməsini istəyir ki, doğru yolu seçə bilsin. Çünki insan nəfsi pisliyi və batili seçməyə meyllidir. Bu duada həmçinin insanın zəif və aciz yaradıldığına işarə edilərək, Allahdan günah yollarını bağlamaq üçün yardım istənilir.

Doqquzuncu dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərhlərdə izah olunmuşdur. O cümlədən Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” əsəri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin” əsərində izah olunmuşdur.

Duanın təlimləri

Səhifeyi Səccadiyyənin doqquzuncu duasının əsas mövzusu Allahdan günahdan tövbə etmək, yaxşı əməllər görmək və pis işlərdən uzaq durmaq üçün kömək istəməkdir.[1] Bu dua İmam Səccad (ə) tərəfindən 7 hissədə bəyan olunmuş və aşağıdakı təlimləri ehtiva edir:

  • Allahın razılığını qazandıran işləri görmək və qəzəbinə səbəb olan işləri tərk etmək üçün (seçim qarşısında, yəni Allahın razılığı və qəzəbi arasında qərar verməkdə) yardım istəmək
  • Dünya ziyanı ilə axirət ziyanı arasında seçim zamanı axirəti üstün tutmaq üçün Allahdan yardım istəmək
  • Allahdan tövbə etməyə kömək istəmək
  • Günahdan tövbə Allahın sevdiyi, günahda israr isə Allahın nifrət etdiyi bir xüsusiyyətdir
  • İnsan nəfsi haqq ilə batil arasında seçim zamanı batili seçməyə meyllidir
  • İnsan təbiətcə zəif və aciz yaradılmışdır
  • İlahi tövfiq və təsdiqlər üçün dua etmək[2]
  • Allahın sevmədiyi şeylərə qarşı qəlb gözlərinin kor olması üçün dua etmək[3]
  • Günah və itaətsizlik yollarının bağlanması üçün Allahdan yardım istəmək
  • Yaxşı işləri görmək və pis əməlləri tərk etmək üçün tövfiq istəmək[4]

Duaya yazılan şərhlər

Doqquzuncu dua, Səhifeyi Səccadiyyənin şərhlərində izah olunmuşdur. Bu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[5] Məhəmməd Həsən Məmduhi Kirmanşahinin “Şühud və Mərifət”[6] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[7] kimi kitablarda fars dilində şərh edilmişdir.

Səhifeyi Səccadiyyənin doqquzuncu duası, həmçinin Seyid Əli Xan Mədəninin qələmə aldığı “Riyazus-Salikin fi şərhi səhifəti Seyyidis-Sacidin”,[8] Məhəmməd Cavad Müğniyənin “Fi zilalis-Səhifətis-Səccadiyyə”,[9] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-arifin”[10] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-ruh”,[11] adlı əsərlərində ərəb dilində şərh olunmuşdur. Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə”[12] adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.

Duanın mətni və tərcüməsi

İstinadlar

  1. ترجمه و شرح دعای نهم صحیفه سجادیه, erfan.ir saytı
  2. Duanın mətni
  3. Duanın mətni
  4. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.5, s.21-74
  5. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.5, s.21-74
  6. Məmduhi Kermanşahi, Şühud və şenaxt, h.ş 1388, c.1, s.451-464
  7. Fehri, Şərh və təfsire Səhifeyi-Səccadiyye, h.ş 1388, c.2, s.499-515
  8. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.401-423
  9. Muğniyə, Fi Zilalis-Səhife, h.q 1428, s.153-159
  10. Darabi, Riyazul-arifin, h.ş 1379, s.133-136
  11. Fəzlullah, Afaqur-Ruh, h.q 1420, c.1, s.261-273
  12. Feyz Kaşani, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, h.q 1407, s.34

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Təhqiq: Hüseyn Dərgahi, Tehran, Üsvə, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-Ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səccadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-Səhifətis-Səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi Zilalis-Səhife, Qum, Darul-kutubil-İslamiyyə, h.q 1428
  • Məmduhi, Kermenaşahi, Kitabe və şenaxt, Qum, Bustane kitab, h.ş 1388

Xarici keçid