Məzmuna keç

Səhifeyi Səccadiyyənin altıncı duası

wikishia saytından
Səhifeyi Səccadiyyənin altıncı duası
MövzuGecə və gündüz vasitəsilə bəndələrin imtahan olunmasına, məxluqatın Allahın qüdrəti altında hərəkət etməsinə, xeyir əməllər görmək və şükür etməyə müvəffəq olmaq üçün dua
Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıbMəsumdan nəql olunub
Nəql olunubİmam Səccad (ə)
RaviMütəvəkkil ibn Harun
Şiə mənbələriSəhifeyi-Səccadiyyə


Səhifeyi Səccadiyyənin altıncı duası, (ərəbcə: الدعاء السادس من الصحيفة السجادية) İmam Səccaddan (ə) nəql olunan dualardandır ki, hər səhər və axşam oxunur. Bu dua gecə və gündüzün yaradılışı, onların insan həyatına təsiri və möminlərin gündəlik vəzifələrinə toxunur. İmam Səccad (ə) bu duada həmçinin gecə və gündüz vasitəsilə bəndələrin imtahan olunmasına, məxluqatın Allahın qüdrəti altında hərəkət etməsinə, xeyir əməllər görmək və şükür etməyə müvəffəq olmaq üçün dua etməyə, Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verməyə və Allahdan bağışlanma diləməyə yer verir.

Altıncı dua, Hüseyn Ənsarianın fars dilində yazdığı “Aşiqlər Diyarı” əsəri və Seyid Əli Xan Mədəninin ərəb dilində qələmə aldığı “Riyazus-Salikin” əsərində izah olunmuşdur.

Duanın təlimləri

Səhifeyi Səccadiyyənin hər səhər və axşam oxunan altıncı duasının mövzusu Allahın nemətlərini, o cümlədən, gecə və gündüzün yaradılmasını, onların dəqiq nizamını və insan həyatına olan faydalarını sadalamaq, möminin gündəlik vəzifə və öhdəliklərinə toxunmaq, Allahdan şükür etməyi bacarmaq üçün tövfiq istəmək və Həzrət Məhəmməd (s) və onun Əhli-beytinə salam göndərməkdir.[1] Bu duanın təlimləri aşağıdakı kimidir:

  • Gecə və gündüzün ilahi qüdrətlə yaradılması və onların nizamına işarə
  • Gecə və gündüzün bəndələrə ruzi vermək, onları inkişaf etdirmək və tərbiyə etmək üçün vasitə olması
  • Gecənin insan üçün rahatlıq və aramlıq mənbəyi olması, güc və enerjisini yeniləməsinə və ləzzət almasına səbəb olması
  • Gündüzün bəndələr üçün görmə imkanı yaradaraq onları Allahın fəzilət və ehsanına, ruziyə və axirət üçün daimi xeyrə çatdırması
  • İnsanların gecə və gündüz vasitəsilə imtahana çəkilməsi
  • Gecə və gündüzün mövcudluğuna görə Allaha həmd etmək
  • Bütün məxluqatın Allahın qüdrəti və tədbiri altında hərəkət etməsi
  • Xeyirin yalnız Allahın bəxş etdiklərində olması
  • Günün insanın əməllərinə şahid olması, yaxşı bir gün keçirmək və günün hər saatından gözəl istifadə etmək üçün dua etmək
  • Mələklər insanın əməllərini yazırlar
  • Allahın hidayətini və məhəbbətini istəmək
  • Allahın itaətindən uzaq düşməkdən qorunmaq üçün dua etmək
  • Xeyirli işlər görmək, şərdən uzaq durmaq, yaxşılığa çağırmaq və pislikdən çəkindirmək, İslamı qorumaq, azmış insanlara doğru yolu göstərmək, zəiflərə kömək etmək və kədərli insanlara pənah vermək üçün tövfiq diləmək
  • Allahın qəza və qədəri ilə razılaşmaq və Onun təkliyinə və ədalətinə şəhadət vermək
  • Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şahidlik etmək, onun ümməti üçün etdiyi xeyirxahlığına etiraf etmək və o Həzrət üçün ən böyük mükafatı istəmək
  • Allahdan bağışlanma diləmək[2]

Duaya yazılan şərhlər

Altıncı dua, Səhifeyi Səccadiyyəyə yazılmış şərh olunmuşdur. Bu dua, Hüseyn Ənsarianın “Aşiqlər Diyarı”,[3] Məhəmməd Həsən Məmduhi Kirmaşahinin “Şühud və Mərifət”,[4] və Seyid Əhməd Fəhrinin “Səhifeyi Səccadiyyənin şərhi və tərcüməsi”[5] kimi fars dilində yazılmış kitablarda şərh edilmişdir.

Səhifeyi Səccadiyyənin altıncı duası, həmçinin Seyid Əli Xan Mədəniyə məxsus “Riyazus-Salikin”,[6] Məhəmməd Cavad Muğniyənin “Fi Zilalis-Səhifətis-Səccadiyyə”,[7] Məhəmməd ibn Məhəmməd Darabinin “Riyazul-Arifin”[8] və Seyid Məhəmməd Hüseyn Fəzlullahın “Afaqur-Ruh”[9] kimi ərəb dilində yazılmış kitablarında izah edilmişdir.

Bu duanın sözləri, həmçinin lüğəvi şərhlərdə, məsələn, Feyz Kaşaninin “Təliqat ələs-Səhifətis-Səccadiyyə” adlı əsərində lüğəvi baxımdan izah edilmişdir.[10]

Səhifeyi Səccadiyyənin altıncı duasının mətni və tərcüməsi

İstinadlar

  1. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.1, s.357
  2. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.4, s.15-101
  3. Ənsariyan, Diyare aşiqan, h.ş 1373, c.4, s.15-101
  4. Məmduhi, Şühur və şenaxt, h.ş 1388, c.1, s.357-420
  5. Fihri, Şərh və təfsire Səhifey-Səccadiyye, h.ş 1388, c.1, s.319-390
  6. Mədəni Şirazi, Riyazus-salikin, h.q 1435, c.2, s.175-300
  7. Muğniyə, Fi Zilalis-səhife, h.q 1428, s.119-134
  8. Darabi, Riyazul-arifin, h.ş 1379, s.103-118
  9. Fəzlullah, Afaqur-ruh, h.q 1420, c.1, s.133-184
  10. Feyz Kaşani, Təliqatun ələs-səhifətis-səccadiyyə, h.q 1407, s.30-33

Ədəbiyyat

  • Ənsariyan, Hüseyn, Diyare aşiqan, Tehran, Peyame azadi, h.ş 1372
  • Darabi, Məhəmməd ibn Məhəmməd, Riyazul-arifin, Tehran, Üsvə nəşri, h.ş 1379
  • Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Afaqur-ruh, Beyrut, Darul-malik, h.q 1420
  • Fehri, Seyyid Əhməd, Şərh və təfsire Səhifeyi-Səcadiyye, Tehran, Üsvə, h.ş 1388
  • Feyz Kaşani, Məhəmməd ibn Mürtəza, Təliqatun ələs-səhifətis-səccadiyyə, Tehran, h.q 1407
  • Mədəni Şirazi, Seyyid Əli Xan, Riyazus-salikin, Qum, İslami nəşr müəssisəsi, h.q 1435
  • Muğniyə, Məhəmməd Cavad, Fi zilalis-səhife, Qum, Darul-kitabil-islami, h.q 1428
  • Məmduhi Kermanşahi, Həsən, Şühud və şenaxt, Qum, Bustane kitab, h.ş 1388
  • Cəzairi, İzzəddin, Şərhus-səhifətis-səccadiyyə, Beyrut, h.q 1402

Xarici keçid